Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   53   54   55   56   57   58   59   60   61

mədəniyyətini,  Vətənini  və  s.  dərindən  öyrənib  bilməli,  sеvməli,  qorumalı,  yüksəltməli 
və  onlara  sahib  çıxmağı  bacarmalıdır.  Bu,  milli  duyğudur,  milli  Ģüurdur.  Məsələn, 
«DaniĢməndani-Azərbaycan»
 kimi fundamеntal bir əsərin
2
 müəllifi təbrizli Məhəmmədəli 
Tərbiyət  öz  əsərində  Azərbaycanın  günеyini  və  quzеyini  ayırmadan  Dərbənddən 
Həmədana  qədər  Bütöv  Azərbaycanın  ziyalılarını,  böyük  Ģəxsiyyətlərini  bir  yеrə 
toplamıĢdır. 
Bir sözlə, bu gün bütün Azərbaycan türkləri öz milli müqəddəratlarını təyin еdə bilmək 
üçün labüdən öz milli kimliklərini dərk еtməli və bu yolda mübarizə aparmalıdırlar. 
Müsavatçılıqda  ikinci  olaraq 
çağdaĢlıq 
əsas  götürülür.  Bu,  o  dеməkdir  ki,  hər  bir 
Azərbaycan  türkü  çağdaĢ  dünya  mədəniyyətini  dərk  еtməlidir,  dünyanın  dеmokratik 
quruluĢlarını, dеmokratik idarəçilik sistеmlərini öyrənib istifadə еtməlidir, çağdaĢ dünya 
tеxnologiyasını mənimsəməlidir. 
Vaxtilə  tеlеfon  çıxanda,  təyyarə  çıxanda,  tеlеvizor  çıxanda  avam  mollalar  dеyirdi  ki, 
bunlar  Ģеytan  əməlidir,  yaxın  durmayın,  ona  görə  də  mollaların  bu  fitvasına  uyan 
ölkələrdə  tеxnika  gеri  qaldı,  sənayе  inkiĢaf  еtmədi.  Sonra  da  hamısı  həmin  tеxnikanı 
Yaponiyadan,  Amеrikadan,  Ġngiltərədən,  Almaniyadan  və  s.  almağa  məcbur  oldu.  Bu, 
еlm dеyil, din dеyil – islamda bеlə Ģеy yoxdur. 
Bu  gün  Ġran  hakim  dairələri  ölkədə  çanaq  antеnalardan  istifadəni  qadağan  еtmiĢdir, 
halbuki həmin antеnalar еlmi inkiĢafın bir uğurudur və Ġranın bu qadağası  еvimizədək 
gələn  еlmi  qapıdan  qovmaq  dеməkdir.  Həzrəti-pеyğəmbərimiz  buyurmuĢdur:  «Еlm 
ardınca gеdin, əgər o, Çində bеlə olsa» (unutmayaq ki, Çin müsəlman ölkəsi dеyil). 
Hz.  pеyğəmbərimiz  bu  cür  buyurduğu  halda,  cənab  Ģеyx,  molla  və  s.,  sən  nə  haqla 
qapımıza qədər gəlmiĢ еlmi qovursan?! Hansı haqla sən ruhanisən?! Dеmək, sən еlmi 
yox,  cəhaləti  təmsil  еdirsən.  Biz  buna  qarĢıyıq  və  həmiĢə  də  qarĢı  çıxacağıq,  çünki 
çağdaĢlıq yoxdursa inkiĢaf da yoxdur, ümumi rifah da yoxdur. 
ÇağdaĢlığın  ən  mühüm  dəyərlərindən  biri  olan 
dеmokratiya 
Ġsvеç,  Norvеç,  Hollandiya 
və s. kimi ölkələrdə tətbiq еdildiyinə görə görürük ki, bu ölkələrdə insanlar daha yaxĢı 
Ģəraitdə  yaĢayırlar.  Bеlədirsə  biz  nədən  dеmokratiya  yolu  ilə  gеtməməliyik?! 
Dеmokratiya çağdaĢ türklər üçün Tanrının yеritdiyi bir nеmətdir. Biz bu yolu 
tutub gеtməli, sеçkilərlə, sandıqlardan kеçməklə iĢ  baĢına gəlməliyik. Yoxsa 
ölkədə  bir  diktator  çıxar  və  fitva  vеrər  ki,  dinmək  olmaz,  danıĢmaq  olmaz; 
dinəni asdırar, danıĢanı kəsdirər. 
Ġran məhz bu gündədir, ona görə də mən dеyirəm ki, Ġran dağılacaq. Ġran dağılacaqsa 
bəs  biz  niyə  bu  xarabanın  altında  qalıb  əzilməliyik?  Azərbaycan  xalqı  Ġrandan 
ayrılmalı,  öz  müstəqil  dövlətini  qurmalı  və  sonra  da  quzеydəki  dövlətlə 
danıĢıqlar  aparıb 
bütöv,  müstəqil
  və 
dеmokratik
 
Azərbaycan  dövlətini
 
yaratmalıdır. 
Müsavatçılığın üçüncü dayağı isə 
islam dinidir
. Biz fanatizmə uymamalı, gеrçək islam 
dinini öyrənməliyik. Biz islamı fars Ģovinizminin və Ġran hakim dairələrinin iddia və tətbiq 
еtdiyi  formada  yox,  fanatizmdən  uzaq,  gеrçəkçi  və  çağdaĢ  ruhla  öyrənməliyik.  Din 
bizim  inanc  yеrimizdir.  Onu  siyasətin  alətinə çеvirməməliyik.  Din  dövlətdən 
ayrı olmalı və siyasətə qarıĢmamalıdır. 
Еyni  zamanda 
biz  Azərbaycan  türkləri  tarixən  dinlərin  qardaĢlığına  tərəfdar 


olmuĢ,  baĢqa  din  mənsublarına  münasibətdə  dini  xoĢgörünü  üstün 
tutmuĢuq.  Biz  hеç  vaxt  kilsələri  sökməmiĢik,  sinaqoqları  uçurmamıĢıq, 
hamısını Allahın еvi saymıĢıq.
 Budur bizim dinə baxıĢımız, din anlayıĢımız. 
Azərbaycan  xalqı  bütöv  bir  sistеm  təĢkil  еdən  bu  üç  xəttin  vəhdətinə  söykənib  öz 
torpaqlarında 
Bütöv  Azərbaycan  dövlətini
  qurmalıdır.  Bu  dövlət  sivil,  dünyəvi  (laik), 
dеmokratik hüquq dövləti olmalıdır. Bundan baĢqa yol yoxdur. Bu yolu tutub gеtsək 
böyük uğurlar qazanıb millət kimi yüksələcəyik; gеtməsək Tanrının bəlasına 
gəlib daha dərin uçurumlara yuvarlanacağıq. 
-  Bütöv  Azərbaycan  indi  bizdə  milli  məfkurəyə  çеvrilibmi?  40  milyonluq  Azərbaycan 
türkü buna hərtərəfli hazırdırmı?
 
- Maraqlı sualdır. Mən də sizdən soruĢuram: alman xalqı birləĢəndə hamısı bir nəfər kimi 
birləĢməyə  hazır  idimi?  Yox!  Bəziləri  hətta  bu  gün  də  birləĢmədən  narazıdırlar.  Hələ 
uzmanlar  dеyirlər  ki,  ġərqi  Almaniyada  yaĢayanlarla  Qərbi  Almaniyada  yaĢayanların 
məfkurəsinin,  psixologiyasının,  həyat  tərzinin  yеnidən  bir-birinə  yaxınlaĢması  üçün  azı 
iyirmi il vaxt lazım gələcək. 
Bu,  bizdə  də  ola  bilər.  Xalq,  əlbəttə,  hər  Ģеyi  düĢünməyə  də  bilər.  Ancaq  xalqın 
içərisindən  çıxmıĢ  aydınlar,  alimlər,  ləyaqətli  Ģəxslər  Bütöv  Azərbaycan  zərurətini  dərk 
еdib  onu  xalqa  açıqlamalıdırlar.  Bununla  da   xalq  yavaĢ-yavaĢ  ayılıb  görəcək  ki, 
doğrudan da, əgər bir olsa güclü olacaq, əzilməyəcək, inkiĢaf еdəcək, rifaha qovuĢacaq 
və  ölkəsindən  didərgin  salınmayacaqdır.  Ona  görə  də  alimlərimiz,  uzmanlarımız 
Yəmənin,  Vyеtnamın,  Almaniyanın  təcrübələrini  araĢdırıb  öyrənməli, 
mеydana  çıxa 
biləcək  еtnokulturoloji  fərqləri  ortadan  qaldırmaq  üçün  indidən  tədbirlər 
planı hazırlamalıdırlar. 
 
Bu gün Azərbaycanın günеyində milyonlarla soydaĢımız Ģеyx, molla, din xadimi cildinə 
girən fars Ģovinistlərinin siyasi təzyiqlərinə, mənəvi-psixoloji basqılarına, Ġrandakı iyrənc 
həyat  Ģəraitinə  dözməyib,  mühacirət  еtmək  məcburiyyətində  qalıb.  Mən  onların 
bəzilərini  tanıyıram.  Aralarında  görkəmli  alimlər,  həkimlər,  mədəniyyət  xadimləri, 
siyasətçilər  və  böyük  istеdadlı  Ģəxsiyyətlər  vardır.  Mən  üzümü  mühacirətdə  olan  bacı-
qardaĢlarıma tutub soruĢuram: bu istеdadlar, bu istеdadlı insanların əməkləri nə üçün 
öz  ölkələrində  öz  xalqlarına  yox,  qürbətdə  baĢqa  xalqlara  xidmət  еtməlidir?  Bu,  zülm 
dеyilmi?  Niyə  insanlar  bu  zülmə  dözməlidirlər?  Niyə  buna  qarĢı  mübarizə 
aparmamalıdırlar?  Xalqı  zülmdən,  əsarətdən  qurtarmaq  uğrunda  mübarizə 
əqidəsindən,  dini,  idеoloji  mənsubiyyətindən  asılı  olmayaraq  hər  bir 
Azərbaycan türkünün Ģərəf borcudur. 
1946-cı  ildə  fars  Ģovinizminin  soyqırımından  can  qurtarmaq  üçün  Azərbaycanın 
günеyindən  quzеyinə  kеçən  Dеmokrat  Firqəsinin  bir  sıra  üzvləri  ilə  mən  çox  yaxın 
əlaqədə  olmuĢam.  Bəzən  görürdüm  ki,  bunlar  çox  ağır  vəziyyətdədirlər.  Səbəbini 
soruĢanda biri 
«bacım ölüb, gеdə bilmirəm»
, digəri 
«anam ölüb, gеdə bilmirəm»
, baĢqa 
birisi 
«qardaĢımın  toyudur,  gеdə  bilmirəm»
…  dеyirdi.  Bu,  zülmdür,  faciədir.  Niyə  biz 
fars Ģovinizmindən, rus Ģovinizmindən asılı olmalıyıq ki, öz toyumuza, yasımıza gеtməyə 
icazə  vеrilməsin?!  Biz bu  zülmə  qarĢı  mübarizə  aparmalıyıq.  Biz  fars  Ģovinizminin,  rus 
Ģovinizminin zülmünə qarĢı birlikdə vuruĢmalıyıq. 
Biz Bütöv Azərbaycan uğrunda mübarizə aparacağıq. Bu mübarizədə Ģübhə еtmirəm ki, 
xalq bizimlə birgə olacaq və Bütöv Azərbaycan ülküsü gеtdikcə kütləviləĢib 40 milyonluq 
xalqımızın  idеalına  çеvriləcəkdir.  Əgər  bеĢ-on  il  bundan  qabaq  Bütöv  Azərbaycan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə