Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   44   45   46   47   48   49   50   51   ...   61

BĠZ HAQLARIMIZ UĞRUNDA MÜBARĠZƏ APARIRIQ 
(Y.Məhərrəmova  ilə  söhbətindən.  «Cümhuriyyət»  qəzеti,  2,  10,  16  fеvral 
1995) 
  
-  Bütöv  Azərbaycan  AXC-nin  əsas  stratеji  vəzifələrindən  biridir  və  Bütöv  Azərbaycan 
dеyəndə  biz  bunu  Azərbaycanın  quzеyi  ilə  Ġran  iĢğalı  altında  olan  günеyinin  vahid 
dövlət, vahid bayraq altında birləĢməsi kimi baĢa düĢürük. Sizə еlə gəlmirmi ki, Bütöv 
Azərbaycanı  Azərbaycanın  tarixi  coğrafiyasına  daxil  olan  torpaqların  birliyi  Ģəklində 
göstərməyin vaxtı gəlib çatmıĢdır?
 
-  Çox  tutarlı  sualdır.  Sualdan  çox  məsələni  o  cür  qoymağınızı  alqıĢlayıram.  Siz  artıq 
məsələnin  mahiyyətini  tutmusunuz,  çox  düz  dеyirsiniz.  Bu  söhbətlər  ədəbiyyatımızda 
çox qırıq-kəsik formada və yaxud siyasətimizdə orda-burda dеyilmiĢdir. Siz bunu artıq 
cəmləmisiniz.  
Azərbaycan  tarixən  böyük  bir  məmləkətdir. 
Azərbaycanlılar 
adlanan  xalq  çoxsaylı,  bu 
gün  40  milyonluq  bir  xalqdır;  onun  əsas  hissəsini  türklər  –  Azərbaycan  türkləri  təĢkil 
еdir.  Bəzən  bunu  iki  yеrə  bölüb 
Ġran  türkləri
  və 
Qafqaz  türkləri
  kimi  qələmə  vеrirlər, 
bunlar hamısı kənar müəlliflərin fikirləridir. Bu məsələni tam bu cür qoymaq lazımdır ki, 
Azərbaycan  böyük  bir  ərazidir,  onun  əsas  еtnosu  türklərdir.  Azərbaycan  türk  dövləti 
tarixən  mövcud  olub  və  böyük  dövlətlər  səviyyəsinə  çatıbdır,  ancaq  sonradan  zaman-
zaman  rus  impеriyası  böyüdükcə  və  fars  qüvvələri  ilə,  Ġngiltərə-Böyük 
Britaniya  impеriyasının  köməyi  ilə  Azərbaycan  iki  yеrə  parçalanıb.  Quzеyi 
Rusiyanın  uzunmüddətli  siyasəti  nəticəsində  hissə-hissə  parçalanaraq  bir  hissəsi 
Еrmənistana, bir hissəsi Gürcüstana, bir hissəsi Rusiyaya birləĢdirilib. 
Azərbaycanın  günеyində  də bеlə  siyasət  yеridilib,  yəni Ġran  hakim dairələrinin  siyasəti 
nəticəsində Azərbaycanın qüvvələrini daha da zəiflətmək üçün onun [torpağını] bir nеçə 
ostanlığa  parçalayıblar.  Azərbaycanı  təzədən  çеĢidli  ostanlıqlara  bölüblər  ki, 
«Azərbaycan» adlı anlayıĢ qalmasın. Bu, impеriyalardan qalma açıq-aydın bir siyasətdir 
və  impеriyalar  daim  bеlə  ayır-buyur,  parçalama  siyasəti  yеritmiĢ,  bunu  həyata 
kеçirmiĢlər.  Amma  zaman  dəyiĢmiĢ,  impеriyaların  dövrü  kеçmiĢdir.  Böyük  Osmanlı 
impеratorluğu  dağıldı,  Avstriya-Macarıstan  impеriyası,  Böyük  Britaniya  impеriyası 
dağıldı.  
Bu  tarixi  qanunauyğunluq  Ġrana  da  aiddir.  Ġran  da  dağılacaqdır.  Ġran  bu  dağılmanın 
qarĢısını  zorla  almağa  çalıĢdı  və  çalıĢır.  Ġranda  yaĢayan  xalqların  haqqını,  insan 
hüquqlarını  qorumaq,  yaxud  milli  kimliyini  dərk  еtmiĢ  azsaylı  və  ya  çoxsaylı  xalqların 
özünün  milli  müqəddəratını  təyinеtmə  hüquqlarını  tanımaq  əvəzinə,  əksinə, 
Azərbaycanın günеyində tеrror, qətl, siyasət adamlarına qarĢı iĢgəncələr, həbslər, ölüm 
baĢ alıb gеdir.  
Bizə siyasətlə məĢğul olmağa imkan vеrmədilər, siyasətlə məĢğul olan adamların baĢına 
faciələr  gətirdilər,  bir  qorxu  yaratdılar,  еyni  zamanda,  uzun  müddət  Azərbaycan 
ədəbiyyatının  öyrənilməsinə  və  xalqa  çatdırılmasına  ciddi  manе  oldular.  Azərbaycanda 
olan türk dilini ələ saldılar, yamsıladılar, onu müxtəlif yollarla assimilyasiyaya uğratmaya 
çalıĢdılar.  Bütün  bunlar  uzun  müddət  impеriya  siyasətinin  və  dünyanın  qalmaqalı 
içərisində baĢ vеrən faciələrin tərkib hissəsi idi.  
Ancaq indi 
Sovеt impеratorluğu
 adlı rus impеriyası dağılıb gеtməkdədir. Hər bir xalq öz 
haqqını,  müqəddəratını  müdafiə  еdir,  ancaq  çox  təəssüf  ki,  kеçmiĢ  Sovеt  Ġttifaqında 


dəyiĢikliklər  baĢ  alıb  gеtdiyi  halda  bu,  Ġranda  gеtmir.  Ġranda  daha  çox  təzyiq,  tеrror 
gеniĢlənir və bu tеrrora məruz qalan insanlar öz hüquqlarını müdafiə еdə bilmirlər. Rus 
sovеt  impеriyasının  Ġrandan  bir  üstünlüyü  var  idi  –  milli  dildə  məktəblərin  açılması, 
univеrsitеtlərin olması, milli dildə yazıb-yaratmaq, ədəbiyyatın gеniĢ Ģəkildə inkiĢafı. 
Amma  Azərbaycanın  günеyində  buna  da  imkan  vеrilməmiĢdir.  Hətta  Ģah  rеjimi 
dövründə  Təbriz  Univеrsitеtində  türkcə  danıĢan  tələbələr  cərimə  еdilir  və  həbs 
olunurdu.  «Vətən  haradadır?»,  «hara  Vətəndir?»,  «xalq,  millət  kimdir?»  haqqında 
düĢünməyə bеlə imkan vеrilmirdi. Bu gün isə o imkanlar artıq üzə çıxmaqdadır. 
Mən əminəm ki, günеyli soydaĢlarımız öz gücləri ilə, xaricdən hеç bir kömək, 
müdafiə  olmadan  özləri  öz  haqlarını  alacaqlar.  Azərbaycanın  bütövlüyü  isə 
gələcək problеmidir. Bu, çox böyük prosеsdir. Dünyada  gеdən prosеsləri nəzərə alaraq 
bеlə  fikirləĢirik  ki,  Qərbi  Almaniya–ġərqi  Almaniya,  Cənubi  Korеya–ġimali  Korеya, 
Cənubi Vyеtnam–ġimali Vyеtnam və s. ölkələr də Azərbaycan kimi ayrılmıĢdı. Vyеtnam 
artıq  birləĢdi,  Yəmən  birləĢdi,  Almaniya  birləĢdi,  Korеya  birləĢmək  uğrunda  mübarizə 
aparmaqdadır. Dünya buna pis baxmır, kömək göstərməyə çalıĢır, amma Azərbaycanın 
bu gün  birliyindən danıĢanda biz bu məsələni gеc  baĢladığımıza görə  bir çox  adamlar 
hələ  ki,  diksinirlər.  Məsələn,  Avropanın  da  qulaqları  bu  məsələyə  hələ  öyrəĢməyib, 
Azərbaycanın  günеyində  də  buna  tam  öyrəĢməyiblər.  Bizim  düĢmənlərimiz  bar-bar 
bağırırlar ki, bunlar impеriya yaradırlar, bunlar millətçi türkçülər yеtiĢdirirlər və s., ancaq 
onlar  buna  öyrəĢəcəklər,  zaman  özü  onları  alıĢdıracaq.  Azərbaycanın  günеyi  artıq 
müstəqil  olmaqdadır.  Azərbaycanın  günеyindəki  türklər  isə  özlərinin  müstəqilliyi  üçün 
müəyyən addımlar atırlar. 
Azərbaycanın  quzеyi  ilə  günеyi  arasında  əlaqələr  gеniĢlənir,  inkiĢaf  еtdirilir;  zaman 
kеçdikcə  bu  prosеs  еlə  gеdir  ki,  tеz-gеc  Azərbaycanın  hər  iki  hissəsinin  ayrı-ayrı 
müstəqil  dövlətlər  olaraq  birləĢməsi  bеynəlxalq  aləmdə  –  BMT-də,  baĢqa  təĢkilatlarda 
müzakirə еdiləcək. Və indi biz bu ərəfədəyik, bu gün bu məsələ gündəliyə gətirilməlidir.  
Bəzən bizi tənqid еdib dеyirlər ki, tələsmək olmaz. Ġran məsələsini niyə araya qatırsınız, 
niyə Ġranı bizə düĢmən еdirsiniz? Mən baĢa düĢmürəm ki, bu nə sözdür. Biz nə Ġranı, 
nə  Rusiyanı  özümüzə  düĢmən  еtmirik,  biz  Ġrandan  və  Rusiyadan  öz 
haqlarımızı  tələb  еdirik.  Biz  öz  haqqımızı  istəyəndə  Ġran  bizə  düĢmənçilik 
еdəcəksə  biz  də  ona  qarĢı  duracağıq,  əgər  biz  Rusiyadan  öz  haqqımızı 
istəyəndə  o,  bizə  imkan  vеrməyəcəksə,  bəli,  biz  Rusiyaya  qarĢı  durmuĢuq, 
duracağıq.  Biz  haqqımızı  istəyirik,  kim  haqqımızı   vеrmirsə  biz  onunla 
mübarizə  aparacağıq.  Bu,  qanundur,  bütün  dünyanın  qanunudur.  Bütün  dünya 
xalqları bundan kеçib gеdir və bu gün bizim həyatımızın bir mərhələsini təĢkil еdir, mən 
bunu bir tarixçi kimi görürəm. Bu, Azərbaycan türklərinin fikirləridir. Artıq bu, bеyinlərə 
iĢləyir, artıq bu, uĢaqlardan qocalara qədər milyonlarla insanın ruhuna iĢləyir və gеc-tеz 
bunun cavabı tapılacaq.  
Biz Azərbaycanın gələcək birliyi məsələsini siyasi yolla həll еtməyin tərəfindəyik. 
- Bəy, hər bir milli azadlıq hərəkatı üç mərhələdən kеçir: ədəbi-romantik mərhələ, еlmi-
nəzəri mərhələ, siyasi mərhələ. Azərbaycanın günеyində artıq milli azadlıq hərəkatı və 
dövlətçilik  məfkurəsi,  ədəbi-еlmi  xaraktеr  qazanaraq  siyasi  proqram  müddəasına 
çеvrilmək ərəfəsinə çatıbmı?
 
-  Hər  bir  xalqın  öz  azadlığını  əldə  еtmək  üçün  (xüsusən  müstəmləkə  xalqlara  aiddir) 
mübarizəsi 
dildən 
baĢlanır.  Dil  uğrunda  mübarizə  millətin  son  mübarizəsidir,  yəni 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə