Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə43/52
tarix21.03.2018
ölçüsü27,2 Kb.
#32983
1   ...   39   40   41   42   43   44   45   46   ...   52

 
 
 
700) Labirintit zamanı başgicəllənmə və spontan nistaqmın xarakterik 
cəhətlərini göstərin. 
 
A) Başgicəllənmələr sistem xarakterlidir, nistaqm kiçik amplitudalıdır, üfüqü 
səthdədir, komponentlər ayırd olunmur, istiqaməti sağlam qulaq tərəfədir 
B) Başgicəllənmələr sistem xarakterli deyil, nistaqm böyük amplitudalıdır, üfüqü 
müstəvidədir , komponentlər ayırd olunmur, istiqaməti xəstə qulaq tərəfədir 
C) Başgicəllənmələr sistem xarakterli deyil, nistaqm kiçik amplitudalıdır, iki 
komponentlidir, vertikal müstəvidədir, istiqaməti xəstə qulaq tərəfədir 
D) Başgicəllənmələr sistem xarakterlidir, nistaqm kiçik amplitudalıdır, iki 
komponentlidir 
E) Başgicəllənmələr qeyri sistem xarakterlidir, spontam nistaq 3 ay davam edir 
 
Ədəbiyyat: В. Т. Пальчун, М. М. Магомедов, Л. А. Лучихин 
«Оториноларингология»; Москва, 2008 səh. 496 
 
701) Beyincik absesinin simptomlarını göstərin. 
 
A) Amnestik afaziya, kiçik amplitudlu iki komponentli sağlam qulaq tərəfə yönəlmiş 
nistaqm 
B) Alın ataksiyası, psixikanın pozulması, aqnoziya 
C) Başgicəllənmə, adiadoxokinez, əzələ tonusunun və kordinasiyanın pozulması 
D) Alın ataksiyası, afaziya, gözün çəpləşməsi, başgicəllənmə 
E) Sistem xarakterli başgicəllənmələr, nitq pozğunluqları, hemianopsiya 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”. 
Tələbələr üçün dərs vəsaiti; Bakı, Təbib, 1998 səh. 40 
 
702) Otogen leptomemingit zamanı likvordakı xarakterik dəyişiklikləri göstərin. 
 
A) 1 mkl. likvorda 250 limfosit, zülal 6 - 9, 6 q/l 
B) 1 mkl. likvorda 250 - dən bir neçə minə qədər neytrofil, zülal - 0, 6 - 9, 6 q/l 
C) 1 mkl. likvorda 80 limfosit, zülal - 6 - 9 q/l 
D) 1 mkl. likvorda 80 limfosit, zülal - 0, 6 - 0, 9 q/l, şəkər artıb 
E) 1 mkl. likvorda 50 limfosit, şəkər azalıb zülal - 0, 33 q/l 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”. 
Tələbələr üçün dərs vəsaiti; Bakı, Təbib, 1998 səh. 17 
 
703) Otogen beyin absesləri zamanı hansı cərrahi müdaxilə aparılmalıdır? 
 
A) Genişləndirilmiş radikal əməliyyat, absesin punksiyası yaxud abses boşluğunun 
açılması 
B) Yalnız genişləndirilmiş radikal əməliyyat 
C) Antromastoidotomiya 


 
 
D) Qulaqda radikal əməliyyat 
E) Attikoantrotomiya 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”. 
Tələbələr üçün dərs vəsaiti; Bakı, Təbib, 1998 səh. 46 
 
704) Kapsulası olmayan beyin absesləri zamanı müalicə taktikasını seçin. 
 
A) Antibakterial və dehidratasya müalicə 
B) Yalnız antromastoidotomiya 
C) Absesin punksiyası və ya drenajı 
D) Absesin bütövlükdə xaric edilməsi 
E) Yalnız qulaqda radikal əməliyyat 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”. 
Tələbələr üçün dərs vəsaiti; Bakı, Təbib, 1998 
 
705) Gicgah payının absesi ilə ağırlaşmış xroniki irinli epitimpanit zamanı tətbiq 
olunan cərrahi əməliyyat hansıdır? 
 
A) Arxa kəllə çuxurunun sərt beyin qişasının üzəri açılmaqla gicgah sümüyündə 
genişləndirilmiş radikal əməliyyat 
B) Qulaqda radikal əməliyyat 
C) Orta kəllə çuxurunun sərt beyin qişasının üzəri açılmaqla gicgah sümüyündə 
genişləndirilmiş radikal əməliyyat 
D) Absesin punksiyası 
E) Antromastoidotomiya 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”. 
Tələbələr üçün dərs vəsaiti; Bakı, Təbib, 1998 səh. 46 
 
706) Otogen beyin absesləri zamanı otorinolarinqoloqun müalicə taktikası necə 
olmalıdır? 
 
A) Qulaqda antromastoidotomiya 
B) Qulaqda genişləndirilmiş radikal operasiya və absesdə müdaxilə 
C) Qulaqda radikal əməliyyat 
D) Qulaqda genişlənmiş radikal əməliyyat və absesin çıxarılması 
E) Qulaqda əməliyyat aparmadan absesin çıxarılması 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”. 
Tələbələr üçün dərs vəsaiti; Bakı, Təbib, 1998 səh. 46 
 
707) Aşağıda göstərilən preparatlardan otogen beyin abseslərində kəllədaxili 
təzyi aşağı salmaq üçün istifadə olunanları seçin 
 


 
 
A) Reopoliqlyukin, 5% - li glukoza, antibiotiklər, sulfanilamid preparatları 
B) 25% - li Mg - sulfat, mannitol, laziks, qlukokortikoidlər, eufillin 
C) Hemodez, 0, 9% NaCl məhlulu, qan, plazma, antibiotiklər 
D) Hemodez, Ringer məhlulu, plazma 
E) Reopoliqlyukin, hemodez, papaverin, dibazol 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”. 
Tələbələr üçün dərs vəsaiti; Bakı, Təbib, 1998 səh. 28 
 
708) Otogen beyin absesi və leptomeningitin müalicəsində istifadə olunan 
dezintoksikasion preparatları seçin 
 
A) Papaverin, dibazol, diakarb 
B) Hemodez, reomakrodeks, reopoliqlyükin, 5% - li qlükoza məhlulu 
C) Mannit, laziks, furasimid, antibiotiklər 
D) Qlükokortikoidlər, antibiotiklər 
E) 25% - li Mg - sulfat, mannit, laziks, eufillin 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”. 
Tələbələr üçün dərs vəsaiti; Bakı, Təbib, 1998 səh. 27 
 
709) Beyinciyin absesi ilə ağırlaşmış xroniki irinli epitimpanit zamanı tətbiq 
olunan cərrahi əməliyyat hansıdır? 
 
A) Orta kəllə çuxurunun sərt beyin qişasının üzəri açılmaqla gicgah sümüyündə 
genişləndirilmiş radikal əməliyyat 
B) Antromastoidotomiya 
C) Arxa kəllə çuxurunun sərt beyin qişasının üzəri açılmaqla gicgah sümüyündə 
genişləndirilmiş radikal əməliyyat 
D) Attikoantrotomiya 
E) Qulaqda radikal əməliyyat 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”. 
Tələbələr üçün dərs vəsaiti; Bakı, Təbib, 1998 səh. 46 
 
710) Otogen mənşəli bazal meningit zamanı əsasən hansı kəllə sinirləri 
zədələnir? 
 
A) Üçlü sinir və dəhliz - ilbiz sinirləri 
B) Görmə siniri 
C) Üz siniri, aralıq siniri 
D) Dil - udlaq siniri, uzaqlaşdırıcı, dilaltı sinirlər 
E) Qoxu siniri, üçlü sinir, üz siniri 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”. 
Tələbələr üçün dərs vəsaiti; Bakı, Təbib, 1998 səh. 17 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə