176
yerdən: Yerin adıdır.
H.ə.əliyev: Mane olmayın. Xahiş eləyirəm mane ol-
mayın, mən bilirəm haranındır. Krım tatar dili var. Ancaq
ondan sonra harada? Fransa – fransız dili, İspaniya – ispan
dilidir, Yunanıstan...
yerdən: Ukrayna...
H.ə.əliyev: Xahiş eləyirəm, mane olmayın, mən özüm
bilirəm nə deyirəm. Mən heç vaxt, məktəbdə oxuyanda da
suflyordan istifadə etməmişəm sizin kimi. Mən həmişə öz
biliyimlə danışmışam. Yunanıstan – yunan dilidir, Çin –
Çin dilidir, Rusiya – rus dilidir, Belarusiya – belarus dilidir,
Ukrayna – Ukrayna dilidir, Çexoslovakiya – indi ayrılıb-
lar, əvvəl də belə idi, bir yerdə olanda da: Çex dili ayrı idi,
slovak dili ayrı idi. Amma bunların fərqi bizimlə Anadolu
Türkiyəsinin fərqindən xeyli az idi. Mən bunlarla danışmı-
şam axı. Çexlə də danışmışam, slovakla da danışmışam.
Deyirəm bir – birinizlə nə dildə danışırsınız? Deyir bizim
dilimiz birdir. Bilirsiniz. Dünya belədir.
Gəlin türkdilli xalqlara baxaq. Bəli, biz türkdilli xalq-
lardan biriyik və türk mənşəli bir xalqıq. Kökümüz birdir.
Özbək dili var, qazax dili var, qırğız dili var, tatar dili var,
başqırd dili var, türkmən dili var, kumık dili var. Demək,
bu türkdilli xalqların da hər birinin dilinin öz adı var. Türk-
dilli xalqlarda tatar dili də var, o biri qrup dillər var, onla-
rın da hər biri bu qrupa daxildir, amma hər birinin öz adı
var. Amma “biz gəlin dilimizi türkdilli eləyək”, - yenə də
deyirəm, mən bunu etiraz nöqteyi – nəzərindən demirəm,
istəyirəm özümə aydınlıq gətirim. Siz bu işin mütəxəssisi-
siniz, siz dil işlədirsiniz, dilçisiniz və şeirlər yazırsınız, ro-
manlar yazırsınız, camaata dil öyrədirsiniz. Axı, nə təhər
177
Azərbaycan türkcəsi? Millətimiz nədir? Azərbaycan türkü.
Nə təhər bu millətin iki adı olsun? Bəs niyə özbək özünə
demir ki, Özbəkistan türkü, tatar niyə demir ki, mən Tata-
rıstan türküyəm?
Bilirsiniz, bunu gəlin araşdıraq, siz deyirsiniz ki, haça-
lanma gedir və belə mübahisə olsa, çox vaxt gedər. Əlbət-
tə, indi görürsünüz, mən buna nə qədər vaxt sərf eləyirəm
və hesab etmirəm ki, mən burada çox böyük iş görürəm.
Bu mənim borcumdur, çünki mən bunu araşdırmamış, bu
yekəlikdə məsuliyyəti öz üzərimə götürə bilmərəm. Amma
araşdırmaq üçün də bu suallar çıxır. Demək, belə çıxır ki,
bu 60 il müddətində yaşadığımıza baxmayaraq, biz həm
dilimizin adını yenidən qoymalıyıq, həm də millətimizin
adını yenidən qoymalıyıq. Onda ölkəmizin də adını dəyiş-
dirək? Bunu düşünmək lazımdır.
Yenə də deyirəm, mən sizin sözlərinizə etiraz eləmək
məqsədi ilə yox, ona görə bu sualları verirəm ki, bir az mü-
bahisə aparaq: görək hara çıxırıq biz. Doğrudur, taleyimiz
belə gəlib ki, məsələn, bizə tatar deyiblər. Amma biz tatar
deyilik axı. Neçə illər bizə tatar deyiblər? Elə Həsən bəy
Zərdabi də özünə tatar deyibdir, o birisilər də özlərinə tatar
deyiblər. Bu Bakıda, Azərbaycanda bir belə azərbaycanlı
ziyalı olduğu halda məktəblər açılmışdı – “russko-tatar-
skaya şkola”. Bəs niyə o vaxtlar Cəlil Məmmədquluzadə,
Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Məmmədəmin Rə-
sulzadə, Əhmədbəy Ağayev, Əlibəy Hüseynzadə, başqaları
durub demədilər ki, necə yəni “russko-tatarskaya şkola”?
Niyə buna etiraz eləmədilər? Hamı da bunu qəbul elədi –
“russko-tatarskaya şkola””. İndi mən deyə bilmərəm niyə
belə olub. Mən heç bunu təhlil də etmək istəmirəm. Amma
178
mən bununla sadəcə demək istəyirəm ki, bizim aqibətimiz
belə olubdur, bizim taleyimiz belə olubdur. Rusiyada bizə
tatar deyiblər. Rusiyanın burda qubernatorları bizə tatar
deyiblər. Yazılarda bizə tatar deyiblər. Ondan sonra 1918-
ci ildən gəliblər türk deyiblər. Allaha şükür olsun. 1918-ci
ildən 1936-cı ilə qədər 18 il müddətində türk dili, türk deyi-
lib. 60 ildir biz Azərbaycan dili, azərbaycanlı deyirik. İndi
bəs nə edək? Bax, bunlara cavab var, yoxsa yox? Axı, bunla-
ra cavab olmasa, biz qərar qəbul eləyə bilmərik.
b.Vahabzadə: Mən məsələyə münasibətimi bildirim.
Məsələn, hamıya məlumdur, Misir də ərəbdir, İraq da
ərəbdir. Əlcəzair də ərəbdir və s. Amma hamısında dil bir
dildir. O dillərin müəyyən ləhcələri var. Amma demirlər
“Misir dili”. Axı, yerlə adlandırmaq olmaz, “azərbaycanlı”
sözü yeri bildirir. Mən bakılıyam, gəncəliyəm, qubalıyam.
“Lı” şəkilçisi milləti bildirmir. Ərəb hamısı ərəbdir. Amma
demirlər ki, Əlcəzair ərəbidir, demirlər ki, məsələn, “İraq
dili”, ya “Əlcəzair dili”, ya “Misir dili” hamısına “ərəb dili”
deyirlər. Mən gedə bilərəm?
H.ə.əliyev: Bəxtiyar müəllim, bu suala yenə cavab
verəcəyəm. Slavyan millətləri var və slavyan dilləri var.
Bir-birinə də çox yaxın, elə bizim üçün də tarixən çox
yaxın– Rusiya, Belarusiya, Ukrayna. Bunların dili eynidir.
Xüsusilə, Belarusiya ilə Rusiyanın dili eynidir. Ona deyir
“rus dili”, o birisinə deyir “belarus dili”. Bəs niyə deyir?
Mən sizin sadəcə olaraq “ərəb dili” sözünüzə cavab ver-
mək istəyirəm. Yəni belə şeylər var tarixdə. Biz burada
istisna etmirik. Onu götürsən, ona da cavab tapmaq olar,
bunu götürsən, buna da cavab tapmaq olar. Hər bir şeyi o
cür də əsaslandırmaq olar. Ona görə də bu əsaslandırmala-
179
rın heç birinə demək olmaz ki, bu ondan üstündür, o bun-
dan üstündür. Amma bizim tarixi aqibətimiz belədir. İndi
biz tarixi bir mərhələdəyik. Biz gərək elə bir qərar qəbul
eləyək ki, o, həm bu günümüzü, həm keçmişimizi əks et-
dirsin, həm də gələcəyimiz üçün və bu gün dövlətçiliyimiz
üçün yararlı olsun. Bax, məsələ burasındadır.
b.Vahabzadə: Mənim bir son sözüm də var.
H.ə.əliyev: Bəli, buyur.
b.Vahabzadə: Hörmətli prezident, əvvəla, siz bizim bu
alimlərə, buradakı ziyalılara bu qədər sərbəstlik verdiyi-
nizə görə, yəni hamı öz fikrini sərbəst, heç kimdən çəkin-
mədən deyir – buna görə mən sizə çox minnətdaram. Mənə
elə gəlir ki, bax, burada əyləşən bütün ziyalılar da sizə öz
minnətdarlığını bildirir. Qoy hamı öz fikrini sərbəst desin.
Amma mənə elə gəlir ki, bunu yubatmaq lazım deyil, bunu
qurtarmaq lazımdır. Ümumi orta yol tutmalıyıq.
H.ə.əliyev: Sağ ol. Zəlimxan Yaqub.
zəlimxan yaqub – şair: Möhtərəm prezident, hörmətli
müşavirə iştirakçıları. Dəfələrlə burada qeyd olundu, bu-
günkü məclis təkcə dilin söhbəti deyil, birbaşa Azərbaycan
xalqının taleyi ilə bağlı çox ciddi mətləblər var. Ona görə
də haqlı olaraq müzakirələr bu qədər rəngarəng olur, uza-
nır, razılıqlara, narazılıqlara səbəb olur. Çünki bu, xalqın
taleyidir və bu vaxta qədər, Bəxtiyar müəllim qeyd elədi
ki, tutaq ki, 1918-ci ildən götürək. Əvvəlcə türk dili, əvvəl-
cə demokratik hökumət dövründə türk dili, 30-cu illərdə
yenə türk dili, 1930-cu ildən sonra Azərbaycan dili, 1992-ci
ildə yenidən türk dili, yəni bütün bu hadisələrlə bağlı elə
bilin ki, biz millətimizin faciələrini yaşayırıq bu gün, həmin
faciələrin məntiqi nəticəsini biz bu gün də yaşayırıq. Ona
Dostları ilə paylaş: |