Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   48   49   50   51   52   53   54   55   ...   61

VƏTƏN BĠRDĠR 
(«Müxalifət»  qəzеtinin  əməkdaĢı  Ə.Arifoğlu  ilə  söhbətindən.  Kələki,  1  may 
1996) 
  
Bu il – 1996-cı il, ümumiyyətlə, 40 milyonluq Azərbaycan xalqının oyanıĢ ilidir. Bu, ikinci 
mərhələdir  –  oyanıĢımızın  ikinci  mərhələsi.  Əvvəl,  birinci  mərhələdə  oyanıĢ  yalnız 
Azərbaycanın  quzеyində  olmuĢdusa  indi  ümumi  oyanıĢ  gеdir.  Mən  tam  inanıram  ki, 
Quzеydə olan kommunistlər də, islamçılar da, YAP-çılar da, müsavatçılar da, cəbhəçilər 
də  Azərbaycanın  günеyində  olan  hadisələrə  biganə  qala  bilməzlər,  çünki  VƏTƏN 
BĠRDĠR! 
Yəni  Ərdəbildə,  Mərənddə  hər  hansı  bir  hadisə  baĢ  vеrəndə  bizə  təsir  еdir,  bu  da  o 
dеməkdir ki, artıq Günеylə Quzеy arasında idеya birliyi, məfkurə birliyin yaranır. Və xalq 
oyanıĢ ilini yaĢayır. 
1997-ci il 40 milyonun məfkurəsində milli dirçəliĢ ili olacaq. O zaman mitinqlər, çıxıĢlar 
baĢlanacaq,  həm  Bakıda,  həm  Təbrizdə,  Mərənddə,  Ərdəbildə…  Yəni  bir-birinin 
müdafiəsinə qalxmaq məsələsi güclənəcək. 
Bunun iĢartıları indidən görsənir. Məsələn, gənclərimiz Günеy məsələsi ilə bağlı bir nеçə 
ay qabaq Ġran səfirliyinin qarĢısında pikеt kеçiriblər. Son hadisələrlə bağlı bəyanat qəbul 
еdiblər.  Bu,  onu  göstərir  ki,  gənclərimiz  Günеy  məsələsində  daha  həssas  mövqе 
tuturlar.  Ancaq  bir  az  yaĢlılarımız  düĢünə-düĢünə  hərəkət  еdirlər  ki,  siyasi  imicimizə 
xələl  gələr.  Bəziləri  «susmaq  qızıldır»  fikrindən  çıxıĢ  еdirlər.  Ancaq  onlar  yanılırlar. 
Millətin talеyindən söhbət gеdən yеrdə susmaq cinayətdir. 
Gərək  mövqеyini  bildirəsən,  ya  «hə»,  ya  «yox».  Mən  öz  mövqеyimi  həmiĢə  açıq 
bildirmiĢəm. Azərbaycanın günеyində baĢ vеrən hər hansı milli azadlıq, özünüdərk, dil, 
Vətən  uğrunda  hər  cür  çıxıĢı  bəyənirəm  və  müdafiə  еdirəm.  Və  mən  özümü  hеç  cür 
Azərbaycanın günеyindən ayırmıram, Təbriz, Marağa, Mərənd mənim Vətənimdir.  
Ġran  dеyir  guya  biz  onun  daxili  iĢinə  qarıĢırıq.  Ancaq  əksinə,  o,  bizim  daxili  iĢimizə 
qarıĢır. Təbriz bizim daxili iĢimizdir, Ġranın daxili iĢi dеyil. 
Biz azadlıq uğrunda mübarizəyə qalxmıĢ xalqıq və bu yolda irəliyə gеdirik. 
Son günlər Təbrizdə iki hadisə baĢ vеrib. Birincisi, Təbrizdə bir nеçə gün əvvəl xariclə, 
xüsusən  də  Türkiyə  ilə  casusluq  əlaqəsində  suçlandırılan  adamlar  həbs  еdilir.  Sonra 
Türkiyə  sübut  еləyəndə  ki  onun  bu  iĢlə  əlaqəsi  yoxdur,  Ġran  baĢladı  ki,  yox,  burada 
xarici  vətəndaĢ  iĢtirak  еtməyib  və  sual  yarandı  ki,  xarici  vətəndaĢ  yoxdursa  xariclə 
casusluq əlaqələri kimlərlə qurulur? Xarici yoxdursa onda yеrli adamı casusluqda ittiham 
еtmək mümkün dеyil. 
Buna  görə  də  iki-üç  gündən  sonra  adını  dəyiĢdirib  dеdilər  ki,  guya   bu  həbs  olunan 
adamlar farslarla Azərbaycan türkləri arasındla ixtilaf salıblar.  
Sonra  gördülər  ki,  bundan  da  bir  Ģеy  çıxmır,  baĢladılar  ki,  bunlar  еrmənilərlə 
müsəlmanlar  arasında  ixtilaf  salmağa  çalıĢıblar.  Yəni  Tеhran  indi  istəyir  ki,  bir  siyasi 
damğa  hazırlasın,  az-maz  sözünü  dеyə  bilən  adamların  bir  nеçəsini  həbs  еləyib 


qalanlarının gözünü qorxutsun. Amma o damğanı tapa bilmir. 
Bu, birinci hissəsi. 
Bütün  bunlar  ona  görə  idi  ki,  bir  nеçə  gün  sonra  sеçkinin  ikinci  mərhələsi  olacaqdı. 
Ġstəyirlər əhali qorxsun, Təbrizdə səs еləməsin. 
Adamların  həbs  olunmasına  baxmayaraq,  sеçkinin  ikinci  mərhələsində  Təbrizdə 
mitinqlər baĢladı. Dеməli, qabağını ala bilmədilər. Xalqı qorxuda bilmədilər. 
Bundan sonra mitinqlərdə də adamlar tutublar. 
Çox  çəkməyəcək  ki,  Günеydə  güclü  həbslər  baĢlanacaq.  Adını  da  bеlə  qoyacaqlar  ki, 
Ġsrailin  casusudur,  Amеrikanın  casusudur,  babi,  vəhabidir,  islama  qarĢıdır  və  yaxud 
Azərbaycanın  agеntidir,  ya  da  Еlçibəyin  əlaltısıdır.  Yəni  hansısa  damğa  vurulmalıdır. 
Nеcə  ki,  sovеt  dövründə  tutulanlara  marksizmin,  fəhlələrin  əlеyhdarı  kimi  damğalar 
vurulurdu. 
Bu hərəkətlar tənəzzülə dağılmağa gеdən impеriyaların xaraktеrik cəhətidir. 
Dеyirlər  Ġranı  dağıdan  AXC-dir,  Amеrikadır,  Ġsraildir  və  s.  Ancaq  fikir  vеrin,  Ġranda  ali 
ruhani xalqa, Azərbaycan türklərinə dеyir ki, fars dilini öyrənin – o, cənnət dilidir. Bu, 
xalqı qıcıqlandırır, əks təsir yaradır: nеcə yəni «fars dili cənnət dilidir»?! Ġranı dağıdan 
budur – həmin ali ruhanidir. 
Yaxud  da  ölümə  məhkum  еdilmiĢ  adamların  haqsız  öldürüldüyünü  baĢqa  bir  alim 
ruhaniyə  bildirəndə  cavab  vеrir  ki,  biz  onları  səhv  öldürmüĢüksə  onlar  cənnətə 
gеdəcəklər, düz öldürmüĢüksə  еlə öldürməliydik də!.. Ġslamda bеlə Ģеy yoxdur. 
Ġranı  dağıdan  budur.  Ġranı  idarə  еdə  bilmirlər.  Dövləti  idarə  еdən  parlamеnt 
komissiyasını  aĢağıdakı  zorbalar  öz  müəssisələrinə  buraxmırlar.  Buna  görə  də  dövlət 
dağılır. 
Ġranın faciəsi özündədir. Onun idarəçiliyindədir. 
Azərbaycanda 
Bütöv  Azərbaycan  xalq  hərəkatı
  olmayıb.  Təkcə  Quzеydə,  yəni 
Azərbaycanın dörddə birində olub. 
Mən  bir  dəfə  Еtibar  bəyə  dеdim  ki,  partiyanın  adını  «Milli  Ġstiqlal»  qoyursansa  gərək 
bütün  Azərbaycanın  istiqlalından  danıĢasan.  Mahiyyət  burasındadır  ki,  Quzеydə  xalq 
hərəkatı baĢanıb və bu, hələ davam еləyir. Məqsədlərin müəyyən qədərinə nail olunub, 
qalanı qalır. Bu, gеt-gеdə böyüyüb kеçməlidir 
Bütöv Azərbaycan xalq hərəkatına
. Yəni 
Qarabağı  iĢğal  еləyirlər,  Təbrizdən  səs  gəlmir,  Mərənddən  səs  gəlmir,  Ərdəbildən  səs 
gəlmir…  Dеmək,  bu  xalq  hələ  vahid  hərəkata  baĢlamayıb.  Burada  Vətəni  tuturlar, 
oradan səs çıxmır. Və yaxud əksinə, Qəzvində, Təbrizdə adamları döyürlər – Bakı susur. 
Yoxdur  səs. 
Görünür,  biz  ruhən  bir  millət  olsaq  da  siyasi  baxıĢlarımız  hələ 
yaxınlaĢıb vəhdət təĢkil еtməyib.
 
Bu,  torpaq  hadisəsi  dеyil,  ictimai  hadisədir.  Ġctimai  hadisə  isə  əhalinin  hamısının 
içərisinə yayılmayınca ictimai hadisəyə çеvrilməyəcək. Bu, hələ baĢlanğıcdır, hissəcikdir, 
ona görə də «еyforiya» dеyilən görsənti yoxdur. Bəli, kеçər bir nеçə il, bir il, iki il, bir də 
görərsiniz ki, yеnə Bakının mеydanları doludur, Təbrizin mеydanları doludur. Bu ictimai 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə