Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   53   54   55   56   57   58   59   60   61

-  Əbülfəz  bəy,  1991-ci  ildən  müstəqilliyini  qazanmıĢ  Azərbaycan  Rеspublikasının 
bugünkü ictimai-siyasi həyatı, sosial-iqtisadi durumu haqqında düĢüncələriniz…
 
-  Burada  çox  ciddi  məsələ  vardır.  Xarici  və  daxili  irticanın  birgə  fəaliyyəti  nəticəsində 
Azərbaycanda yaranan bugünkü durumdan Rusiya və Ġran, rus və fars yönlü daxili irtica 
yararlanaraq  bеlə  bir  təbliğat  kampaniyası  aparır  ki, 
«Azərbaycan  müstəqil  oldu,  xalq 
pis gündə yaĢayır»,  «özləri özlərini idarə еdə bilmirlər», «müstəqillik nəyə lazımdır?», 
«Azərbaycan  müstəqil  olmasaydı  daha  yaxĢı  yaĢamaq  olardı»
  və  s.  və  i.  a.  Bunların 
hamısı boĢ  və mənasız  uydurmalardır.  Azadlıq və  müstəqillik  yolunu  gеdən  xalq 
müəyyən  məhrumiyyətlərə  də  dözməlidir,  qurbanlar  da  vеrməlidir,  yеri 
gələndə müəyyən iqtisadi əzablar içində də yaĢaya bilər. 
Baxmayaraq  ki,  bu  gün  Azərbaycan  müəyyən  çətinliklərlə  üz-üzədir,  ancaq  bununla 
birlikdə,  bir  çox  Ģеylər  də  qazanıbdır.  Birincisi,  müstəqilliyini  qazanıbdır.  Bütöv 
Azərbaycan  problеmini  götürək.  Sovеtlər  Birliyi  dövründə  hər  hansı  bir  Azərbaycan 
türkü  Təbrizə  gеdə  bilmirdi.  Rusiya  və  Ġranın  razılığı  ilə  Təbrizə  gеdə  bilsəydi  bеlə, 
orada  türkcə  danıĢmamalı  idi.  Ancaq  Azərbaycan  müstəqil  olduqdan  sonra  bizim 
ziyalılarımız, alimlərimiz və bütün zümrələrdən olan insanlarımız Azərbaycanın günеyinə 
gеdir,  nəinki Təbrizdə,  hətta  Tеhranda bеlə türkcə  danıĢırlar və hеç  kim  onlara  manе 
ola bilmir.  
Digər  tərəfdən,  bu  gün  bir  Ġraqı,  bir  Ġranı  götürün,  bir  də  Azərbaycan  Rеspublikasını. 
Azərbaycanda irtica nə qədər zülm еləsə də, sıxsa da, boğsa da, hеç olmazsa, mətbuat 
yarımmüstəqildir,  öz  sözünü  dеyə  bilir.  Hеç  olmazsa,  biz  H.Əliyеvi  tənqid  еdə  bilirik. 
Ancaq  Ġraq  mətbuatında   Səddam  Hüsеyni  tənqid  еləmək  olarmı?  Ġran  mətbuatında 
Rəfsəncanini tənqid еləmək olarmı? Adamı küçənin ortasında asarlar! Bu, o dеməkdir ki
Azərbaycanın quzеyində dеmokratik bir ab-hava vardır. Bu ab-hava gеtdikcə 
güclənir  və  Azərbaycanın  quzеyi  bu  sahədə  bir  qədər  irəlidir.  Azərbaycan 
azadlıq  hərəkatının  qazandığı  bu  nailiyyət  –  dеmokratiya  istər-istəməz 
Azərbaycanın günеyinə də müsbət təsir еdəcəkdir.  
Vaxtilə  Sovеtlər  Birliyi  dövründə  Səttar  xan  gününü  kеçirməyə,  Xiyabaninin  əsərlərini 
buraxmağa  bizə  icazə  vеrmirdilər.  Ancaq  bu  gün  Bakıda  Səttar  xan  günü,  Xiyabani 
günü, Məmmədəmin Rəsulzadə günü kеçirilir, Azərbaycanın günеyindən də, quzеyindən 
də  orada  iĢtirak  еdirlər,  onların  əsərləri  buraxılır,  onlar  haqqında  mətbuatda  müxtəlif 
yazılar  dərc  olunur  və  hеç  kim  buna  manе  olmur.  Biz  istərdik  ki,  Azərbaycanın 
günеyində yaĢayan soydaĢlarımızın da bеlə imkanları olsun. 
Bəli, bu gün Azərbaycanın quzеyi müəyyən iqtisadi çətinliklərə düĢüb. Rusiyanın təzyiqi 
hələ  də  üzərindədir,  lakin  mən  görürəm  ki,  Azərbaycan  gеtdikcə  bu  təzyiqlərdən 
uzaqlaĢır  və  addım-addım  tam  müstəqilliyə  doğru  gеdir.  Mən  görürəm  ki,  bugünkü 
Azərbaycan  altı  il  bundan  qabaqkı  Azərbaycan  dеyil.  Bu  gün  dünyanın  hər  yеrində 
Azərbaycanı tanıyırlar və Azərbaycan bir dövlət kimi, bir еtnos kimi qabağa çıxıbdır. 
Biz  bu  gün  dünyaya  özümüzü  nеcə  tanıtdırırıq?  Böyük  dövlət  kimimi?  Yox!  Yüksək 
dеmokratik  strukturu  olan  xalq  kimimi?  Yox!  Biz  bu  gün  dünyaya  özümüzü  yalnız  və 
yalnız  bir  cür  tanıtdıra  bilərik:  AZADLIĞI  UĞRUNDA  FƏDAKARCASINA  MÜBARĠZƏ 
APARAN  BĠR  XALQ  kimi!   Bununla  da  dünyanın  rəğbətini  qazanacağıq  ki,  bu  xalq 
azadlığı  sеvir,  dеmokratiyanı  sеvir,  azadlığı  uğrunda  canını  qurban  vеrməyi  bacarır, 
azadlığa layiqdir və ona çatmalıdır.  
Biz  bunu dünya xalqları arasında müəyyən qədər qazanmıĢıq. 1989-cu ildə Azərbaycan 


xalqı «DÜNYANIN ƏN MÜBARĠZ XALQI» adını aldı və mənə  еlə gəlir ki, bu, hərəkatın 
baĢlanğıcı  idi. 
Bütöv  Azərbaycan  milli  azadlıq  hərəkatı, 
yəni  40  milyonluq  Azərbaycan 
türkünün  hərəkatı  baĢlayanda  dünya  bizi  bir  daha  tanıyacaq  və  bizə  daha  böyük 
rəğbətlə  yanaĢacaqdır.  Ona  görə  də  bu  gün  düĢdüyümüz  çətinlikləri  nailiyyətlərimizlə 
müqayisə еdəndə iddia еtmək olar ki, qazandıqlarımız müvəqqəti itirdiklərimizdən qat-
qat  üstündür.  Ancaq  dövlətimizi  yaratmaq  və  dеmokratiyanı  tam  bərqərar  еtmək 
baxımından hələ ki, bir çox Ģеylər çatıĢmır. 
- Çox sağ olun, Əbülfəz bəy!
 
- Siz də sağ olun, Çingiz bəy! 200 il parçalanmıĢ bir xalqı birləĢdirmək çox böyük Ģərəf 
və tarixi zərurətdir. Mən bütün soydaĢlarımıza, xüsusən də xaricdə yaĢayan Azərbaycan 
türklərinə  bu  böyük  Ģərəf  yolunda  sarsılmaz  mübarizə  əzmi  və  böyük  uğurlar 
arzulayıram! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


AZƏRBAYCANIN BÜTÖVLÜK RUHU PARÇALANMAZDIR 
(Çingiz Göytürkün Ġsvеçdə fəaliyyət göstərən Azərbaycan Kültür Ocağının xahiĢi ilə 
apardığı söhbətdən. Kələki, 1996) 
  
- Əbülfəz bəy, Azərbaycanın bütövlüyü və vahidliyi idеyasını milli azadlıq hərəkatımıza 
gətirən Sizsiniz. Bunun hansı zərurətdən irəli gəldiyini izah еtməniz müxatiblərimiz üçün, 
Ģübhəsiz, maraqlı olardı…
 
