Bizim Dijital Matbaa 160x244 Şablon


Hüseynov Əşrəf İsgəndər oğlu



Yüklə 3,2 Mb.
səhifə41/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   37   38   39   40   41   42   43   44   ...   97
Alimler EN SON tamversiya GUNEL

Hüseynov Əşrəf İsgəndər oğlu

(1907-1980)

1907-ci ildə Cəbrayıl rayonunun Əmirvarlı kəndində ana-dan olmuşdur. O, ibtidai təhsilini Cəbrayıl rayonunda bir nömrəli bir dərəcəli zəhmət məktəbində almış,sonra təhsilini davam etdir-mək üçün Qaryaginə (indiki Füzuli şəhərinə) gəlmiş və 1927-ci ildə ikinci dərəcəli (indiki orta məktəbi) məktəbi bitirmişdir. Əşrəf Hüseynov 1927-ci ildə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olur və universiteti 1930-cu ildə bi-tirir. Ə.Hüseynovun elmə marağını görən Azərbaycan SSR Maa-rif Nazirliyinin rəhbərliyi onu, 1931-ci ildə M.B.Lomonosov adı-na Moskva Dövlət Universitetinin Elmi-Tətqiqat institunun aspi-ranturasına göndərir. O, akademik A.Y.Tixonovun rəhbərliyi ilə iki il aspiranturada oxuyur. Aspi-ranturanı bitirdikdən sonra M.B.Lomonosov adına MDU-nun elmi şurasında “Potensial nə-zəriyyəsinin bir məsələsi” mövzusunda namizədlik, həmin şurada 1948-ci ildə isə “ Xətti olmayan sinqulyar inteqral tənliklərin həlli üçün varlıq və yeganəlik teoremi və onun bəzi tətbiqləri” mövzusunda dooktorluq dissertasiyası müdafiə etmişdir. 1949-cu ildə Ali Attestasiya Komissiyası Ə.Y.Hüseynova fizika-riya-ziyyat elmləri doktoru elmi dərəcəsi və professor elmi adı verir. Azərbaycan riyaziyyatçıları Ə.Hüseynovun ADU-da qeyri-xətti funksional analiz mövzusunda oxuduğu məşğul olmuşdur. Onun rəhbərlik etdiyi seminarlar həmin sahənin Azərbaycanda inkşaf etməsinə böyük rol oynamışdır. Bu seminarlarda qeyri-xətti tən-liklərin həllinin bu-daqlanması nəzəriyyəsi, onların həll üsulları, kvazi-xətti, parabolik və hiperbolik tənliklər üçün qarışıq məsə-lələr, sinqulyar operatorların struktur xassələri, qeyri-xətti sinqul-yar inteqral tənliklər və analtik funksiyalar üçün qeyri-xətti sin-qulyar-inteqral tənliklərin ədədi həlli kimi elmi istiqamətləri yaranmış və inkşaf etdirilmişdir.

Professor Ə.Hüseynov riyaziyyatın müxtəlif sahələrinə həsr olunmuş əsərləri, orijinal fikirləri ilə Azərbaycanda riyaziyyat elminin, xalq maarifinin inkşafında faydalı xidmət göstərmişdir. O, 15 kitab və kitabça, 90-a yaxın elmi-metodiki məqalə çap etdirmişdir.

Yorulmaz tətqiqatçı Ə.Y.Hüseynov ali məktəblər üçün ilk dəfə Azərbaycan dilində yazılmış “İnteqral tənliklər” və “Çox-luqlar nəzəriyyəsi”, ”Riyazi analizin əsas məsələləri”, ”Çoxluqlar və funksiyalar nəzəriyyəsi”, ”Sovet Azərbaycanında riyaziyyat elminin inkşafı” (M.Cavadla birlikdə) əsərlərinin müəllifidir. Ə.Y.Hüseynov Azərbaycanın görkəmli riyaziyyatçıları Z.Y.Xəli-lov, M.Ə.Cavadov,B.A.Ağayev və başqaları ilə birlikdə Azər-baycan riyaziyyat terminlərini əcnəbi sözlərdən təmizləyib, yeni terminologiyanın yaranmasına nail olmuşdur. Azərbaycanda ri-yaziyyat elminin, habelə riyaziyyatın tədrisi metodikasının in-kşafı Ə.Y.Hüseynovun adı ilə bağlıdır.

Ə.Y.Hüseynovun rəhbərliyi ilə 40-a yaxın namizədli dis-sertasiyası müdafiə edilmişdir. Onun tələbələrindən Q.T.Əhmə-dov, Ə.C.Məmmədov, X.Ş.Muxtarov, A.Babayev və başqaları doktorluq dissertasiyası müdafiə etmişlər.

Ə.Y.Hüseynovun ADU-nu bitirdikdən sonra 1930-cu ildə M.Əzizbəyov adına Neft və Kimya institunda riyaziyyat kafed-rasında assistent kimi əmək fəaliyyətinə başlayır.1939-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Funksiyalar nəzə-riyyəsi və cəbr”, sonra isə “Funksiyalar nəzəriyyəsi və funksional analiz“ kafedrasının professoru və müdiri vəzifələrində çalışmış, riyazi analiz, diferensial tənliklər, inteqral tənliklər, riyazi fizika tənlikləri, həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi və qeyri-xətti funksional analizin müxtəlif məsələlərinə dair xüsusi kurslar mühazirələr oxumuşdur.

Ə.Y.Hüseynov elmi konfrans və qrultaylarda fəal iştirak edirdi. O, funksional analiz üsullarının qeyri-xətti məsələlərə tət-biqi, yeraltı neftin hidroqaz dinamik məsələlərinin riyazi həll me-todlarına həsr olunmuş ümumittifaq konfransına sədrlik etmişdir. 1960-1965-ci illərdə SSRİ Ali və Orta Təhsil Nazirliyi yanında riyaziyyat sahəsi üzrə Metodik Şuranın üzvü olmuşdur. O, 1962-ci ildə Azərbaycan EA-nın müxbir üzvü və sonralar isə Azərbay-can EA-nın akademiki seçilmişdir

Akademik Ə.Y.Hüseynov indiki MDB ölkələrinin ali təhsil ocaqlarında, Albaniyanın Tirana Universitetində ümumi və xüsu-si kurslar oxumuşdur. Ə.Hüseynov elmi-pedaqoji fəaliyyətinə görə bir çox mükafatlarla təltif olunmuş və 1960-cı ildə Azərbay-canın Əməkdar Elm Xadimi adına layiq görülmüşdür.

Ə.Y.Hüseynov 1980-ci il avqustun 26-da 73 yaşında Bakı-da vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə