184
yasında olan sənədlərin hamısında “Azərbaycan türk dili”,
çox yerdə də “Azərbaycan türkcəsi” yazılır. Bu adın bu şə-
kildə olması, şübhəsiz ki, xalqımızın, millətimizin xeyrinə
deyil və biz bunu tezliklə aradan qaldırmalıyıq.
Burada çıxış eləyənlər dedi, ümumiyyətlə, bütün
sənədlərdə mənim rast gəldiyim “Azərbaycan dili” nə “türk
dili” demək məsələsi. Mən onu demək istərdim ki, biz
bir məsələni unutmamalıyıq. Hamımız danışırıq və mən
diqqətlə qulaq asırdım, axı “türk” sözünü biz tarixdən isti-
fadə edib işlətmişik. Biz “türk” sözünü işlədəndə qonşumuz
osmanlılar “osmanlı dili” işlədiblər. Bu söz qoşalaşmayıb.
İndi bu saat Azərbaycanda “türk dili”, Türkiyədə də “türk
dili” deyilmiş olsa, bu türk dillərini hansı cəhətdən fərqlən-
dirəcəyik? Mən üzr istəyirəm, şairlərimiz burada oxudular
ki, türk dili ilə Azərbaycan dili tamamilə eyni şeydir, bunun
şeirini də oxusanız bir – birinizi başa düşəcəksiniz, nəsrini
də oxusanız. Mən hamımıza müraciət edirəm. Televiziyaya
biz hamımız baxırıq, məgər siz və ya mən türk dilində olan
verilişlərin hamısını, heç olmasa əlli faizini başa düşürük-
mü? Qəti şəkildə yox.
b.Vahabzadə: Mən başa düşürəm.
A.Qurbanov: Ona görə də məsələni qarışdırmaq lazım
deyil. Siz başa düşə bilərsiniz, amma mən dilçi kimi o söz-
lərin mənalarını dəqiq başa düşmürəm. Mən demək istər-
dim ki, əgər biz “türk dili” terminindən istifadə ediriksə,
onda gərək biz qonşumuzdan xahiş eləyək ki, siz 1299-cu
ildə yaradılmış Osmanlı imperiyasının Osman Qazinin ya-
ratdığı imperiyanın dilini o adla olan, o adla yaradılan dili
qəbul eləyin, biz isə öz türkümüzə qayıdaq. Bunu fikirləş-
mək lazımdır. Biz bu saat bunları qoşa işlətmiş olsaq, mən
185
onu bilirəm ki, dilimizi itirəcəyik. Burada hörmətli prezi-
dent çox dəqiq dedi ki, dillə bərabər millət məsələsinə də
baxırıq. Bunun ardınca aydın şəkildə millət məsələsi gəlir.
Əgər dilimiz türk dili, millətimiz türk olsa, onda bizim nə-
yimiz qaldı ki? Bəs tarixən bizim babalarımız, bizi yaradıb
yaşadanlarımız bu dili hazırlayıb, yaradıb gətirmişdilər ki,
biz indi bunu tamamilə ləğv eləyib sıradan çıxaraq?
Burada bir təklif də olunur ki, “Azərbaycan türk dili” iş-
lədilsin. Hörmətli müşavirə iştirakçıları, “Azərbaycan türk
dili” termini dolaşıq termindir. Axı, ad yaratmağın özünün
dildə, dilçilikdə xalq arasında qayda – qanunları var. Ona
görə də “Azərbaycan türk dili” dedikdə Azərbaycan məkan-
dır, türk dili də, bildiyiniz kimi, addır. Belə çıxır ki, “Azər-
baycanda türk dili” – mənası budur. Onda mən deyirəm
“Azərbaycanda ləzgi dili”, “Azərbaycanda tat dili”, “Azərbay-
canda fars dili”. Belə də ad olar? Mənə elə gəlir ki, Azərbay-
can dilinə bu şəkildə ad qoymaq tamamilə səhvdir.
Mən indi burada qeyd eləmişəm. Bax, fikir verin. Ha-
zırda türk dünyasında işlənilən 23 dil var, müasir türk dil-
ləri. Bunların adlarından Azərbaycan dili, qaqauz dili, türk
dili, türkmən dili, altay dili, qaraqalpaq dili, qazax dili. Mən
bunların hamısını sadalamıram. 23 dilin 23-də də xalqın,
millətin, ölkənin adı ilə bağlı ad vardır. Əgər biz bu ənənə-
ni pozacağıqsa, bundan nə qazanmalıyıq? Ona görə də
mən nəzərdə tuturam, təklifim ondan ibarətdir ki, biz bu
terminlə də getməməliyik. Həmçinin burada “Azərbaycan
türk ləhcəsi” deyilir. Axı, burada mütəxəssislər var, dilçilər
var, terminlər var. Bütün o ümumi dildən törəyən dillərin
hamısı dialektdən, ləhcədən inkişaf edib dilə çevrilib. İndi
biz tarixin təkərini geri fırlatmalıyıq ki, müstəqil Azərbay-
186
can dilini Azərbaycan ləhcəsinə, bir azdan da Azərbaycan
dialektinə, bir azdan ümumtürk dilinin tərkibinə çevirək?
Bunu eləyə bilərikmi? Mənə elə gəlir ki, biz burada böyük
səhvə yol verərik və odur ki, diqqətli olmalıyıq.
Yeri gəlmişkən, bir məsələni də deyim. Özbəklərdə
1930-cu ilə qədər “özbək” anlayışı olmayıb. Özlərinə “türk”,
dillərinə “türk dili” deyiblər. 1930-cu ildən bu yana özbəklər
özlərinə “özbək”, dillərinə də “özbək dili” deyiblər. Bəs necə
olur ki, bu da türkdür kök etibarilə, amma bu məsələni qal-
dırmır, biz elə həftəbaşı bu məsələni qaldırırıq ki, biz filan
məsələ... Mənə belə gəlir ki, biz bu dolaşıqlığı aradan qal-
dırmalıyıq. Bir ixtisasçı kimi, bir mütəxəssis kimi mənim
fikrim belədir ki, Azərbaycan dövlətidir, Azərbaycan xalqı-
dır, Azərbaycan dilidir. Mən bu dilə, bu xalqa bu istiqamət-
də müvəffəqiyyət arzulayıram.
H.ə.əliyev: Göyüşov Rəşid, tarixçi, arxeoloq və keç-
mişdən tanıdığıma görə deyirəm, çox fədakar bir tədqiqat-
çıdır. Bizim tariximizi araşdıranlardan biridir.
r.Göyüşov – tarix elmləri doktoru, arxeoloq: Hörmət-
li prezident, hörmətli müşavirə iştirakçıları. Mən prezi-
dentimizin Azərbaycan dilinin adına bu qədər həssaslıqla
yanaşmasını düzgün başa düşürəm və hiss eləyirəm ki,
o haqlı yanaşır. Çünki heç bir vaxt xalqın bu qədər güclü
elmi potensialı və bunu istiqamətləndirən güclü prezidenti
olmamışdır. Siz bilirsiniz, birinci əsrdən romalılar, dalınca
sasanilər, sonra ərəblər, dalınca səlcuqlar, sonra da ruslar –
heç bir vaxt bu xalq müstəqil olmayıb. Əgər indi müstəqil-
liyimizi əldə edib, vahid bir dövlət kimi, vahid bir xalq kimi
özümüzü bütün dünyaya elan eləyiriksə, gəlin onun dili-
ni də vahid dövlətin dili kimi bütün dünyaya elan eləyək.
Dostları ilə paylaş: |