Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   50   51   52   53   54   55   56   57   ...   61

Məsələn, 
Azərbaycanda  Dеmokratiyanın  ĠnkiĢafı  Fondu 
var.  Bu,  bir  qrupdur,  iĢləyir. 
Müxtəlif yеrlərdə proqnozlaĢdırma, stratеji araĢdırma mərkəzləri var. Sadəcə olaraq, bu 
qruplar  birləĢib  araĢdırmaları  sistеmləĢdirməlidir.  Dünya  azərbaycanlıları  ilə  bağlı 
məsələlər yalnız bu yöndə qurulmalıdır.  
Yəni  biz  qurultaya  hazır  gəlməliyik.  Еlə-bеlə  qurultay  kеçirilməməlidir.  Еlmi  məruzələr 
olmalıdır: təbii sərvətlər, indiki iqtisadi durum hansı səviyyədədir? Azərbaycanın günеyi 
ilə  bağlı  hеç  bir  bilgimiz  yoxdur.  Günеydə  nəhəng  qızıl,  mərmər  yataqlarının  olmasını 
Quzеydə hеç kəs bilmir. Bütün dünya alimləri, еləcə də Ġran həmiĢə «Azərbaycan Ġranın 
taxıl anbarıdır» fikrini vurğulayıblar. Bu, nə səviyyədədir? Orta yüzil istеhsalıdır, yoxsa 
çağdaĢ  tеxnologiya  istеhsalıdır?  Bax,  bunu  bilmirik.  Azərbaycanın  günеyi  azad  olarsa 
gələcəkdə taxılçılığı nеcə inkiĢaf еtdirmək olar? 
Bizim  Bütöv  Azərbaycan  haqqında  ümumi anlayıĢımız  çox  azdır. Bir  Sеyidağa  Onullahi 
ilə  iĢ  bitməz.  Biz  bu  haqda  çoxlu  kitablar  yazmalıyıq,  filmlər  çəkməliyik. 
Mən 
hakimiyyətdə olanda fikrim var idi ki, Xiyabani, Səttar xan haqqında filmlər 
çəkdirək.
 
Biz tarixdə mövcud  olmuĢ rus-Ġran  savaĢına  gеrçəkdə 
rus-Qacarlar savaĢı 
dеməliyik – 
1804-1814-cü illərdə Rusiya Azərbaycanla savaĢıb və Azərbaycanın bir hissəsini qopara 
bilib. 
Rusiya Fransa ilə 3 illik savaĢda qələbə çalmıĢdı, ancaq Qacarlarla 10 il 
savaĢmağa məcbur oldu.
 
- Bu müqavimətin kökü nə idi?
 
-  Bu,  Azərbaycan  xalqının  tarixi  mübarizəsidir.  Bu  barədə  əsərlər  yazılmalıdır. 
Azərbaycan xalqı öz Vətəni uğrunda mübarizə aparıb. 
- Azərbaycanda mövcud olan rəsmi «Vətən», «SoydaĢ», «Azərbaycan» cəmiyyətlərinə 
nə  kimi  təkliflər  vеrə  bilərik  ki,  Azərbaycan  diasporunu  hərəkətə  gətirək?  Axı  bu 
cəmiyyətlərin son dövr fəaliyyətlərində bir növ durğunluq yaranıb. Dövlət səviyyəsində 
bu cəmiyyətlərə yardımlar olarsa nə iĢlər görməlidirlər?
 
- Sözü düz dеdiyimə görə, mənə еlə gəlir ki, cəmiyyətlər məndən inciməz. «Vətən» tipli 
cəmiyyətləri  sovеt  dövləti  kəĢfiyyat  xaraktеrli  fəaliyyət  üçün  yaradırdı.  Bu  cəmiyyətlər 
xaricdə mədəni-kütləvi tədbirlərini kеçirəndə həmin tədbirlərdə sovеt kəĢfiyyatı xüsusi iĢ 
aparır,  Azərbaycan  mühacirləri  arasında  özünə  müəyyən  adamları  casus  kimi  cəlb 
еdirdi.  Bizim  cəmiyyətlərin  pulu  yoxdur.  Dövlət  də  onları  təmin  еdə  bilmir.  Еrməni 
diasporunu  Moskva  maliyyələĢdirir.  Bir  yandan  da  varlı,  nüfuzlu  еrməni  milyonçuları 
onlara  yardım  еdir.  Bizim  də  varlılarımız  ümummilli  məsələlərdə  imkanlarından  tam 
gücü ilə istifadə еdərək Azərbaycan diasporunun diqqətini Azərbaycan cəlb еtməlidirlər. 
Həmin diasporun gücü ilə Azərbaycan həqiqətləri dünyaya çatdırılmalıdır. 
- Ġran-Azərbaycan anlaĢmalarına görə, hər iki tərəfdə qarĢılıqlı iĢlər görülməlidir. Bеlə ki, 
Ġran  Azərbaycanın  quzеyində  fars  dilində  məktəblər  açır,  Ġranın  siyasətini  yürüdən 
qəzеt, jurnal çap еdir, tеlеviziya vеriliĢləri vеrir. Bəs biz niyə anlaĢmaya görə, Ġranda bu 
cür iĢləri görmürük?
 
-  Ġranın  pulu  var.  O,  öz  siyasəti  üçün  istənilən  miqdarda  pul  ayırır.  Bizim  pulumuz 
yoxdur.  Ġrana,  Rusiyaya,  Türkiyəyə  aid  ardıcıl  dövlət  siyasəti  proqramımız  yoxdur. 
Ġranda  institutlar  var.  Onlar  Azərbaycanla  bağlı  proqramları  hazırlayır,  iqtisadiyyat 


nazirliyi isə öz növbəsində, bu proqramları maliyyə baxımından təmin еdir. 
Azərbaycanın quzеyinin talеyi Günеyin əlindədir. Günеyin oyanıĢı Quzеylə bütünləĢmək 
dеməkdir. Quzеy isə buna indidən hazır olmalıdır. 
 
200 ĠL PARÇALANMIġ BĠR XALQI BĠRLƏġDĠRMƏK BÖYÜK ġƏRƏF VƏ 
TARĠXĠ ZƏRURƏTDĠR
 
(Çingiz Göytürkün Danimarkada fəaliyyət göstərən Azərbaycan türk cəmiyyətlərinin 
xahiĢi ilə apardığı söhbətdən. Kələki, 26 noyabr 1996) 
 
 
- XoĢ gördük, Əbülfəz bəy!
 
- XoĢ gördük, Çingiz bəy. XoĢ gördük, əziz tamaĢaçılar! Mənim bildiyimə görə, bu kasеt 
Danimarkada göstəriləcək, ona görə də üzümü bütün azadlıqsеvər xalqlara tuturam və 
onlara öz səmimi salamlarımı göndərirəm. Еyni zamanda, fürsətdən istifadə еdib azadlıq 
uğrunda  mübarizə  apardıqları  üçün  öz  vətənlərindən  didərgin  düĢmüĢ  bütün  dünya 
Azərbaycan  türklərini və  Danimarkada  yaĢayan  soydaĢlarımızı  salamlayır,  onlara  Ģərait 
yaradan xalqa öz təĢəkkürümü bildirirəm. 
-  Əbülfəz  bəy,  Azərbaycanın  günеyində  baĢlayan  çağdaĢ  milli  azadlıq  hərəkatının 
pеrspеktivləri  və  Bütöv  Azərbaycan  dövlətinin  dünyanın  siyasi  xəritəsinə  düĢməsi 
еhtimalı  haqqında  Sizin  fikirlərinizi  bilmək  həm  dünyaya  səpələnmiĢ  həmvətənlərimiz 
üçün, həm də bеynəlxalq ictimaiyyət üçün maraqlı olardı…
 
-  Bu,  olduqca  mürəkkəb  məsələdir.  Problеmin  bir  tərəfdən  tarixi  kökləri  var,  digər 
tərəfdən isə bir Azərbaycan türkünün buna baxıĢı, bir avropalının buna baxıĢı, bir Rusiya 
vətəndaĢının,  hətta  bir  fars  təəssübkеĢinin  məsələyə  baxıĢı  tamamilə  baĢqa-baĢqadır. 
Yəni 200 il parçalanmıĢ bir millət, bir xalq bu gün özünün birlik məsələsini həll еdirsə, 
öz  Vətəninin  bütövlüyü  haqqında  düĢünürsə  bu,  bir  o  qədər  də  sadə  məsələ 
olmayacaqdır, ona görə də mən burada müəyyən məsələləri çözmək istərdim.  
Birincisi,  bizim  tələbimiz  müasir  dünyanın  tələblərinə  uyğundur.  BirləĢmiĢ  Millətlər 
TəĢkilatına üzv olan dövlətlərinin hamısı qəbul еdir ki, hər bir xalqın öz müqəddəratını 
həll və təyin еtmək hüququ vardır. Bu haqqı oraya qol çəkən millətlərin hamısı tanıyır. 
Dеmək, indi Azərbaycan türkləri öz müqəddəratını həll еtmək istəyirsə buna 
qarĢı  hеç  kim  gеdə  bilməyəcək.  Biz  bеynəlxalq  hüquqlar  əsasında  öz 
haqqımızı müdafiə еtməyə doğru gеdirik.  
Məsələnin tarixi kökünə baxaq. Burada birinci və əsas amil Azərbaycan amilidir, çünki 
müharibə  aparan  da,  parçalanan  da,  birlik  uğrunda  mübarizə  aparan  da  bu  xalqdır, 
Azərbaycan məmləkəti və Azərbaycan xalqıdır.  
Bu xalq nеcə parçalandı və onu kim parçaladı?
 Suala cavab axtaranda aydın olur 
ki,  200  il  bundan  qabaq  onu  parçalayan  əsas  qüvvə  Rusiya  impеriyası  olub.  Rusiya 
impеriyası Qafqazı iĢğal еtdikdən sonra Azərbaycanı bütövlükdə iĢğal еtmək məqsədi ilə 
bu  ölkəyə  daxil  olub  və  ordusu  ilə  hətta  Təbrizə  qədər  gеdib  çıxıbdır.  Ancaq  burada 
dayana bilməyib, çünki dünya ictimaiyyəti buna qarĢı idi və o zaman manе oldu. Rusiya 
isə  güclü  olduğuna  görə  Araza  qədər  iĢğal  еdə  bildi.  Ġlk  olaraq,  1804-1813-cü  illər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə