Azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə11/35
tarix14.09.2018
ölçüsü0,89 Mb.
#68610
1   ...   7   8   9   10   11   12   13   14   ...   35

 
33
Strategiyanın əhatə etdiyi müddətdə Bankın prioritetləri 
AY B öz keçmiş təcrübəsini və Hökumətin SPPRED va-
sitəsilə  qəbul  və  elan  etdiyi  prioritetləri  nəzərə  alacaqdır.  Bu 
mənada  AY B-in  strateji  yanaşması  yoxsulluğu  aradan  qaldır-
maq  məqsədilə  ölkədə  iqtisadiyyatın  hərtərəfli  inkişaf  etdiril-
məsinə  dəstək  vermək  olacaqdır.  Bu  strateji  istiqamətlə  sıx 
bağlı olaraq və Azərbaycanın Erkən Keçid dövrü Ölkəsi (EKÖ) 
statusuna uyğun olaraq AY B həyata keçirdiyi operativ yanaş-
ma  üçün  EKÖ  Təşəbbüsü  çərçivəsində  təmin  edilən  resurslar-
dan,  operativ  imkanlardan  və  vasitələrdən  yararlanmaqda  da-
vam  edəcəkdir.  EKÖ  Təşəbbüsü  çərçivəsində  Bank  öz  fəaliy-
yətlərinin  təsirlərini  artırmaq  üçün  yerli  tələblərə  cavab  verən 
yeni maliyyə vasitələri paketini istifadəyə vermiş, kredit müd-
dətlərini  uzatmış,  texniki  yardımın  miqyasını  genişləndirmiş, 
habelə öz daxili resurslarının miqdarını artırmaqla yanaşı, həm-
çinin  digər  donorlarla  müştərək  qrant  vəsaitləri  ayırmışdır. 
Bunlara müvafiq olaraq strategiyanın həyata keçiriləcəyi müd-
dətdə  Bank  öz  fəaliyyətlərində  əsas  diqqəti  özəl  sektorun  in-
kişaf etdirilməsinin dəstəklənməsinə yönəldəcək, eyni zamanda 
investisiya  mühitinin  yaxşılaşdırılmasına  dair  fəaliyyət  istiqa-
mətinin  seçilməsi  üçün  hökumət  orqanları  ilə  intensiv  dialoq 
aparacaqdır.  Digər  tərəfdən  Bank  daha  effektiv  və  səmərəli 
iqtisadi infrastrukturun, xüsusilə də enerji və nəqliyyat sektor-
larının qurulmasında Hökumətə dəstək göstərilməsinə diqqətini 
yönəldəcəkdir. 
Sektorlar üzrə çətinliklər və Bankın vəzifələri 
Bank  öz  səylərini  özəl  sektorda  biznesin  inkişaf  etdiril-
məsinə, habelə dövlət sektorunda seçilmiş sahələr üzrə tədbir-
ləri  həyata  keçirilməsinə  yönəltməklə  əsas  infrastrukturlara 
investisiyaların qoyulmasına və bununla da özəl sektorun dəs-
təklənməsinə və regional inkişafa çalışacaqdır. EKÖ Təşəbbü-
sünün  özəl  sektorun  inkişafı  məsələsini  vurğulaması  Bankın 
mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi istiqamə-
tində  fəaliyyətləri  üçün  daha  çox  imkanlar  yaradır.  Bu  sahib-


 
34
karlar sabit məşğulluğun və inkişafın təmin edilməsi üçün bö-
yük  imkanlar  yaradır.  Onların  inkişafı  həmçinin  ölkənin  de-
mokratiyaya keçidinə müsbət təsir göstərir: belə ki, sahibkarlar 
özləri  də  qanunların  və  qaydaların  hazırlanması  və  icra  olun-
ması  üsullarının  təkmilləşdirilməsində,  habelə  korrupsiya  sə-
viyyəsinin azaldılmasında maraqlıdırlar. 
Qeyri-neft özəl sektorunun inkişaf etdirilməsi 
Bank  birbaşa  borclar  və  səhm  kapital  qoyuluşları  vasitə-
silə,  habelə  maliyyə  sektorunun  dəstəklənməsi  yolu  ilə  qeyri-
neft sektorunun inkişafına dəstək verəcəkdir. Bu kapital qoyu-
luşlarının əsas hədəflərinin mikro, kiçik və orta sahibkarlar ola-
cağı gözlənilir. Aşağıda qeyd olunan sektorlar qeyri-neft sekto-
runda kapital qoyuluşları üçün ən böyük potensiala malikdir: 
Aqrobiznes 
–  Azərbaycanda  kənd  təsərrüfatı  sektoru  çox 
pərakəndə  xarakter  daşıyır  və  infrastruktura  malik  deyildir. 
Kənd  təsərrüfatı  sahələrinin  kollektivsizləşdirilməsi  natural 
ə
kinçiliyə  qayıdışla  nəticələnmiş  və  səmərəli  mexanizmlərlə 
bağlı çatışmazlıqlar meydana gəlmişdir. Bank zəruri texniki in-
frastruktura  malik  olan  kommersiya  qurumları  arasında  ilkin 
emal və qablaşdırma sahələrində olan imkanları araşdıracaqdır. 
Kənd  təsərrüfatı  sahəsində  potensial  müştərilərin  əksəriyyəti 
kommersiya  fəaliyyətlərinə  yeni-yeni  başladığından  və  nəticə 
etibarilə  biznesin  Qərb  standartlarına  uyğun  aparılması  sahə-
sində çox az təcrübəyə malik olduqlarından və ya ümumiyyətlə 
təcrübəsiz olduqlarından, bu layihələrdə kadr təminatı intensiv 
və  kiçik  olacaqdır.  Bu  müştərilərin  idarəetmə  və  mühasibat 
sistemlərini yaratması, habelə orta və uzun müddətli korporativ 
strategiyaları  işləyib  hazırlaması  üçün  onlara  texniki  yardımın 
təmin edilməsinə ehtiyac olacaqdır. 
Əmlak  və  turizm 
–  Hazırda  cərəyan  edən  iqtisadi  inkişaf 
müasir, texnoloji cəhətdən qabaqcıl kommersiya ofis sahələrinə 
olan  tələbatı  artıracaqdır.  Bank  bu  sektorda,  habelə  pərakəndə 
satış və turizm sahələrində kapital qoyuluşlarını dəstəkləyəcək-
dir.  Bu  investisiyaların  baş  tutacağı  hüquqi  mühit  əhəmiyyətli 


 
35
dərəcədə  işlərin  həyata  keçirilməsini  tələb  edir.  Bank  donor 
birliyinin digər üzvləri ilə birlikdə hüquqi mühitin digər maraq 
doğuran  komponentləri,  o  cümlədən  kadastr  sisteminin,  mər-
kəzləşdirilmiş  mülkiyyət  qeydiyyatının  və  digər  komponentlə-
rin inkişaf etdirilməsi istiqamətində işlərini davam etdirəcəkdir. 
Eyni  zamanda  təkmilləşdiriləcək  hüquqi  çərçivənin  effektiv 
şə
kildə təfsirini və icra edilməsini təmin edə biləcək məhkəmə 
sisteminin  inkişaf  etdirilməsinə  dəstək  verilməsinə  də  ehiyac 
vardır. 
Ümumi sənaye 
– Azərbaycanda inşaat sektoru güclü inki-
ş
af  nümayiş  etdirməkdədir  və  bu  da  öz  növbəsində  beton  və 
borular  kimi  başlıca  tikinti  materiallarına  olan  ehtiyacı  artırır. 
Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlə-
rində  nəqliyyat  dəhlizlərini  inkişaf  etdirdiyindən,  bu  material-
ları regionun sürətlə inkişaf edən digər iqtisadiyyatlarına ixra-
catı  getdikcə  daha  çox  səmərəliləşəcəkdir.  Bank  inşaat  mate-
rialları sektorunda həm kiçik, həm də iri layihələrə kapital qoy-
mağa çalışacaqdır. 
Telekomunikasiyalar 
–  Azərbaycan  Hökuməti  ölkədə  te-
lekomunikasiyalar  sektorunun  islahatı  prosesinə  başlamışdır. 
Bank özünün ölkə üzrə strategiyası müddətində bu sektorda ka-
pital  qoyuluşlarının  həyata  keçirilməsi  üçün  Hökumətlə  dialo-
qunu davam etdirəcəkdir; Enerji səmərəliliyi son qiymətləndir-
mələrə əsasən böyük enerji intensivliyinə malik olan Azərbay-
canın  bütün  sektorlarında  əhəmiyyətli  bir  problemdir.  Külli 
miqdarda  hidrokarbon  ehtiyatlarının  mövcudluğuna  baxmaya-
raq,  Azərbaycanda  enerji  səmərəliliyinə  enerji  qiymətlərinin 
aşağı  olması  və  Hökumətin  enerji  sərfiyyatında  səmərəliliyin 
artırılmasına  iradə  nümayiş  etdirməməsi  öz  təsirini  göstərir. 
Elektrik  enerjisi  qiymətlərinin  aşağı  olmasına  baxmayaraq, 
Bank elektrik enerjisi sektorundan başqa həmçinin enerji səmə-
rəliliyinin artırılması komponentinin sərfəli olduğu digər səna-
ye  layihələrinə  də  diqqətini  yönəldəcəkdir.  Bu  fəaliyyətlərdə 
ə
sas səylər Bankın Dayanıqlı Enerji Proqramına (SEP) yönəldi-


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə