BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə24/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   20   21   22   23   24   25   26   27   ...   120

beynəlxalq aləmdə ölkəni təmsil edirdi. Prezident parlamenti buraxa 
və qanunları ləğv edə bilərdi. Konstitusiyanın 48-ci maddəsinə əsasən 
prezidentə  ölkədə  fövqəladə  vəziyyət  tətbiq  etmək  səlahiyyəti 
verilirdi.  Prezident  partiyaların  fövqündə  duraraq  respublika 
quruluşunun və imperiyanın  bütövlüyünün təminatçısı elan edilirdi. 
Onun  hökumətin  başçısını  təyin  etmək  və  vəzifədən  çıxannaq 
səlahiyyəti  var  idi.  Prezident  eyni  zamanda  ölkənin  silahlı 
qüvvələrinin ali baş komandanı vəzifəsini tuturdu. 
Almaniya  18  ərazidən  (torpaq)  ibarət  oldu.  Hər  bir  ərazinin 
konstitusiyası  və  hökuməti  yaradılırdı.  Veymar  konstitusiyası  yerli 
qanunverici orqanlar olan landtaqları da formalaşdırdı. 
Konstitusiya  vətəndaşlara  geniş  hüquqlar  verirdi.  Veymar 
konstitusiyasında  şəxsiyyətin  hüquq  və  azadlıqları,  ictimai,  sosial- 
iqtisadi məsələlər təsbit edilmişdi. Qadın və kişilər, başqa dilli əhali, 
milli  azlıqlar  qanun  qarşısında  bərabər  elan  olundular.  Şəxsiyyətin 
toxunulmazlığı, mənzil hüququ, yazışmaların məxfiliyi, söz, mətbuat, 
fəaliyyət  azadlığı  və  cəmiyyətlər  yaratmaq  hüququ  verildi.  Kilsə 
dövlətdən ayrıldı. İcbari təhsil tətbiq olundu. 
Veymar konstitusiyası  sosial  istiqamətli,  yeni  tipli demokratik 
dövlət  konstitusiyası  idi.  Konstitusiyanın  qəbul  edilməsi  ilə  klassik 
liberal konstitusiya modelindən xeyli irəli gedildi. 
Almaniya 20-ci illərdə 
Versal  sülh  müqaviləsinin  imzalanmasına  baxmayaraq, 
Almaniyanın iri inhisarları onun şərtlərinin yerinə yetirilməsinə etiraz 
edirdilər. Stinnes, Virt, Tissen və başqaları Versal sülh müqaviləsi ilə 
barışmırdılar.  Onun  şərtlərinin  ləğv  edilməsi  uğrunda  mübarizə 
ideyası  sosial  vəziyyətindən  asılı  olmayaraq  bütün  vətəndaşlar 
arasında  geniş  yayılmışdı.  Narazılıq  ölkəni  bürümüşdü.  Millətçilik 
güclənirdi.  Yeni  ictimai-siyasi  təşkilatlar  yaranırdı.  E.Ştadlerin 
nəzarətində  olan  Alman  Fəhlə  Partiyası  Münhen  dəmiryol  ustası 
Anton Drekslerin rəhbərliyi altında daha ciddi fəaliyyət göstərirdi. 
74 


1919-cu  ildə  bu  partiya  Nasional-Sosialist  Demokrat-Fəhlə 
Partyiasına  çevrildi.  Az  sonra  partiyanın  rəhbəri  Adolf  Hitler 
Şklqruber  (1889-cu  il  20  aprel  -  1945-ci  il  30  aprel)  oldu.  Hitler 
Avstriyanın Braunau şəhərində gömrük qulluqçusu ailəsində anadan 
olmuşdu. Onun şəxsiyyətinin formalaşmasına ailədəki gərgin mühit, 
atası  ilə  kəskin  münaqişələr,  anasının  ölümündən  sonra  yoxsul 
yaşaması və s. təsir etmişdi.  Hitler məktəbi  bitirməmiş və ali təhsil 
almamışdı. O, müharibədə yefreytor olmuş, hərbi əməliyyatlar başa 
çatdıqdan sonra isə Münhen polisində işləmişdi. 
Stinnes,  Ştadler  və  başqalarının  maliyyələşdirdiyi  partiyanın 
proqramı  1920-ci 
ildə  qəbul  edildi.  Proqramda  kapitalın 
bölüşdürülməsində fəhlələrin iştirakı, kəndlilərə torpaq verilməsi və s. 
vədlər əksini tapmışdı. Qatı millətçilik və şovinizm ruhunda yazılmış 
proqramda  “Böyük  Almaniya”  yaradılması  ideyası  irəli  sürülürdü. 
Partiya tezliklə xalq kütlələri tərəfindən rəğbətlə qarşılandı. Sonralar, 
1921-ci ildə partiyanın üzvü olan kapitan Emest Rem hücum dəstələri 
(SA)  yaratdı.  Nasional-sosialistlər  "Felkişer  Beobaxter"  (Xalq 
nəzarətçisi)  qəzetini  satın  aldılar.  Bütün  bunlarla  yanaşı  partiyanın 
başlıca silahı Hitlerin dühası hesab edilirdi. 
1919-cu  ilin  iyul  ayından  1920-ci  ilin  martınadək  Almaniyada 
hökumətə  sosial-demokratların  nümayəndəsi  Qustav  Bauer  başçılıq 
etdi.  Bauer  hökumətinin  Versal  sülh  müqaviləsinin  şərtlərini  yerinə 
yetirməyə başlaması ölkədə mövcud olan ağır sosial-iqtisadi vəziyyəti 
daha da dərinləşdirdi. Dövlət borcu əgər 1918-ci ildə 50 mlrd, marka 
idisə,  1919-cu  ildə  86,  1920-ci  ildə  isə  153  mlrd,  marka  oldu. 
Markanın  alıcılıq  qabiliyyəti  aşağı  düşürdü.  Ölkəni  inflyasiya 
bürümüşdü.  Xaricə  kapital  çıxarılması  çoxalmışdı.  Hökumətin 
siyasəti  və  Versal  sülhünün  şərtlərinin  yerinə  yetirilməsindən 
narazılıq güclənirdi. Təkcə mühafizəkar və millətçi partiyalar deyil, 
həmçinin  inhisarlar  da  hökumətin  siyasətinə  qarşı  bixdəşmişdilər. 
Nəticədə Almaniyada böhran yarandı. 
Sənaye və bank dairələri, həmçinin generalitetlə yaxın əlaqələri 
olan iri mülkədar Kapp qiyamın başında durdu. Qiyamın rəh- 
75 


hərlərindən  biri  dünya  müharibəsində  Birinci  ordu  qrupunun 
komandanı  olmuş  general  Lyütviç  idi.  Qiyamçıların  arxasında  sülh 
müqaviləsinin şərtlərindən ziyan çəkmiş iri sənaye sahibkarları olan 
Stinnes,  Krupp,  Huqenberq  və  başqaları  dururdu.  Onlara  maliyyə 
yardımını Döyçe bank, Drezdener bank və başqaları edirdi. Qiyamın 
əsas  hərbi  qüvvəsi  1919-cu  ilin  yayında  yaradılmış  milli  birlik 
dəstələri  idi.  Qiyamın  siyasi  qüvvəsini  Lüdendorf  çevrəsi  təşkil 
edirdi. Bu çevrəyə rcyxsverin nümayəndələri, Alman Vətən Partiyası, 
xalq qrupları, E.Ştadler başda olmaqla həmrəyçilər, alman ordeni və 
b. daxil idilər. Bu siyasi qüvvələr ölkədə yaranmış ağır sosial-iqtisadi 
vəziyyətdən, xalqın qisasçılıq  əhval- ruhiyyəsindən və monarxiyanı 
bərpa  etmək  istəklərindən  istifadə  edərək  açıq  silahlı  çıxış  yolu 
tutdular. Qiyamçılar general Lyütviç başda olmaqla 1920-ci il martın 
10-da prezident Ebertə aşağıdakı məzmunda ultimatum verdilər: Milli 
Məclis  buraxılsın,  yeni  prezident  seçkiləri  keçirilsin,  reyxsverin 
ixtisarından  imtina  edilsin  və  hərbi  canilər  Antanta  ölkələrinə 
verilməsin.  Ebert  hərbçilərin  ultimatumunu  rədd  etdi.  Bundan 
qəzəblənən qiyamçılar könüllü dəstələrin köməyi ilə martın l l-13-də 
hökumət binalarını tutdular. Prezident və hökumət Berlindən əvvəlcə 
Drezdenə, sonra isə Ştutqarta qaçdı. Kapp yeni kansler, Lyütviç isə 
hərbi  nazir  oldu.  Ölkədə  mühasirə  vəziyyəti  elan  edildi.  Veymar 
konstitusiyası ləğv olundu. Müxalifət qəzetləri bağlandı. 
Qanuni  hökumət  qiyam  əleyhinə  qəti  mübarizə  apara 
bilməyərək  yalnız  həmkarlar  ittifaqlarını  tətilə  çağırdı.  Hökumətin 
çağırışına həmrəy olan Berlin bankları qiyamçılara pul buraxmadılar. 
Ordu da qiyamı müdafiə etmədi. Yeni ali baş komandan general fon 
Sekt ordunu daxili mübahisə və münaqişəyə qatmadı. Sağ mərkəzçi 
partiyalar  da  qiyamın  müdafiəsinə  qalxmadılar.  Belə  vəziyyət 
proseslərin  gedişinə  öz  təsirini  etdi.  Xalq  Veymar  respublikasının 
müdafiəsinə qalxdı. 12 mln. adamın iştirakı ilə keçirilən mitinqlər öz 
bəhrəsini verdi. Böyük dövlətlər də qiyamın əleyhinə çıxdılar. Belə 
şəraitdə könüllü olaraq bütün səlahiyyətləri öz 
76 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə