Elektrotexnika



Yüklə 47,73 Kb.
tarix05.02.2018
ölçüsü47,73 Kb.
növüDərs

Elektrotexnika” fənni proqramının

İzahat vərəqi

Azərbaycan respublikası müstəqillik əldə etdikdən sonar ölkənin inkişafı bazar iqtisadiyyatı istiqamətində strateji plan kimi arşıya qoyulmuşdur.belə bir dövrdə müstəqil Azərbaycanın inkişafının əsas istiqamətlərindən biri , bütün dünyada olduğu kimi , energetikanın inkişafı və ondan səmərəli istifadə edilməsidir.

Müasir texnikanın avtomatlaşdırılması, mexanikləşdirilməsi və kompüterləşdirilməsi texniki və texnoloji bazanın yeniləşdirilməsi ixtisaslı kadrların peşə hazırlığı səviyyəsinin artırılmasını tələb edir.

Tərtib edilən bu proqramda kadr hazırlanan ixtisaslar üzrə “Elektrotexnika” fənninə 38 saat ərzində ümumi elektrotexnikanın əsasları öyrənilməsi nəzərdə tutulmuşdur.

Proqramda nəzərdə tutulan mövzuları dərindən öyrənmək üçün şagirdlərin idrak fəaliyyətini aktivləşdirmək, onların şifahi düşünmək qabiliyyətlərini inkişaf etdirmək üçün müəllim müasir fəal təlim metodlardan istifadə etməlidir.

Dərs zamznı praktik bacarıqların üzə çıxarılması üçün laboratoriya işlərini yerinə yetirmək vacibdir. Bu laboratoriya işlərini fizika kabinetinin avadanlığı bazasında aparmaq mümkündür. Laboratoriya işləri əksər hallarda iki saata, bəzən isə bir saata da keçrilə bilər.

Proqram materiallarını şagirdlərə öyrədərkən əyani və texniki təlim vasitələrindən istifadə etmək lazımdır. Bununla yanaşı şagirdə sorğu kitablarından müxtəlif hesablama texnikasından istifadə etməyi öyrətmək lazımdır.

Proqram materiallarını öyrənərkən şagirdlərdə işi keyfiyyətli yerinə yetirmək, iş vaxtından səmərəli istifadə etmək bacarığını inkişaf etdirmək, yeni texnika və texnologiyanın elektrotexnikanın tədrisində istifadə etməyin əsas istiqamətlərini mühüm amil kimi nəzərə almaq lazımdır.

Təlim müddətində müəllim müntəzəm olaraq şifahi sorğu, yazı işi, hər laboratoriya işinə görə zaçot- test tapşırıqları və.s. yolu ilə şagirdlərin bilik və bacarığını qiymətləndirməlidir. Tədris olunan materialın təkrarı və laboratoriya işləri fənn öyrənilməsi üçün ayrılmış saatlar hesabına aparılmalıdır.Laboratoriya işləri proqramımın sonunda verilmiş işlərdən seçilir.

Elektrotexnika” fənninin



Mövzular planı



Mövzuların adı

Saatların miqdarı

Cəmi

O cümlədən laboratoriya işi

1

Giriş


1

-

2

Elektrik ölçü cihazları və ölçmələr



3





3

Elektrik sahəsi və elektrik cərəyanı haqqında anlayış


4




4

Sabit cərəyan elektrik dövrələri


6




5

Elektromaqnit və onun tətbiqi


2




6

Bir fazalı dəyişən cərəyan


2




7

Çox fazalı dəyişən cərəyan (üç fazalı)


2




8

Transformatorlar


4




9

Asinxron mühərriklər


3




10

Sinxron mühərriklər


2




11

Sabit cərəyan maşınları


6




12

Elektrik idarəetmə və mühafizə aparatları


3




13

Elektrik enerjisinin istehsalı,

tələbatı və paylanması



1







Cəmi:


38

3

Elektrotexnika” fənninin

Proqramı

Mövzu 1.Giriş

Azad demokratik respublikamızda dövlətimizin texniki və iqtisadi səviyyəsinin yüksəlməsi üçün elektrotexnika elminin inkişaf etdirilməsinin əhəmiyyəti.

Ən müasir elmi açıqlanmalardan, bazar iqtisadiyyatında istifadə edilməsi. Elektrik enerjisinin istehsalı, onun çevrilməsi, paylaşdırılması zamanı elektrotexnika elminin əhəmiyyəti. Gələcəkdə istehlakçıların elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmaq məqsədi ilə, respublikanın bütün bölgələrində modul tipli elektrik stansiyalarının inşasının əhəmiyyəti.
Mövzu 2. Elektrik ölçü cihazları və ölçmələr

Elektrik ölçü cihazları və ölçmələr haqqında ümumi məlumat. Elektromaqnit cihazlar. Maqnit-elektrik cihazlar. Elektrodinamik cihazlar. İnduksiya cihazlarl. Cərəyan şiddətinin ölçülməsi. Ampermetrlə ölçmə hədlərinin genişləndirilməsi. Müqavimətin ölçülməsi. Ommetr, meqommetr. Universal elektrik-ölçü cihazı. Müqavimətləri ölçmək üçün körpü. Elektrik gücünün və enerjinin ölçülməsi. Qeyri – elektrik kəmiyyətlərinin ölçülməsi anlayışı.



Mövzu 3.Elektrik sahəsi və elektrik cərəyanı haqqında anlayış

Yüklərin qarşılıqlı təsiri. Kulon qanunu. Maddənin quruluşunun elektron nəzəriyyəsi haqqında anlayış. Yüklərin qarşılıqlı təsirikulon qanunu. Cisimlərin elektriklənməsi. Elektrik sahəsi. Potensial. Sahənin gərginliyi.Elektrik cərəyanı haqqında anlayışNaqillər və dielektriklər. Elektrik tutumu.kondensatorun doldurulması və boşaldılması. Kondensatorların birləşdirilməsi.


Mövzu 4. Sabit cərəyan elektrik dövrələri

Elektrik hərəkət qüvvəsi. Elektrik müqaviməti. OM qanunun. Kirxhofun birinci qanunu. Müqavimətlərin ardıcıl birləşdirilməsi.Müqavimətlərin qarışıq birləşdirilməsi. Kirxhofun ikinci qanunu. Elektrik cərəyanının işi və gücü. Lents-Cul qanunu. Elektrik cərəyanının istilik təsirindən istifadə olunması. Elektrik qövsü. Elektrik qövsünün istilik təsiri. Elektrik cərəyanının kimyəvi təsiri. Faradeyin qanunları. Qalvanik elementlər. Akkumlyatorlar. Elektromaqnetizm və elektromaqnit induksiya. Maqnitlər. Elektrik cərəyanının maqnit sahəsi.Maqnetizm anlayışı. Maqnit keçriciliyi. Gərginlik. Maqnit induksiyası. Maqnit seli. Poladın təkrar maqnitləşməsi.saxlayıcı qüvvə.Təkrar maqnitləşmə üçün enerji itkisi.



Mövzu 5. Elektromaqnit və bunun tətbiqi

Maqnit sahəsinə cərəyan keçirən naqil.Elektromaqnit inuksiyası.Öz-özünə induksiya. Qarşılıqlı induksiya. Burulğan cərəyanlar.


Mövzu 6. Bir fazalı dəyişən cərəyan

Dəyişən elektrik hərəkət qüvvəsinin alıması. Dəyişən cərəyanı xarakterizə edən əsas kəmiyyətlər. Dəyişən gərginliklərin və cərəyanların toplanması anlayışı. Vektorlar və vektor diaqramları anlayışı. Dəyişən cərəyan dövrəsində induktivlik. Dəyişən cərəyan dövrəsində aktiv və induktiv müqavimətlər. Dəyişən cərəyan dövrəsində tutum. Dəyişən cərəyan dövrəsində aktiv və tutum müqavimətləri. Aktiv induktiv və tutum müqavimətləri qoşulmur dəyişən cərəyan dövrəsi. Gərginliklər rezonansı. Cərəyanlar rezonansı. Bir fazlı dəyişən cərəyan kubu.



Mövzu 7. Çox fazalı dəyişən cərəyan (üç fazalı)

Çox fazlı generatorlar. Generator dolaqlarının birləşdirilməsi. Üç fazlı cərəyan şəbəkəsinə yük qoşması. Fazalı cərəyan yükü. Fırlanan maqnit sahəsi.

Mövzu 8.Transformatorlar

Transformator haqqında ümumi məlumat. Transformatorun iş prinsipi və quruluşu. Transformator dolaqlarının elektrik-hərəkət qüvvələri. Transformatorun iş prosesi. Üç fazlı transformatorlar. Yüksüz işləmə və qısa qapanma təcrübəsi. Transformatorun faydalı iş əmsalı. Avtotransformatorlar. Ölçü transformatorlar. Azgüclü transformatorların hesablanması.



Mövzu 9.Asinxron mühərriklər

Asinxron mühərriklərin işləmə prinsipi. Asinxron mühərrikin quruluşu. Asinxron mühərrikin yük altında işləməsi. Asinxron mühərrikin fırladığı moment. Asinxron mühərrikin mexaniki iş xarakteristikaları. Asinxron mühərrikin işə salınması. Asinxron mühərriklərdə sürətin tənzim edilməsi.



Mövzu 10. Sinxron mühərriklər

Sinxron mühərriklər. Sinxron generatorun işləmə prinsipi. Sinxron generatorun quruluşu. Sinxron generatorun yükləmə altında işləməsi.



Mövzu 11. Sabit cərəyan maşınları.

Sabit cərəyan generatorunun iş prinsipi. Sabit cərəyan generatorunun quruluşu. Sabit cərəyan maşınları lövbərinin dolaqları. Cərəyanın kommutasiyası. Sabit cərəyan generatorlarının təsirləndirmə üsulları. Sabit cərəyan generatorunun iş prosesi. Sabit cərəyan maşınının elektromaqnit momenti. Sabit cərəyan maşınının mühırrik rejimində işləməsi. Sabit cərəyan mühərrikinin işə salınması. Paralel təsirlənən mühərrik. Ardıcıl təsirlənən mühərrik. Qarışıq təsirlənən mühərrik. Sabit cərəyan mühərriklərində fırlanma sürətinin tənzimlənməsi. Sabit cərəyan maşınlarının itkisi .



Mövzu 12. Elektrik idarəetmə və mühafizə aparatları

Ştepsel rozeti və hacası. Açarlar. Avtomatlar. Kəsən açarlar. Qoruyucular. Reostatlar. Kontrollerlər. İdarəetmə düymələri və düymə stansiyaları. Kontaktor. Maqnitiçısalıcı.İstilik relesi.



Mövzu 13. Elektrik enerjisinin istehsalı

Elektrik enerjisinin istehsalı, tələbatı, ötürülməsi, paylanması. Elektrik sistemi haqqında anlayış. Elektrik stansiyaları.

Laboratoriya işləri

Laboratoriya işi №1 Elektrik ölçü cihazlarının quruluşunun öyrənilməsi.

Laboratoriya işi №2 Texniki ampermetrin və ya voltmetrin yoxlanılması.

Laboratoriya işi №3 Elektrik müqavimətlərinin ommetrlə ölçülməsi.

Laboratoriya işi №4 Ən sadə ommetrin yığılması.

Laboratoriya işi №5 Elektrik cərəyanı gücünün ölçülməsi.

Laboratoriya işi №6 Bir fazlı cərəyan mühərrikinin öyrənilməsi.

Laboratoriya işi №7 Bir fazlı transformatorun öyrənilməsi

Laboratoriya işi №8 sabit cərəyan elektrik relesinin yığılması.

Laboratoriya işi №9 Elektrik qəbuledicilərin ulduz birləşmələri.



Laboratoriya işi №10 Üç fazlı asinxron mühərrikin idarə edilməsi sxeminin yığılması.





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə