üzərindən atıb siyasi fəaliyyətdən uzaqlaşan Kapp martın 17-də
İsveçrəyə getdi. Prezident Ebert və hökumət paytaxta qayıtdılar.
Konstitusiya quruluşu bərpa edildi. Ebert özünü gözdən salan Bauer
hökumətini istefaya göndərdi. Onun əvəzinə kansler vəzifəsinə
Sosial-Demokrat Partiyasının nümayəndəsi German Müllcr gətirildi.
1920-ci
il
iyunun
6-da
reyxstaqa
keçirilən
seçkilərdə
sosial-demokratlar mövqelərini itirdilər. Sağ partiyalar isə xeyli
gücləndilər. Seçkilərdə AMSDP 84, Alman Milli Xalq Partiyası 71,
Katolik-Mərkəz Partiyası 64, ADP 39, kommunistlər isə ilk dəfə
olaraq 4 mandat aldılar. Reyxstaqda yeni qüvvələr nisbətinin
yaranması Veymar koalisiyasının süqutuna gətirib çıxardı. Yeni
hökuməti Alman Milli Xalq Partiyası, Alman Demokrat Partiyası və
Katolik-Mərkəz Partiyası formalaşdırdı. İyunun 21-də Mərkəz
Partiyasının lideri K.Ferenbax kansler oldu. Ölkədəki bütün könüllü
hərbi dəstələr qadağan edildi. Yalnız Bavariyada belə dəstələr
saxlanıldı. Qatı millətçilər silahlı dəstələri ləğv etməyərək ağackəsən
və idmançı adı altında kəndlərdə yerləşdirdilər.
Ferenbax hökuməti gömıiik siyasətini ciddiləşdirdi. Lakin
iqtisadi vəziyyət yenə də düzəlmədi. Dövlət büdcəsinin kəsiri 70 mlrd,
marka, nominal və real əmək haqqı arasında fərq isə 50% təşkil etdi.
Ölkəni -narazılıq bürümüşdü. Siyasi böhran yarandığından Ferenbax
da hakimiyyətdə çox az qaldı. O, 1921-ci ilin may ayında istefaya
getməyə məcbur oldu.
1921-ci il mayın 11-də reyxstaq təzminatın ödənilməsinə dair
London konfransında verilən ultimatumu qəbul etdi. Birinci təzminat
3 ay sonra ödənilməli idi. Lakin Reyxsbankda bu qədər pul olmadığı
üçün hökumət dünya birjalarından 50 mlrd, marka aldı. Bu, ölkədə
inflyasiyanı dərinləşdirdi.
1921-ci ildə Mərkəz Partiyasının nümayəndəsi İ.Virtin qurduğu
hökumətin əsas vəzifəsi Almaniyanın iqtisadi və maliyyə vəziyyətini
düzəltmək, böyük dövlətlərlə nonnal münasibətlər yaratmaq idi.
Hökumət markanın kursunu sabitləşdirmək məqsədi ilə ölkənin qızıl
ehtiyatını satmağa başladı. Lakin
iri maqnatlar
77
mane olduğundan bu cəhdlər elə bir nəticə vermədi.
Qalib dövlətlərə təzminatı ödəmək məsələsində hökumətin
tərkibində ciddi fikir ayrılıqlan mövcud idi. Bu məsələ barəsində iki
xətt arasında kəskin mübarizə gedirdi. Birinci xəttin tərəfdarları
təzminatın ödənilməsinin vacibliyini bildirirdilər. Təzminatı
ödəməyin və qalib dövlətlərlə nonnal münasibətlər qurmağın
tərəfdarı olan xarici işlər naziri, ADP-nin nümayəndəsi, tanınmış
sahibkar və siyasətçi Valter Ratenau 1922-ci il iyunun 24-də
“Konsul” terrorçu təşkilatının üzvləri tərəfindən öldürüldü.
Ümumiyyətlə, ölkədə təzminatı ödəmək xəttinin tərəfdarları xeyli az
idi.
İkinci xəttin tərəfdarı təzminatın ödəməyin əleyhdarları idi.
Həmin xəttin nümayəndələri olan nasional-sosialistlər, millətçilər və
iri inhisarlar təzminatın ödənilməsi üzərinə moratorium qoyulmasını
tələb edirdilər. Bu sahədə Stinnes və başqaları xüsusi ilə fəallıq
göstərirdilər.
Münhen qiyamı
Təzminatın yubadılaraq ödənilməsindən narazı olan Fransa yeni
işğalçılıq planlarına əl atdı. 1923-cü il yanvarın 11-də Fransa və
Belçika qoşunları Almaniyada daş kömürün 90%-ni, çuqunun isə
70%-ni verən Rur hövzəsi və Reyn vilayətini işğal etdi. Rurun işğalı
faktı fransızların qələbəsi olsa da Fransaya heç bir şey vermədi.
İşğalla barışmayan alman xalqı işləməkdən imtina etdi. Virt
hökuməti
böhrana düşərək istefaya getdi. V.Kuno bitərəflərdən ibarət hökumət
qurdu. Bu hökumət işğala passiv müqavimət göstərdi. Yeni kabinet
fəlakət siyasəti ideyasını irəli sürdü. Hökumət təzminatı ödəməyin
qəti əleyhinə çıxsa da digər beynəlxalq sazişlərin yerinə
yetirilməsinin vacibliyini bildirdi. Amma hökumətin bu siyasəti də
iflasa uğradı. İnflyasiya görünməmiş həddə çatdı. İşsizlərin sayı 5
mln. nəfər oldu. Ölkəni Kuno hökuməti əleyhinə tətillər bürüdü.
Nəticədə avqustun 12-də Kuno hökuməti
78