Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   26   27   28   29   30   31   32   33   ...   61

Ġnanın,  o  zaman  da  -  sizlər  və  Sizin  KQB  əməkdaĢlarınız  mənə  hədə-qorxu  gələndə  (bu 
hədələrin  bir-ikisini  göstərəcəyəm)  mən  hamınızın  üzünə  baxıb  susurdum  və  ürəyimdə 
düĢünürdüm  ki,  doğrudan  da,  bunlar  baĢa  düĢmürlər  ya  da  baĢa  düĢmək  istəmirlər  ki,  biz 
hamımız quluq. Bəli, sözün əsl mənasında: Qul! Kölə! Daha doğrusu, 
quldan da aĢağı.
 
Niyə mən tələbələrimi baĢa salırdım ki, biz quldan aĢağıyıq? Çünki qul pula satılırdı, bizi qara 
qəpiyə  alan  yox  idi.  Quldar  qulun  sağlamlığında  və  yaĢamasında  maraqlı  idi.  Qul  ölsəydi 
quldarın  pulu  batardı.  Qul  sağlam  olmalı  idi  ki,  quldar  onu  iĢlədib  həm  onun  müqabilində 
verdiyi  pulu  çıxarsın,  həm  də  qazanc  götürsün.  Elə  bu  baxımdan  idi  ki,  Avropaya  və 
Amerikaya  aparılan  qulların  gələcək  nəsli  onların  Afrikada  qalan  soydaĢlarından  qat-qat 
sağlam və gümrah oldu. 
Belə çıxmasın ki, mən Avropa və Amerika quldarlarına haqq qazandırıram. Əsla yox! Ancaq 
Rusiya  və  rus-sovet  imperiyasında  təkcə  qulun  deyil,  ümumiyyətlə,  insanın  qiyməti  yox  idi. 
Əgər  Stalin  dövlətin  baĢında  duran  Ali  Sovetin  sədri  Kalininin  arvadını  və  xarici  iĢlər  naziri 
Molotovun  arvadını  həbs  etdirib,  onlara  dustaqların  bitli  paltarlarını  oda  tutdurub 
təmizlətdirirdisə  və  bu  "inqilab  cəngavərləri"  ("xoĢbəxtlər!")  səslərini,  daha  doğrusu, 
cınqırlarını belə  çıxara  bilmirdilərsə  hər Ģey  gün  kimi aydın  idi.  Əgər əsgərlikdə  ölən  əsgər-
qulun  (bəli,  qulun,  kölənin!)  ailəsinə  74  qəpik  göndərirdilərsə  (hələ  də  mən  bunu  baĢa 
düĢmürəm)  və  sink  qapaqlı  tabuta  qoyulmuĢ  əsgərin  ailəsinə  onun  tabutunu  açmağa  icazə 
verilmirdisə, bəli, biz quldan aĢağı idik, qul bizdən qiymətli, hörmətli idi. 
Daha  nələr,  nələr,  nələr…  Dərimizi  soydular,  qanımızı  sordular,  halsız  cəsədlərimizi  təpiklər 
altına atdılar. Ulu Tanrı, görəsən bu, "Sovet xalqına" yenə də dərs olmayıb?! 
Ġnanın,  mən  özümü  sizlərdən,  sizləri  özümdən  ayırmırdım.  Biz  hamımız  eyni  qul  taleyinin 
müxtəlif cür daĢıyıcıları idik. Bu gün Ġranda olduğu tək! 
Ġndi  qulaq  asın,  keçmiĢ  qul  həmkarım  (Siz  bunu  qəbul etməsəniz  də ancaq  belə  olmuĢdur, 
buna "oldu-bitdi" deyirlər), qayıdaq Sizin məqalənizin sonundan gətirdiyim iqtibasın üstünə. 
Hörmətli Yəmən bəy, bu parçada Siz iki məsələni qarıĢdırırsınız, çünki: 
1.
 
Mənim 
"Azərbaycanın  birləĢdirilməsi  üzərində  düĢüncələr"
  yazım  baĢqa  mövzudur, 
məktub-vəsiyyət
 baĢqa. Ġstintaq materiallarına da bunlar ayrı-ayrı sənədlər kimi daxil 
olubdur. 
2.
 
"Azərbaycanın  birləĢdirilməsi  üzərində  düĢüncələr"
  mənim  öz  yaradıcılığımın 
məhsuludur, məktub - baĢqa adamın. 
3.
 
Mənim  bütün  yazılarım  (istintaq  materiallarına  daxil  olanlar)  öz  xəttimlə  yazılıb  - 
məktub baĢqa xətlə (o zaman Sizin ekspertlər də bunu yazılı təsdiqlədi). 
4.
 
Məktub  yazılan  zaman  (həmin  tarixi  göstərəcəyəm)  yaĢı  il  yarım  olan 
Yağmur
  adlı 
oğlan  uĢağına  ünvanlanıb.  Mənsə,  hamınız  bildiyiniz  kimi,  ittiham  olunanda  evli 
deyildim.  Olmayan  bir  oğula  hansı  axmaq  vəsiyyət  yazar?  Axı  mən  bunları  sizlərə 
deyirdim.  Siz  isə  baxmırdınız,  çünki  KQB-yə  nə  olursa-olsun  məni  xalqın  içində 
hörmətdən  salmaq  tapĢırılmıĢdı.  TapĢırılmıĢdı  ki,  nə  olursa-olsun  Əbülfəz,  onunla 
həmfikir  olan  dostları,  yoldaĢları  və  tələbələri  antisovetçilikdə,  millətçilikdə  və 
türkçilikdə  təqsirləndirilib  həbs  edilməli  və  Azərbaycan  respublikasında  ideoloji 
təxribatın olduğu "sübut" edilməlidir. Məqsəd: 
  


1.
 
bir sıra gənc müəllim, elmi iĢçi, ziyalı və tələbə həbs edilməli və antisovet millətçilər 
susdurulmalı; 
2.
 
milli ruhlu baĢqa aydınlara qarĢı bu iĢdən profilaktik tədbir kimi istifadə edilməli
3.
 
"respublikada  geniĢ  ideoloji  təxribat  var,  millətçilik,  antisovet  əhval-ruhiyyə  yayılıb, 
ideoloji  iĢ getmir,  hakimiyyətin  yuxarı  pilləsində dayanan  məsul  Ģəxslər  təqsirkardır" 
[ittihamı təsdiqlənməlidir]. 
Hədəfə  alınmıĢ  müəssisələr:  Azərbaycan  Dövlət  Universiteti,  Akademiyanın  ġərqĢünaslıq, 
Tarix  və  Ədəbiyyat  institutları,  antisovet  və  millətçi  fikirlərin  yarandığı  və  geniĢ  yayıldığı 
yerlər. 
Ġstintaqın gediĢində tez-tez səslənirdi:  
-Sən yüzlərlə tələbəni baĢdan çıxarmısan, universitet, çayxana, yeməkxana, küçə 
deməmisən,  Sovet  quruluĢunun  və  rus  xalqının  əleyhinə  danıĢırsan,  sənin 
respublikada  törətdiyin  ideoloji  təxribatı  Amerika  milyonlar  töksəydi  yarada 
bilməzdi. Sənin iĢinlə onlarca adam (inzibati orqan və DTK əməkdaĢları) məĢğul 
olur.  Sən  bizim  baĢımızı  qatırsan  ki,  Sovet  hökumətinin  düĢmənləri 
sərhədlərimizdən içəri girsin!
 
Bir neçə sual da maraqlı idi, xoĢuma gəlmiĢdi; sevindim, ancaq sevincimi o an gizlətdim:  
-Sən  ki  deyirsən  bu,  imperiyadır,  onda  bu  imperiyanın  bileti  olan  Kommunist 
Partiyasının  biletini  niyə  cibində  daĢıyırsan?  Sən  elə  bilirsən,  biz  Azərbaycanın 
birləĢməsini  istəmirik?  Biz  də  istəyirik.  Vaxtı  gələndə  bunu  dövlət  edəcək,  sən 
kimsən  atılmısan  meydana,  kim?  Evin  yox,  ailən  yox,  böyük  vəzifən  yox,  pulun 
yox.  Universitetin  professorlarını  çağırmıĢdıq  bura,  səni  birnəfəsə  satdılar, 
əllərində  avtomat  qələm  durmurdu,  yerə  düĢürdü,  əlləri  tir-tir  titrəyirdi.  Onlar 
əllərinə avtomat silah alıb Azərbaycanı birləĢdirəcəklər? Ay hay!
 
Özünü bədbəxt elədiyin bəs deyil, bilirsən ki, ananı, qardaĢlarını, qohumlarını da 
bədbəxt  günə  qoyursan!  Səninlə  bir  olan  dostların,  yoldaĢların,  sənə  uyan 
tələbələrin səninlə birlikdə türmədə çürüyəcəklər, bunu bil!
 
Sən  respublikanı  bütün  SSRĠ-də  biabır  eləmisən, onun  rəhbərliyinin  baĢını  aĢağı 
dikmisən, 
onlar bilmirlər Moskvaya nə cavab versinlər.
 Bakı, Azərbaycan SSRĠ-də 
beynəlmiləlçiliyin birinci nümunəsi idi. Sən bunların hamısını qatıb-qarıĢdırdın. 
 
Daha nələr, nələr… 
Bu  sözlərin  hamısını  podpolkovnik 
Səlimzadə
  deyirdi.  Ġstintaqı  o  aparmırdı,  istintaqın 
rəhbərlərindən idi. Yeri gəlmiĢkən, bu istintaqla bağlı bütün məsul Ģəxslərə minnətdaram ki, 
onlar mənə heç bir fiziki iĢgəncə vermirdilər. Özləri çay içib siqaret çəkəndə mənə də təklif 
edirdilər. Mən də imtina etmirdim. Sağ olsunlar! 
Bəli, 
respublikada  geniĢ  miqyasda  qarıĢıqlıq  hazırlanırdı.
  Bu  iĢin  müəllifləri  DTK-nın 
sədri 
Krasilnikov
, respublika prokuroru 
Qambay Məmmədov
 və onların bir sürü yardımçıları, 
Mərkəzdə  Siyasi  Büronun  üzvü 
Romanov
  və  Sovet  DTK-sının  mərkəzində  özlərinə  möhkəm 
yer qazanmıĢ 
ermənilər
 idi. 
Necə deyərlər, Azərbaycan DTK-sı startı bərk götürmüĢdü. Tez-tez mənə üç gün vaxt verib 
deyirdilər: get, otağında (bəli, onlar elə deyirdi, mən də istehza ilə deyirdim ki, "axırda DTK 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə