1 simpozium Hər hansı bir xüsusi elmi məsələyə dair bəzi, o cümlədən beynəlxalq müşavirələrin adı



Yüklə 21,93 Kb.
tarix16.05.2023
ölçüsü21,93 Kb.
#110575
Yeni sözlər


1)simpozium - Hər hansı bir xüsusi elmi məsələyə dair bəzi, o cümlədən beynəlxalq müşavirələrin adı.
2)Sayentologiya - bir dini inancdır.
3)Transendental - Bir obyektin başqalarından üstün olduğunu bildirən sifət. Türkcəsi aşkınsal.
4)Oriyentasiya iş prosesində, yeni işçilərin, həmçinin vəzifə dəyişkənliyi yaşayan əməkdaşların da yönləndirilməsi üçün nəzərdə tutulan proqram və tədbirdir.(yönləndirmə”, “istiqamətləndirmə)
5)altruistik Altruizm- başqasının rifahı naminə təmənnasız əziyyətə qatlaşmaq anlamına gəlir.
6)Revolyusia-inqilab
7)Evolusiya-təkamül
8)Produktiv - praktik,praqmatik.
9) banal-sadə.
10) mecra-media(türk dilində)
11)Adekvat / mütabiq - bərabər
12)Antiteza - qarşı–qarşıya qoyma.
13) Toksik-zəhərli
14) Anaqram -hərf yerini dəyişməklə yeni söz yaratmaq
15) TƏMƏRKÜZ-Mərkəzləşmə, mərkəzləşdir( il)mə.Bir yerə toplanma, yığılma, cəmləşmə.
16) Feromonlar – heyvanların ifraz etdiyi xüsusi maddələrdir.İfraz edərək qoxu ilə əlaqə saxlama metodu.
17) Polyamory,poliqam-sevgi çoxluğu(çox partnyorluq)
18) Monoqam-tək partnyorluluğu sevən insan.
19) Paradoks-ayrılıqda düz olan iki və ya daha çox fikrin bir araya gəldikdə ziddiyyət yaratmasıdır.Doğru zənn etdiyimiz fikir sonda səhv və ya əksinə də ola bilər.
20) İmprovizasiya – bədahətən şeir qoşmaq, qabaqcadan heç bir hazırlıq görmədən əsər yaratmaq;
21) Patriarxat-Atanın hakimiyyəti
22) Empirik,empirizim-elə tənliklər və formullar empirik adlanır ki, onlar nəzəri yox, təcrübə əsasında alınır.İnsan ağlı doğulanda "boş" olur və düşüncələrini yalnız təcrübə yolu ilə inkişaf etdirir.Divarın arxasında nə olduğunu təcrübə əsasında bilə bilərik.
23) Sensualizm - Sensualizm bütün növ biliklərin hiss üzvləri vasitəsilə əldə edilməsi konsepsiyasıdır. Bu konsepsiyaya görə, duyğular, qavrayış və hafizə tək-tək cisim və hadisələr haqqında biliklərin əsasini təşkil edir.
24) Prioritet — hər hansı fəaliyyət həyata keçirilməsində vaxt etibari ilə birincilik; müəyyən bir sahədə üstünlük təşkil edən; kəşfdə, ixtirada, hər hansı bir ideyanın qısa ifadəsində zaman etibarilə ilkin olan, hər hansı bir şeyə üstün haqqı olmaq.
25) Uygarlık(türkcə)- sivilizasiya
26) Şovinizm — millətçiliyin ifrat, mürtəce formalarından biri. Başqa millət və xalqlara nifrət və ədavəti qızışdırmağa yönəlmişdir.
27) Təlqin - Hər hansı bir fikri, əqidəni, hissi qəbul etdirmək üçün birinin iradəsinə, psixikasına təsir etmə, beyninə yeritmə.
28) İmpulsiv - insanlar hərəkətlərinin və ya sözlərinin həm şəxsən, həm də digər insanlara qarşı yarada biləcəyi mənfi nəticələri düşünmədən hərəkət edənlərdir.
29) Təhtəlşüur - şüuraltı
30) Sentimental - Çox tez təsirlənən, mütəəssir olan, həddindən artıq həssas olan, hissə qapılan.Sentimental adam. Sentimental hisslər.incəqəlbli.
31) Simbioz,simbiotik münasibət- İki növdən olan fərdlərin birgə yaşaması.Müxtəlif növlərdən olan orqanizmlərin sıx birgə yaşamasının bütün formalarını əhatə edir.
32) Rasizm - irqçilik
33) Transformasiya – bir şeyin öz şəklini dəyişməsi, başqa şəklə düşməsi, bir haldan başqa hala keçməsi; dəyişmə, dəyişilmə.
34) Assimilyasiya (lat. "oxşatma", "uyğunlaşdırma") — bir xalqın digər xalqla öz dilini, mədəniyyətini və s.ni itirmək yolu ilə qarışması.
35) Patriotizim,patriot - vətənsevərlik,bir insanın öz ölkəsini çox sevməsi.
36) Aparteid, apartheyd (afrikaans dilində apartheid – ayrı yaşamaq) — irqi ayrı-seçkiliyin ən kəskin formasıdır. Bir qrup əhalinin yaşamaq üçün zəruri olan hər şeydən məhrum edilməsidir.
37) De-fakto — faktiki tanınmadı.
38) De-yure — Hüquqi və ya diplomatik tanınmadır.
39) Seqreqasiya (lat. segregatio — ayrılma) — əhalinin bir qrupunun cəmiyyətdən müəyyən əlamətlərə görə zorla ayrılması siyasəti.
40) Hipotez— təxmin edilmə, fikrə gəlmə, təsdiq edilməmiş iddia.
41) Otello sindromu – (Patoloji qısqanclıq) şəxsin aşiq olduğu insanı xəstəlik dərəcəsində qısqanması.
42) Aksiom-İsbatsız qəbul edilən düşüncə, fikir;dəlilə, sübuta ehtiyacı olmayan həqiqət;
43) İnérsiya : [lat.] fiz. Düz xətt üzrə hərəkətdəolan cismin öz müntəzəm hərəkətini,sükunətdə olan cismin isə öz sükunətini xaricibir qüvvə müdaxilə etmədikcə mühafizəetmə xassəsi; ətalət. İnersiya qüvvəsi.
44) Səbat-Axıra qədər sözünün üstündə durma, iqrarında möhkəm olma; dəyanət, sabitlik, davamlılıq, möhkəmlik, mətanət, əzm.
45) Məziyyət-Bir şeyin, adamın üstünlüyünü təşkil edən xüsusiyyəti.
46) Mübhəm-Qeyri-müəyyən, gizli, qaranlıq, naməlum, üstüörtülü, anlaşılmaz, hər cür yozula bilən, hər cür başa düşülə bilən.y
47) İkrah-"nifrət", "kin", "iyrənmə.
48) Müti,mütilik-itaət, hər şeyə boyun əymə.
49) Fəsahətli və bəlağətli danışıq - gözəl nitq,natiq nitq.
50) İndividual - fərdi,fərdiləşdirmə
51) Ekstravertlər - başqaları ilə ünsiyyətə həvəsli, diqqət mərkəzində olmağı, ictimai tədbirlərdə iştirakı, qrup daxilində fəaliyyəti xoşlayan şəxslərdir.
52) Introvertlər - cəmiyyətdən qaçan tək, müstəqil fəaliyyət göstərməyi xoşlayan insanlardır.
53) Kommunikator - informasiyanı verən.
54) Resipient - informasiyanı qəbul edən.
55) Spekulyasiya --məcazi mənada – hər hansı bir şəraitdən, kiminsə çətinliklərindən öz məqsədlərin və planların naminə istifadə etmək.İqtisadi lüğətdə – alış və satış qiymətləri arasındakı fərq sayəsində gəlir əldə etmək deməkdir. Mahiyyət etibarı ilə, istənilən ticarət əməliyyatını spekulyasiya hesab etmək olar.
ədəbiyyatda və publisistikada – mücərrəd, abstrakt mühakimələr deməkdir.
56) Kredo - Əqidə
57) Matorika - əl biləyi və barmaqlar ilə xırda hərəkətlər etmək üçün sinir,əzələ kordinasiyası.Əl,barmaq oyunu kimi.
58) Sirayət etmək - yoluxma,keçmə,keçərək yayılmaq.Məsələn:qrip,bir insanın əhvalı başqasına sirayət edə bilər.
59) Konformist - sorğulamadan itaət edən,boyun əyən.Məs:müdür işçi münasibəti.
60) Radikal (siyasət) — baxışlarında və dəyişikliklərdə kəskin mövqe tutan.
61) Apokaliptika və postapokaliptika — Elmi fantastika, elmi fantaziya və qorxu fantastikanın altjanrı. Bu janrlarda olan əsərlərin süjetləri qlobal fəlakət yaşamış br dünyada inkişaf edir.
62) Kulminasiya - Bədii əsərlərin sujet xəttində hadisələrin ən yüksək inkişaf mərhələsi.
63) Məbud - Allah,tanrı,ay,gün və ya ibadət,sitayiş olunan
64) Mobbinq - sosial zorakılıq,psixoloji terror, şiddət,təzyiq.
65) Təhrif - hər hansı bir şeyi əsl məcrasından və ya malik olduğu vəziyyətdən çıxarmaq, yaxud onu dəyişməyi nəzərdə tutan ərəb mənşəli söz.Çarpıtmak.
66) Plagiat - bu digər şəxsə məxsus əsərin (elmi, ədəbi, musiqi), ixtiranın və ya səmərələşdirici təklifin mənbəyinə istinad etmədən öz adı altında tamamilə və ya qismən istifadə edilməsi deməkdir
67) İmpressionizm- bu cərəyan tərəfdarları əsərlərində şəxsi əhval-ruhiyyə və təəssüratlarını verməyə çalışır.Şəxsi təəssürat və əhval-ruhiyyəyə əsaslanan. İmpressionist əsər. İmpressionist musiqi. Ədəbiyyatda impressionist meyillər.
68) Mötədil- mülayim,yumşaq.
69) Miyanə - nə yaxşı,nə pis.Orta-babat.
70) Literatura - Ədəbiyyat
71) Ambivalent - Birbiri ilə uzlaşmayan duyğuların eyni anda cəmləşməsi. şizofreniyanın ilk əlamətidi.Psixoanaliz dilində müəyyən bir insan ya da vəziyyət qarşısında bir-birinə zidd hiss, düşüncə, münasibət, istək, niyyətlərin bir yerdə toplanmasıdır.
72) Xilaf - zidd,əks
73) Ksenofobiya - İnsanın əcnəbilərdən ya da başqa bir şəkildə özündən fərqli olan insanlardan qorxmasına və nifrət etməsinə verilən addır.İrqçilik da bəzən Ksenofobiyanın bir növü olaraq tanınır. Fantastikada dünyadan kənar varlıqlardan qorxma anlamını da verir.
74) Antisemitizm - Millətçilik, irqçilik ideologiyasının bir növü; digər millətçilik formalarından fərqi onun yalnız bir xalqa - yəhudi millətinə və ya mədəniyyətinə, iudaizm dininə qarşı nifrət bəsləməsidir.
75) Mütəfəkkir - Dərin fəlsəfi fikir sahibi olan adam.
76) Etiqad - Bir şeyə qəlbən və möhkəm inanma, inam.
77) Diskriminasiya və ya ayrı-seçkilik - Hər hansı bir dövlətin və ya əhali qrupunun hüquq bərabərliyindən məhrum edilməsidir.
78) İrrasional yanaşma - Hissi yanaşma; ağılla, düşüncə ilə dərk edilməyən; düşüncə və normal məntiqə zidd.
79) Rasional - Hissə deyil, ağıl və məntiqə əsaslanan; ağıllı, məqsədəuyğun, məqsədəmüvafiq.
80) Niktofobiya - Qaranlıqdan qorxma fobiyası
81) Skiofobiya - Kölgələrdər qorxma fobiyası
82) Debüt - Hər hansı sahədə – elmdə, bədii yaradıcılıqda, idmanda və s. ilk çıxış; müəyyən bir sahədə fəaliyyətin başlanğıcı; məs.: aktyorun səhnədə ilk rolu, aparıcının ekrana ilk çıxışı və s.
83)Brutal-Vəhşi,qəddar,heyvani,zalım,dinsiz,əzazil
84) Müstəmləkə - İmperialist dövləti tərəfindən zorla tutulub istismar edilmiş ölkə.Başqa bir dövlət tərəfindən idarə olunan asılı ərazilərə verilən ad.
85) Neokolonializm,neokolonial - dünyanın köhnə müstəmləkə güclərinin və ya yeni hegemon millətlərin iqtisadi, siyasi və mədəni məsələlərdə digər müstəqil və ya müstəmləkə edilmiş millətlər üzərində müəyyən təsir göstərdiyinə görə müasir müstəmləkəçilik forması deyilir.
86) Mütəəssir olmaq – əhvalı pozulmaq, qüssələnmək, kədərlənmək, təsirlənmək.
87) Narsissizm,narsist - Özlərinin "xüsusi " və ya "seçilmiş" olduqlarını düşünən,öz maraqları üçün başqalarını istifadə edən,başqalarının uğurlarını qısqanan,empati olmur,özlərinin qüsursuz olduğunu düşünən,daim hər şeyi idarə(manupilyasiya) etməyə çalışan və.s insanlar.
88) Obsesif-kompulsiv pozğunluq - insanların vəsvəsə adlanan təkrarlanan düşüncələrə sahib olması ilə xarakterizə olunan bir vəziyyətdir və bu düşüncə onları narahat etdiyi üçün, ümumiyyətlə istirahət etmək üçün rituallar və ya kompulsiyonlar adlanan təkrarlanan davranışlarla məşğul olurlar.
89) Rayihə - Xoş iy, gözəl qoxu; ətir. Gülün rayihəsi.
90) Skeptik,şəkkak,skeptizim - Şübhəçilik,hər şeyə şübhə ilə baxan.
91) İftixar - Fəxr,fəxr etmə
92) Pulmonologiya - tənəffüs yollatını ehtiva edən xəstəliklərlə məşğul olan bir tibb ixtisasıdır.
93) Məşum - Uğursuz,nəhs,bədbəxt,adamda qorxu,dəhşət hissi oyadan.
94) Epopeya - Romanın bir növüdür. Epopeya qədim yunan dilində "epos" sözündəndir, hadisələrin daha geniş, ətraflı nağıl edilməsi deməkdir. Epopeya epik janrın ən mürəkkəb və geniş növüdür.
95) Deqredasiya - Pozulma, geriləmə.Aşınma da bir növ qarşılığını verə bilər.
Torpağın deqradasiyası — təbii amillərin və ya insanın təsərrüfat fəaliyyətinin (düzgün aparılmayan aqrotexnika, çirklənmə və s.) təsiri nəticəsində torpağın xassələrinin tədricən pisləşməsi, humusun miqdarının azalması, torpaq strukturunun pozulması və münbitliyinin aşağı düşməsi hadisəsidir.
96) Pafos - Hər hansı bir yüksək ideyanın doğurduğu şövq, ilham, vəcd, ruh yüksəkliyi, coşqunluq,ehtiras.Ehtiraslı ruh yüksəkliyi; təmtəraq. Pafosla danışmaq.
97) Bipolyar pozuntu - Emosiyaların iki əks qütblü dəyişiklikləri ilə səciyyələnən xəstəlikdir. Ümumiyyətlə, əhvali-ruhiyyənin dəyişməsi sağlam insan üçün də təbii hesab olunur.
98) Təshih - Yazı və s.-də səhvləri, nöqsanları düzəltmə; düzəliş aparmaq.
99) Unifikasiya - hər hansı bir şeylərin (obyektlərin, xidmətlərin, sənədlərin, müxtəlif növ məhsulların – (detalların, ehtiyat hissələrinin, avadanlığın və s.) səmərəli şəkildə eyni görünüşə gətirilməsi, hamısının bir tərzə, vahid şəklə, formaya, ümumi bir qaydaya yaxud sistemə salınmasıdır.məs.Microsof Office
100) Maskot və ya Talisman - Uğur gətirən insan,heyvan və ya əşya
101) Müstəhəb - əməl yerinə yetirildikdə axirət savabı yazılan, yerinə yetirilmədikdə isə heç bir günah yazılmayan əməldir. Müstəhəb, yəni bəyənilən, məsləhət bilinən əməllərin edilməsi vacib olmasa da, edilməsinə görə mükafat verilir. Məsələn, sədəqə vermək, gecə namazı qılmaq və s.
102) Məkruh — əməl yerinə yetirildikdə heç bir günah yazılmayan, lakin bəyənilməyən əməldir.
103) Mahmız - Atı hərəkətə gətirmək üçün ayaqla vurmaq
104) Məzəmmət etmək - Danlama, qınama, danlayış, töhmət.
105) Tənə - Danlaq, məzəmmət.
106) Huşyarlıq - Ağıllılıq, dərrakəlilik, şüurluluq, düşüncəlilik.
107) Müfəssəl - Ətraflı, təfsilatlı, geniş
108) Riqqət,riqqətə gətirən - Ürək yumşaqlığı, ürək incəliyi, şəfqət,Təsirlənmə, mütəəssir olma, acıma; təəssür
109) Despotizm - idarəetmənin öz istəyinə görə hərəkət edən bir şəxsin əlində cəmləşməsidir. Bu sistemdə dövlət başdakı idarəçinin istəyi ilə idarə olunur. Despotizmdə heç bir konstitusiya və hüquq sistemi rol oynamır.
110) Təvafüq - Bir-birinə uyğun gəlmə, müvafiq olma
111) Kompromis - Qarşılıqlı güzəşt əsasında razılaşma, uzlaşma.
112) Affirmasiya - Müəyyən bir qısa verbal ifadənin dəfələrlə təkrarlanması yolu ilə insanın təhtəlşüurunda tələbedilən obrazın və ya fikirin möhkəmləndirilməsi.Həyatda müsbət dəyişikliklərin stimullaşdırılması.Bir şeyi əldə etmək üçün ona fokslanma.
113) Siferblat - Əqrəbli ölçü cihazları üzərində ölçülən kəmiyyəti hesablamaq üçün cədvəl, rəqəm, işarə olan lövhəcik.Saatlarda: üzərində rəqəmlər olan lövhəcik.
114) İstibdad -Özbaşınalıq,zorakılıq,basqı,zülm
115) Asi - Üsyançı, hökumət əleyhinə baş qaldıran, hökumətə ağ olan.
116) Xiffət - Fikir, dərd, qəm, qüssə
117) Mantra - Davamlı və ritmik şəkildə təkrarlanan cümlə, söz və ya hecadır. Onlar zehni məşğul olduqları üçün görmə qabiliyyətimizi aydınlaşdırmaq və rahatlamağı asanlaşdırmaq üçün adi düşüncə və narahatlıq axını dayandırmaq gücünə malikdirlər.
118) Kompetent - Səlahiyyətli,söz ərbabı
119) Eyforiya -İnsanın məmnuniyyət duyduğu və özünü yaxşı hiss etdiyi bir ruhi vəziyyətdir. Sevinc, duyğu və ya bəzi növ dərmanların qəbulu və ya dərman istifadəsi nəticəsində əhval-ruhiyyənin kəskinləşməsi. Həm də eyforiya əzab və çətinliklərə müqavimət göstərmək bacarığı.
120) Konfidensiallıq - Gizli, məxfi, başqalarına bəlli olmayan.
121) Filantrop - Ehtiyacı olanlara kömək məqsədilə fəaliyyət göstərən insanlara deyilir.
122) Gitana - Qaraçı
123) Reputasiya - Hər hansı şəxsin mənəvi keyfiyyətləri haqqında cəmiyyətdə mövcud olan rəy və təsəvvürlər;
124) Bimar - Xəstə, naxoş, azarlı.
125) Monumental abidə- Əzəmətli, möhtəşəm.Məzmunca dərin, əsaslı, sanballı. (Monumental əsər)
126) Stenoqrafiya - Ağızdan çıxan sözləri olduğu kimi xüsusi işarələr və ixtisarlarla cəld yazma üsulu.
127) Kumir - pərəstiş edilən şəxs.Örnək alınan kimsə.
128) Dilatant - Xüsusi hazırlığı, sistematik biliyi olmadan hər hansı bir elm və ya sənətlə məşğul olan adam.Həvəskar.
129) Utilitar - Ancaq praktik istifadəni, xeyir, fayda götürmək məqsədini güdən; praktik, tətbiqi.
130) Trotuar - Səki,qaldırım.
131) Monomaniya - Bir fikrə, bir insana, bir əşyaya olan dəlicəsinə vurğunluq. yunanca "mono" tək," mania" aşırı istək deməkdir.
132) Mövhumat -Xurafat,Batil inanc
133) Kazuistik - Qaydaya bağlı(Kuralcı)Hər şeyi qaydalarla həll etmək üsuludur, təfərrüatlıdır.Gözlənilən problemlərin müəyyən edilməsi və ətraflı həllərin yaradılması
134) Təşəxxüs - Lovğalıq, təkəbbür;
135) Furajka - Hərbi papaq
136) Reverans - Salam və ya təşəkkür etmək üçün irəli əyilmək.
137) Qnomon - Gün saatı
138) Akveduk - Su kəməri
139) Klepsidra - Su saatı vəya qum saatının ümumi adı.
140) Opportunizm -
141) Theta Healing(Teta şəfa)
142) Apatiya ~ Laqeydlik,Qeydsizlik
143) KODEKS ~ 1. Qanunların sistemə salınmış toplusu, məcəllə. 2.Əxlaq, əqidə, görüş, adət normaları məcmusu.
144) hipertrafiya - Şişmə,böyümə.
145) TENDENSİYA - Meyil, fikir, ideya gedişatı.
146) Orator - Natiq.
147) Mentor - şəxsi inkişaf,kariyera bələdçisi.
148) Korrektor – [təshih edən] mətbəədə, qəzetdə, kitabda, jurnalda və. s-də səhvlərin düzəldilməsini korrektura edən.
149) Broker - Vasitəçi.
150) Sansara - Bumeranq.Təkrarlanan həyat
151) Buridan paradoksu - uzunqulaq
152) assortiment - Bir malın müxtəlif növləri; çeşid.
153) Ekssentrik - Çox qəribə, qeyri-adi.
154) Komiks - Hər hansı hekayənin şəkillər vasitəsilə təsviridir.
155) Kontrabanda - Qadağan olunmuş, yaxud gömrük verməli olan malların gizli surətdə dövlət sərhədindən keçirilməsi; qaçaqçılıq.
156) Messenat - Elm, təhsil və mədəniyyətə himayədarlıq edən və ona maliyyə dəstəyi verən xeyriyyəçi.
157) Flüger — küləyin istiqamətini təyin etmək üçün işlədilən avadanlıq.
158) Mürşid - Doğru yol göstərən.
159) Svastika - Nasist simvolu
160) Avrora(bir çox mənası var) - Qütb parıltıları.
161) MƏİYYƏT - Böyük vəzifəli şəxsi müşayiət edən heyət.
162) TƏFAVÜT - İki adam və ya iki şey arasındakı fərqli cəhət; fərq.
163) İNTƏHASIZ - Sonu, axırı olmayan, nəhayətsiz, sonsuz.
164) İmitasiya - Oxşatma, bənzətmə; bir şeyin saxtasını düzəltmə.
165) Eyham - kinayə məqsədilə işlənən ikibaşlı söz, incə işarə.
166) Eqosentrizm - fərdin öz nəzər nöqtəsindən başqa hər hansı digər fikri qəbul etməməsi.
167) ETİNASIZ - Saymazcasına, saymazyana, fikir vermədən, diqqət yetirmədən.
168) Homogen - Eyni
169) Trap - Təyyarə və gəmi pilləkəni
170) Konkurensiya -
171) Analogiya - Məsələn, "İnsan beyni, bir kompüterin prosessoruna bənzəyir" ifadəsi
172) Leytmotiv - Əsərin, ədəbi yaradıcılığın, yaxud cərəyanın ana xətti aparıcı, istiqamətverici motivi, canı, məğzi
173) Plenar iclas ~ Hər hansı bir təşkilatın seçilmiş rəhbər orqanının bütün üzvlərinin iştirakı ilə olan, keçirilən.
174) Tilavət - Quranı anlayaraq oxumaq
175) Trigger - Tətik,tətiklənmə
176) Ambisiya - Lovğalıq, təkəbbür, təşəxxüs,
177) sektant ~ Təriqətçi
178) İnisial ~ Adın vəya soyadın ilk hərfləriylə düzəldilən emblem, marka. Digər mənası da paraqraf başlanğıcındakı böyük hərf.
179) İxtibas ~ mətnin və ya nitqin bəlli bir hissəsinin, istinad göstərilərək başqa bir mətndə və ya nitqdə istifadə edilməsi prosesidir.(Plagiatın tərsi)
180) Proloq ~ Ədəbi və ya musiqi əsərinin giriş hissəsi.
181) Epiloq ~ Ədəbi əsərin son hissəsi.Operada son pərdə.
182) Arsenal - Silah,sursat saxlanan yer.Silahxana.
183) Molbert - Rəssamların istifadə etdiyi 3 ayaqlı taxta.
184)
Yüklə 21,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə