Azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 2,8 Kb.

səhifə1/35
tarix14.09.2018
ölçüsü2,8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   35


AZƏRBAYCAN DÖVLƏT  QT SAD 
UN VERS TET  
 
 
 
 
N.R.QUL YEV  
 
M.M.MAHMUDOV  
 
 
 
 
 
 
BEYNƏLXALQ MAL YYƏ  
MÜNAS BƏTLƏR  
 
 
 
 
 
 
 
BAKI - 2011 


 
2
 
Elmi redaktor: 
i.e.d.Ə
hmədov Nazim Hidayət oğlu 
 
Rəyçilər: 
Quşxani R.N 
 
dos.Tağıyeva N.S. 
 


 
3
dos. Quliyev N.R. 
i.e.n. Mahmudov M.M. 
 
BEYNƏLXALQ MAL YYƏ MÜNAS BƏTLƏR  
 
Cəmiyyətin iqtisadi tərəqqisi ictimai əmək bölgüsü ilə sıx 
ə
laqədardır.  Müəssisə  səviyyəsində  bu  işçilərin  ayrı-ayrı  əmə-
liyyatlar,  texnoloji  proseslər  üzrə  ixtisaslaşmasında  və  elə  ona 
görə  də  əmək  məhsuldarlığının,  istehsal  həcminin  artmasında 
göstərir. Müəyyən mərhələdə bu iqtisadi artım üçün əhəmiyyəti 
faktor olur. Əmtəə istehsalının və xidmət göstərmənin bolluğu-
na  gətirib  çıxarır. Aydındır ki, belə ixtisaslaşma və əmək böl-
güsü əvvəllər ayrı-ayrı ölkələrin milli iqtisadiyyatı çərçivəsində 
baş verirdi. Müəyyən dövrdən sonra ictimai əmək bölgüsü hə-
min çərçivəyə sığmadı, beynəlxalq forma almağa başladı, mü-
badiləni  yeni  keyfiyyət  mərhələsinə  keçirdi,  milli  təsərrüfatla-
rın qarşılıqlı təsirini genişləndirdi, stabilləşdirdi. Təsərrüfat hə-
yatının və fəaliyyətinin beynəlmiləlləşməsinin mahiyyəti məhz 
bundan ibarətdir.  ndi biz bu prosesin dünya iqtisadiyyatındakı 
xüsusi rolunun şahidi oluruq, onun yeni kəmiyyət və keyfiyyət 
dəyişikliklərinə uğradığını görürük. Hazırda dünya təsərrüfatın-
da keyfiyyət dəyişiklikləri meqa iqtisadiyyat adlanan yeni mər-
hələyə qədəm qoyur.  Bu o deməkdir ki, dünya təsərrüfatı sfe-
rası getdikcə ayrı-ayrı ölkələrin milli iqtisadiyyatına bilavasitə 
təsirini gücləndirir və onun inkişafını təyin edən amilə çevrilir. 
V.A.Medvedyev qloballaşmanı “dünya ölkələri arasındakı mü-
nasibətlərdə  cəmiyyətin  və  iqtisadiyyatın  müasir  sənayeləşmə 
səviyyəsinin təzahürü forması”
1
 adlandırır. 
Qloballaşmanın dünya iqtisadiyyatında ən çox dəyişiklik-
lər  etdiyi  sahələrdən  biri  maliyyə  münasibətləridir.  Amerikalı 
professor Lester Turonul fikrincə qloballaşma maliyyə əlaqələ-
rinin  beynəlmiləlləşməsinin  yeni  mərhələsidir.  Beynəlxalq 
                                                 
1
 Мировая экономика и международное отношения журналы №2.  
2004-cü il. Səh3.  


 
4
maliyyə  münasibətləri  beynəlxalq  əmək  bölgüsünün  labüd  nə-
ticəsi  kimi  əvvəllər  də  mövcud  olmuşdur.  Lakin  o  indi  yeni 
məzmun,  yeni  forma  almış,  daim  təkmilləşən  və  yeniləşən  in-
frastruktura çevrilmişdir. Qloballaşma inkişaf etməkdə olan öl-
kələrdə  maliyyə  sistemlərinin  təcrid  olması  hissini  azaltmış, 
kapital  axını,  miqrasiya  qaydalarını  yeniləşdirməklə  maliyyə 
münasibətlərinin inkişafına təkan vermişdir. Çox qəribə olsa da 
qloballaşmaya mənfi münasibət əksərən inkişaf etməkdə olan öl-
kələrdə nəşr olunan ədəbiyyatlardadır. Bu fikirlər Sietle, Melburi, 
raqa, Nitse, Kenuda və digər ərazilərdəki çıxışlarda özünü da-
ha  kəskin  büruzə  verir.  Azərbaycan  Respublikasında  bu  prob-
lemlə əlaqədar tədqiqat aparan iqtisadçı alimlər arasında M.A.Əh-
mədovu  və  N.R.Quliyevi,  Dünyamalə  Vəliyevi  qeyd  etmək 
olar.  Məs.  M.Əhmədov  Azərbaycan  Respublikası  üçün  indiki 
dövrdə  qloballaşmanın  ikili  xüsusiyyətini  qeyd  edir.  Bir  tə-
rəfdən o dünya iqtisadiyyatına daxil olmaq üçün, dünya maliy-
yə  sisteminin  yeniliklərindən  bəhrələnmək  üçün  açar  rolunu 
oynayır. Dünya təsərrüfatına iqtisadi inteqrasiya alətidir.  kinci 
tərəfdən siyasi qloballaşma inkişaf etmiş ölkələri dünya dövlət-
ləri  üçün  ağırlıq  mərkəzinə  çevirir,  çox  böyük  əksəriyyəti  bir 
qrup ölkədən asılı edir və bu onun mənfi tərəfidir.  
nteqrasiya prosesinin inkişafı beynəlxalq maliyyə müna-
sibətlərinin  formalaşmasına,  inkişafına  və  getdikcə  təkmilləş-
məsinə gətirib çıxarmışdır. 
Beynəlxalq maliyyə-idxal-ixrac əməliyyatlarının ödənmə-
si, beynəlxalq kreditin verilməsi və alınması, investisiya qoyu-
luşu,  beynəlxalq  sosial  müdafiənin  qorunması  və  sair  bu  kimi 
sferada milli valyutaların və hərəkəti ilə bağlı maliyyə münasi-
bətlərinin  məcmusudur.  Qısa  desək  beynəlxalq  maliyyə  milli 
valyuta  ehtiyatlarının  səfərbərliyə  alınması,  valyuta  fondlarının 
yaradılması  və  bölüşdürülməsində  meydana  gələn  maliyyə  mü-
nasibətlərinin  məcmusudur.  Bu  münasibətlər  dünya  ölkələri  və 
beynəlxalq maliyyə qurumları arasında formalaşır, inkişaf edir. 


 
5
Həyata keçirilən çoxsaylı maliyyə münasibətlərinin məq-
sədi, subyekti və obyektləri çox vaxt ayrı-ayrı dövlətlərin çərçi-
vəsindən  kənara  çıxır.  Kapitalın  təmərküzləşməsi  və  mərkəz-
ləşməsi istehsal sferasına nisbətən maliyyə sferasında misli gö-
rünməmiş  dərəcədə  sürətlənmiş  və  qloballaşmışdır.  Nəinki, 
beynəlxalq maliyyə təşkilatları və banklar maliyyə sahəsindəki 
rəqabət mübarizəsinin həlledici qüvvələrinə çevrilmişlər. 
Maliyyə  əməliyyatlarındakı  mütərəqqi  dəyişikliklər,  on-
ların yeni kommunikasiya sistemi vasitəsilə həyata keçirilməsi 
“elektron  pulların”  hərəkətini  nəzərdə  tutan  “virtual  iqtisadiy-
yat” anlayışının yaranmasına səbəb olmuşdur. Maliyyə münasi-
bətləri  və  maliyyə  sisteminin  bütün  ünsürləri  dəyişən  münasi-
bətləri daha çevik və qabarıq şəkildə əks etdirir. Əgər 20-ci əs-
rin əvvəllərində maliyyə bazarı dünya təsərrüfatı bazarının tər-
kib  hissəsi  kimi  çıxış  edirdisə,  artıq  əsrin  sonunda  o  müstəqil 
dünya maliyyə bazarı kimi formalaşmağa başladı.  
Corc Soros yazır: “Qlobal maliyyə bazarları bütün dünya-
da  iqtisadi  şəraitə  güclü  təsir  göstərir.  Maliyyə  kapitalı  imti-
yazlı  vəziyyətdədir.  Ümumiyyətlə  götürüldükdə,  kapital  digər 
istehsal  amillərinə  nisbətən  daha  mobildir.  Maliyyə  bazarları 
ayrı-ayrı ölkələr üçün kapitalın vergiyə cəlb edilməsini hədsiz 
dərəcədə çətinləşdirmişdir, çünki onu hara istəsələr apara bilər-
lər.  Nəzərə  alınsa  ki,  beynəlxalq  maliyyə  kapitalı  ayrı-ayrı  öl-
kələrin həyatında həlledici rol oynayır, bu gün artıq qlobal ka-
pitalist sistemi haqqında danışmaq olar.” 
2
 
Beynəlxalq maliyyənin atributlarından biri də qlobal ma-
liyyə mühitidir. Qlobal maliyyə mühiti dedikdə dünya maliyyə 
bazarlarının  inkişafına,  bankların,  maliyyə  korporasiyalarının 
və investorların qərarlarına təsir edən qlobal və regional şərait 
nəzərdə tutulur. Qlobal maliyyə mühiti təkmilləşən beynəlxalq 
pul  sistemləri,  ayrı-ayrı  ölkələrin  tədiyyə  balanslarının  vəziy-
                                                 
2
 Corc Soros – “Açıq cəmiyyət, qlobal kapitalizm islahat edilərkən” Москва 
2001-ci il  




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə