191
taleyüklü məsələlərinə, - bu özü də o tarixlərdən biridir, -
biz bu cür münasibət yaradıb sadalamazdıq ki, vaxtilə filan
olubdur, türk dili olubdur, burada hamısı türkdür. Onda
Azərbaycanda nə var ki? Gəlin bu gün buna Azərbaycanın
millətlər ailəsində tutduğu mövqedən, onun gələcəyi nöq-
teyi-nəzərindən yanaşaq.
Hörmətli prezident, mən hesab edirəm ki, sizin qoydu-
ğunuz məsələ Azərbaycan xalqının gələcəyi nöqteyi – nəzə-
rindən əsas məsələlərdən biridir. Bu, bizim Azərbaycan di-
linin ideologiya məsələsidir. Bəlkə primitiv çıxır, mən də
sizin kimi, bir vətəndaş kimi həyəcanlıyam. Məsələn, gəlin
yazaq “Azərbaycan türkcəsi”. Nə verir bizə? Gəlin bu suala
cavab tapaq. Bu “Azərbaycan türkcəsi” bugünkü Azərbay-
can dövlətçiliyinə, Azərbaycan millətinə onun gələcəyi nöq-
teyi – nəzərindən nə verir? Amma mənə elə gəlir ki, indiki
o siyasi qurum nöqteyi – nəzərindən qarşımızda məsələ
durur ki, Azərbaycan ideologiyası var, amma o Azərbay-
can ideologiyası hansı səviyyədədir? Məndən soruşsalar,
çox aşağı səviyyədədir. Ona görə də mən hesab eləyirəm
ki, əgər tutalım, mən yazıram “Azərbaycan türkcəsi”, sa-
bah yazmalıyam “Azərbaycan türkcəsinin ideologiyası”.
Bu, dərin məsələdir. Milli ideologiya Azərbaycan ideologi-
yasıdır. Mən həmişə fəxr eləyirəm ki, 60 milyonluq bir türk
xalqı var, 60 milyonluq bir xalqı mən başa düşə bilərəm,
çətin deyil onu başa düşmək. Mən indi Azərbaycan dilində
türk kitablarını oxuyuram. Ancaq onu oxuya – oxuya bir
idrak yaranıb. Azərbaycan dili türkdilli xalqlara məxsus-
dur və mən də çox fəxr eləyirəm ki, 60 milyonluq bir dili
yaşadan belə bir xalq var. Ona görə də mən hesab eləyirəm
ki, tamamilə düzgün məsələdir, bizim konstitusiyada Azər-
192
baycan dili olmalıdır. Bu məsələni bir də, üzr istəyirəm, bu
cür müzakirə etməyə ehtiyac görmürəm. Çünki millətin
adı ilə onun əldə etdiyi sərvətilə heç kimə ixtiyar verilmir
ki, oynasın.
* * *
Azərbaycan Respublikasının yeni konstitusiya layihə-
sini hazırlayan komissiyanın noyabrın 2-də keçirilmiş icla-
sından
H.ə.əliyev: Hüseyn Abbaszadə.
H.Abbaszadə - xalq yazıçısı: Hörmətli prezident, əziz
dostlar. Mən minnətdaram prezidentimizə ki, burada bizə
sərbəst danışmağa icazə verir. Srağagün də bizə dedi və
məndən qabaq çıxış eləyən natiqlərin sözlərinə qulaq as-
dım. Mən onun tərəfdarıyam ki, Azərbaycan Respublika-
sının dövlət dili “Azərbaycan dili” yazılmasın, yazılsın ki,
“Azərbaycan türkcəsi”. Niyə görə? Hələ 1906-cı ildə Azər-
baycan xalqının böyük oğlu Həsənbəy Zərdabi “Həyat”
qəzetində yazırdı ki, Rusiyanın tabeliyində olan biz müsəl-
manların hamısı türklərdir, bizim əsl dilimiz türk dilidir.
Bunu yazıb Həsənbəy Zərdabi. Böyük rus şairi Lermontov
1837-ci ildə Qafqaza sürgün olunanda Şamaxıda, Şamaxı-
nın Kərgənc kəndində olub, orda bir aşıqdan “Aşıq Qərib”
dastanını eşidib, həmin dastanı yazıb və çap etdirib. Özü
də Lermontov türk dilini bilirdi. Yazırdı ki, “Тuretskaya
skazka”, yazmır ki, “Azerbaydjanskaya skazka”. Deməli, biz
tarixən türklər olmuşuq. “Azərbaycan” sözü qondarma
sözdür, sonradan əmələ gəlib. “Azərbaycan” sözü torpağın
adıdır, yerin adı deyil. İspan – İspaniya, gürcü – Gürcüs-
tan, rus – Rusiya, özbək – Özbəkistan, amma Azərbaycan–
Azərbaycan. Özbək özbəkistanlı deyil ki? (Yerdən səslər).
193
Xahiş edirəm, siz də danışarsınız, mən sizə mane olmaram.
Xahiş edirəm, qulaq asın. Mən fikrimi deyirəm.
z.əlizadə - professor: Nə olsun! Düz danışmırsan!
H.ə.əliyev: Mane olmayın. Hər kəs gərək sərbəst da-
nışa bilsin.
H.Abbaszadə: Biz orta məktəbdə oxuyanda, yaşım
buna çatır, icazə verin, Bəxtiyarla bir yerdə oxuyurduq.
Bizim kitablarımız “türk dili” idi. İndi Heydər Əliyeviç bi-
lir, o kitablar oradadır. Türk dili... Azərbaycan dili deyildi,
türk dili idi. Mənim anamın pasportunda 1948-ci ilə qədər
yazmışdılar: “turçanka”, türk. Sonra 1948-ci ildə dəyişdik,
hamımızı elədilər azərbaycanlı. Bu, sonradan əmələ gəlib.
Yuxarıdan belə göstəriş gəlib.
Mənim yadımdadır, 1978-ci ildə yeni konstitusiyanı qə-
bul eləyəndə Azərbaycan Yazıçılar İttifaqında iclas oldu.
Həmin iclasın sədri mən idim. İclasda bir məsələdən söh-
bət getdi. Azərbaycan yazıçıları, Sabir Rüstəmxanlı durub
orada təklif elədi ki, konstitusiyada Azərbaycanın dövlət
dili Azərbaycan dili yazılsın. O vaxt belə bir şeyi demək
özü çox hünər tələb eləyirdi. Biz, başqa yazıçılar da bunu
dəstəklədik, həmin protokolu göndərdik sonra yuxarılara.
Səs çıxmadı. Sonra İmran Qasımovu çağırdılar yuxarılar-
dan kimin yanına, deyə bilmərəm. Sonra bizdən xahiş elə-
dilər, mənə dedilər ki, Hüseyn Abbaszadə, sən iclasın sədri
kimi iclasın qərarını yaz göndər. Mən də iclasın qərarını
yazıb göndərdim, qol çəkdim altında. Yəni indi Mərkəzi
Komitənin arxivində həmin qərar qalır. Azərbaycan yazıçı-
ları həmişə Azərbaycanın dövlət dilinin türk dili olmasını
dəstəkləyiblər. Amma Azərbaycan dili.... Mənim əzizlərim,
belə olmaz. Mənim nəvəm 4-cü sinifdə oxuyur.
194
H.ə.əliyev: Hüseyn müəllim, o vaxt sən yazdın ki,
türk dili olsun?
H.Abbaszadə: Yox, Azərbaycan dili.
H.ə.əliyev: Bəs niyə yazmadın?
H.Abbaszadə: O vaxt “türk dili” deyənin dilini boğa-
zından çıxarardılar. (Gülüş).
H.ə.əliyev: Çıxaraydılar da, nə olar, yazaydın da.
H.Abbaszadə: Xalqımızın böyük sənətkarı Hüseyn Ca-
vidi türk dilinə görə məhv elədilər. Bizim çox böyük oğul-
larımızı, böyük sənət adamlarımızı türkdilli olduğuna görə
pantürkist deyib tutub basırdılar dama. Necə deyə bilər-
sən? Elə o vaxtın özündə Azərbaycan dilinin dövlət dili ya-
zılması böyük hadisə idi, böyük hünər idi. Mənim yadım-
dadır...
H.əliyev: Amma bilirsən nə var? O vaxtlar biz əmək-
daşlıq eləyirdik və keçən dəfə də mən dedim, “Azərbaycan
dili” yazmaq üçün mən nə qədər orada mübarizə apardım.
Amma mən açıq üzünüzə deyirəm, hamınıza, sənə də de-
yirəm, Bəxtiyar müəllimə də deyirəm, bilirsiniz də o vaxt
mənə gəlib deməmişdiniz ki, “türk dili” yazmaq lazımdır.
H.Abbaszadə: Düzdür.
H.ə.əliyev: Heç biriniz deməmişdiniz.
H.Abbaszadə: O vaxt qorxduq deməyə.
r.b.Quliyev: “Azərbaycan dili” demişdilər?
H.ə.əliyev: “Azərbaycan dili” demişdilər, onu demiş-
dilər, amma “türk dili” deməmişdilər.
H.Abbaszadə: Bir gün Moskvada Yazıçılar İttifaqında
söz düşdü. Ukrayna, Belorusiya yazıçıları mənə dedilər ki,
ay Hüseyn, sizdə konstitusiyada yazılıbmı “Azərbaycanın
dövlət dili Azərbaycan dilidir?”. Dedim, bəli. Dedi, Ukray-
Dostları ilə paylaş: |