Bu işdə filankəsin Barmağı var



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
tarix16.11.2018
ölçüsü1,7 Mb.
#79892

background image
32

www.irs-az.com

№ 4 (52), 2011

Bu işdə filankəsin Barmağı var

Keçmişdə Azərbaycan əhalisinin böyük əksəriyyəti savadsız 

olduğu  dövrdə  bir  sənəd  imzalamaq  lazım  gəldikdə  barmağını 

mürəkkəbə  batırıb  kağızın  üzərinə  basaraq  imza  əvəzinə  bar-

maq izini qoyur, bununla da sənədin məzmunu ilə razı olduğunu 

bildirirdilər. Razı olmadıqları hansısa məsələdən söhbət düşəndə 

isə  bu  cür  savadsız  şəxslər  “mən  bu  işə  barmaq  qoya  (basa) 

bilmərəm” deyə rədd cavabını verirdilər.

Sonradan həmin ifadə məcazi mənada daha geniş yayılaraq, 

ümumiyyətlə  hər  hansı  işə  razı  olub-olmamağı,  bu  işdə  iştirak 

edib-etməməyi göstərmək üçün işlənməyə başlayır. Hazırda “bu 

işdə filankəsin barmağı var” deməklə haqqında söhbət gedən adamın işdə çox za-

man gizlincə iştirak etdiyini, yaxud bu işə razılıq verdiyini bildirirlər.

Yaxşıdır dəvənin qanadı Yoxdur

Göyərçinlər qanad çalıb mavi səmada uçduqları vaxt çöldə otlayan bir dəvə on-

ları seyr edir, quşların asanca havada cövlan etməsinə tamaşa edə-edə dərin ah 

çəkib deyir:

– Eh, kaş mənim də bu göyərçinlər kimi qanadım olaydı!

Alçaqdan  uçan  quşlardan  biri  dəvənin  yanıqlı-yanıqlı  dediyi  bu  sözləri  eşidib 

onun arzusunun səbəbini soruşur. Dəvə cavab verir:

– Heç bilirsənmi qanadım olsaydı neylərdim? Mən uçanda dağ-daş gur-gur gu-

ruldayardı. Təpiyimlə aləmi viran edərdim. Damların üstünə qonub ayağımla evləri 

uçurar, qanadlarımla ağacları, bağçaları, bağları viranə qoyardım...

Göyərçin dəvənin sözünü ağzında yarımçıq qoyub deyir:

–  Bəsdir,  mətləbini  başa  düşdüm.  Elə  yaxşı  olub  ki,  bu  arzun  ürəyində  qalıb. 

Sənin qanadın olsaydı, uçurmamış dam-daş qoymazdın.

Kiçik vəzifə və rütbəli adam böyüklük iddiasına düşdükdə, həm də rütbəyə çatan-

da heç kəsə göz verib işıq verməyəcəyi bəlli olduqda bu məsəldən istifadə olunur. 

daş həmin daşdır, zaman Başqa zamandır

Məşhur fars şairi Müslihəddin Sədinin “Gülüstan” əsərindəki bir hekayədə nəql 

edilir ki, padşahın yaxın adamlarından biri günahsız bir dərvişə daş atıb onun başını 

yarır. Dərviş ona bir söz deməyə cürət etmir, amma başını yaran daşı götürüb evinə 

aparır və gizlədir.

Hadisədən bir neçə il keçir, həmin əyana padşahın qəzəbi tutur, meydan qurub 

onu dar ağacından asmağa gətirirlər. Dərviş gizlətdiyi həmin daşı evdən gətirir və 

nişan alıb əyanın başını yarır.

Ətrafdakılar  dərvişə  təəccüblə  baxıb  bu  işin  səbəbini  soruşurlar.  Dar  ağacı 

önündə durmuş əyan da daşı göstərərək dərvişdən:

– Bu nə daşdır? – deyə soruşur.

Dərviş yarıq başını göstərib cavab verir:

– Daş həmin daşdır, amma gördüyün kimi, zaman başqa zamandır.

Zaman və şəraitin dəyişməsilə əlaqədar zülım etmiş adamın özü zülm gördüyü 

hallarda bu ifadədən istifadə olunur. 

“Rəvayətli ifadələr”, Bakı, 1961

Nİyə belə deyİrİk?




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə