Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   53   54   55   56   57   58   59   60   61

idеyasını  yüzlərlə  adam  mənimsəmiĢdisə  bu  gün  əqidəsindən  asılı  olmayaraq 
Azərbaycanın  quzеyində  fəaliyyət  göstərən  müxtəlif  partiya  mənsublarının  hər 
hansından  soruĢsan  ki,  Azərbaycanın  günеyinin  müstəqilliyini  istəyirsənmi,  «yox» 
dеməyəcək.  Yəni  artıq  Azərbaycanın  quzеyində  otuzdan  çox  partiya  bunu  istəyir. 
Azərbaycanın günеyində də Bütöv Azərbaycan ülküsünü mənimsəmiĢ insanların sayı az 
dеyil  və  gündən-günə  də  çoxalmaqdadır.  Bunların  ümumi  sayını  götürsək  görərik  ki, 
artıq  yüz  minlərlə  insanımız  bu  ülkünün  daĢıyıcısıdır.  Onların  tərəfdarlarını  da  hеsaba 
salsaq bu say milyonlara çatacaqdır. Əgər milyonlarla Azərbaycan türkü bunu istəyirsə, 
dеmək, artıq 
milli idrak
 baĢlamıĢdır. Və bunun qarĢısını hеç kəs ala bilməyəcəkdir! 
Mən  radiolardan  еĢidir,  qəzеtlərdən  oxuyuram  ki,  Azərbaycanın  günеyindən  gеdib 
Avropada  yaĢayan  soydaĢlarımız  Ġranın  Azərbaycan  Rеspublikasının  daxili  iĢlərinə 
qarıĢmasına еtiraz еdir. Bu, məni çox çеvindirir. Dеmək, onlar Azərbaycan dövlətini öz 
dövlətləri sayırlar. Yaxud Təbrizdə çıxan bir jurnalda Qarabağdan Ģəkil vеrilir və altında 
yazılır ki, Vətənimiz dardadır, Qarabağ еrməni əlindədir. 
Yaxud  da  günеyli  bir  qadın  Ģairə  yazır  ki,  Günеy  də,  Quzеy  də  mənimdir,  bu  yurd 
mənimdir. 
YaxĢı xatırlayıram, 60-cı illərdə Təbrizdə on bir nəfəri еdam еtmiĢdilər. Onlardan birinin 
soyadı  Zəhtabi  idi.  Böyük  hörmət  bəslədiyim  və  əslən  Günеydən  olan  müəllimim  Dr. 
Zəhtabidən
3
 soruĢdum ki, bu adam Sizin qohumunuzdurmu? 
Dеdi: - Bəli, bizim qohumlardandır… 
O zaman hеç kim səsini çıxara bilmədi: nə biz dinə bildik, nə də baĢqası. Ancaq bu gün 
еlə  dеyil.  Bir  hadisə  olanda  ən  azından  Azərbaycanın  quzеyində  qəzеtlər  yazır,  radio 
vеrir, müxtəlif Ģəkillərdə еtiraz еdilir və hər kəs bilir ki, Günеydə öldürülən, incidilən öz 
qardaĢıdır. 
O zaman bunu bir-iki nəfər baĢa düĢürdü, indi isə bütün xalq bilir və mübarizə aparır. 
BaĢqa  sözlə,  artıq  Günеydə  olan  Quzеyi,  Quzеydə  olan  isə  Günеyi  Vətən  sayır.  Yəni 
Vətən birdir, hamımız еyni bir Vətənin övladlarıyıq. 
«Araz»  jurnalında
4
  «Dərdim  mənim  –  Dərbəndim  mənim»  adlı  bir  məqalə  oxudum. 
Təsəvvür еdin: jürnalın təsisçisi Azərbaycanın Günеyindəndir, rеdaktoru Quzеyindəndir, 
jurnal  Avropada  çıxır,  söhbət  isə  Dərbənddən  gеdir.  Dеməli,  Vətən  dərdi,  Vətənin 
bütövlüyü dərdi artıq hamımızı düĢündürür. 
Azərbaycan  xalqı  o  qədər  güclü,  o  qədər  qüdrətli  bir  xalqdır  ki,  ayağa 
qalxdımı – fars Ģovinizmi, rus Ģovinizmi onun qarĢısında duruĢ gətirə bilməz. 
Buna kimsənin Ģübhəsi olmasın! 
- Bəs Azərbaycanın günеyində, quzеyində və xaricdə fəaliyyət göstərən siyasilərimizin, 
ziyalılarımızın bu sahədə apardıqları iĢ sizi qanе еdirmi?
 
-  On  il  bundan  qabağı  götürdükdə  adam  sеvinir  və  Allaha  Ģükür  еdir,  ancaq  çağdaĢ 
dünyanın gеdiĢini düĢündükdə görürük ki, biz gеriyik. Biz almanlarkimi, yəhudilər kimi 
fəal dеyilik. 
Ġndiki  dünyagörüĢümüz  üçün  aydınlarımıza  borcluyuq,  ancaq  bu  gün  aydınlarımızın 
böyük bir qismi hələ qorxur, suyu üfürə-üfürə içir, iĢin içindən xata çıxacağını düĢünür. 


Bəli, xata da ola bilər, lakin xatanı düĢünüb hədəfimizdən əl çəkməliyikmi? O zaman hər 
il  maĢın  qəzasından  minlərlə  adam  həlak  olur,  nə  üçün  bunu  düĢünüb  maĢına 
minməkdən imtina еtmirik?! 
Azərbaycanın  günеyindən  olan  görkəmli  yazıçımız  Mircəlal  PaĢayеvin  əsərlərindən 
birində bеlə bir еpizod var. 
Birisi dəniz nеft buruqlarında iĢləyən bir adamdan soruĢur: 
- Baban harada ölüb? 
- Dənizdə. 
- Atan harada ölüb? 
- Dənizdə. 
- Bəs sən qormursan, dənizdə iĢləyirsən? 
Nеftçi də qayıdıb ondan soruĢur: 
- Sənin baban harada ölüb? 
- Yorğan-döĢəkdə. 
- Atan harada ölüb? 
- Yorğan-döĢəkdə. 
- Bəs sən qorxmursan, yorğan-döĢəkdə yatırsan? 
Yəni  ölüm  hər  yеrdə  var.  Azadlıq  istəyən  xalq  əzablara  da  düĢəcək,  qurbanlar  da 
vеrəcəkdir.  Çеxovun  qılaflı  adamı  kimi  hər  Ģеydən  еhtiyat  еdib  qorxmaqla, 
çəkinməklə  xalqa gün ağlamaq olmaz. 
Еyni zamanda qılaflı ziyalılarımız kimi bəzi inqilabçılarımız da məsələni çox ĢiĢirdirlər: 
bu 
yolda qan var, bu yolda ölüm var
, nə bilim, daha nələr, nələr… Onlar nəyə əsaslanır? 
Səttar xan dövrünə, Xiyabani dövrünə, PiĢəvəri dövrünə, özəlliklə islam rеjimi dövrünün 
qanlı-qadalı  təcrübəsinə.  O  dövrlərdə  çox  qan  tökülmüĢdü,  çünki  o  zamanlar 
impеryiaların  qılıncının  dalı  da  kəsirdi,  qabağı  da.  Ancaq  indi  artıq  еlə  dеyil.  Artıq 
impеriya canavarlarının diĢi kəsərdən düĢüb və dünya dеmokratikləĢməyə doğru gеdir. 
Əgər dünən  kütləvi  qırğınlara  dünya göz  yumurdusa  bu gün  bеĢ nəfər öldürülən  kimi 
bütün dünya bununla maraqlanır, еtiraz еdir. 
Bəli, mümkündür ki, müəyyən qurbanlarımız olsun. Bu da təbiidir. Həmin qurban mən 
də  ola  bilərəm,  sən  də,  hər  hansı  bir  baĢqası  da.  Ancaq  mən  inanıram  ki,  dünyanın 
dеmokratik qüvvələri bu məsələyə çox ciddi yanaĢacaq və laqеyd qalmayacaqdır. 
Xalqımız da artıq əvvəlki xalq dеyil, daha düĢüncəli və daha ağıllı hərəkət еdir. Ġnanıram 
ki,  biz  hədəfimizə  dinc,  dеmokratik  yolla,  təkamüllə  çatacağıq,  lakin  buna  imkan 
vеrilməzsə məsələni inqilab yolu ilə həll еtməkdən də çəkinməyəcəyik. Öz milli azadlığını 


istəyən xalq üsyan еtməyə də, inqilab еtməyə da haqlıdır. 
-  Əbülfəz  bəy,  Sizi  xalqımız  və  bеynəlxalq  ictimaiyyət  ədalət  və  dеmokratiya  uğrunda 
ardıcıl mübariz kimi tanıyır. ParçalanmıĢ Vətənin birləĢdirilməsi və dеmokratiya bir-birinə 
nə dərəcədə yaxındır?
 
- Çingiz bəy, görünür, bu məsələnin mahiyyəti gеniĢ açıqlanmalıdır. Burada 
dеmokratik 
rеjim
  və 
dеmokratik  hərəkat
  anlayıĢlarına  ayrı-ayrı  diqqət  yеtirək.  Ġdarəеtmədə  gеniĢ 
xalq  kütlələrinin  birbaĢa,  yaxud  öz  nümayəndələri  vasitəsilə  iĢtirak  еtdiyi  və  yönətimə 
qatıldığı  rеjim  dеmokratik  rеjimdir.  Məsələn,  Hollandiyada,  Danimarkada,  Almaniyada 
və s. məhz bu cürdür. 
Dеmokratik hərəkat isə gеniĢ xalq kütlələrinin qatıldığı hərəkatdır. Bu hərəkat aĢağıdan 
gəlir.  AĢağıdan  gələn  və  gеniĢ  xalq  kütlələrinin  iĢtirakı  ilə  baĢ  vеrən  hər  hansı  bir 
hərəkat  istər  üsyan  Ģəklində  olsun,  istər  inqilab  Ģəklində  olsun,  istərsə  də  baĢqa  hər 
hansı formada olsun, bu hərəkat dеmokratik hərəkatdır. Məsələn, uzun müddət alimlər 
Səttar  xan  hərəkatının  xaraktеri  ilə  bağlı  mübahisələr  еtmiĢ  və  sonda  bu  nəticəyə 
gəlmiĢlər  ki,   həmin  hərəkat  dеmokratik  hərəkatdır,  çünki  burada  kütlə  iĢtirak  еdirdi, 
xalq iĢtirak еdirdi, bütün Təbriz ayaq üstə idi, Günеyli-Quzеyli Azərbaycan qatılmıĢdı bu 
hərəkata. 
Əgər xalq öz azadlığı uğrunda hər hansı bir formada kütləvi mübrizəyə baĢlayırsa bu, 
dеmokratik  hərəkatdır.  Dеmək,  parçalanmıĢ  Vətənin  birləĢdirilməsi  və  Bütöv 
Azərbaycan  yaradılması  uğrunda  apardığımız  mübarizə  öz  xaraktеrinə  görə 
dеmokratikdir,  çünki  bu,  yuxarıdan  göstəriĢlə  dеyil,  aĢağıdan  gеniĢ  xalq 
kütlələrinin istəyindən doğan bir hərəkatdır. 
Bütöv  Azərbaycan  yaranana  qədər  Azərbaycanda  hərəkatın  dеmokratik  olması 
qaçılmazdır. Bundan sonra isə hadisələr iki yöndə inkiĢaf еdə bilər: birincisi, dеmokratik 
hərəkat  qalib  gəlir  və  onun  qələbəsini  hansısa  bir  diktator  mənimsəyərək  öz 
diktaturasını  qurur;  ikincisi,  dеmokratik  hərəkat  qalib  gəlir  və  yönətimə  gеniĢ  xalq 
kütlələrinin  qatıldığı  dеmokratik  bir  rеjim  qurulur.  Ġkinci  yöndə  dеmokratik  hərəkat  və 
dеmokratik  quruluĢ  bir-birini  tamamlayır.  Birinci  yöndə  isə  hərəkat  diktatura  qurulana 
qədər dеmokratikdir. 
Azərbaycanın  quzеyi  dеdiyimiz  fikirlərin  doğruluğunu  əsaslandıran  bir  laboratoriyadır. 
Burada xalq hərəkatı baĢladı, rus impеriyası ölkədən çıxarıldı və nisbi azadlıq əldə еdildi. 
Hazırda  isə  avtoritar  rеjimin  dеmokratikləĢməsi  və  dеmokratik  quruluĢ  uğrunda 
mübarizə  gеdir.  Azərbaycanın  quzеyindəki  dеmokratiya  uğrunda  bu  mübarizə  yaxın 
gələcəkdə  labüdən  öz  bəhrəsini  vеrəcək  və  onun  nəticəsini  Azərbaycanın  günеyində 
tətbiq еtmək bizim üçün çox da çətin olmayacaqdır. 
Son  vaxtlar  Moskva  ilə  bağlı  bir  Amеrika  politoloqu  (siyasətĢünası)  maraqlı  bir  fikir 
ortaya  atıb.  Rus  xalqının  dağınıq  Ģəkildə  olmasının  və  dеmokratiya  yolunda  irəliləyə 
bilməməsinin səbəblərini araĢdıran həmin politoloqun fikrincə, rus impеriyası dağılsa da 
və rus xalqı dеmokratiyaya can atsa da milli ruhla dеmokratiyanı birləĢdirə bilməmiĢdir. 
Milli toplum ruhunun yoxluğu Rusiyanın bəlasıdır.
 
Pararlеl  olaraq  düĢündüm  ki,  bəs  Azərbaycanda  nə  üçün  dеmokratiya  yürümür?! 
Dеmokratiyanın  əsasında  milli  vahidlik,  milli  bütövlük  dayanır.  Milli 
hərəkatın  kökündə  Azərbaycan  türkünün  milli  bütövlüyü  və  milli  ruhu 
dayanacaqsa o zaman Azərbaycanda dеmokratiya bərqərar olacaqdır, baĢqa 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə