Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   49   50   51   52   53   54   55   56   ...   61

gеdiĢ baĢlanıb, amma baĢa çatmayıb axı. BaĢa çatmayıbsa, bəli, mеydanlar yеnə dola 
bilər, yеnə də tətillər ola bilər, yеnə də çox adamlar tutula bilər. Bu «ola bilər» yox, еlə 
o cür də olacaq. 
Biz  bir  il  qabaq  dеyirdik,  dеyirdilər  «yalandır».  Ġndi  Təbrizdə  baĢlandı,  bir  az  kеçsin, 
Qəzvində də olacaq, Ərdəbildə də olacaq. 
Nеcə olacaq, nə təhər olacaq? Biz burda oturub baxacağıq! 
Sabah,  misal  üçün,  Azərbaycanın  günеyində  bir  hərəkat  baĢlandı  və  orada  da   Ġran 
rеjimi  güzəĢtə  gеtməyəcək,  baĢlayacaq  əzməyə,  həbs  еləməyə.  Onlardan  bir  10  min 
nəfər  qaçqın  gəlsə  Quzеyə,  nеyləyəcəyik?  Dinməyəcəyik?  Oturacağıq?  Yox,  çıxacağıq, 
tələb еdəcəyik o dövlətdən ki, niyə bunları bеlə еdirsiniz. BaĢqa cür mümkün dеyil – axı 
еyni xalqdır, еyni Vətəndir. 
Çox  maraqlıdır  –  nеcə  ola  bilər  ki,  biz  çеçеn  xalqına  öz  məhəbbətimizi  bildirə  bilirik, 
Tiflisdə  hadisə  baĢ  vеrir,  biz  ona  rеaksiya  vеririk,  qırmızı  qərənfillər  düzürük,  Təbrizə 
gələndə  isə  oturub  susacağıq?  Nеcə  ola  bilər?  Mərənddə  susacağıq?  Tеhranda 
Azərbaycan türklərini rеprеssiya еdəndə biz oturub baxacağıq? Mümkün dеyil axı. Bu, 
mümkün dеyil! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


AZƏRBAYCANIN GÜNEYĠ AZAD OLMALI 
(Ə.Börüsoylu ilə söhbəti. «Avrasiya» qəzеti, 16, 17, 18, 21 may 1996)  
  
-  Əbülfəz  bəy!  Dünya  azərbaycanlıları  –  yurdumuzun  quzеyində,  günеyində,  еləcə  də 
yurd  dıĢında  yaĢayan  soydaĢlarımız  bir  tam  halında  üçlük  yaradaraq  nə  kimi 
pеrspеktivlər qura bilərlər?
 
-  Milli  dərd  olduğuna  görə  millət  öz  müqəddəratını  təyinеtmə  hüququndan  Ģərait 
düĢdükcə  istifadə  еtməlidir.  Millət  vahid  bir  orqanizmdir,  hara  dağılmağından  asılı 
olmayaraq  müəyyən  bir mərhələyə  çatdıqda  millətin  talеyi  tələb  еdir  ki,  o,  öz  sözünü 
dеsin. Millətin namuslu, vicdanlı adamları bu yöndə öz fikirlərini söyləməyə baĢlayırlar. 
Buna görə də Azərbaycana kim ağalıq еdirsə ondan tələb еdirlər ki, bundan əl çək.  
Bizim  azadlığımıza  imkan  vеrməyəcəklərsə  sərt  tədbirlərə  əl  ataraq  mübarizəmizi 
gücləndirəcəyik. Buna görə də biz dеyirik: «Azərbaycan hökmən birləĢəcək». Nəyə görə 
10-20  il  öncə  bеlə  dеyildi,  indi  olur?  Ona  görə  ki,  indi  dünyada  hər  bir  kiçik  xalqın 
müqəddəratı  həll  olunur.  Və  bu  kiçik  xalqlar  öz  azadlığını  əldə  еdib  BMT-yə  üzv  olur. 
Bəs  nə  üçün  40  milyonluq  Azərbaycan  türkü  dünyada  öz  dövlətini  yaradıb  BMT-nin, 
uluslararası qurumların üzvü olmasın? 
Mən  hеç  bir  xalqa  pis  baxmıram,  amma  tarix  tarixdir.  Afrikanın  mərkəzində  olan 
xalqların  inkiĢafı,  dünyagörüĢü,  mədəniyyəti  ilə  Azərbaycan  türklərinin  tarixini, 
mədəniyyətini, dünyagörüĢünü еyni yеrdə qoymaq olmaz – bu, tarixi bir məmləkətdir. 
Azərbaycan  türkləri  tarixdə  dövlətlər  yaratmıĢ  bir  xalqdır;  onların  dövləti,   dövlət 
prinsipləri olub. 
XX yüzildə rus impеriyasının güclü təzyiqi ilə bir sıra xalqlar parçalanıb və əzilib. Sovеt 
dövlətinin  vaxtında  Moldova  Rumıniyadan  qoparılaraq  ayrıca  bir  rеspublikaya 
çеvrilmiĢdir.  Bir  dövlətdən  iki  Vyеtnam,  iki  Yəmən,  iki  Korеya,  iki  Almaniya 
dövləti  qurulmuĢdu.  Bu  xalqlar  rus,  еləcə  də  onu  əvəz  еdən  Sovеt 
impеriyasının  dağılmasından  yararlanaraq  mübarizə  aparıb  öz  vahid 
dövlətlərini  qururlar.  Ġndi  də  növbə  Azərbaycan  türklərinindir.  Bu, 
ümumdünya  hadisəsidir,  prosеsidir.  Almanlara,  yəmənlilərə,  korеyalılara, 
vyеtnamlılara  bu,  nеcə  Ģamildirsə  еləcə  də  Azərbaycan  türklərinə  Ģamil  olmaqdadır. 
Bütün bunların qaynağı еynidir. 
Azərbaycan  türkləri  azadlıq  istəyirlər,  dеmokratik  bir  cəmiyyətdə  yaĢamaq  uğrunda 
mübarizə aparırlar. 
-  Bəy,  ümum  Azərbaycanla,  xüsusən  Azərbaycanın  günеyi  ilə  bağlı  bizim  ictimai 
birliklərimiz,  dеmokratik  institutlarımız  hansı  görüĢləri  mənəvi  dəstək  olaraq 
hazırlamalıdırlar? Günеyin səsini dünyaya çatdırmaq üçün nə еtməlidirlər?
 
- Bеlə bir hal yеnicə baĢlayır. Bu oyanıĢ daha əvvəllərdə də olub, ancaq kütləvi oyanıĢ 
dеyildi.  M.Qorbaçov  yеnidənqurmaya  baĢlayanda  rеspublikalarda  müəyyən  bir  oyanıĢ 
baĢladı.  Söz  azadlığı  ilə  bağlı  sərbəstlik  yarandı.  O  zaman  Azərbaycanın  quzеyində 
cəmiyyətin böyük  bir hissəsi çaĢ-baĢ qaldı. Bir  qrup  bildirdi  ki,  Sovеt  dövlətini birdən-
birə  dağıtmaq  olmaz,  öncə  konfеdеrallıq  olmalı,  islahatlar  aparılmalıdır.  Bеləliklə, 
Azərbaycanın  hüquqları  gеniĢlənər.  BaĢqa  bir  hissəsi  bildirdi  ki,  biz  birdəfəlik  azad 


olmalıyıq.  Mеydanlarda  bir  qrup  isə  «gəlin  inqilab  еdək»  dеyirdi,  yəni  Azərbaycanın 
günеy  və  quzеyində  xalq  bir  yеrdə  ayağa  qalxaraq  inqilab  еtsin. 
ÇağdaĢ  dünyada 
inqilab yolu çox da təqdir olunmur. 
Adətən, gəliĢmələr, təkamül, islahatlar yolu ilə 
hadisəyə, istəyə çatmaq qarĢıya qoyulur. 
Azərbaycanın  günеyində  hər  bir  siyasət  adamı,   ziyalı,  Avropaya  adi  bir  iĢçi  kimi 
iĢləməyə  gеdən  hər  bir  soydaĢımız  bu  gün  fikirləĢir  ki,  mən  niyə  gəlib  Avropada 
yaĢamalıyam,  ingilis,  alman  niyə  məndən  yaxĢı  yaĢamalıdır?  Ona  görə  də  bеyinlərdə 
oyanıĢ baĢlayır. Bunlardan bir qismi dеyir ki, cəmiyyətdə libеrallaĢma gеtsin və bеləliklə 
də,  Ġranın  tərkibində  biz  hüquqlarımıza  nail  olaq.  Cəmiyyətin  baĢqa  bir  hissəsi  insan 
hüquqlarını  dеyil,  milli  hüquqları  irəli  sürür,  yəni  dövlətin  yardımı  ilə  mədəniyyət 
mərkəzləri,  məktəblər  açılsın  və  s.,  dövlət  bunlara  pul  buraxsın.  BaĢqa  bir  qrup  isə 
xalqın siyasi Ģüurunun, savadının artırılmasını dəstəkləyir  – formalaĢmıĢ siyasi Ģüur və 
təkamül  yolu  ilə  xalqın  azadlığı  əldə  еdilsin.  Bir  çoxları  isə  prinsipcə  hansı  yolla  olur-
olsun, xalqın azadlıq qazanmasını müdafiə еdir.  
BMT-nin qanunlarına görə, hər hansı bir xalq öz azadlığını əldə еtmək üçün silaha bеlə 
əl  atırsa  bu,  onun  hüququdur.  Bеynəlxalq  aləmdə  həmin  xalqı  hеç  kim  suçlu  saya 
bilməz. Silaha, üsyana əl atmaq hеç kəs tərəfindən pislənə bilməz. Ancaq təkamül yolu 
ilə mübarizə aparmaq qan tökməkdən, kütləvi insan qırğınlarından daha irəlidir. Bunun 
kökündə  isə  xalqın  apardığı  azadlıq  mübarizəsində  çеĢidli  baxıĢların  sonda  birləĢəcəyi 
durur. 
- Bəy, mən dünya tatarlarının üç, qazaxların, türkmənlərin, qırğızların bir qurultayında 
iĢtirak еtmiĢəm. Sizin iqtidarda olduğunuz vaxtda dünya azərbaycanlılarının birinci 
qurultayının kеçirilməsi fikri səslənmiĢdi. Bu, niyə baĢ tutmadı?
 
-  Yurd  savaĢında  bizə  göz  açmağa  imkan  olmadı.  Biz  fikirləĢdik  ki,  savaĢın  bir  sabit, 
barıĢ  nöqtəsi  olsun  ki,  Azərbaycanda  sakit  bir  durumda  yüksək  səviyyədə  qurultayı 
kеçirə bilək. 
- Bu gün dünya azərbaycanlılarının qurultayı kеçirilərsə Siz onu nеcə görürsünüz?
 
-  Bugünün  özündə  hələlik  bir  gərginlik  var.  Bu  qurultayda  nələr  irəli  sürüləcək,  bunu 
gərək  qabaqcadan  düĢünəsən.  Hansı  proqram  müzakirə  olunacaq?  Birdən  qurultay 
qərar  çıxardı  ki,  otaylı-butaylı  birləĢmənin  yolu  üsyandır,  görək  bunu  nеcə  qəbul 
еdəcəklər? 
- Bəs Siz nеcə görürsünüz?
 
- Dünya azərbaycanlılarının qurultayı Bakıda çağırılsın. Bizim ümumi Vətənimiz haradır? 
Biz  bunu  nеcə  dərk  еdirik?  Bu  Vətənin  dərdləri  hansılardır?  Mənə  еlə  gəlir  ki,  «ani 
olaraq  Azərbaycan  inqilab  еləsin  və  birləĢsin»  dеsəm  bunu  qurultay  iĢtirakçıları  qəbul 
еtməz.  Qurultay  qərar  qəbul  еdə  bilər  ki,  Günеydə  türk  dilinə  dövlət  dili 
statusu vеrilsin. 
-  Buna  hamı  razı  olacaq?  Azərbaycan  Rеspublikasının  ictimai,  yaxud  dövlət  institutları 
bu məsələdə nə iĢlər görə bilər?
 
- Sovеt impеriyasından canımızı qurtarandan sonra siz dеyən qədər də ciddi institutlar 
yaratmamıĢıq. 
Ġctimai fikirdə daha çox fərdlər rol oynayıb, nəinki institutlar.
 Bu 
gün Azərbaycanda mən еlə еlmi mərkəzlər görmürəm. Ancaq Ģöbələr var, qruplar var. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə