149
* * *
Azərbaycan Respublikasının yeni konstitusiya layihə-
sini hazırlayan komissiyanın noyabrın 2-də keçirilmiş icla-
sından
Xəbər verdiyimiz kimi, prezident Heydər Əliyevin ya-
nında Azərbaycan Respublikasının yeni konstitusiya la-
yihəsini hazırlayan komissiyanın növbəti iclası olmuşdur.
İclası giriş sözü ilə respublika prezidenti, konstitusiya
komissiyasının sədri Heydər Əliyev açmışdır. (Prezidentin
həmin iclasdakı giriş sözü qəzetin 4 noyabr tarixli nömrəsində
dərc olunmuşdur).
Giriş sözünün axırında prezident Heydər Əliyev dedi:
Müzakirəni başlamaq üçün mən istəyirəm Ramiz Mehdi-
yevə söz verəm və o, Elmlər Akademiyasında keçirilən yı-
ğıncağın nəticəsi barədə məlumat versin. Çünki mən orada
çıxış etdim, yəni məsələnin qoyuluşu haqqında fikirlərimi
söylədim, ondan sonra getdim ki, orada iştirakımla heç bir
fikrə təsir etməyim. Amma indi komissiyanın üzvləri, o
cümlədən mən də bilməliyik ki, orada gedən müzakirələr
nə cür olub və onun məzmunu nədən ibarətdir, nə nəticə
verib.
ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezi-
dentinin İcra Aparatının rəhbəri, yeni konstitusiya layihə-
sini hazırlayan komissiyanın üzvü:
Möhtərəm prezident, sizin tapşırığınız, tövsiyəniz əsa-
sında oktyabrın 31-də respublika Elmlər Akademiyasında
konstitusiya layihəsinin dövlət dili ilə bağlı bəndinin mü-
zakirəsi keçirilmişdir. Müzakirəyə akademiyanın bütün
humanitar institutlarının kollektivləri, respublika universi-
150
tetlərinin dil və ədəbiyyat, hüquq və fəlsəfə, tarix, polito-
logiya kafedralarının müəllimləri, yazıçılar və jurnalistlər
birliklərinin, başqa yaradıcılıq təşkilatlarının nümayən-
dələri, tanınmış dil - ədəbiyyat mütəxəssisləri və ziyalılar,
Bakı şəhər orta məktəblərinin dil - ədəbiyyat müəllimləri
dəvət olunmuşdular. Müşavirədə çıxış etmək üçün 51 nəfər
yazılmış, onların 27-si çıxış etmişdir. Çıxış edənlərin 15-i,
yəni əksəriyyəti, o cümlədən Dilçilik İnstitutunun direk-
toru Ağamusa Axundov, xalq şairləri Qabil, Nəbi Xəzri,
Elmlər Akademiyasının müxbir üzvləri Fuad Qasımzadə,
Məsumə Məlikova layihədə Azərbaycan dilinin dövlət dili
kimi göstərilməsini dəstəklədilər.
H.ə.əliyev: Mən istərdim ki, konkret olaraq orada
hansı mövqedən çıxış edənlərin siyahısını bugünkü iclasın
iştirakçılarına çatdırasınız.
r.ə.Mehdiyev: Ağamusa Axundov, EA-nın Dilçilik İnsti-
tutunun direktoru – Azərbaycan dili dövlət dilidir;
Vaqif Aslanov, EA-nın Dilçilik İnstitutunun professoru –
Azərbaycan dili;
nəbi Xəzri, xalq şairi – Azərbaycan dili;
Tofiq Hacıyev, M.Ə.Rəsulzadə adına BDU-nun türkologi-
ya kafedrasının müdiri, professor – təklif vermişdir: türk dili, azə-
ri türkcəsi və yaxud Azərbaycan türk dili;
Çingiz Abdullayev, yazıçı – Azərbaycan dili;
fərəməz Maqsudov, akademik – Azərbaycan dili;
Sabir rüstəmxanlı, Milli Məclisin üzvü – azəri türkcəsi;
Kamil Vəliyev, M.Rəsulzadə adına BDU-nun Azərbaycan
dilçiliyi kafedrasının müdiri – türk dili, yaxud Azərbaycan türk-
cəsi;
əkrəm əylisli, yazıçı – Azərbaycan türk dili;
151
Xeyrulla əliyev, Milli Məclisin üzvü – Azərbaycan dili;
Mübariz əliyev, Sosial – Demokrat Partiyasının büro
üzvü – Azərbaycan dili;
Musa Adilov, M.Ə.Rəsulzadə adına BDU-nun ümumi dil-
çilik kafedrasının müdiri, professor – Azərbaycan dili;
zöhrab Həsənoğlu, Azərbaycan Respublikası Elmlər Aka-
demiyasının baş elmi işçisi – Azərbaycan türk dili;
nizami cəfərov, M.Ə.Rəsulzadə adına BDU-nun filologi-
ya fakültəsinin dekanı, professor – Azərbaycan türk dili;
ruqiyyə Qəmbər qızı, Nizami adına Ədəbiyyat İnstitutu-
nun baş elmi işçisi – türk dili;
isa ismayılzadə, şair – türk dili, yaxud Azərbaycan türk-
cəsi;
nizami Xudiyev, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji
Universitetinin rektoru – onun təklifləri bir az çoxdur, deməli –
Azərbaycan türk dili, Azərbaycan türkcəsi, Azərbaycan – türk dili
və yaxud “Azərbaycanın dövlət dili türk dilləri ailəsinə daxil olan
Azərbaycan dilidir”;
Qabil, xalq şairi – Azərbaycan dili;
Şamil Qurbanov, M.Rəsulzadə adına BDU-nun professo-
ru – Azərbaycan dili;
Anar, Yazıçılar Birliyinin sədri – Azərbaycan türk dili;
yusif Seyidov, M.Ə.Rəsulzadə adına BDU-nun Azərbay-
can dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor
– Azərbaycan türk dili;
fuad Qasımzadə, M.Ə.Rəsulzadə adına BDU-nun profes-
soru, fəlsəfə kafedrasının müdiri – Azərbaycan dili;
Qənbər ismayılov, Neft Kimya Texnikumunun müəllimi
– Azərbaycan dili;
Qəzənfər Kazımov, N.Tusi adına Azərbaycan Dövlət Pe-
152
daqoji Universitetinin professoru – Azərbaycan dili;
əlisa Şükürov, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji
Universitetinin professoru – türk dili;
Məsumə Məlikova, M.Rəsulzadə adına BDU-nun hüquq
fakültəsinin professoru – Azərbaycan dili;
Həsən Mirzəyev, N.Tusi adına Azərbaycan Dövlət Pedaqo-
ji Universitetinin kafedra müdiri, professoru – Azərbaycan dili.
Beləliklə, Azərbaycan dilinin, yəni “Azərbaycan Res-
publikasının dövlət dili Azərbaycan dilidir” təklifinin
tərəfdarları 15 nəfərdir. Qalan təkliflər türk dili –tərəfdarı
3 nəfərdir. Azərbaycan türkcəsi – 3 nəfər. Azərbaycan türk
dili – 3 nəfər, türk dili – 3 nəfər, türk dili – Azərbaycan türk-
cəsi, yəni bu iki fikrin tərəfdarı – 1 nəfər, türk dili, azəri
türkcəsi, Azərbaycan türk dili – 1 nəfər və 1 nəfər də Azər-
baycan türk dili – Azərbaycan türkcəsi, Azərbaycan türk
dili və “Azərbaycanın dövlət dili türk dilləri ailəsinə daxil
olan Azərbaycan dilidir” – 1 nəfər.
Beləliklə, müzakirə onu göstərdi ki, burada müxtəlif fi-
kirlər var. Ancaq onu bir də qeyd etmək istəyirəm ki, çıxış
edənlərin əksəriyyəti, yəni 27 nəfərdən 15 nəfəri “Azərbay-
can dövlət dili Azərbaycan dilidir” təklifinə tərəfdar çıx-
mışdır.
H.ə.əliyev. Əyləşin. Bu məsələdə aydınlıq yaratmaq
üçün Baş Arxiv İdarəsinin rəisi Paşayev buraya dəvət olu-
nubdur. O buyursun.
Oktyabrın 31-də mən ziyalıların qarşısında çıxış
edərkən bəzi tarixi məqamları qeyd etdim. Ancaq mən
dünən axşam televiziya ilə baxarkən yenə də gördüm ki, o
çıxış edən alimlərimizin bəziləri tarixi məqamları düzgün
bilmirlər, ona görə də düz fikirlər söyləmirlər. Yəni fikir
Dostları ilə paylaş: |