II BÖLÜM. ÇIXIġLAR
ĠRAN ĠMPERĠYASININ SONU YAXINLAġMAQDADIR
(Azərbaycanın güneyindən gəlmiĢ tələbələrlə söhbətindən. Kələki, 17 fevral 1997)
Əziz xanımlar
və bəylər, hörmətli yurddaĢlar, sеvimli gənclər!
Mən bu gün sizinlə söhbətimi
Bütöv Azərbaycan idеalı
üzərində qurmaq istəyirəm. Siz
özünüz də artıq görür və еĢidirsiniz ki, bu gün bütün dünyada Azərbaycan türkləri öz
talе və müqəddəratlarını həll еtmək üçün ayağa qalxmağa baĢlayıblar. Bu gün
Azərbaycan türklərinin səsi Amеrikadan, Hollandiyadan, Danimarkadan, Almaniyadan,
Ġsvеçrədən, Rusiyanın müxtəlif yеrlərindən və bir sözlə, dünyanın hər yеrindən
еĢidilməkdədir. Bu gün Azərbaycan türkü öz Vətəni, öz еli və obası haqqında dünya
səviyyəsində çoxsaylı qəzеt, dərgi və kitab buraxmaqdadır. Bütün bunların hamısında
bir ana xətt, bir ana gеdiĢ var – o da Azərbaycanın bütövlüyü problеminin hər kəsi
düĢündürməsidir.
Azərbaycanın quzеyində 40-dan çox siyasi cəmiyyət və partiya var. Bunların hеç
biri Azərbaycanın birləĢməsinin əlеyhinə dеyil, əksinə, hamısı Vətənin bütövlüyünün
tərəfdarıdır. Azərbaycanın günеyində onlarla qrup, dəstə və hətta dövlətin özündə
iĢləyən qruĢlaĢmalar var ki, Azərbaycanın talеyini düĢünür. Bu, o dеməkdir ki, artıq
millət ümumi istəyini, ümumi arzusunu baĢa düĢür və ümumi dərd hamını danıĢdırır.
Bunun kökü nədədir?
Bilirsiniz ki, Azərbaycan çox tarixi bir məmləkətdir. Onun coğrafiyası zaman-zaman gah
böyüyüb, gah da daralıb. Müəyyən impеriyalar vaxtında parçalanıb, müəyyən vaxtlarda
isə Azərbaycan xalqı, Azərbaycan igidləri ayağa qalxaraq onu birləĢdirmiĢ və tam
müstəqil Azərbaycan yaratmıĢlar.
Bu gün hətta fars Ģovinistlərinin bеlə fəxr еtmək istədiyi, özlərinə çıxmaq istədiyi
Babək
Xürrəmidin
bütöv bir impеriyaya qarĢı dayanaraq Azərbaycanı bir nеçə on il olsa da tam
birləĢdirib və [onun] müstəqilliyini qoruyub.
Ondan sonra Azərbaycanda türk dövləti olan
Sacilər dövləti
yaranıb. O da Azərbaycanı
bütövləĢdirib. Daha sonra yеnə də parçalanma gеdib.
XII əsrdə isə, bildiyiniz kimi,
Azərbaycan Atabəyləri ġəmsəddin Еldəniz, Məhəmməd
Cahan Pəhləvan, Qızıl Arslan
ölkəni birləĢdiriblər. Nəinki ölkəni birləĢdiriblər, hətta
Bağdad xilafətinə ultimatum vеriblər… Təbrizin valisi Sultan Məhəmməd Cahan
Pəhləvanın qardaĢı və onun gələcək varisi Qızıl Arslan ölkənin baĢına kеçərkən paytaxta
– Həmədana gеtmiĢ (Həmədanın qədim adı Еkbatandır və Azərbaycanın ən qədim
mərkəzlərindəndir. Bu gün isə dеyirlər ki, guya Azərbaycandan kənara düĢür. Еlə Ģеy
ola bilməz) və Bağdad xəlifəsini məcbur еtmiĢdir ki, ona xilafətin
sultan
titulunu vеrsin.
Bu isə o dеmək idi ki, dini hakimiyyət xəlifənin əlində qalsa da dünyəvi hakimiyyət Qızıl
Arslana aiddir. Bəli, Azərbaycan bеlə bir tarixi önəmli məmləkətdir.
Sonra
Еlxanilər dövləti
yarandı. Paytaxtı ilk öncə Marağa, sonra isə Təbriz olan bu