136
direktoru, professor Ağamusa Axundov, professor Vaqif
Aslanov, xalq şairi Nəbi Xəzri, professor Tofiq Hacıyev, Ya-
zıçılar Birliyinin sədri Anar, N.Tusi adına Azərbaycan Pe-
daqoji Universitetinin rektoru, professor Nizami Xudiyev,
professor Şamil Qurbanov, xalq şairi Qabil, Yazıçılar Birli-
yinin katibi Çingiz Abdullayev, akademik Fərəməz Maqsu-
dov, Milli Məclisin üzvləri Sabir Rüstəmxanlı, Xeyrulla Əli-
yev, yazıçı Əkrəm Əylisli, professorlar Kamil Vəliyev, Əlisa
Şükürlü, şair İsa İsmayılzadə, professor Nizami Cəfərov,
Azərbaycan Sosial Demokrat Partiyasının üzvü Mübariz
Əliyev, EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş
elmi işçisi Ruqiyyə Qəmbər qızı, professor Musa Adilov,
EA-nın müxbir üzvü, professor Məsumə Məlikova, pro-
fessorlar Qəzənfər Kazımov, Yusif Seyidov, EA-nın müxbir
üzvü, professor Fuad Qasımzadə, professorlar Həsən Mir-
zəyev, Ənvər İsmayılov, baş elmi işçi Zöhrab Həsənoğlu
çıxış etdilər.
Natiqlər Azərbaycan Respublikasının yeni konstitusiya
layihəsini bəyəndiklərini bildirdilər, eyni zamanda onu tək-
milləşdirmək üçün konkret təkliflər irəli sürdülər. Yığınca-
ğın mövzusuna müvafiq olaraq, diqqət mərkəzində duran
əsas məsələ yeni konstitusiya layihəsinin 23-cü maddəsinin
necə yazılması idi. Tərəfdarlarının sayına görə verilən tək-
lifləri aşağıdakı ardıcıllıqla sadalamaq olar: “Azərbaycan
Respublikasının dövlət dili Azərbaycan dilidir”; “Azərbay-
can Respublikasının dövlət dili Azərbaycan dilidir (Azər-
baycan türkcəsidir)”; “Azərbaycan Respublikasının dövlət
dili türk dilidir”.
Yığıncağın axırında məlumat verildi ki, buradakı çıxış-
ların hamısının videoyazısı və stenoqramı yeni konstitusi-
137
ya layihəsini hazırlayan komissiyaya təqdim ediləcək və
müzakirə zamanı nəzərə alınacaqdır.
138
Azərbaycan respublikasının
yeni konstitusiya layihəsini hazırlayan
komissiyanın növbəti iclası
Noyabrın 2-də respublika prezidenti Heydər Əliye-
vin yanında Azərbaycan Respublikasının yeni konstitusiya
layihəsini hazırlayan komissiyanın növbəti iclası oldu. İc-
lasda Prezident Aparatı, Ali Sovetin, Nazirlər Kabinetinin
məsul işçiləri, respublikanın görkəmli alimləri, ədəbiyyat,
incəsənət, mədəniyyət xadimləri iştirak edirdilər.
Azərbaycan Respublikasının yeni konstitusiya layihəsi-
nin 23-cü maddəsinin–Azərbaycanın dövlət dili haqqında
məsələnin müzakirəsinə həsr olunmuş iclası giriş sözü ilə
respublika prezidenti, konstitusiya komissiyasının sədri
Heydər Əliyev açdı.
Azərbaycan prezidentinin təklifi ilə iclas iştirakçıları
oktyabrın 28-də Bakı metrosunda baş vermiş faciə zamanı
həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
İclasda oktyabrın 31-də Elmlər Akademiyasında res-
publikanın yeni konstitusiya layihəsinin müzakirəsinə
həsr olunmuş yığıncağın yekunları barədə Prezidentin İcra
Aparatının rəhbəri Ramiz Mehdiyevin məlumatı dinlənil-
di. Sonra respublika Baş Arxiv İdarəsinin rəisi Ataxan Paşa-
yev dövlət dilimiz haqqında məsələnin əks olunduğu tarixi
sənədlər haqqında məlumat verdi.
İclasda Prezident Aparatının şöbə müdiri Şahin
Əliyev, Milli Məclisin üzvü, yazıçı Yusif Səmədoğlu, şair
139
Cabir Novruz, akademik Ziya Bünyadov, EA-nın müxbir
üzvü, professor, xalq şairi Bəxtiyar Vahabzadə, şair Zə-
limxan Yaqub, EA-nın müxbir üzvü, professor Afad Qur-
banov, professor Rəşid Göyüşov, akademik Cəmil Quliyev,
xalq yazıçısı Hüseyn Abbaszadə, EA-nın müxbir üzvü, pro-
fessor İqrar Əliyev, Milli Məclisin üzvü Hüseynağa Quli-
yev, xarici işlər naziri Həsən Həsənov, şair Nəriman Həsən-
zadə, baş nazirin müavini İzzət Rüstəmov, ədliyyə naziri
vəzifəsini icra edən Südabə Həsənova, akademik Bəkir Nə-
biyev, Milli Məclisin üzvü, şair Sabir Rüstəmxalı, N.Tusi
adına Pedaqoji Universitetin professoru Vilayət Əliyev, baş
nazirin müavini Elçin Əfəndiyev, respublika Ali Sovetinin
sədri Rəsul Quliyev çıxış etdilər.
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev
iclasda yekun sözü söylədi.
140
Azərbaycan respublikasının yeni konstitusiya
layihəsini hazırlayan komissiyanın iclası
Xəbər verdiyimiz kimi, noyabrın 2-də respublika pre-
zidenti Heydər Əliyevin yanında Azərbaycan Respublika-
sının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın
növbəti iclası olmuşdur.
İclası giriş sözü ilə respublika prezidenti, konstitusiya
komissiyanın sədri Heydər Əliyev açmışdır.
Azərbaycan prezidenti
Heydər əliyevin giriş sözü
– Hörmətli komissiya üzvləri!
Hörmətli xanımlar və cənablar!
Bu gün Azərbaycan Respublikasının növbəti iclası keçi-
rilir. Bildiyiniz kimi, indiyə qədər komissiya tərəfindən çox
iş görülüb, konstitusiyanın layihəsi hazırlanıb, mətbuatda
dərc olunub, ümumxalq müzakirəsinə verilib. Oktyabrın
14-də komissiyanın iclasında biz belə qərar qəbul etdik
ki, ümumxalq müzakirəsi başa çatandan sonra noyabrın
2-dək ümumxalq müzakirəsinin yekunları, verilən təklif-
lər əsasında konstitusiyanın layihəsi işlənilsin, komissiya-
da baxılsın və noyabrın 2-də son variant, yəni ümumxalq
müzakirəsindən sonra hasil olmuş variant bir daha dərc
edilsin ki, Azərbaycan Respublikasının yeni konstitusiyası
noyabrın 12-də ümumxalq səsverməsi, referendumu va-
sitəsilə qəbul olunsun.
Dostları ilə paylaş: |