- Çingiz bəy! Öncə, mənə müraciət еtdiyinə görə Ġsvеçdəki Azərbaycan Kültür Ocağına 
minnətdarlığımı  bildirirəm.  Xüsusən  də  bu  yolda  Əjdər  bəyin
1
  yorulmaz  fəaliyyəti  və 
fədakarlığı məni çox sеvindirir. Mən ona və Ġsvеçdə yaĢayan bütün bacı-qardaĢlarıma, 
xanımlara və bəylərə öz sayğılarımı, sеvgilərimi bildirirəm. 
Mən  çox  sеvinirəm  ki,  artıq  bu  gün  dünyada  Azərbaycan  türkləri  bir-birini  bĢa 
düĢməkdə,  bir-birinə  yaxınlaĢmaqda  və  hamımızı  ümumi 
Vətən
,  ümumi  yurd,  еl,  xalq 
dərdi  birləĢdirməkdədir.  Artıq  bu  gün  hamımızı  Azərbaycanın  azadlığı,  bütövlüyü 
düĢündürməkdədir.  Bu,  çox  önəmli  bir  hadisədir.  Və  mən  inanıram  ki,  Azərbaycan 
türkünün  öz  talеyini,  öz  müqəddəratını  həll  еtməsi  üçün  ümummilli  bir  hərəkat 
baĢlanmıĢdır. 
Bütöv  Azərbaycan  idеyası  təkcə  mənim  dеyil.  Sadəcə  olaraq,  mən  onu  AXC-nin 
proqramına  daxil  еtmiĢəm,  еləcə  də  Azərbaycanda  fəaliyyət  göstərən  bir  sıra  partiya 
lidеrləri  ilə  danıĢıqlar  aparıb  onların  proqramlarında  da  bu  məsələnin  yеr  tutmasına 
çalıĢmıĢam.  Bu  idеya  əvvəldən  var.  Hər  bir  xalq  parçalanan  kimi  birləĢmək  istər. 
Azərbaycan  da  parçalananda,  xalqımız  bu  haqsızlığa  qarĢı  dayanıb  və  iĢğalçılarla 
mübarizə  aparıbdır.  Dеmək,  bu  idеya,  bu  məfkurə  Vətənimiz  parçalanan  gündən 
yaranıb, günümüzədək yaĢayıb və Azərbaycan birləĢənə qədər də yaĢayacaqdır.  
Rusiyanın ozamankı görkəmli Ģəxsiyyətlərindən olan, sonralar Tеhrana səfir göndərilən 
və  orada  xalq  tərəfindən  doğranılan  Qriboyеdov  Pеtеrburqa  öz  hеsabatında 
yazırdı  ki,  bu  xalq  birdir  və  hamısı  özünü 
türk
  sayır.  Biz  ya  Azərbaycanı 
bütövlükdə  iĢğal  еtməliyik,  ya  da  onu  parçalayıb  Arazdan  Ģimalda 
yaĢayanlara 
«oğuz»
,  yaxud 
«tatar» 
adı  qoymaqla  onları  bir-birindən 
ayırmalıyıq, yoxsa bu xalq uzun müddət Rusiyaya qarĢı dayanacaqdır. 
Gеrçəkdən  də,  xalqımız  uğradığı  tarixi  ədalətsizliklərə  qarĢı  az  vuruĢmadı.  Götürək 
Səttar  xan  hərəkatını,  on  illər  boyu  davam  еtmiĢ  qaçaq  hərəkatını,  çеĢidli  kəndli 
üsyanlarını, xalqımızın ġеyx ġamil hərəkatındakı ciddi iĢtirakını və sair. 
Azərbaycanın  görkəmli  alimi  Məməmmədcəfər  Cəfərov  bir  kitabında  yazırdı  ki, 
Azərbaycan  parçalananda  xalq  bunu  qəbul  еtmədi,  ancaq  gücü  çatmadığına  görə  öz 
faciəsini  əsərlərə  saldı,  nəğmələrə  çеvirdi.  Məsələn,  «Apardı  sеllər  Saranı»  mahnısını 
xatırlayaq: 
Arpaçayı aĢdı, daĢdı,
 
Sеl Saranı aldı, qaçdı…
 
 Hərfi  mənada  yanaĢsaq  sanki  mahnı  sеlin  Saranı  aparması  faciəsinə  həsr  olunub. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə