əməliyyatlar meydanında əsaslı dönüşə nail olduqdan sonra bu qitədə
hərbi əməliyyatların aparılması dayandırıldı.
Müttəfiqlər
1943-
cü ilin aprel-may aylarında Atlantika uğrunda döyüşdə də
qələbə çaldılar. Bu qələbə Almaniyanın məğlubiyyətinin labüdlüyünü
göstərdi.
İngilis hökuməti antihitlerçi koalisiyanın yaradılması və
möhkəmləndirilməsinə öz töhfəsini verdi.
Müharibə illərində İngiltərə hökuməti hərb sənayesini sürətlə
inkişaf etdirdi. Güclü silahlı qüvvələr yaratdı. 1944-cü ildə ingilis
silahlı qüvvələrinin sayı 4 mln. 543 min nəfərə çatırdı. Dominion və
müstəmləkələrdən cəlb edilənlərlə birgə orduda 9,5 mln. adam qulluq
edirdi. Müharibə dövründə ölkədə 131 min təyyarə, 25 min tank, 300
min top, 1 mln.-dək aviasiya bombası, 160 mln. top mərmisi, 8,3
mlrd, patron istehsal edilmişdi. Hərbi sənayenin tam gücü ilə
işləməsinə yalnız 1943-cü ilin avqust ayında nail olundu.
Maşınqayırma və kimya sənayesi inkişaf etdi. Hərb sənayesinin
genişləndirilməsi əlavə işçi qüvvəsi tələb etdiyindən işsizlər işə cəlb
olundular. Ölkədə işsizlik tamamilə ləğv edildi. Hökumət işçi
qüvvəsindən istifadəni tənzimlədi. Bütün istehsal sahələrində ruh
yüksəkliyi yarandı. Müharibənin aparılması üçün lazım olan silah və
sursatın əsas hissəsini İngiltərə özü istehsal edirdi.
Müharibə illərində hökumət kənd təsərrüfatının inkişafına
xüsusi diqqət yetirdi. Xaricdən ərzaq gətirilməsi çətin olduğundan
hökumət kənd təsərrüfatı məhsulları istehsalını genişləndirmək
məqsədi ilə tədbirlər həyata keçirdi. Fermerlərə əvəzsiz yardımlar
edildi. Bu tədbirlərin nəticəsində ölkədə taxıl və kartof əkini sahələri
genişləndirildi. Məhsuldarlıq artdı. İngiltərə müharibə illərində
özünün ərzaq tələbatını əsasən ödəyirdi.
Müharibə İngiltərənin dominion və müstəmləkələrində iqtisadi
inkişafa müsbət təsir göstərdi. Həmin ərazilərdə yeni fabrik və
zavodlar tikildi. Faşizmə qarşı ümumi mübarizədə onlar mühüm rol
oynadılar.
Ölkədə 1935-ci ildən bəri parlament seçkiləri keçirilmirdi.
142