|
![](/i/favi32.png) Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin
|
səhifə | 44/87 | tarix | 20.10.2017 | ölçüsü | 16,72 Mb. | | #5920 |
| Bu xütbənin (cahiliyyət dövrünün insanları və Həzrət Peyğəbmərin səhabələri haqda olan) bir hissəsidir
(Müqəddəs İslam dini yaranmamışdan əvvəl bütün dünyanı azğınlıq bürümüşdü və insanlar müxtəlif pozğun işlərlə məşğul olurdular.) Onların (günah və itaətsizlik) zəmanəsi (öz) günah və cəzalarını başa çatdırmaları üçün uzun çəkdi.2 Zəmanələrinin sonu yaxınlaşana qədər ruzgarlarının ağır hadisələrinə layiq olmaları üçün. (Rəis və başçılarından) bir dəstə pozğunluqlara bel bağlayıb ondan rahatlıq tapdı. Müharibə atəşini alovlandırmaq üçün əllərini qılıncla göyə qaldırdılar.3 (Həzrət Peyğəmbər öz səhabə və ardıcıllarını müqəddəs İslam dinini təbliğ edib yaymaq üçün elə tərbiyələndirdi ki,) İlahi qəzavü-qədər bəla və çətinlik dövrünün başa çatmasını tələb edənədək (müsəlmanlar güclənib dinləri dünyada məşhurlaşana qədər çətinliklərdə və düşmənlə döyüşdə) dözümlərini Allaha minnət qoymadılar, haqqın yolunda candan keçməyi böyük saymadılar.4 (Döyüşlərdə) qılınc çalmaları bəsirətlərinə (nadanlığa və şəhvətə görə deyil, Allaha və Peyğəmbərə inamlarına) görə idi. Yol göstərən və nəsihət verənlərinin (Həzrət Peyğəmbərin) əmrilə Allahlarına yaxınlaşdılar.1 Allah-təala bu Peyğəmbərin (səlləllahu əleyhi və alih) ruhunu aldıqdan sonra bir dəstə geriyə qayıtdı (Həzrət Peyğəmbərin əmr və qadağalarına arxa çevirib yenidən azğınlıq yoluna qədəm qoydular) və (azğınlıq) yolları onları məhv etdi. (Dünyada pozğunluğa, axirətdə isə əbədi əzaba düçar oldular.) Öz nadürüst düşüncə və rəylərinə etimad etdilər (hökmləri özlərindən səhv bəyan etməklə insanları ona tabe olmağa məcbur etdilər. Həzrət Peyğəmbərin) qohum-əqrabasından qeyrisinə tabe oldular.2 (Onları) sevməyə əmr edilmiş vasitədən (yəni, hidayət və qurtuluş vasitəsi olan Həzrət Peyğəmbərin Əhli-Beytindən) uzaq durdular.3 Binanı (din və imanı) möhkəm bünövrəsindən köçürərək layiq olmayan yerdə tikdilər.4 Onlar hər günahın mənbəyi, hər çətinliyə və nadanlığa daxil olanın qapılarıdır. (Batili və nadürüstlüyü istəyən hər kimsə onların ardınca gedər. Çünki onlar zəlillik və azğınlıq qapıları, fitnə-fəsadın, din və dünya işlərində pozğunluğun mənşəyidirlər.) Heyrət və səfalət içrə (dənizin dalğaları kimi) get-gəl edirdilər (çünki haqdan əl çəkmişdilər və dinin rəhbərinə tabe deyildilər) və bihuşluqda (cəhalət və nadanlıqda) Fironun ardıcılları kimi (öz əməllərinin əzab və cəzasından) qafil idilər.1 Bəziləri (xəlifələr kimi) axirətə göz yumub dünyaya yönəldilər, bəziləri də (Bəni Üməyyə kimi) dindən əl çəkib (doğru yol və qurtuluşdan) uzaqlaşdılar.
151-ci xütbə
İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbəri vəsf, ərəblərə nəsihət etdiyi və çətin hadisələrdən xəbər verdiyi) xütbələrindəndir.
Allahdan şeytanı uzaqlaşdırdığı və saxladığı yerlərdə, (ibadət, bəndəlik vaxtı və şeytana tabeçiliyə mane olan layiqli işlərdə Allahdan uğur diləyirəm) onun yalanlarına və tələlərinə (nəfsi istəklərə və dünyanın xoş görüşünə) düşməməkdə kömək diləyirəm. Şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi, elçisi, seçilmişi və bəyəndiyidir. Fəzlinin və böyüklüyünün tayı-bərabəri yoxdur, yoxluğunu heç nə əvəz etməz. Şəhərlər (sakinləri) zülmət azğınlığından və (bütpərəstlikdən), böyük nadanlıqdan, ünsiyyətdə kobudluq və pis əxlaqdan (daş qəlblilik və qan tökmədən) sonra Onunla (doğru yolun nuru ilə) işıqlandılar. İnsanlar (o Həzrətin peyğəmbərliyindən əvvəl) haramı və nalayiq olanı halal bilər, alimi və biliklini xar sayardılar. (Onları doğru yola yönəldəcək) peyğəmbərin olmadığı bir dövrdə yaşayıb, zülmətdə (küfr və azğınlıqda) ölürdülər. Siz, ey ərəb camaatı! (Görünməsi) yaxında olan bəlaların (fəsad və pozğunluqların) nişanələrisiniz (oxlarısınız). Qəflətdən və (insanın məhvinə, tükənməsinə səbəb olan) nemətin məstliyindən uzaq durun (çarəsiz qalmamaq üçün öz dininizə əhəmiyyət verin) və (dinə etinasızlığa görə) cəzanızın ağırlığından çəkinin. Şübhənin tozunda və qaranlığında (batilin haqla səhv salınmasında), fitnənin (yolunun) əyriliyində və kələ-kötürlüyündə, gizlinin aşkar olub üzə çıxmasında, qütbün asılmasında və onun oxunun fırlanmasında ləngiyin (düşünüb-daşınmadan dolaşıq və fitnə-fəsadın başlanğıcı olan işlərə girişməyin). (Çünki) fitnə və pozğunluq gizli yollarda üzə çıxar və rüsvayçılıq, çirkinlik yaradar. (Fitnə törədən səhv işlər əvvəldə az olar və yavaş-yavaş artar.) Onun böyüyüb artması (tədricən güclənən) gəncin böyüməsinə, nişanələri isə (çırpıldığı hər şeyi dağıdıb sındıran) daşın nişanələrinə bənzər. Zülmkarların hər biri başqası üçün bağladığı əhd-peymanla həmin fitnəni miras götürür. Onların (və azğınlığa aparan) ilki sonuncularının rəhbəri, sonuncuları isə (yaxşılara zülm etməkdə) ilklərinin ardınca gedəndir. Alçaq dünyaya (sahib olmağa) meylli, rəğbətlidirlər və (bu işdə) bir-birini ötüb keçirlər. İylənmiş, pis qoxulu murdar ətə çox tamah salaraq, onun üstündə bir-birilə düşmənçilik edirlər. Az zamandan sonra davamçı öz rəhbərindən, rəhbər isə ardıcılından bezər, sonra düşmənçiliklə bir-birindən pərən düşərlər. Görüşəndə biri digərini lənətləyib söyər.1 Müqəddimə olan bu fitnədən sonra daha bir məhvedici, qırıcı fitnə gələr. (Bu fitnə insanları çox pərişan və puç edər.) Ürəklər gücləndikdən sonra tutulmağa və daralmağa meyl edər, kişilər sağaldıqdan sonra azğınlaşarlar. O fitnənin üz tutduğu vaxt istəklər korlanar. Onun yarandığı vaxt düşüncələr (doğrusu nadürüstü ilə) səhv salınar. (Nadan başını itirər) onu dəf etmək niyyətində olan hər kimsəni fitnə sındıraraq puç edər, onunla əlləşib (unutmağa) çalışanı əzib məhv edər. Həmin fitnədə insanlar vəhşi uzunqulaq kimi bir-birinin boğazını gəmirib əziyyət verəcəklər. Birləşdirən iplər (dinin qaydaları və şəriət hökmləri) qırılıb qopacaq, işlərin üstü örtüləcək. (Qurtuluş yolu görünməz olacaq.) Bu fitnədə (alimlərin söz deməyə qüdrətləri olmadığına görə) elm, bilik azalacaq, zalımlar dil açacaqlar. O fitnə çöllərdə yaşayanları öz cilovunun dəmiri ilə döyəcək, sinəsi ilə onları əzəcək. (Pozğunluq dikbaş atın insanı ayaqları altına salıb öldürmək üçün onun üstünə çıxması kimi hər yanı bürüyəcək.) O fitnənin toz-torpağında (nişanə və əlamətlərində) tək yol gedənlər (alimlər və fazillər) puç olacaq (aradan gedəcək) və atlılar (igidlər və güclülər) onun (qarşısının alınması) yolunda həlak olacaqlar (öldürüləcəklər. Qısası, bu fitnədən az adam sağ çıxacaq). O fitnə acı tale (ən ağır ilahi hökmlə) ilə gələcək, yeni və pak qanları sağacaq (çox qan töküləcək), dinin nişanələrinə (şəriət hökmlərinə) nüfuz edəcək (belə ki, şəriət qanunlarına uyğun rəftar olunmayacaq). Yəqinlik əhd-peymanlarını (haqq inam və əqidələri) bir-birinə vuracaq (onları dəyişəcək). Ağıllılar və uzaqgörənlər ondan qaçacaq, natəmizlər və bədxahlar ağıl, düşüncə işlədərək həmin yola qədəm qoyacaqlar. Şimşək kimi çaxacaq (qovğalı və hay-küylü olacaq və yaxud qılıncların səsi qınlarından çıxarılarkən və qan axıdılarkən hər yerdə eşidiləcək) və çox ağır, tələsik olacaq (əlini belinə qoyub işində tələsən insan kimi). Onda qohumlar və yaxınlar bir-birindən ayrılacaq. İslam dini ondan uzaqlaşıb ayrı duracaq. (Çünki dinin qaydalarına ziddir.) Ona nifrət edən (günahdan və qarışıqlıqdan uzaq olan) xəstədir (müxtəlif çətinliklərə düşmüşdür), köçən (ondan qaçmaq istəyən) isə qalandır (nicatı və xilası yoxdur).
Dostları ilə paylaş: |
|
|