Azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə6/35
tarix14.09.2018
ölçüsü0,89 Mb.
#68610
1   2   3   4   5   6   7   8   9   ...   35

 
18
şə
xslərin  yalnız  yüksək reytinqli xarici maliyyə aktivlərinə in-
vestisiya yerləşdirmələri rejiminin liberallaşdırılması;  
- Dövlət müəssisələrində maliyyə intizamının gücləndiril-
məsi,  onların  büdcələrin  təsdiq  olunması  və  korporativ  stan-
dartların  tətbiqi,  eləcə  də  maliyyə  planlarının  və  investisiya 
proqramlarının təhlili əsasında məsrəflərin azaldılması;  
- Enerji, qaz, su və digər təbii inhisar məhsul və xidmət-
lərinə  görə  yığım  əmsalının  əhəmiyyətli  artırılması  proqramı-
nın hökumət səviyyəsində təsdiq olunması;  
-  Neft  gəlirlərinin  istifadəsinin  artması  şəraitində  dövlət 
müəssisələri tərəfindən dövlət zəmanəti ilə və dövlət zəmanəti 
olmadan  xarici  kreditlərin  cəlb  olunmasının  selektiv  məhdud-
laşdırılması;  
- Büdcə vəsaitlərinin il ərzində aylar üzrə bərabər propor-
siyada  xərclənməsinin  təmin  edilməsi,  ortamüddətli  dövlət  in-
vestisiya  proqramının  tərtib  olunması,  bu  proqrama  iqtisadiy-
yatın  tələb  etdiyi  və  effektiv  həyata  keçirilə  bilən  investisiya 
layihələrinin daxil edilməsi;  
 2006-2007-ci illərdə hər fəaliyyət göstərən bank üzrə məc-
mu kapitalın 50 mlrd. manata çatdırılması nəzərdə tutulur ki, bu 
da maliyyə resurslarının daha aktiv cəlb edilməsi, daha etibarlı 
və  sağlam  bank  fəaliyyətinin  təmin  edilməsinə  imkan  verə-
cəkdir.  
  Struktur tədbirlərlə bağlı Milli Bank aşağıdakı tədbirləri 
həyata keçirməlidi: 
-  Neft  gəlirlərinin  istifadəsindən  qaynaqlanan  izafi  pul-
ların yığıma yönəltmək və bununla da istehlak bazarına təzyiqi 
azaltmaq üçün yığıma meyilliliyin stimullaşdırılması tələb olu-
nur.  Bunu  üçün  Milli  Bank  əmanətlərin  sığortalanması  mexa-
nizminin işə düşməsi üçün səylərini artırmalı;  
- Kredit bumu şəraitində bank sistemində korporativ ida-
rəetmə  prinsiplərinin  tətbiqi,  bank  nəzarətinin  institusional  və 
texnoloji  inkişafı,  onun  potensialının  genişləndirilməsi  üzrə 
tədbirlər davam etdirilməli;  


 
19
-  Ölkədə  maliyyə  resurslarının  istehlak  sferasından  yığı-
ma yönəlməsini stimullaşdırmaq üçün maliyyə bazarının bütün 
seqmentlərinin  hüquqi  və  institusional  bazasının,  onların  inf-
rastrukturunun  inkişafında  Milli  Bank  aidiyyatı  qurumlar  ilə 
birgə səylərini davam etdirməlidir.  
III. Beynəlxalq maliyyə təşkilatları və onların əməliyyatları. 
  Beynəlxalq  maliyyə  təşkilatları  inkişaf  edən  dünyanın, 
kapital təminatının və s. əməliyyatların əsas punktudur. Ölkələ-
rin  ehtiyatları  dünya  kapital  axınının  75%-dən  çoxu  müxtəlif 
inkişaf proqramlarını həyata keçirmək üçün dünyanın bütün öl-
kələrinə daxil olur.  qtisadi inkişaf proqramı ilə dünya yoxsul-
luğunu  aradan  qaldıran  real  təşkilat  beynəlxalq  maliyyə  təş-
kilatlarıdır. 
  Beynəlxalq maliyyə təşkilatlarının üzləşdiyi çətinliklər-
dən  biri  1991-ci  ildə  olmuşdu.  Bu  dövrdə  SSR   dağıldıqdan 
sonra Azərbaycanda özəlləşdirmə işlərində böyük rol oynamış 
və bazar iqtisadiyyatına keçid ölkələrində müvəffəqiyyətli işlər 
aparmışdı.  Məhz  bu  ölkələrin  iqtisadi  inkişafında  əsas  rolu 
beynəlxalq maliyyə təşkilatları oynamışdı. 
  Beynəlxalq maliyyə təşkilatlarının missiyası bütün dün-
yada kasıbçılığı aradan qaldırmaq və dayanıqlı iqtisadi inkişaf 
sektorunda başlıca rol oynamaqla yaşayış standartlarını təkmil-
ləşdirməkdir.  Onların  əməkdaşlıqda  əsas  məqsədi  inkişafa 
çatmaqdır. 
  Bu  məqsədə  çatmaq  üçün  isə  əsas  alətləri:  istiqraz  və 
səhmlər, öz resursları ilə birgə səfərbərliyə alınmış kapital, məs-
ləhət  və  texniki  servizlər,  informasiya  çatdırılması  və  s.  Son 
illər isə bu xidmətlər təkmilləşməkdədir. 
  Beynəlxalq  maliyyə  təşkilatlarının  göstərdiyi  fəaliyyət 
yalnız güclülərin maraqlarından irəli gələn yox, həm də kasıbların 
maraqlarını  əks  etdirən  şərtlərinin  müəyyən  edilməsi  sahəsində 
beynəlxalq  maliyyə  institutlarının  göstərdiyi  cəhddir.  Onlar 
Yoxsulluğun  Azaldılması  Strategiyasının  həyata  keçirmək  yö-


 
20
nümündə  maliyyə  vəsaiti  ilə  dəstəklənən  məqsədlər  toplusunu 
həyata keçirir.  
  Beynəlxalq  maliyyə  təşkilatlarından  ən  mühümü  Bey-
nəlxalq Valyuta Fondudur. Əsası 1944-cü ildə ABŞ-ın Hempşir 
ş
tatının Bretton-Vuds əyalətində BMT-nin valyuta konfransın-
da qoyulan, valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığı 
təmin etmək, beynəlxalq ticarətin genişlənməsinə və tarazlı in-
kişafa şərait yaratmaq, bununla da üzv ölkələrin iqtisadi yüksə-
lişinə yardımçı olmaq, üzv ölkələrin valyuta stabilliyinə xidmət 
etmək,  üzv  ölkələrin  tədiyyə  balansındakı  qeyri-tarazalıqları 
aradan qaldırmaq məqsədi ilə onlara kreditlər vermək, bununla 
da  beynəlxalq  iqtisadi  əlaqələrin  qarşısını  alan  maneələri  ara-
dan  qaldırmaq,  beynəlxalq  ticarət  münasibətlərinə  maneçilik 
törədən valyuta idxalı məhdudiyyətlərinin aradan qaldırılması-
na  kömək  məqsədi  ilə  yaradılan  beynəlxalq  maliyyə  institutu-
dur. BVF-nun ali rəhbər orqanı  darəedicilər Şurasıdır. Bu şu-
rada hər bir üzv ölkə idarəedici və onun müavini qismində təm-
sil  olunur.  Bunlar  adətən  maliyyə  naziri  və  Mərkəzi  Bankın 
sədrindən təyin olunur. Bundan sonrakı orqan  darəedici Şura-
dır.  Fondun  idarəedici  direktorlarının  sayı  24-dür.  BFV-da  ən 
çox  səsə  malik  ölkələr  aşağıdakılardır:  ABŞ-17.78%,  Almani-
ya-5.58%,  Yaponiya-5.53%,  Böyük  Britaniya-4.48%,  Fransa-
4.98%,  Səudiyyə  Ərəbistanı-3.45%,  taliya-3.09%,  Rusiya-
2.9%. Bu fond əsasən iki məqsədə xidmət edir: tədiyyə balan-
sındakı qeyri-tarazlığı aradan qaldırmaq, büdcə xərclərinin kre-
ditləşməsi  başda  olmaqla,  ölkənin  makroiqtisadi  stabilliyinə 
yönəldilən  tədbirlərin  həyata  keçirilməsi.  Qeyd  edək  ki,  üzv 
ölkələrin  cəlb  etdikləri  kreditin  həcmi  kvotanın  25%-dən  çox 
ola  bilməz.  Bundan  yuxarı  həcmdə  kredit  verilməsi  isə  BVF-
nun  direktorunun  razılığından  asılıdır  və  bir  qayda  olaraq  bu 
elə həmin ölkənin ümumiqtisadi, eləcə də, maliyyə siyasətinin 
təhlili  əsasında  həyata  keçirilir.  Ümumiyyətlə  BVF  kredit 
müraciət  əsasında  və  ölkənin  iqtisadi  durumunu  qiymətləndir-
dikdən  sonra  verir.  Üzv  ölkələrin  məqsədli  layihələri  həyata 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə