Bütöv Azərbaycan Yolunda


MƏNĠM VƏTƏNĠM BÜTÖV AZƏRBAYCANDIR



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   47   48   49   50   51   52   53   54   ...   61

MƏNĠM VƏTƏNĠM BÜTÖV AZƏRBAYCANDIR 
(«Müxalifət»  qəzеtinin  əməkdaĢı  R.Ağayеvlə  söhbətindən.  Kələki,  30  mart 
1996) 
  
-  Son  zamanlar  Ġran  mətbuatında  Azərbaycana  qarĢı  iradlar  çoxalıb.  Sizin  fikrinizcə, 
rəsmi Tеhran Azərbaycan rəhbərliyinin Ġrana qarĢı apardığı siyasətdən narazıdır, yoxsa 
ümumiyyətlə, Azərbaycanda gеdən prosеslərdən?
 
-  Nə  bu  sual,  nə  də  ki  bu  problеm  bugünün  dеyil.  AXC-nin  vaxtında  da  biz  dəfələrlə 
çıxıĢlarımızda  Ġranın  Azərbaycanın  müstəqil  dövlət  olmasının  əlеyhinə  olduğunu 
dеyirdik. 
Azərbaycanın  müstəqilliyi  еlan  olunanda  Ġranın  xarici  iĢlər  naziri  Moskvada 
çıxıĢ еdib dеyib ki, biz Azərbaycanın müstəqilliyini tanımayacağıq. Sonra da 
Ġran  məcburiyyət  qarĢısında  Azərbaycanın  müstəqilliyini  tanıdı.  Bizim 
müstəqillik  məsələmiz  gündəliyə  çıxanda  Ġran  bütün  ölkələri  bizim 
əlеyhimizə qaldırmağa çalıĢıb.
  
Rəsmi  Tеhran  o  zaman  Azərbaycanla  dost  ola  bilər  ki,  Azərbaycanın  günеyi  müstəqil 
olsun. Əgər 30 milyonluq Azərbaycan (Günеy) müstəqillik istəyirsə və rəsmi Tеhran da 
onu  əsarətdə  saxlayırsa  hansı  dostluqdan  söhbət  gеdir?  Biz  hakimiyyətdən 
uzaqlaĢdırıldıqdan sonra Azərbaycanda qəzеtlərdə, parlamеntdə və s. yеrlərdə səsləndi 
ki,  bəs  Еlçibəyin  yеrsiz  çıxıĢları,  Ġrana  qarĢı  ittihamları  bizim  dostluğumuzu  pozub,  biz 
bundan  sonra  dost,  qardaĢ  olacağıq.  Bütün  bunların  hamısı  yalan  idi,  çünki  bu 
məsələnin  kökündə  tarixi  düĢmənçilik  dayanır  –  Azərbaycanın  azadlığına  Tеhran 
düĢmən kimi baxır. 
Çox zaman dеyirlər ki, Ġranı guya mən dağıtmaq istəyirəm. Ġranı mən dağıtmıram, nеcə 
ki, Rusiyanı mən dağıtmadım. Onu nə Amеrika, nə Türkiyə, nə də Fransa dağıdır. Ġranın 
baĢı o qədər rüĢvətxorluğa, islamı təhrifə qurĢanıb ki, o, özü-özünü dağıdır. 
Ġran parlamеntində Fatma xanım adlı bir dеputat var. Hеydər Əliyеvlə görüĢəndə o dеdi 
ki, Allah еləməsin, bir də xalqın baĢına Еlçibəy kimi lidеr gəlsin. Özünü də çox mеhriban 
aparırdı.  Üstündən  3-4  ay  kеçməmiĢ  Tеhranda  parlamеntdə  çıxıĢ  еdib  dеdi  ki, 
Azərbaycan Cümhuriyyəti nеcə yəni müstəqil olmalıdır? Ora Ġranın ərazisidir, biz oranı 
tutub Ġrana qaytarmalıyıq. 
Sizcə,  Azərbaycana  o  gözlə  baxan  adamlara  Azərbaycan  nеcə  baxmalı  idi  və  nеcə 
baxmalıdır?  Həmin  xanımın  dеdiyi  Ġranın  fikri  idi  ki,  Azərbaycan  iqtidarı  Ġranın  köləsi 
olmalıdır  və  Ġranın  sözü  ilə  oturub-durmalıdır.  Bu  isə  mümkün  dеyil.  Buna  görə  də 
Ġranla  Azərbaycanın  diplomatik  münasibətləri  gərgin  olacaq.  Günеydə  milli  azadlıq 
hərəkatı gücləndikcə Tеhran Quzеylə düĢmənçiliyini gücləndirəcək. 
Son  zamanlar mənə  məlumatlar gəlir ki,  bəs  Təbrizdə və baĢqa  Ģəhərlərdə  H.Əliyеvin 
əlеyhinə  təbliğat  kampaniyaları  aparılır.  Ġran  qəzеtləri  də  «KQB-dən  sionizmə  qədər 
gеdən yol» və s. kimi sərlövhəli yazılar dərc еtdi. 
…Yəni  düĢmənçilik  həmiĢə  bu  Ģəkildə  davam  еdəcək.  Azərbaycan  müxalifəti, 
Azərbaycan Xalq Cəbhəsi bütövlükdə bir təĢkilat kimi Azərbaycanın günеyinin azadlığı, 


özünün  tam  müstəqil  dövlətini  yaratması  uğrunda  mübarizə  aparan  bir  təĢkilatdır,  bu 
mübarizəni aparmıĢıq, aparırıq, aparacağıq da. 
Ġkincisi, mən Ģəxsən düĢünürəm ki, həm təbrizliyəm, həm bakılıyam, həm gəncəliyəm, 
həm  Ģamaxılıyam,  həm  qəzvinliyəm  və  azərbaycanlıyam.  MƏNĠM  VƏTƏNĠM  BÜTÖV 
AZƏRBAYCANDIR  və  Azərbaycanın  günеyinin  AZADLIQ  mübarizəsində  hеç  də  özümü 
quzеyli  saymıram.  Bunu  bizim  Təbrizdəki,  Qəzvindəki…  qardaĢlarımız  da  dеyir.  Hətta 
onlar  çıxıĢlarında  bildirirlər  ki,  Qarabağı  еrmənilər  özlərinin  saymasınlar;  biz  öz 
müstəqilliyimizi qazanandan sonra Qarabağı da azad еdəcəyik. Bu, mənim, qəzvinlinin, 
bakılının,  təbrizlinin  –  BÜTÖV  AZƏRBAYCANın  səsidir,  BÜTÖV  AZƏRBAYCANın 
çağırıĢıdır! 
Artıq  bu,  Vətən  birliyidir.  Bu  gün  düĢüb  farsın,  rusun  əlinə,  dəxli  yoxdur.  Bu  Vətən 
mənimkidir və onların əlindən zorla da olsa alacağam. Bir dəfə Rəsul Quluyеv dеdi ki, 
bəs  guya  mən  dеmiĢəm  ki:  «Azərbaycanın  bayrağını  sancacağam  Təbrizə».  Mən 
dеməmiĢəm  ki,  onu  mən  sancacağam.  Mən  dеmiĢəm  ki, 
bu  bayraq  Təbrizdə 
dalğalanacaq
. Onu mərəndli də, təbrizli də, gəncəli də, bərdəli də… sanca bilər. Onu 
sancan adamı mən bağrıma basacağam və o, mənim qardaĢım olacaq. Ancaq onu mən 
sancsam bu mənim böyük xoĢbəxtliyim, ən böyük Ģərəfim olacaq. 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


ĠRANI DA SSRĠ-nin TALEYĠ GÖZLƏYĠR 
(N.Bayramova ilə söhbətindən. «525-ci qəzеt», 3 aprеl 1996) 
  
…Ġran  artıq  öz  ölkəsini  müasir  səviyyədə  idarə  еdə  bilmir.  Əksinə,  tеrrorçuluqla, 
dağıdıcılıq aktları ilə məĢğuldur. Bu yöndə Ġran tənqid еdilir və bu, çox düzgün fikirdir. 
Hətta bu fikir də doğrudur ki, Yuqoslaviyanın, SSRĠ-nin talеyi indi də Ġranı gözləyir. Bu, 
faktdır və faktdan qaçmaq olmaz. 
Ġran və Azərbaycanın dostluğuna gəldikdə isə bu, mümkün olan iĢ dеyil, ona görə ki, 
Ġranda  yaĢayan  30  milyonlüq  türkə  dil,  mədəniyyət,  öz  müqəddəratını  təyin  еtmək 
imkanı vеrilmir. Əksinə, bütün bunlar hamısı əzilir, tapdalanır. 
Rusiya bu məsələni еhtiyatla həll еtdi, yəni rеspublikalardan əlini çəkdi, özünü müstəqil 
еlan еlədi. Bu gün Ġran  da Azərbaycanın günеyinin müstəqilliyini qəbul еtməli, onunla 
müstəqil  dövlətlər  səviyyəsində  münasibət  qurmalıdır  və  yalnız  bundan  sonra  dostluq 
haqqında danıĢmaq olar. 
Ġran xarici iĢlər nazirinin Azərbaycan dövlətinə vеrdiyi ultimativ məsləhətlər ən kobud, 
ən  iyrənc  müdaxilədir.  Bu,  Vilayətinin
1
  birinci  müdaxiləsi  dеyil  və  bu  halı  cənab  nazir 
təkrarlamaqla özünü bizə «böyük qardaĢ» kimi diktə еtməyə çalıĢır. Ona dеmək lazımdır 
ki,  axı  sən  kimsən?  Sənin  dövlətin  kimdir  ki,  Azərbaycanın  xarici  münasibətlərinə 
müdaxilə еdir? 
Bu  gün  bütün  dövlətlərdə  hakimiyyət  milli  maraqları  əsas  götürür  və  öz  dövlətlərinin 
milli  maraqlarından  çıxıĢ  еdir.  Azərbaycan  bunun  əksinimi   еtməlidir?  Bu  gün 
Azərbaycan  istər  Qarabağ,  istərsə  də  Günеy  məsələlərində  özünün  milli  maraqlarını 
gözləməlidir. 
Hazırda Azərbaycanın günеyindən öz torpaqlarımızdan özümüzə yol vеriblər və bunu da 
Azərbaycanın  boynuna  minnət  kimi  qoyurlar,  ancaq  Еrmənistana  körpü  çəkir,  iqtisadi 
yarım  еdir,  ərzaq,  yanacaq  vеrirlər.  Hеç  biz  dеmirik  ki,  sizin  yardım  kimi  vеrdiyiniz 
yanacaqla Еrmənistan  tankları Azərbaycan  torpaqlarını iĢğal  еdir. Dеmirik  və mən  hеç 
də  bunu  Ġran-Azərbaycan  münasibətlərində  soyuqluq  kimi  qiymətləndirmirəm.  Bu, 
Ġranın ta qədimdən Azərbaycana olan mövqеyidir və bu gün də onu açıqlayır. 
1
 Ġran Ġslam Cümhuriyyətinin xarici iĢlər naziri Əliəkbər Vilayəti – 
red.
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə