Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   28   29   30   31   32   33   34   35   ...   61

danıĢmıĢdı. Mən onlarla tanıĢlığımı Cahangir bəydən gizlətmiĢdim. (Tez-tez haĢiyə çıxdığıma 
görə vicdanlı və hövsələsiz oxucular məni bağıĢlasın. Ancaq məcburam).  
Sonra  qardaĢım  Almurada  dedim  ki,  indi  gəl  mənimlə  gedək  Universitetə.  Küçəyə  endik  - 
Bəsti  Bağırova  adına  küçəyə.  Almurad  istədi  maĢın  saxlasın,  dedim  lazım  deyil,  gəl  piyada 
gedək. Bağırova küçəsinin Poluxin küçəsi
1
 ilə kəsiĢdiyi yerdə Poluxin küçəsinə dönüb birbaĢa 
Universitetin  Kommunist
2
  küçəsindəki  binasına
3
  yollandıq.  Almurada  dedim  ki,  sən  aldırma, 
fikir vermə, qaldığımız evin yanında, döngədə durmuĢ maĢın indi dalımızca gələcək. Bu, heç. 
Məni  bu  gün  tutacaqlar.  Yəqin  6-7  il  iĢ  verərlər,  çünki  respublikada  siyasi  dustaqlar  üçün 
türmə yoxdur. Sən özünü qəti sındırma. Heç kimə də ağız açma. Birdən qohum-qonĢu, dost-
tanıĢ desə ki, pul yığaq, adam tapaq, nəsə edək - imkan vermə. Bir-iki gündən sonra çıx get 
kəndə.  Anamdan  muğayat  ol.  Bunlar  çalıĢacaqlar  ki,  anamı  öz  ayaqlarına  gətirib  məni 
sındırsınlar. Sən qoyma. Əgər anam KQB-yə gəlsə, mən səni və heç kimi bağıĢlamayacağam 
(
Almurad
  söz  verdi,  ancaq  çox  təəssüf  ki,  o,  sözünün  üstündə  dura  bilmədi.  Hətta  anamın 
dilindən  məhkəməyə  müraciət  də  yazdırılmıĢdı.  Mən  məhkəmə  materiallarına  daxil  edilmiĢ 
həmin müraciəti oradan çıxarmağı tələb etdim, hakim mənim tələbimi yerinə yetirdi). 
1
 Ġndiki Zərgərpalan küçəsi - 
red.
 
2
 Ġndiki Ġstiqlaliyyət küçəsi - 
red.
 
3
 Ġndiki Əlyazmalar Ġnstitutu binasının arxa tərəfi nəzərdə tutulur (ĢərqĢünaslıq fakültəsi hələ 
oradan yeni binaya köçməmiĢdi) - 
red.
 
Universitetin  binasına  yaxınlaĢanda  bizi  izləyən  maĢın  qabağa  keçdi.  Biz  də  dayandıq.  Mən 
Almurada  dedim  ki,  sən  get,  mənim  Universitetdə  imtahanım  var.  Ondan  sonra  KQB-yə 
gedəcəyəm. 
Ayrıldıq. Universitetə gəldim. ĠĢlədiyim kafedrada müxtəlif yazı, siyasi ədəbiyyat və sənədlər 
saxlayırdım,  onları  ələk-vələk  etdim, 
bir  qismini  cırdım
,  zibil  qablarına  atdım.  Artıq  rahat 
idim.  Bir-iki  iĢ  qalmıĢdı.  Ġmtahanı  əslində  kafedramızın  müəllimi 
Zəhra  xanım
  (indi  Allah 
rəhmətindədir) götürürdü, mən assistent idim. 
Ġmtahanı  qurtardıq,  mən  tələbələrə  ayrı-ayrı  gizli  göstəriĢ  verdim.  Sonra  Universitetin  əsas 
binasına getdim, orada da "iĢlərimi" qurtardım və bir taksiyə oturub KQB-yə getdim. 
15 yanvar 1975-ci ildə həbs edildim. 
Həbsdən aĢağı-yuxarı bir ay öncə tarix fakültəsinin "SSRĠ tarixi" kafedrasının müdiri professor 
Aslan AtakiĢiyev
 məni kabinetinə çağırıb ikilikdə dedi: 
- Sən bilirsən ki, səni həbs edəcəklər? 
Dedim: 
- Bilirəm. 
- Niyə belə edirsən? 
- Xalqa görə. 
Aslan müəllim arxasında oturduğu çox böyük masanı göstərib dedi: 


- Bu böyüklükdə dəyirman daĢını qaldıra bilərsən? 
Dedim: 
- Yox! 
- Bəs niyə bunun altına girirsən? Bilmirsən ki, bu dövlət nə nəhəngdir? Sən bir az sakit dur, 
dərslərini de, mən səni həbs olunmağa qoymaram. Ancaq bir Ģərtlə. 
- Hansı Ģərtlə? 
-  Sənin  yaxĢı  qələmin  var.  Ġki  məqalə  yaz.  Biri  Sovet  hökumətinin  lehinə,  obiri  Türkiyənin 
əleyhinə! 
Bir  anlığa  dinmədim.  Belə  hallarda  adamın  beyni  çox  iti  iĢləyir.  DüĢündüm  ki,  Sovet 
quruluĢuna  nifrətimi,  Türkiyəyə  sevgimi  açım  Aslan  müəllimə  deyim.  Dalınca  düĢündüm  ki, 
Aslan  müəllim  [öz]  adından  belə  söz  deyə  bilməz,  bunu  hökmən  KQB  tapĢırıb.  Mənim  ona 
dediklərimi də KQB-dən gizlədə bilməz, nə xeyri var? Ona görə də eyni bir cavab verdim: 
- Axı mən nə SSRĠ tarixi, nə də Türkiyə tarixi üzrə mütəxəssis deyiləm. 
Aslan müəllim bir az gülümsəyərək dedi: 
-  Sən  hər  ikisini  yaza  bilərsən.  Eybi  yoxdur,  onda  mən  o  məqalələri  yazdırım,  sadəcə,  sən 
imza at, sənin adından da mən çap  etdirərəm. Qalanı ilə iĢin yoxdur. Mən onlara (KQB-yə) 
çatdıraram  ki,  bizim  tənqid  və  profilaktik  tədbirlərimiz  nəticəsində  Əbülfəz  dəyiĢib,  onu 
fakültə kollektivi öz himayəsinə alır. 
Aslan müəllim hər hansı bəhanəyə yol qoymadı. Mən ona son sözümü deməli idim: 
-  Aslan  müəllim,  mənə olan  qayğınıza görə  çox  sağ  olun!  Ancaq  mən  heç  bir zaman  Sovet 
quruluĢunu tərifləyən, Türkiyəni pisləyən məqalə yazmaram. 
Aslan müəllim: 
-  Oğlumun  canı,  mənim  sənə  heyfim  gəlir,  istəyirəm  sənə  kömək  edim.  Ġndi  ki,  belə  oldu, 
özün bil. Sonra gec olacaq. YaxĢı, sağ ol, özünü qoru! Mən yenə də çalıĢaram, sənə kömək 
edəm! 
Bu  hadisədən  sonra  indi  mərhum  Zəhra  xanım mənə  dedi ki,  bizim  "Dəniz  qırağı"nda (yəni 
KQB-də) bir yaxın adamımız var. O dedi ki, belə getsə Əbülfəzi tutacaqlar. Zəhra xanım və 
qardaĢı Fikrət bəy o adama demiĢlər ki, sən kömək edə bilməzsən? O, bizim qardaĢımızdır, 
mümkünsə kömək et, tutulmasın. 
Həmin  adam  demiĢdi:  "Yox,  artıq  iĢ-iĢdən  keçib.  KQB  ona  üç  dəfə  xəbərdarlıq  etdi,  o 
baxmadı. Ona (yəni mənə) deyin ki, tutulanda nə etsələr izahat verməsin, bəlkə onda yüngül 
keçə!" 
Qabaqcadan bildiyim çex vətənpərvərlərinin müraciətindəki fikirlə tanımadığım bu Azərbaycan 
Dövlət  Təhlükəsizlik  Komitəsinin  yüksək  rütbəli  zabitinin  kömək  üçün  söylədiyi  üst-üstə 
düĢürdü. 


Bəli,  cənab  prokuror  Yəmən  Yusifov,  indi  qulaq  asın.  O  zaman  sizlər  (daha  doğrusu, 
DTK)  mənim  siyasi  məsələlərə  aid  yazılarımın,  sənədlərin  aĢağı-yuxarı  yüzdə 
birini ələ keçirmiĢdiniz. Qalanlarını mən özüm yandırdım (bir çamadan), böyük bir 
qovluq  əlyazmamı  tikə-tikə  etdim  (yandırmaq  imkanım  olmadığından).  Onlar 
sizlərin əlinə keçsəydi Azərbaycanda nələr baĢ verəcəkdi, bir Tanrı bilir. Burada 
onlardan ikisi
 
haqqında çox (bəli, çox) qısa deyim: 
1. Proqram! (Ġlk dəfədir bu haqda söz deyirəm). Bu haqda KQB-də məlumat var idi, izinə 
düĢmüĢdülər,  ancaq  ələ  keçirə  bilmədilər.  Ġstintaq  zamanı  tez-tez  deyirdilər  ki,  sizin 
təĢkilatınız və proqramınız olub, o haqda danıĢ. 
Nə  isə,  çox  çalıĢdılar,  çək-çevik  etdilər.  Özünüzə  də  bəlli  olduğu  kimi,  heç  nə  üzə  çıxara 
bilmədilər. 
Ġndi  eĢidin!  Söz  gedən  proqramın  (məramnamənin)  ilkin  variantının  müəllifi 
Malik  bəy 
Mahmudov
 idi (sonralar filologiya elmləri doktoru, indi Allah rəhmətindədir; istedadına Ģübhə 
ola  bilməzdi,  Akademiya  və  Universitetdə  onu  çoxları  tanıyır).  Malik  bəy  1962-ci  ildə 
Bağdadda birillik kursda (Azərbaycan Dövlət Universitetinin sonuncu kursunda) olarkən orada 
yerli  türklərlə  (türkmənlərlə)  və  Türkiyəli  tələbələrlə  iliĢki  yaratmıĢ,  dostluq  etmiĢdi.  Həmin 
adamların  vasitəsi  ilə  Türkiyədən  Müsavatın  ikinci  (1936-cı  il)  məramnaməsini  əldə 
etmiĢ,  onu  dərindən  öyrənmiĢ,  ancaq  özü  ilə  gətirməyin  mümkün  olmadığını 
görüb  həmin  proqramın  əsas  hissələrini  ərəb  əlifbası  ilə  yazdığı  mühazirə 
dəftərində  sətirlərin  içinə  (arasına  yox!)  yazmıĢ,  dəftərin  üstündə  "mühazirə 
dəftəri"  sözünü  qeyd  etmiĢ,  bununla  da  "quĢkeçməz"  sovet  gömrüyündən 
keçirmiĢdi. 1962-ci ilin sonlarında o özü Müsavat proqramına dayanaraq bir proqram yazdı. 
Bu, ilk variant idi. Biz onu oxuyub müzakirə və əlavələr etdik.  
Ġlkin variantı oxuyanlar və əlavə edənlər: 
1.
 
Musayev Abbas Məmmədtağı oğlu
 (indi fizika-[riyaziyyat] elmləri namizədi) 
2.
 
Ġsmayılov Rafiq Ġsmayıl oğlu
 (indi tarix elmləri namizədi, dosent) 
3.
 
Xasayev Alim Ġmran oğlu
 (sonralar fəlsəfə elmləri namizədi, indi Allah rəhmətindədir) 
4.
 
Mən - 
Əbülfəz Qədirqulu oğlu
 (hamıdan qüdrətli Tanrı qulunun oğlu, Tanrının kimsəsiz 
bəndəsi). 
Burada yenə bir haĢiyə: 
"kimsəsiz"
 sözcüyü. 
Yadınızdadırmı,  cənab  keçmiĢ  prokuror?  Sizin  əlinizə  keçən  bir  "Ģerciyim"dən  məhkəmədə 
üzümə oxundu; son beyt: 
          EĢĢəklər Cavidə lağ eyləyirlər,
 
          Kimsəsiz aləmdə mən nə kimsəyəm?
 
(Kobud ifadəyə görə oxucu-yurddaĢdan üzr diləyirəm, o vaxt qəzəbimi gizlədə bilməmiĢdim). 
Nə isə, sonra nə oldu… bilmirəm. Ya Siz, ya hakim sordu: 
- Sənin öz yazındır? 
Dedim: 
- Bəli. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə