153
deyəndə ki, tarixləri düzgün qeyd eləmirlər. Ona görə mən
Baş Arxiv İdarəsindən xahiş etdim ki, bu mövzuda nə vaxt
hansı qərarlar qəbul olunubdur, - bu barədə sadəcə arayış
çıxarılsın. Siz o arayışı oxuyun.
A.Paşayev – Baş Arxiv İdarəsinin rəisi:
Hörmətli prezident, hörmətli komissiya üzvləri! Dövlət
arxivlərində saxlanılan, dövlət dili haqqında məlumat olan
ilk sənəddə - 1918-ci il iyul ayının 27-də Azərbaycan Xalq
Cümhuriyyəti hökuməti tərəfindən qəbul edilmiş qərarda
türk dili dövlət dili kimi elan edilmişdir. Sonra, parlamentin
fəaliyyəti zamanı parlamentin iclaslarının bütün material-
larına biz baxdıq. Belə bir məsələ parlamentdə qaldırılma-
yıb. Demək istəyirəm ki, qanun səviyyəsində dil haqqında
elə bir qərar qəbul edilməyib.
H.ə.əliyev: O qərarı kim qəbul edibdir?
A.Paşayev: Bunu Nazirlər Kabineti, məruzəçi bilavasitə
Fətəlixan Xoyski olubdur.
H.ə.əliyev: Onun imzası ilə qəbul olunubdur?
A.Paşayev: Onun imzası ilə qəbul olunubdur.
H.ə.əliyev: Ümumiyyətlə, bizim 1918-20-ci ildə olan
ilk Azərbaycan Demokratik Respublikasının tarixi haqqın-
da da mən hiss eləyirəm, - mən öz mülahizəmi deyirəm,
- bizim ədəbiyyatda, mətbuatda yenə də subyektivliyə çox
yol verilibdir. Bəzi adamlar yenə də hissiyyata qapılaraq,
subyektivliyə yol verərək ayrı – ayrı tarixi hadisələri təhrif
ediblər. O cümlədən, məsələn, Fətəlixan Xoyskinin fəaliy-
yəti demək olar ki, Azərbaycanın bu dövrə aid ədəbiyyatın-
da, 1918-20-ci illəri əks etdirən məqalələrdə və dərc olunan
başqa materiallarda heç əks olunmayıbdır. Amma o, çox
böyük işlər görübdür və xeyli müddət hökumətə rəhbər-
154
lik edibdir. Təklif var, mən ona baxacağam, onun 100 illik
yubileyini də biz mütləq keçirməliyik. Mən sadəcə olaraq
demək istəyirəm ki, bu işlərdə də bizim tarixçilər yox, bəzən
bax, bu jurnalistlər hissiyyata qapılaraq məqalələr yazırlar,
dərc eləyirlər, bununla yenə də qarışıqlıq yaradırlar. Xahiş
edirəm tarixi həqiqətlərə riayət olunsun. Tarixi həqiqətləri
təhrif etmək lazım deyil. Bu gün mən sadəcə haşiyəyə çıx-
dım. Buyurun.
A.Paşayev: İkinci belə rəsmi sənəd 1921-ci il mart ayı-
nın 29-da Azərbaycan İnqilab Komitəsi tərəfindən Nəriman
Nərimanovun və Dadaş Bünyadzadənin imzası ilə qəbul
edilmiş, verilmiş əmrdir. Burada Azərbaycan SSR-ni bütün
idarələrində kargüzarlığın türk dilində aparılmasını təmin
edə bilmək üçün xüsusi komissiya yaradılması əmr edilir.
Beş nəfərdən ibarət bu komissiyaya sədr Dadaş Bünyadza-
də təyin olunub.
Birinci Azərbaycan Sovet Konstitusiyası 1921-ci il may
ayının 19-da qəbul edilmişdir. Çıxışlarda, qəzet məqalələ-
rində yazırlar ki, guya bu konstitusiyada dövlət dili kimi
Azərbaycan dili göstərilib. Ancaq konstitusiyanın müxtəlif
variantlarını da mən buraya gətirmişəm. Əslində o konsti-
tusiyada dövlət dili haqqında heç bir maddə yoxdur. Yalnız
1924-cü il iyun ayının 27-də Azərbaycan Mərkəzi İcraiyyə
Komitəsi dekret verdi. Bu dekretlə Azərbaycan Sovet Sosi-
alist Respublikasında dövlət dili türk dili elan edilib. Bura-
da çox maraqlı bir məsələ var. Bundan sonra 5-ci, 6-cı, 7-ci,
8-ci Sovetlər qurultaylarında konstitusiyaya əlavələr edilir.
Ancaq dil haqqında o konstitusiyaya heç bir maddə əlavə
olunmur. Məsələn, o konstitusiyaya edilən əlavələrdə gerb-
lə əlaqədar olaraq, bayraqla əlaqədar olaraq “türk əlifba-
155
sında” sözləri yazılıb. Məsələn, yazılıb ki, “türk əlifbasında
Azərbaycan Sosialist Sovet Cümhuriyyəti” sözü əlavə edil-
sin”. Ancaq dil haqqında maddə yoxdur.
Dil haqqında, dilin dövlət dili elan edilməsi haqqında
ilk sənəd 1936-cı ildə 9-cu Sovetlər Qurultayına təqdim
olunmuş konstitusiya layihəsidir. Maraqlıdır, bu konstitu-
siya layihəsinin 20-ci maddəsində Azərbaycan Sovet Sosia-
list Respublikasında dövlət dilinin Azərbaycan dili olduğu
qeyd olunur.
Qeyd edim ki, biz 1936-cı ilin axırına qədərki çoxlu şəx-
si sənədləri qaldırdıq: həm partiya arxivində partiya üzv-
lərinin uçot vərəqələrini, həm dövlət arxivində ayrı – ayrı
işçilərin vərəqələrini. Dil məfhumu və milliyyət məfhumu
demək olar ki, bir – biri ilə bağlı olur. Məsələn, orada mil-
liyyəti türk, ana dili türk yazılıbdır. 9-cu Sovetlər qurul-
tayına seçilmiş nümayəndələrin anketlərini buraya gətir-
mişəm. Kim istəsə baxa bilər. Burada ikinci anket Mircəfər
Bağırovun anketidir. Orada da milliyyəti yazılıb – tyurk...
Bunlar dekabr ayında Moskvaya gedib, SSRİ Konstitusi-
yası qəbul ediləndən sonra qayıdıb gəlib yenidən konsti-
tusiya layihəsi üzərində işləyiblər. 1937-ci il mart ayının
14-də Azərbaycanın 9-cu Sovetlər qurultayı öz işini davam
etdirib, konstitusiya layihəsi müzakirə olunub. Burada ən
maraqlı bir məsələ odur ki, birinci dəfə olaraq mandat ko-
missiyasının hesabatında o qurultay nümayəndələrinin
milliyyəti haqqında məlumat veriləndə yazılıb: deputat-
lar: azərbaycanlılar – 225 nəfər, ermənilər, ruslar və sairə
və sairə. Birinci dəfə “Azərbaycan” sözü burada işlədilib.
Mən buraya bilavasitə müzakirənin stenoqrafik hesabatını
gətirmişəm. Orada artıq kim ki, Azərbaycan dilində çıxış
156
eləyibdir, yazılıb. Demək istəyirəm ki, 1937-ci ilin konstitu-
siyası qəbul ediləndən sonra heç yerdə “türk dili” məfhu-
mu işlənməyib. Ancaq çox maraqlıdır ki, layihədə olmasına
baxmayaraq, 1937-ci il aprel ayının 14-də qəbul olunmuş
konstitusiyada belə bir maddə yoxdur. Konstitusiyadan hə-
min maddə çıxarılıb.
H.ə.əliyev: Yəni dövlət dili haqqında maddə yoxdur?
A.Paşayev: Dövlət dili haqqında heç bir maddə yoxdur.
H.ə.əliyev: Sonrakı tarixi də bilirsiniz, mən bunu
keçən dəfə demişəm. 1956-cı ildə Azərbaycan Konstitusiya-
sına əlavə edilibdir ki, “Azərbaycanın dövlət dili Azərbay-
can dilidir”. Siz bunu bilirsiniz.
A.Paşayev: Sonra da 1978-ci ildə.
H.ə.əliyev: Bir də 1978-ci ildə qəbul olunmuş konsti-
tusiyada yazılıb: “Azərbaycanın dövlət dili Azərbaycan di-
lidir”. O barədə də mən oktyabrın 31-dəki çıxışımda geniş
məlumat verdim. Sualı olan varmı Baş Arxiv İdarəsinin rəi-
sinə? Buyurun.
i.rüstəmov – baş nazirin müavini, yeni konstitusiya la-
yihəsini hazırlayan komissiyanın üzvü: “Azərbaycan dövlət
Cümhuriyyətinin dili Azərbaycan dilidir”. Hər hansı ildə
bunun belə adlandırılması barədə arxivdə sənədiniz var?
H.ə.əliyev: Xeyr, elə bir sənəd yoxdur.
i.rüstəmov: “Azərbaycan” adında qəzet həmin cüm-
huriyyətin orqanıdır.
A.Paşayev: İzzət müəllim, əlimizdə elə bir rəsmi sənəd
yoxdur ki, niyə görə...
H.ə.əliyev: Bu, təbiidir: Azərbaycan Respublikasının
adı Azərbaycan Demokratik Cümhuriyyəti idi. Qəzetin də
adı “Azərbaycan”dır. Bu, təbiidir, şübhəsiz.
Dostları ilə paylaş: |