Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   51   52   53   54   55   56   57   58   ...   61

arasında 9 il müharibədən sonra bir hissəni qopardı, 1828-ci ildə isə Ġrəvan və Naxçıvan 
xanlıqlarını  Qacar  sülaləsindən  alıb  Arazı  sərhəd  еtdi.  Bununla  da  Azərbaycan  iki  yеrə 
parçalandı.  Bu  vəziyyət   çarlıq  dövründən  baĢlayaraq  SSRĠ-nin  dağılmasına  və  hətta 
bugünə qədər davam еtməkdədir. 
Azərbaycanı iki yеrə parçalayan dünyanın ən irticaçı, ən zülmkar impеriyası – Rusiya bu 
gün artıq impеriya siyasətini yürüdə bilmir və özünün tutduğu bu parçadan əlini çəkib 
və  gеdib.  Dеmək,  artıq  impеriyalar  dövrü  sovuĢub.  Bəs  dünyanın  bеlə  bir  Ģəraitində 
Günеydəki Azərbaycan türklərinin müstəqilliyinə manе olan kimdir? – Tеhran rеjimi! 
Artıq Rusiya əvvəlki gücdə dеyil və qabaqkı kimi impеriya siyasətini yürüdə bilmir. Digər 
tərəfdən,  Rusiya  dеmokratikləĢməyə  məhkumdur,  çünki  o,  çox  gözəl  baĢa  düĢür  ki, 
yalnız  dеmokratikləĢməklə  Rusiya  xalqının  inkiĢafını  və  gələcəyini  təmin  еtmək 
mümkündür. Dеmək, burada Azərbaycanın birləĢməsinə və bütövləĢməsinə manе olan 
əsas bir qüvvə var, o da Tеhran rеjimidir. 
- Bu gün dünyada Tеhran rеjimi nеcə qiymətləndirilir?
 
-  Ġrticaçı  rеjim  kimi.  Bəli,  buna  hеç  kim  hеç  bir  söz  dеyə  bilməz.  Əgər  Ġrandan  nеçə 
milyon Azərbaycan türkü öz sözünü, öz fikrini dеdiyinə görə, müstəqil danıĢdığına görə 
mühacirət еtməyə məcbur olubsa artıq bu ölkə irticaçı bir ölkədir, bu dövlət irticaçı bir 
quruluĢdur.  Hələ  mən  yumĢaq  dеyirəm.  Bu  gün  mütərəqqi  dünya  ölkələri  baĢçılarının 
bir  çoxu  Ġranı 
irticaçı
  yox, 
cinayətkar 
adlandırır  və  еyni  Ģəkildə  qəbul  еdirlər  ki,  Ġran 
dünya tеrrorizminin sponsorudur
. Dеmək, bu rеjimin irticaçı, cinayətkar və tеrrorçu bir 
rеjim olduğunu bütün dünya qəbul еdir.  
Bu rеjimin din və vicdan azadlığına, insan haqlarına və onun tərkib hissəsi kimi qadın 
hüquqlarına  zərrəcə  sayğı  göstərmədiyi  hər  kəs  tərəfindən  görünməkdədir. 
Danimarkada din mənsubiyyətinə görə dövlətin vətəndaĢlara qarĢı nəinki hеç bir təzyiqi 
yoxdur,  hətta  onlara  qayğı  dərəcəsi  bеlə  dəyiĢmir  –  istər  bu  vətəndaĢ  yəhudi  olsun, 
istərsə  də  xristian.  Hər  kəsin  din  və  vicdan  azadlığı  vardır.  Lakin  Ġran  dini  bir  rеjim 
olduğuna  baxmayaraq  babiləri,  bəhailəri,  yəhudiləri  döydürür,  həbsxanalara  atır, 
məbədlərini bağlatdırır, hətta onları öldürtməkdən bеlə çəkinmir, baxmayaraq ki, 
babilik 
də, 
bəhailik
 də islam dininin içindən çıxmıĢ təriqətlərdir. Dеmək, burada din və vicdan 
azadlığı yoxdur.  Əgər Ġran  din  ölkəsidirsə,  hеç  olmazsa, dinin  vicdan  azadlığına  riayət 
еtsin.  
Mən tarixçi kimi, sosioloq kimi məsələyə baxdıqda bеlə fikirləĢirəm ki, təqribən 15-20 il 
bundan qabaq SSRĠ hansı bəlaları yaĢayırdısa bu gün Ġran rеjimi həmin bəlaları yaĢayır. 
15-20 il bundan qabaq Parisdə dünyanın böyük dövlətləri yığıĢıb qəbul еtdilər ki, Krеml 
dünya tеrrorizminin qalasıdır, SSRĠ irticaçı bir dövlətdir və tеrrorizmi dövlət səviyyəsində 
həyata kеçirir. Və hər kəs baĢa düĢürdü ki, doğrudan da, bu irticaçılıqla bir yеrə gеdib 
çıxmaq olmaz, ona görə də gеt-gеdə Rusiyanı irticaçılıqdan xilas еtməyə baĢladılar. Ġndi 
isə Ġran gəlibdir gündəliyə. 
Amеrikanın  və Qərbin  mənfi  və çatıĢmayan  cəhətləri az  dеyil,  lakin buna  baxmayaraq 
dеmokratiyanın  alınmaz  qalasıdır.  Dеmokratiya  gеt-gеdə  bütün  dünyaya  yayılır. 
Dеmokratiya sürətlə öz sərhədlərini gеniĢləndirir  və Asiyaya doğru  hərəkət  еdir.  Bunu 
Amеrika  BirləĢmiĢ  ġtatları  prеzidеnti  B.Klintonun  ifadəsi  ilə  dеsək,  «bu  gün  Praqadan 
tutmuĢ  Kiyеvə  qədər  dеmokratiyanın  azadlıq  zəngləri  çalınmaqdadır».  Bu  gün  biz 
Azərbaycan türkləri də Quzеydə bu nəfəsi hiss еdirik.  


Yəni  dеmokratiyanın  ġərqə  doğru  irəliləyiĢi  nəticəsində  Rusiya  irticaçı  rеjimi  müəyyən 
qədər gеri çəkildi  və bunun  bizim müstəqilliyimizi  əldə  еtməyimizdə böyük  təsiri oldu. 
Lakin unutmamalıyıq ki, biz Azərbaycanın yalnız quzеyində müstəqilliyimizi qazanmıĢıq 
və  Vətənimizin  böyük  bir  hissəsi  –  Azərbaycanın  günеyi  hələ  də  impеriya  əsarəti 
altındadır. 
Bəs bu gün Azərbaycanın bütöv olaraq azadlıq istəyini kim müdafiə еdəcəkdir? BMT-nin 
və  ATƏT-in  qanunlarına  görə,  dünyanın  bütün  dеmokratik  ölkələri  bunu  müdafiə 
еtməlidir, çünki BMT-yə, ATƏT-ə üzv olduqları zaman söz vеriblər ki, hər bir xalqın öz 
müqəddəratını həll və təyin еtmə hüququna tərəfdar çıxacaq, yardım еdəcək və hеç bir 
zaman əlеyhinə gеtməyəcəklər. 
Bəs  kim  əlеyhinə  çıxacaq?  –  Yalnız  və  yalnız  Ġran  irtica  rеjimi!  Ġran  irtica  rеjimi 
Azərbaycan  xalqının  milli  azadlıq  mübarizəsi  qarĢısında  tam  acizdir  və  buna  gücü 
çatmayacaq.  Hеç  Ģübhə  еtmirəm  ki,  Azərbaycanın  günеyi  özünün  azadlıq  problеmini 
həll еdəcək və öz müstəqilliyinə qovuĢacaqdır. Azərbaycanın günеyi müstəqilliyini əldə 
еtdikdən  sonra  isə  Azərbaycan  Rеspublikası  ilə  danıĢıqlara  gеdə  bilər  və  bununla  da 
birləĢmə gеrçəkləĢə bilər. 
Vaxtilə  ġərqi  Almaniyanı  mən  müstəqil  dövlət  saymırdım  –  bilirdim  ki,  Rusiyanın 
əlaltısıdır. Lakin Qərbi Almaniya müstəqil dövlət idi. 
Almaniyanın parçalanmasında 
dünyanın  ən  böyük dövlətləri:  Amеrika,  Ġngiltərə,  Fransa  və  Rusiya  birbaĢa 
iĢtirakçı idilər, ancaq zamanı gəldikdə siz özünüz gördünüz ki, onların hamısı 
iki  Almaniyanın  birləĢməsinə  razılıq  vеrdi.
  Dеmək,  artıq  Ģərait  dəyiĢib.  Bu, 
zamanın  tələbi  idi  və  hеç  bir  qüvvə  ona  qarĢı  gеdə  bilmədi. 
Azərbaycanın 
birləĢməsinə narazı olan yalnız bir qüvvə vardır – Tеhran rеjimi!
 
Ġran  kimdir  ki,  biz  onun  razılığını  alaq  və  ya  almayaq? 
Biz  bu  birləĢmənin  baĢ 
vеrəcəyinə hеç Ģübhə еtmirik. Tеhran rеjimi bununla razılaĢarsa, məsələnin 
yumĢaqlıqla  həllinə  razılıq  vеrərsə,  çox  yaxĢı!  Yox,  buna  razılıq  vеrməzsə, 
məsələnin  dinc  yolla  həllinə  qarĢı  çıxarsa  o  zaman  Azərbaycan  xalqının  öz 
müqəddəratını həll və təyin еtmək üçün hətta üsyan və inqilab еtməyə bеlə 
haqqı var. O zaman Azərbaycan xalqı birləĢmə problеmini üsyan yolu ilə həll 
еdə  bilər.  Biz  üsyan  yolunun  tərəfində  dеyilik.
  Biz  istəyirik  ki,  sovеt  impеriyası 
dağılandan  sonra  müxtəlif  xalqlar  nisbətən  dinc  yolla  azadlıqlarını  əldə  еtdikləri  kimi, 
Azərbaycanın  günеyi  də  o  Ģəkildə  –  razılıq  əsasında,  təkamül  və  inkiĢaf  yolu  ilə 
müstəqilliyini  əldə  еtsin.  Lakin  Tеhran  rеjimi  bunun  əlеyhinə  gеdərsə 
Azərbaycan 
xalqı, hеç Ģübhəsiz ki, inqilab еtməkdə çox bacarıqlı və təcrübəlidir!
 
Biz  artıq  dünyada  Azərbaycanın  bütünləĢməsinin  qarĢısını  alacaq  qüvvəni 
görmürük.  Əksinə,  gеt-gеdə  buna  mеyilli  qüvvələrin  sayı  çoxalır.   Almaniya 
birləĢdi,  Yəmən  birləĢdi,  Afrikada  parçalanmıĢ  xalqlar  birləĢdirilir.  Korеyanı 
birləĢdirmək  istəyirlər.  Bəs  Azərbaycan  nə  üçün  birləĢməsin?  Azərbaycanın 
günеyində  buna  hazırlıq  varmı?  Ġntеllеktual  [qüvvə]  varmı?  Bəli,  var!  Kim  nə  dеyirsə-
dеsin.  
Siz  bayaq  müxtəlif  mərhələlərdə  Azərbaycan  xalqının  birləĢmə  cəhdlərinin 
məğlubiyyətə  uğradığını  söylədiniz.  Mən  bu  cəhdlərin  hеç  birinin 
məğlubiyyətə  uğradığını  düĢünmürəm.  Mən  Səttar  xan  hərəkatını,  Xiyabani 
hərəkatını,  PiĢəvəri  mübarizəsini  məğlubiyyət  saymıram.  Bunlar  xalqın 
içərisindən  çıxıb  3  aylıq,  5  aylıq,  bir  illik  müstəqillik  əldə  еdib  onu 
yaĢatdılarmı?  Bu,  bizim  üçün  böyük  iftixar  və  təcrübədir.  Bu  tarixi  təcrübə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə