Ġnanın, o zaman da - sizlər və Sizin KQB əməkdaĢlarınız mənə hədə-qorxu gələndə (bu
hədələrin bir-ikisini göstərəcəyəm) mən hamınızın üzünə baxıb susurdum və ürəyimdə
düĢünürdüm ki, doğrudan da, bunlar baĢa düĢmürlər ya da baĢa düĢmək istəmirlər ki, biz
hamımız quluq. Bəli, sözün əsl mənasında: Qul! Kölə! Daha doğrusu,
quldan da aĢağı.
Niyə mən tələbələrimi baĢa salırdım ki, biz quldan aĢağıyıq? Çünki qul pula satılırdı, bizi qara
qəpiyə alan yox idi. Quldar qulun sağlamlığında və yaĢamasında maraqlı idi. Qul ölsəydi
quldarın pulu batardı. Qul sağlam olmalı idi ki, quldar onu iĢlədib həm onun müqabilində
verdiyi pulu çıxarsın, həm də qazanc götürsün. Elə bu baxımdan idi ki, Avropaya və
Amerikaya aparılan qulların gələcək nəsli onların Afrikada qalan soydaĢlarından qat-qat
sağlam və gümrah oldu.
Belə çıxmasın ki, mən Avropa və Amerika quldarlarına haqq qazandırıram. Əsla yox! Ancaq
Rusiya və rus-sovet imperiyasında təkcə qulun deyil, ümumiyyətlə, insanın qiyməti yox idi.
Əgər Stalin dövlətin baĢında duran Ali Sovetin sədri Kalininin arvadını və xarici iĢlər naziri
Molotovun arvadını həbs etdirib, onlara dustaqların bitli paltarlarını oda tutdurub
təmizlətdirirdisə və bu "inqilab cəngavərləri" ("xoĢbəxtlər!") səslərini, daha doğrusu,
cınqırlarını belə çıxara bilmirdilərsə hər Ģey gün kimi aydın idi. Əgər əsgərlikdə ölən əsgər-
qulun (bəli, qulun, kölənin!) ailəsinə 74 qəpik göndərirdilərsə (hələ də mən bunu baĢa
düĢmürəm) və sink qapaqlı tabuta qoyulmuĢ əsgərin ailəsinə onun tabutunu açmağa icazə
verilmirdisə, bəli, biz quldan aĢağı idik, qul bizdən qiymətli, hörmətli idi.
Daha nələr, nələr, nələr… Dərimizi soydular, qanımızı sordular, halsız cəsədlərimizi təpiklər
altına atdılar. Ulu Tanrı, görəsən bu, "Sovet xalqına" yenə də dərs olmayıb?!
Ġnanın, mən özümü sizlərdən, sizləri özümdən ayırmırdım. Biz hamımız eyni qul taleyinin
müxtəlif cür daĢıyıcıları idik. Bu gün Ġranda olduğu tək!
Ġndi qulaq asın, keçmiĢ qul həmkarım (Siz bunu qəbul etməsəniz də ancaq belə olmuĢdur,
buna "oldu-bitdi" deyirlər), qayıdaq Sizin məqalənizin sonundan gətirdiyim iqtibasın üstünə.
Hörmətli Yəmən bəy, bu parçada Siz iki məsələni qarıĢdırırsınız, çünki:
1.
Mənim
"Azərbaycanın birləĢdirilməsi üzərində düĢüncələr"
yazım baĢqa mövzudur,
məktub-vəsiyyət
baĢqa. Ġstintaq materiallarına da bunlar ayrı-ayrı sənədlər kimi daxil
olubdur.
2.
"Azərbaycanın birləĢdirilməsi üzərində düĢüncələr"
mənim öz yaradıcılığımın
məhsuludur, məktub - baĢqa adamın.
3.
Mənim bütün yazılarım (istintaq materiallarına daxil olanlar) öz xəttimlə yazılıb -
məktub baĢqa xətlə (o zaman Sizin ekspertlər də bunu yazılı təsdiqlədi).
4.
Məktub yazılan zaman (həmin tarixi göstərəcəyəm) yaĢı il yarım olan
Yağmur
adlı
oğlan uĢağına ünvanlanıb. Mənsə, hamınız bildiyiniz kimi, ittiham olunanda evli
deyildim. Olmayan bir oğula hansı axmaq vəsiyyət yazar? Axı mən bunları sizlərə
deyirdim. Siz isə baxmırdınız, çünki KQB-yə nə olursa-olsun məni xalqın içində
hörmətdən salmaq tapĢırılmıĢdı. TapĢırılmıĢdı ki, nə olursa-olsun Əbülfəz, onunla
həmfikir olan dostları, yoldaĢları və tələbələri antisovetçilikdə, millətçilikdə və
türkçilikdə təqsirləndirilib həbs edilməli və Azərbaycan respublikasında ideoloji
təxribatın olduğu "sübut" edilməlidir. Məqsəd:
1.
bir sıra gənc müəllim, elmi iĢçi, ziyalı və tələbə həbs edilməli və antisovet millətçilər
susdurulmalı;
2.
milli ruhlu baĢqa aydınlara qarĢı bu iĢdən profilaktik tədbir kimi istifadə edilməli;
3.
"respublikada geniĢ ideoloji təxribat var, millətçilik, antisovet əhval-ruhiyyə yayılıb,
ideoloji iĢ getmir, hakimiyyətin yuxarı pilləsində dayanan məsul Ģəxslər təqsirkardır"
[ittihamı təsdiqlənməlidir].
Hədəfə alınmıĢ müəssisələr: Azərbaycan Dövlət Universiteti, Akademiyanın ġərqĢünaslıq,
Tarix və Ədəbiyyat institutları, antisovet və millətçi fikirlərin yarandığı və geniĢ yayıldığı
yerlər.
Ġstintaqın gediĢində tez-tez səslənirdi:
-Sən yüzlərlə tələbəni baĢdan çıxarmısan, universitet, çayxana, yeməkxana, küçə
deməmisən, Sovet quruluĢunun və rus xalqının əleyhinə danıĢırsan, sənin
respublikada törətdiyin ideoloji təxribatı Amerika milyonlar töksəydi yarada
bilməzdi. Sənin iĢinlə onlarca adam (inzibati orqan və DTK əməkdaĢları) məĢğul
olur. Sən bizim baĢımızı qatırsan ki, Sovet hökumətinin düĢmənləri
sərhədlərimizdən içəri girsin!
Bir neçə sual da maraqlı idi, xoĢuma gəlmiĢdi; sevindim, ancaq sevincimi o an gizlətdim:
-Sən ki deyirsən bu, imperiyadır, onda bu imperiyanın bileti olan Kommunist
Partiyasının biletini niyə cibində daĢıyırsan? Sən elə bilirsən, biz Azərbaycanın
birləĢməsini istəmirik? Biz də istəyirik. Vaxtı gələndə bunu dövlət edəcək, sən
kimsən atılmısan meydana, kim? Evin yox, ailən yox, böyük vəzifən yox, pulun
yox. Universitetin professorlarını çağırmıĢdıq bura, səni birnəfəsə satdılar,
əllərində avtomat qələm durmurdu, yerə düĢürdü, əlləri tir-tir titrəyirdi. Onlar
əllərinə avtomat silah alıb Azərbaycanı birləĢdirəcəklər? Ay hay!
Özünü bədbəxt elədiyin bəs deyil, bilirsən ki, ananı, qardaĢlarını, qohumlarını da
bədbəxt günə qoyursan! Səninlə bir olan dostların, yoldaĢların, sənə uyan
tələbələrin səninlə birlikdə türmədə çürüyəcəklər, bunu bil!
Sən respublikanı bütün SSRĠ-də biabır eləmisən, onun rəhbərliyinin baĢını aĢağı
dikmisən,
onlar bilmirlər Moskvaya nə cavab versinlər.
Bakı, Azərbaycan SSRĠ-də
beynəlmiləlçiliyin birinci nümunəsi idi. Sən bunların hamısını qatıb-qarıĢdırdın.
Daha nələr, nələr…
Bu sözlərin hamısını podpolkovnik
Səlimzadə
deyirdi. Ġstintaqı o aparmırdı, istintaqın
rəhbərlərindən idi. Yeri gəlmiĢkən, bu istintaqla bağlı bütün məsul Ģəxslərə minnətdaram ki,
onlar mənə heç bir fiziki iĢgəncə vermirdilər. Özləri çay içib siqaret çəkəndə mənə də təklif
edirdilər. Mən də imtina etmirdim. Sağ olsunlar!
Bəli,
respublikada geniĢ miqyasda qarıĢıqlıq hazırlanırdı.
Bu iĢin müəllifləri DTK-nın
sədri
Krasilnikov
, respublika prokuroru
Qambay Məmmədov
və onların bir sürü yardımçıları,
Mərkəzdə Siyasi Büronun üzvü
Romanov
və Sovet DTK-sının mərkəzində özlərinə möhkəm
yer qazanmıĢ
ermənilər
idi.
Necə deyərlər, Azərbaycan DTK-sı startı bərk götürmüĢdü. Tez-tez mənə üç gün vaxt verib
deyirdilər: get, otağında (bəli, onlar elə deyirdi, mən də istehza ilə deyirdim ki, "axırda DTK
Dostları ilə paylaş: |