BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə28/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   24   25   26   27   28   29   30   31   ...   120

əlverişli  şərait  yaradırdı.  İqtisadi  böhrandan  öz  xeyirlərinə  istifadə 
edən  nasional-sosialistlər  fəaliyyətlərini  gücləndirirdilər.  Onlar 
əhaliyə  sosial-iqtisadi  sahələrdə  geniş  vədlər  verirdilər.  Mövcud 
vəziyyət  hökumətdən  qəti  addımlar  atmağı  tələb  edirdi.  Hökumət 
əleyhinə  olan  çıxışlar  yatırıldı.  Qanuna  zidd  siyasi  prosesləri  ləğv 
etmək və nəzarətdə saxlamaqdan ötrü tədbirlər həyata keçirildi. 
1931-
 
ci ilin yazında siyasi təbəddülatlara qarşı mübarizə haqqında 
dekret verildi. Dekretə görə yığıncaqlar və nümayişlər yalnız qanuna 
tabe olunmadığı təqdirdə qadağan edilə bilərdi. 
Bryuninq  hökumətinin  xarici  siyasəti  başlıca  olaraq  Lokarno 
sazişlərini yerinə yetirməyə yönəlmişdi. 
Bryuninq  prezident  Hindenburqu  reyxstaqı  vaxtından  əvvəl 
buraxmağa inandıra bildi. 1930-cu ilin sentyabr ayında reyxstaqa yeni 
seçkilər keçirildi. Seçkilərdə sosial-demokratlar 143 mandat aldılar. 
Nasional-sosialistlər 6,4 mln. səs və ya 107 mandat qazanaraq ikinci 
böyük  fraksiya  yaratdılar.  Ölkədə  nasional-  sosialistlərin  mövqeyi 
gücləndi. Onlar Almaniya siyasi həyatında ciddi qüvvə kimi özlərini 
təsdiq etdilər. Kommunistlər 1928-ci il seçkiləri ilə müqayisədə 1,3 
mln.  çox  səs,  daha  doğrusu  4,6  mln.  səs  və  ya  77  mandat  aldılar. 
1930-cu ildə 5, 1931-ci ildə isə 44 fövqəladə dekret verildi. 1931-ci 
ilin  oktyabr  ayında  Bryuninq  hökumətində  dəyişiklik  oldu.  Bəzi 
nazirlər istefaya getdi. 
1932-
 
ci  ilin  mart-aprel  aylarında  keçirilən  prezident 
seçkilərində prezident Hindenburqun rəqibləri Düsterberq, E.Telman 
və Hit- ler oldular. Hitleri katoliklər, iri sənayeçilər və protestantlar 
müdafiə edirdilər. O, seçki kampaniyasını Versal sülhünün şərtlərinə 
qarşı çıxaraq "Qocalar yoldan çıxın" şüarı üzərində qurdu. Seçkilərin 
birinci turu namizədlərin heç birinə uğur gətinnədi. Hinden- burq 19 
mln.  və  ya  49,6%,  Hitler  13,4  mln.  və  ya  30,1%,  Telman  13,2%, 
Düsterberq  isə  7,1%  səs  aldı.  Aprelin  10-da  seçkilərin  ikinci  turu 
keçirildi. Hindenburq 53% səs alaraq prezident seçildi. Hitler 36,8%, 
Telman isə 10,2% səs aldı. 
Əlverişli vəziyyətdən istifadə edən Bryuninqin müxalifət par- 
86 


tiyalannın üzərinə hücuma keçməyi qərara alması cəmiyyətdə kəskin 
narazılıq  yaratdı. Xüsusən 500 min nəfərlik SA  hücum  dəstələrinin 
fəaliyyətinin  qadağan  edilməsi  etirazla  qarşılandı.  Çünki  cəmiyyət 
SA-ya  sol  partiyaların  silahlı  dəstələrinə  alternativ  kimi  baxırdı. 
Böhran  dərinləşdi.  Bryuninq  istefaya  getməyə  məcbur  oldu. 
Hindenburq  1932-ci  il  iyunun  1-də  Mərkəz  Partiyasının  üzvü  Fon 
Papenə hökumət təşkil etməyi tapşırdı. O, hökumətə başçılıq etməyə 
razılıq 
verdiyinə 
görə 
partiya 
sıralarından 
çıxarıldı. 
Nasional-sosialistlərin  qatı  əleyhdarı  olan  general  Şleyxer  yeni 
kabinetdə müdafiə naziri vəzifəsini tutdu.  Papen hakimiyyətə  gələn 
kimi  66  fövqəladə  dekret  verildi.  Reyxstaq  buraxıldı.  1932-ci  il 
iyunun  sonunda  yeni  seçkilər  keçirildi.  Seçkilərdə  nasional- 
sosialistlər 13,8 mln. səs və ya 230 mandat, sosial-demokratlar 8 mln. 
səs və ya 133 mandat, kommunistlər isə 5,3 mln. səs və ya 89 mandat 
aldılar.  Katolik-Mərkəz  75,  millətçilər  37,  Xalq  Partiyası  23, 
demokratlar 20 yer qazandılar. Nəticələr ölkədə nasional- sosializmin 
nüfuzunun  artdığını  göstərirdi.  Təşkilatın  sıraları  genişlənirdi.  Bu 
zaman  Nasional-Sosialist  Partiyasına  720  min  nəfər  yeni  üzv  qəbul 
edilmişdi.  Hitler  koalisiyalı  hökumət  yaradıb  özünü  hər  hansı 
öhdəliklərlə  bağlamaq  istəmədi.  Belə  olduqda  iyulun  20-də  prus 
hökuməti, sentyabr ayında isə reyxstaq buraxıldı. Noyabrın 6-da yeni 
seçkilər  keçirildi.  Seçkilərdə  nasional-  sosialistlər  247  mandat, 
sosial-demokratlar  7,2  mln.  səs  və  ya  121  mandat,  kommunistlər  6 
mln.  səs  və  ya  100  mandat  qazandılar.  Belə  vəziyyət  hakimiyyəti 
təşvişə  saldı.  Nasional-sosialistlərin  hakimiyyətə  gəlməsini 
əngəlləmək  üçün  bu  partiyanın  deputatlarının  51  nəfərinin  Alman 
Milli  Xalq  Partiyası  sıralarına  keçməsi  təşkil  edildi.  Nəticədə 
nasional-sosialistlərin  deputat  mandatı  196-ya  düşdü.  Buna 
baxmayaraq, nasional-sosialistlərin güclü ideoloji proqramı cəlbedici 
olduğundan partiyanın nüfuzu daha da artdı. 
General Şleyxer Milli həmrəylik hökuməti yaratdı. Hökumət 1932-ci 
ilin dekabr ayından 1933-cü ilin yanvarına qədər hakimiy 
87 


yətdə olsa da parlamentdə etimad qazana bilməyərək istefaya getdi. 
Yaranmış  şəraitdə  Hindenburq  1932-ci  ilin  sonunda  nasional- 
sosialistlərin  çevriliş  yolu  ilə  hakimiyyətə  gəlmək  cəhdlərinin  qəti 
əleyhinə  çıxan  və  seçkilərdə  qələbə  qazanmağa  üstünlük  verən 
Hitlerə  reyxskansler  vəzifəsini  tutmağı  təklif  etdi.  O,  Hitlerlə 
görüşərək  şərtlərini  söylədi.  Hitlerin  quracağı  hökumət  Milli 
həmrəylik  hökuməti  olmalı  idi.  1933-cü  il  yanvarın  30-da 
Hindenburq  həmin  şərtlərlə  razılaşan  Hitleri  kansler  təyin  etdi. 
Vitse-kansler  isə  Fon  Papen  oldu.  Beləliklə,  Almaniyada 
nasional-sosialistlərin  liderinin  rəhbərliyi  altında  yeni  hökumət 
quruldu. 
Nasional - sosialistlərin diktaturası. 
Üçüncü reyx 
Hitlerin  Milli  həmrəylik  hökuməti  koalisiyalı  olub  tərkibində 
mərkəzçiləri, mühafizəkarları və millətçiləri birləşdirirdi. Frik daxili 
işlər naziri, Gerinq isə reyxstaqın sədri olmaqla Prusiyanın daxili işlər 
naziri  təyin  edildilər.  Hökumət  fəal  daxili  siyasət  yeridərək  alman 
cəmiyyətinin böyük əksəriyyəti tərəfindən rədd olunan solçu hərəkata 
qarşı  mübarizəyə  başladı.  İlk  növbədə  millət  içərisində  sinfi  bölgü 
əsasında nifrət yaradan kommunist təşkilatları sıxışdırıldı. 1933-cü il 
fevralın  28-də  reyxstaqın  binası  yandırıldı.  Bundan  istifadə  edən 
hökumət təxminən 10 min adamı həbs etdi. Kommunistlərin rəhbəri 
E.Telman  1933-cü  il  martın  3-də  həbs  olundu.  Bütün  kommunist 
qəzetləri bağlandı. 
Reyxstaqa martın 5-də keçirilən seçkilərdə nasional-sosialistlər 
17,3 mln. səs və ya 288 mandat, sosial-demokratlar 7,2 mln. səs və ya 
120  mandat,  kommunistlər  4,8  mln.  səs  və  ya  81  mandat  aldılar. 
Mərkəzçilər  isə  74  mandat  qazandılar.  Hitleri  mərkəzçilər  və 
millətçilər  müdafiə  edirdilər.  Alman  cəmiyyətini  qarşıdunnaya  və 
vətəndaş müharibəsinə çağıran 81 kommunistin  deputat mandatı az 
sonra ləğv edildi. Onlar həbs olundular. 1933-cü il martın 14-də 
88 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə