210
Mən Yusif müəllimin fikri ilə razıyam ki, bu məsələnin
müzakirəsini konkret reallıqdan ayırmaq olmaz. Bu real-
lıq isə indi gedən ictimai proseslərdir. Bu ictimai proseslərə
Azərbaycan dili, Azərbaycan xalqı, Azərbaycan Respubli-
kası, Azərbaycan dövləti, - müstəqil, suveren Azərbaycan
dövləti eyni qələmdə səslənir. Biz bunu dərk eləsək, indiyə
qədər etdiyimiz səhvlərin çoxunu düzəldə bilərik.
Mən istəyirəm ki, nəzərinizə çatdıram ki, tarixilik var,
məntiqlik var. Əgər tarixiliklə, məntiqliklə yekunlaşdırma-
saq, əgər tarixin o kəşməkəşlərindən, pillələrindən gələn
qayda – qanunlar ümumiləşib bir qanunauyğunluq şəklin-
də qarşıya çıxmasa, onda biz səhvə yol verərik. Bütün bu
tarixin gedişi göstərir ki, Azərbaycan dili özünün inkişafı
prosesində formalaşıb, təkmilləşib, indiki hala çatıb, indiki
hala düşübdür. Mən Cəmil müəllimin bir fikrini yazdım:
Bizim xalq bu dili çox əzab - əziyyətlə əldə edib. Bu elə -
belə gəlib meydana çıxmayıbdır. Görün nə qədər pillələr
keçib. Bu xalq bu dili yaşadıb, doğurub, gətirib dünyaya.
Bundan sonra bu dilin yanına hər hansı bu bir “türk” sözü-
nü əlavə eləsən, bu o deməkdir ki, biz türk dilimizə şübhə
eləyirik. Ona görə də mən deyirəm ki, bunun yanında qoş-
ma sözə ehtiyac yoxdur.
Burada Həsən bəy Zərdabinin adını çəkdilər. Mən xahiş
eləyirəm ki, kim Həsən bəy Zərdabini elə - belə qeyd elə-
yib və Həsən bəy Zərdabini bilmirsə, bir daha onun irsinə
müraciət eləsin. Həsən bəy Zərdabinin bütün məqalələri
indiki Azərbaycan dilindədir. Axundovun da ona verdiyi
məsləhəti yadınıza salıram ki, çalış sənin “Əkinçi”nin dili
mənim komediyalarımın dilinə bənzəsin, sadə olsun. Bir az
lap kobud deyirəm, qoy ayrım dili olsun, xalq başa düş-
211
sün. İndi mən istəyirəm ki, bu türk dili ilə bağlı Zərdabinin
mövqeyini sizə deyim. Deyin görüm, onu oxuyanda hər
hansı bir məqaləsini tapa bilərsinizmi ki, orada bir “nasıl”
sözü işlədilmiş olsun? Amma yadınıza salıram ki, XX əsrin
əvvəllərində, 1910-cu ilə qədər, - Zərdabi 1907-ci ildə rəh-
mətə gedib, - bu məsələ çox qaynar müzakirə olunurdu və
qəzetlərin dil məsələsi böyük problemə çevrilmişdi. “Fü-
yuzat” var idi. “Şəlalə” var idi, mən onu tədqiq eləmişəm.
Soruşuram Azərbaycan dilçilərindən “Füyuzat”ı oxuyub
başa düşürsünüzmü? “Şəlalə”ni oxuyub başa düşürsünüz-
mü? Amma Zərdabinin “Bizim nəğmələrimiz” məqaləsini
oxuyanda adam onu döşünə basır ki, görün Azərbaycan di-
lini nə qədər gözəl bilir. Rusca təhsil alsın, birinci sinifdən
axıra qədər, Azərbaycan dilini bu qədər gözəl bilsin!
Gəlin hərəniz bir dildən yapışmayın, siz bunu elə ümu-
mi bir məxrəcə gətirin. Düzdür, “Azərbaycan” sözünü iş-
lətmir, amma Azərbaycan dilində danışır. Zərdabini mən
istəyirəm belə başa düşək. Bilək ki, Zərdabi Azərbaycanın
oğludur və Azərbaycanı Moskvada da tanıdıb. Qafqazda
ruslar var idi, Zərdabi ilə fəxr eləyiblər. Azərbaycan oğlu
idi. Qadını da bulqarlardan idi – Hənifə xanım Abayevə.
Yəni istəyirəm ki, bunu bilək, - Axundov, Zərdabi, di-
gərləri – Azərbaycan dilini köksündə yaşadıbdır. Mən istə-
yirdim bunu da deyim ki, “Azərbaycan dili”, “Azərbaycan
xalqı” anlayışları müasir konteksdə çox gözəldir və mən
konstitusiya komissiyasının əvvəlki iclasında dediyim sözü
bir daha təkrar eləyirəm ki, ölkəmizin adı Azərbaycandır,
Azərbaycan Respublikasıdır, Azərbaycan xalqıdır və dili-
miz də Azərbaycan dilidir. Bunu biz qəti şəkildə bilməliyik.
Amma bu heç də o demək deyil ki, türk kökümüzü unu-
212
daq, türk dilini bilməyək, türk dilində danışmayaq. Böyük
ədəbiyyatı var, böyük mədəniyyəti var, Tofiq Fikrəti var,
Rza Tofiqi var, gedək onu öyrənək.
H.ə.əliyev: Konstitusiya komissiyasının üzvlərindən
yenə çıxış etmək istəyən var? Südabə xanım buyursun.
S.Həsənova – Ədliyyə nazirinin birinci müavini, yeni
konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü: Hör-
mətli prezident, hörmətli müşavirə iştirakçıları. Əlbəttə,
bizim hər birimiz ayrılıqda öz kökümüzü, öz tariximizi
danmamalıyıq. Buna baxmayaraq biz, yoldaşların hamısı,
əksəriyyəti qeyd elədi, mən yeni heç bir şey demirəm, - bi-
zim mənşəyimiz həqiqətən türk mənşəyidir. Gəlin etiraf
eləyək ki, konstitusiyamızda neçə illərdir dövlət dilimiz
“Azərbaycan dili” yazılsa da, məgər bizim mərkəzi dövlət
idarələrində bu dildən istifadə olunmuşdurmu? Biz Azər-
baycan dilində yazıb – pozmuşuqmu? Mən mərkəzi, Bakı
şəhərini deyirəm. Yox, ona görə yox ki, bunun da obyektiv
səbəbləri var idi. Biz SSRİ-nin tərkibində idik. İstəsək də,
istəməsək də bizim müxtəlif yazıların bir ucu gedib çıxırdı
Moskvaya. Bütün gənc alimlər öz uşaqlarını məktəbə rus
sektoruna göndərirdilər. İndi beş – altı ildir öz dilimizə ya-
pışıqlıq yaranıb, öz dilimizə məhəbbət oyanıb. Öz uşaqla-
rını rus sektoruna göndərən valideynlər yenidən müəllim
tutub uşaqlarına Azərbaycan dili öyrədirlər.
Mən MDB dövlətlərinin birində olanda öz dilimizdə
danışarkən mənə dedilər ki, siz danışanda elə bil musiqi
çalınır. Sizin diliniz necə də nəğməkar dildir! Demək istə-
yirəm ki, indi biz öz dilimizə qayıtmışıq, öz dilimizdə danı-
şırıq, öz dilimizdə yazırıq, öz dilimizdə oxuyuruq. Böyük-
lü– kiçikli bir-birimizi başa düşürük. İndi bu yandan bir şey
213
atılır ortaya ki, yox, “Azərbaycan dili” olmasın, “Azərbay-
can türkcəsi” olsun və yaxud ümumiyyətlə, “türk dili” ol-
sun. Axı bu özü də elə bir məqamda, elə bir tarixi şəraitdə
ortaya atılıb ki, bizim mənfur erməni kimi düşmənimiz var.
Yəqin bu yoldaşlar istəyirlər qoy o ermənilər bizə gülsün-
lər və desinlər ki, “heç bu Azərbaycan milləti ümumiyyətlə
tarixdə, yer üzündə olmayıb, bunlar türklərin tör–tökün-
tüsüdür qalıblar, belə bir millət olmayıb”. Mən belə başa
düşürəm ki, məntiq buna gətirib çıxarır. Bir də mən aka-
demiyada keçirilən iclasın, çox təəssüf edirəm ki, hamısına
baxa bilməmişəm. Orada çıxış eləyən yoldaşlardan, indi
deyə bilmərəm, hansısa belə bir söz işlətdi ki, konstitusiya-
ya yazaq, yenə elə Azərbaycan dilində danışarıq da. Onda,
ay yoldaşlar, bəs bu nə oldu ki, mən deyirəm, əvvəl yazır-
dıq “Azərbaycan dili”, danışırdıq, yazırdıq rus dilində. İndi
də yazaq “türk dili”, ya “azəri türkcəsi”, amma danışaq
Azərbaycan dilində. Yoldaşlar, gəlin ya olduğumuz kimi
görünək, ya da göründüyümüz kimi olaq. Nə dildə danı-
şırıq? Bizə analarımız Azərbaycan dilində layla çalıb. Biz
laylalarla böyümüşük. Hər birimizin bir çətin anı, hər bir
insanın çətin vəziyyəti, faciəli anı olur, Allahı çağırırıq, ana-
nı çağırırıq. Biz Azərbaycan dilində çağırmışıq belə çətin
vəziyyətlərdə. İndi niyə biz öz dilimizdən imtina eləməli-
yik? Niyə biz öz millətimizi, dilimizi danmalıyıq, özümüzü
kiməsə, çox üzr istəyirəm, kiməsə yamaq eləməliyik? Çox
sağ olun.
H.ə.əliyev: Daha komissiya üzvlərindən görürəm
çıxış etmək istəmirlər. Qurtardın?
S.Həsənova: Yox, bir sözüm qalıb. Mən səhv eləmirəm-
sə, Afad müəllim Qurbanov dedi ki, akademiyada keçi-
Dostları ilə paylaş: |