Azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə14/35
tarix14.09.2018
ölçüsü0,89 Mb.
#68610
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

 
43
III   F Ə S   L  
 
TƏD YYƏ BALANSI 
 
   Tədiyyə balansının mahiyyəti və quruluş
 
Bazar  iqtisadiyyatı  şəraitində  xarici  iqtisadi  əlaqələrin 
təhlili  əsaslandırılmış  proqnozların  hazırlanması  üçün  rasional 
zəmin  yaradır.  Ölkənin  beynəlxalq  iqtisadi,  siyasi  və  mədəni 
münasibətləri  ümumiləşdirilmiş  ifadəsini  beynəlxalq  hesablaş-
maların balanslarında tapır. Balanslar arasında mərkəzi yeri tə-
diyyə balansı tutur. Tədiyyə balansı xarici ölkələrə ödəmələrin 
və xaricdən daxilolmaların nisbətini əks etdirir. 
Tədiyyə balansı müəyyən dövr üçün (il, rüb, ay) və müəy-
yən  tarixə  tərtib  oluna  bilər.  Müəyyən  tarixə  tərtib  olunmuş 
tədiyyə balansı statistik gösdəricilər şəklində çap olunmasa da 
müəyyən  tarixə  ödəmə  və  daxilolmaların  nisbətlərinin  dəyiş-
məsini əks etdirir. 
Valyuta daxilolmaları ödəmələrdən çoxdursa, tədiyyə ba-
lansı aktiv, azdırsa passiv sayılır. 
Tədiyyə balansı iki bölmədən ibarətdir: 
-  cari  əməliyyatlar  üzrə  tədiyyə  balansı  (ticarət  balansı, 
xaricə investisiyalar üzrə ödəmələr də daxil olmaqla xidmət və 
qeyri-kommersiya əməliyyatları balansı); 
- kapital və kreditin hərəkəti balansı. 
Ticarət balansı.  dxal və ixrac üzrə ödəmələr və daxilol-
maların nisbəti ticarət balansını əmələ gətirir. Tədiyyə balansı-
na faktiki olaraq ticarət balansının o hissəsi daxil edilir ki, ödə-
mələr artıq yerinə yetirilmişdir və ya təcili yerinə yetirilməlidir. 
Xarici ticarət əməliyyatları üzrə kredit hesabına həyata keçiril-
miş ödənməmiş hissə də hesablaşma balansında və ya müstəqil 
ticarət balansında əks olunur. 
Xarici  ticarət  dövriyyəsinin  strukturu  və  dinamikası  tə-
diyyə balansının cari vəziyyətinə təsir göstərən mühüm amildir. 
Bu  balansın  müsbət  və  ya  mənfi  saldoya  malik  olmasını  qiy-


 
44
mətləndirmək  çox  vacibdir.  Belə  ki,  ölkənin  xarici  ticarət  ba-
lansında  mənfi  saldo  yarananda,  sonra  xarici  valyuta  gəlirləri 
azalır,  ödənişləri  isə  artır.  Nəticədə  ölkənin  valyuta  ehtiyatla-
rının həcmi aşağı düşür. Bu halda milli valyuta xarici valyuta-
lara nisbətən ucuzlaşır, çünki xarici valyuta hüyallarının xarici 
valyutaya olan tələbatı ödəmək imkanları məhdudlaşır. 
Ölkənin  xarici  ticarət  balansının  müsbət  saldosu  xarici 
valyutada  gəlirlərin  artmasına  və  nəticə  etibarilə  milli  valyu-
tanın  xarici  valyutalara  nisbətən  məzənnələrinin  yüksəldilmə-
sinə şərait yaradır. Müsbət saldoya nail olmaq üçün, hər bir öl-
kədə ilk növbədə geniş ixracat imkanları inkişaf etdirilməlidir. 
Xidmətlər  balansı
  cari  əməliyyatlar  balansının  mühüm 
komponentlərindən biridir. 
Xidmət  və  qeyri-kommersiya  ödəmələri  balansına  aşağı-
dakı ödəmə və daxilolmalar aiddir: 
-  nəqliyyat,  teleqraf,  telefon,  poçt  rabitəsi,  müxtəlif  ko-
misyon və maliyyə əməliyyatları, turizm, diplomatik və ticarət 
nümayəndəliklərinin saxlanması; 
-  istehlak  köçürmələri  (xarici  fəhlələrə  əməkhaqqı,  miras, 
xaricdə oxuyan tələbələrə təqaüd və s.) və hərbi xərclər, təzminat; 
-  xaricə  investisiyalar  üzrə  gəlirlər  və  beynəlxalq  kredit-
lərə görə faizlər də balansın bu bölməsində öz əksini tapır, bax-
mayaraq  ki,  iqtisadi  məzmununa  görə  onlar  xidmətlərə  deyil, 
kapital və kreditlərin hərəkətinə aiddirlər. 
Məlumdur  ki,  bir  sıra  ölkələrin  iqtisadi  inkişafında  xid-
mətər sferası əvəzsiz rol oynayır. Misir, Türkiyə,  spaniya,  s-
veçrə kimi dövlətlərdə turizm ən gəlirli sahə sayılır və ümumi 
valyuta gəlirlərinin 40-60% -ni, bəzən isə 90 %-ni təmin edir. 
Tədiyyə  balansında  cari  transfertlərin  uçotu  sektorlar 
prinsipi  əsasında  aparılır.  Başqa  sözlə,  transfertlər  dövlət  və 
özəl sektor üzrə təsnifləşdirilir. 
Cari  transfertlərin  dövlət  sektoruna  humanitar  yardımlar, 
xarici  dövlətlərin  rəsmi  orqanlarından  əvəzsiz  olaraq  alınmış 


 
45
maliyyə vəsaitləri, əvəzsiz olaraq alınmış hərbi texnika, beynəl-
xalq təşkilatlarla üzvlük haqqı və texnikı yardımlar daxildir. 
Cari transfertlərin özəl sektoru üzrə əməliyyatlara xaricdə 
bir  ildən  artıq  əmək  fəaliyyəti  ilə  məşğul  olmuş  vətəndaşların 
pul  köçürmələri,  qeyri-dövlət  təşkilatlarının  xətti  ilə  gəlirlər, 
humanitar yardımlar, elmi, dini və s. təşkilatların üzvlük haqla-
rı və s. aid edilir. 
Kapital və kreditin hərəkəti balansı. Dövlət və xüsusi ka-
pitalın  ixracını  və  idxalını,  həmçinin  verilmiş  və  alınmış  bey-
nəlxalq kreditlərin nisbətini ifadə edir. Bu bölmədə borc kapita-
lının ixracı (kreditlər, qısamüddətli avuarlar və s.) və sahibkarlıq 
kapitalının (birbaşa investisiya-xaricdə, müəssisələrin alınması 
və  tikilməsi,  həmçinin  portfel  investisiya  qiymətli  kağızlarda 
ifadə olunmuş investisiya) ixracı əks olunur. 
Kapital  və  kreditin  hərəkəti  müxtəlif  müddətə  baş  verir. 
Odur ki, tədiyyə balansının bu bölməsində əməliyyatlar qısa və 
uzunmüddətli kimi fərqləndirilir. 
Qısamüddətli əməliyyatlara aşağıdakılar aiddir: 
- əmtəə və valyuta formasında bir ilə qədər müddətə ve-
rilmiş kreditlər; 
- xarici banklarda olan cari hesablar üzrə (yəni qısamüd-
dətli avuarlar üzrə hərəkət); 
-  xarici  və  milli  pul  vəsaitlərinin  idxalı  və  ixracı.  Uzun-
müddətli əməliyyatlara aşağıdakılar aiddir: 
- xaricdə qiymətli kağızların alqı-satqısı ilə əlaqədar ödə-
mələr və daxilolmalar; 
- xaricdə müəssisə və daşınmaz əmlakı alqı-satqısı ilə əla-
qədar əməliyyatlar; 
- uzunmüddətli kreditlərin (o cümlədən dövlət istiqrazla-
rının) alınması və verilməsi. 
Kapital  və  kreditlərin  alınması  balansına  «səhvlər»  və 
«nəzərdən  qalanlar»  maddəsi  əlavə  olunur.  Burada,  böhran 
dövründə nəzərə alınmamış qısamüddətli kapitalın hərəkəti əks 
olunur. 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə