liberallaşdırılması və ənənəvi imperiya siyasətindən imtina
edilməsinə tərəfdar olsa da mühafizəkarlar bu addımları Böyük
Britaniyanın
dünyadakı
nüfuzuna
vurulan
zərbə
kimi
qiymətləndirirdilər. Mühafizəkarlar müstəmləkələrdə yeridilən
siyasətin sərtləşdirilməsinə nail oldular. Lakin bu sahədə hökumət
uğursuzluğa düçar oldu. Müstəmləkələrdə İngiltərə əleyhinə hərəkat
yeni mərhələyə qədəm qoydu. 1919-cu ildə genişlənən milli azadlıq
hərəkatını zəiflətmək üçün ingilis hökuməti Hindistanın idarə
olunması islahatına dair layihəni dərc etdi. Ancaq bu tədbirlər xalqı
sakitləşdirmədi. 1919-cu il aprelin 13-də Amritsar şəhərində keçirilən
mitinqi ingilis generalı Dayer gülləbaran etdi. Nəticədə 379 nəfər
öldü, 1200 nəfər yaralandı. Hökumət geri çəkilməyə məcbur oldu.
Bundan sonra ingilis hökumətinin kompromis xətt yeritməsi və
həyata keçirdiyi islahatlar Hindistanda milli azadlıq hərəkatını
zəiflətdi.
İngiltərə
1914-cü
ildən
Misir
üzərində
qazandığı
protektoratlığını 1919-21-ci illərdə ölkədə baş verən üsyan
nəticəsində itirdi. 1922-ci ilin fevral ayında ingilis hökuməti
protektoratlığı ləğv edərək Misiri müstəqil krallıq elan etdi.
1919-cu ilin fevral ayında baş verən üsyan nəticəsində əmir
Həbibulla öldürüldükdən sonra onun yerinə keçən Əmənulla xan
Əfqanıstanın müstəqilliyini elan etdi. Buna cavab olaraq 1919-cu ilin
may ayında İngiltərə Əfqanıstana qarşı əməliyyatlara başlasa da milli
azadlıq hərəkatının qarşısında geri çəkildi. Avqust ayında
Əfqanıstanla müqavilə bağlayan ingilis hökuməti onun daxili və
xarici siyasəti üzərində nəzarətdən imtina etdi. Əfqanıstan
müstəqillik qazandı.
1919-cu ilin avqustunda İranla müqavilə bağlayan ingilis
hökuməti iqtisadi və maliyyə əlaqələrini genişləndirdi. 1920-ci ilin
aprelində Cənubi Azərbaycanda mərkəzi hökumətə qarşı üsyan
başladıqda İran 1921-ci ilin iyununda İngiltərə ilə müqaviləni pozdu.
L.Corc hökumətinin xarici siyasətinin
istiqamətlərindən biri
14