124
yuntarizmə yol verilibdir. Mən bunu deyərkən əvvəlcədən
xahiş və xəbərdarlıq edirəm ki, fikirlərim heç kəsə öz söz-
lərini demək üçün təsir etməsin. Mən sizə olmuş şeylərin
xronologiyasını danışdım. İstəyirəm ki, burada sərbəst mü-
zakirələr getsin.
Dövlət dili haqqında maddə konstitusiya qanunudur.
Yəni bu, ya konstitusiyada olmalıdır, ya da, ona dəyişiklik
edilərsə hüquqa görə, konstitusiya təcrübəsinə, qanunların
qəbul edilməsi təcrübəsinə görə bu, konstitusiya qanunu
kimi qəbul olunmalıdır. Ancaq bu məsələnin həllinə çox
məsuliyyətsiz, səthi yanaşılmışdır. Qəbul olunmuş qərar
haqqında mən hər hansı fikir söyləmək istəmirəm. Çünki
əgər fikir desəm, siz belə başa düşərsiniz ki, mən hansısa
tərəfi saxlayıram. Mən heç bir tərəf saxlamıram. Ona görə
də bura, sizin görüşünüzə şəxsən özüm gəlmişəm ki, fikri-
mi bilavasitə özüm sizə çatdıram. Ancaq hər bir şey gərək
özünə layiq qayda – qanunla edilsin.
Məsələn, mən sizə dedim ki, 1978-ci ildə bu maddəni
konstitusiyaya yazmaq üçün üç – dörd ay müzakirə apar-
dıq. Bu o demək deyildi ki, bizim aramızda “dövlət dilimiz
Azərbaycan dili olmalıdır” fikrinə şübhə edənlər olmuş-
dur. Ancaq o zaman biz müstəqil deyildik, Sovetlər İtti-
faqının tərkibində idik və Sovetlər İttifaqının, Kommunist
Partiyasının rəhbərliyindən asılı idik. Ona görə də həm öz
istəyimizi həyata keçirməli idik, həm də buna razılıq al-
malıydıq. Biz bundan ötrü müharibə etməyəcəkdik, üsyan
qaldırmayacaqdıq. Əgər kimsə hesab edir ki, üsyan qaldır-
maq olardı– bu, ağılsız fikirdir.
Yəni mən onu demək istəyirəm ki, bu məsələlərin həlli
zarafatyana, səthi ola bilməz. Bu, tarixi bir hadisədir. Biz
125
müəyyən edirik ki, dövlət dilimiz hansı dildir. Bunun da
səbəbi ondan ibarətdir ki, bizim dilimizə tarixdə müxtəlif
cür münasibət olub və cürbəcür ad veriblər.
Ona görə də mən Milli Məclisin qərarının nəticəsinə
toxunmayaraq və o barədə öz münasibətimi bildirməyərək
yalnız həmin qərarın qəbul olunması prosedurası haqqın-
da danışmaq istəyirəm. Belə bir mühüm qərar üç – dörd
günün içərisində kiçik qrup adamın iradəsi, istəyi nəticə-
sində qəbul olunubdur. Bax, mən bunu heç bir vəchlə qa-
nun hesab etmirəm. Mən hesab edə bilmərəm ki, bu işə cid-
di münasibət göstərilibdir.
Məsələ belə olmuşdur. Milli Məclisdə Azərbaycanın
dövlət dili məsələsi müzakirə olunarkən məclis üzvlərin-
dən biri deyib ki, gəlin yazaq “Azərbaycanın dövlət dili
Azərbaycan türk dilidir”, başqa birisi deyib ki, niyə belə
yazırıq. Yazaq ki, “türk dilidir”. Mübahisə gedibdir – mən
bütün stenoqrama baxmışam. Kim necə çıxış edibsə, ha-
mısı məlumdur. Mən sadəcə olaraq demək istəmirəm, indi
buna heç ehtiyac da yoxdur, bunun indi əhəmiyyəti yox-
dur. Bəlkə kimsə bununla maraqlanır, amma mən hesab
edirəm ki, o qədər də maraqlı deyil.
Bəli, mübahisə gedibdir. Bir qismi buna etiraz edibdir,
bir qismi isə əvvəlki təklifdən də qabağa gedərək deyib ki,
yazaq “bizim dilimiz türk dilidir”.
Məsələ Milli Məclisdə səsə qoyularkən həmin iclasda
Milli Məclisin 50 üzvündən 39-u iştirak edibdir. Onların
26-sı dilimizin türk dili kimi qəbul olunmasına səs verib,
7-si, ya 8-i əleyhinə səs verib, qalanları isə bitərəf olubdur.
Beləliklə də dövlət dilimizin adı dəyişilibdir. Hər bir şey
etmək olar, əgər doğrudan da o, həqiqətə və bizim məqsəd-
126
lərimizə uyğundursa. Ancaq belə məsuliyyətli işləri çox
ağıllı, bacarıqlı, eyni zamanda xalqın iradəsinə əsaslanaraq
görmək lazımdır.
1978-ci ildə qəbul olunmuş konstitusiya ümumxalq
müzakirəsindən keçibdir. Deyilə bilər ki, o vaxt sovet döv-
rü idi, müzakirələr formal keçirdi. Bəli, bu sözü demək
olar. Ancaq müzakirələr olubdur. O konstitusiya dərc edi-
libdir, onun barəsində xalqın məlumatı olubdur. Nəhayət,
Ali Sovetin sessiyasında həmin konstitusiya yekdilliklə qə-
bul edilibdir.
İndi bu böyüklükdə tarixi bir qərar Azərbaycan xalqı-
nın iradəsi nəzərə alınmadan 26 nəfər tərəfindən qəbul
olunubdur. Burada da böyük bir səhv buraxılıbdır. Həmin
səhv ondan ibarətdir ki, əgər Milli Məclis doğrudan da belə
bir qərar qəbul etməli olsaydı, həmin qərar qanuna, kons-
titusiyaya görə məclis üzvlərinin üçdə ikisi tərəfindən səs
verildiyi halda qəbul olunmalı idi. Yəni konstitusiya qanu-
nu sadə səs çoxluğu ilə yox, üçdə iki səs çoxluğu ilə qəbul
olunmalıdır. Milli Məclisdə bu təklif səslərin üçdə ikisini
toplaya bilməyib. 50 deputatdan 26-sı, yəni sadə səs çoxlu-
ğu ilə, bir səs üstünlüyünə görə qəbul olunubdur. Burada
da konstitusiya qanunu pozularaq, volyuntarizm, özbaşı-
nalıq edilərək belə bir qanunun qəbul olunduğu hesab edil-
mişdir.
Təəssüflər olsun ki, bu işi Milli Məclisin o vaxtkı sədri
İsa Qəmbərov və o qrupa məxsus olan deputatlar ediblər.
O dövrdə Azərbaycanın prezidenti olan Elçibəy də bu qa-
nunu imzalayıbdır. Mən yenə deyirəm, bu qanunun məna
və nəticəsini kənara qoyaraq sadəcə qanunvericilik nöqte-
yi– nəzərindən, dövlət məsuliyyəti nöqteyi – nəzərindən
127
bu mühüm məsələyə nə qədər məsuliyyətsiz yanaşdıqları-
nı qeyd etmək istəyirəm.
Bilirsiniz ki, 1993-cü ilin iyun ayının ortalarından Ali
Sovetə, Milli Məclisə mən sədrlik etməyə başladım. Mən
dörd ay Milli Məclisə sədrlik etdim. O vaxt Milli Məcli-
sin bəzi üzvləri bir neçə dəfə məsələ qaldırdılar ki, həmin
qanun düzgün qəbul edilməmişdir. Yəni o, konstitusiya
qanunu kimi qəbul olunmayıbdır, imzalanmasına baxma-
yaraq bu qanun saxta qanundur. Dedilər ki, gəlin buna ye-
nidən baxaq. Mən buna imkan vermədim. Çünki əgər bir
səhv buraxılıbsa, o vaxt buna cürbəcür münasibət olubdur
və müəyyən gərginlik yaranıbdır. İndi bu səhvi biz tələsik
düzəltməyə başlasaq və ya hesab etsək ki, bunu düzəltmək
lazımdır – bu, yeni çətinlik yaradacaqdır. Mən buna imkan
vermədim.
Ali Sovetin sədri Rəsul Quliyev məlumat verir ki, bu il
də məclisin üzvlərindən bir neçəsi bu məsələni yenidən qal-
dırıb. Yenə də buna imkan verilməyibdir. Ancaq indi, yeni
konstitusiya qəbul etdiyimiz zaman bu məsələdə mövqelə-
rimiz müəyyənləşdirilməlidir. Aydınlaşdırmalıyıq ki, han-
sı formanı qəbul edək. Biz ya bu layihədə olan ifadəni, ya
komissiya üzvlərindən bir neçəsinin təklif etdiyi “dövlət
dilimiz Azərbaycan türk dilidir” fikrini, yaxud da Mil-
li Məclisin bir qrup üzvü tərəfindən qeyri – qanuni qəbul
olunmuş formanı qəbul etməliyik. Həmin o qeyri – qanuni
qanun icra olunur. İndi mənə deyirlər ki, bizim dərsliklərdə
ana dilini türk dili kimi yazırlar. Mən soruşdum ki, bəs niyə
belə yazırlar? Dedilər ki, bu cür qanun qəbul olunubdur.
Ancaq qanun özü də qeyri – qanuni yolla qəbul edilmişdir.
Yəni o qanunun gücü yoxdur. Mən sizə bunu açıq deyirəm.
Dostları ilə paylaş: |