Bütöv Azərbaycan Yolunda


TƏRƏQQĠPƏRVƏR DÜNYA ĠCTĠMAĠYYƏTĠNƏ VƏ BEYNƏLXALQ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   40   41   42   43   44   45   46   47   ...   61

TƏRƏQQĠPƏRVƏR DÜNYA ĠCTĠMAĠYYƏTĠNƏ VƏ BEYNƏLXALQ 
TƏġKĠLATLARA MÜRACĠƏT 
Dünya ictimaiyyəti Sovеtlər Birliyindən sonra ən böyük «millətlər həbsxanaları»ndan biri 
olan  Ġranda  insan  hüquqları  və  azadlıqlarının  ən  kobud  Ģəkillərdə  pozulmasına, 
qonunsuzluq və tеrrorun baĢ alıb gеtməsinə, sözsüz ki, biganə dеyildir. Ġnsanların siyasi 
əqidə və baxıĢlarına görə kütləvi Ģəkildə həbsə alınması, təzyiq və iĢgəncələrə, tеrror və 
qətllərə  məruz  qalması,  Ġranda  yaĢayan  müxtəlif  xalqlara  qarĢı  ayrı-sеçkilik  siyasəti 
tətbiq olunaraq onların hər hansı bir milli-mədəni hüquqdan məhrum еdilməsi, xalqların 
milli azadlıq hərəkatlarının misli görünməmiĢ bir Ģiddət və vəhĢiliklə yatırılması özəlliklə 
1978-ci il islam inqilabından sonra Ġran hakim dairələri tərəfindən insanlara və xalqlara 
qarĢı tətbiq olunan siyasətin xaraktеrik cəhətlərini təĢkil еtməkdədir. 
Əsrin əvvəllərindən baĢlayaraq cərəyan еdən və 1978-ci ildən sonra Ġranda cinayətkar 
«Ġslam Cümhuriyyəti» rеjiminin yaranması ilə özünün yеni kеyfiyyət mərhələsinə qədəm 
qoyan  günеydəki  Azərbaycan  türklərinin  milli  azadlıq  hərəkatı  Ġran  hakim  Ģovinist 
dairələri  tərəfindən  ən  ağır  təzyiq  və  basqılara  məruz  qalmıĢ,  bu  yolda  minlərlə  igid 
övladı qurban gеtmiĢ, on minlərlə qəhrəman oğulları həbsxanalara atılmıĢ, yüz minlərlə 
vətənsеvər mübariz ərləri doğma Vətənindən didərgin düĢmüĢdür. 
Ġran  hakim  dairələrinin  hеç  bir  əxlaq  və  məntiqə  sığmayan,  bеynəlxalq  hüquq 
normalarına və insan hüquqlarına tamamilə zidd olan bu hərəkətləri bütün bеynəlxalq 
təzyiqlər  və  xəbərdarlıqlara  baxmayaraq  son  dövrlər  daha  da  ĢiddətlənmiĢ, 
Azərbaycanın  günеyindəki  milli  azadlıq  hərəkatının  yüzlərlə  nümayəndəsi  həbsə 
atılmıĢdır.  Həbs  olunanlar  arasında  onlarla  qadın  soydaĢımızın  da  adına  rast  gəlmək 
olar. Xatırladaq ki, Ġran Ġslam Cümhuriyyəti  rеjimində qadınların kütləvi Ģəkildə həbsə 
alınması faktı hеç  də yеni və təsadüfi dеyil  –  bundan  öncə  də yüzlərlə  qadının  həbsə 
alınması, ən iyrənc üsullarla iĢgəncə və təhqir еdilməsi, hətta qətlə yеtirilməsi faktlarına 
rast gəlmək mümkündür. Məhz buna görə də Ġranı yalnız «millətlər həbsxanası» dеyil, 
həm  də  «qadınlar  həbsxanası»  adlandırmaq  daha  doğru  olardı.  ġübhəsiz  ki,  həbs 
olunanlar arasında onlarca qadının da adının çəkilməsi Azərbaycan türklərinə qarĢı Ġran 
rеjiminin təqib, təzyiq və rеprеssiyalarının miqyasını göstərməklə yanaĢı, еyni zamanda 
Azərbaycanın  günеyində  gеdən  milli  azadlıq  hərəkatının  cəmiyyətin  gеniĢ  təbəqələrini 
əhatə еdərək kütləvi xaraktеr aldığını göstərməkdədir 
ġübhə  еtmirəm  ki,  Azərbaycanın  günеyində  milli  azadlıq  hərəkatı  kütləviləĢdikcə  Ġran 
hakim  Ģovinist  dairələri  rеprеssiya  tədbirlərini  daha  da  gücləndirəcək,  insan  hüquqları 
sahəsində daha gеniĢ pozuntulara yol vеrəcəkdir. 
Bütün  bunlara  görə  əlaqədar  bеynəlxalq  təĢkilatlara  və  tərəqqipərvər  dünya 
ictimaiyyətinə  müraciət  еdərək  onların  diqqətini  son  vaxtlar Ġranda insan  hüquqlarının 
və xüsusən qadın hüquqlarının daha gеniĢ miqyasda pozulması faktlarına cəlb еdir, bu 
sahədə  Ġran  rеjiminə  qarĢı  ciddi  tədbirlər  almağa  çağırıram.  SoydaĢlarımızın 
Azərbaycanın günеyində apardığı milli azadlıq mübarizəsini tamamilə dəstəkləyir, əmin 
olduğumu bildirmək istəyirəm ki, xalqımızın apardığı bu mübarizə gеc-tеz öz bəhrəsini 
vеrəcək,  günеyli-quzеyli  Azərbaycan  birləĢəcək  və 
Bütöv  Azərbaycan  dövləti
 
yaranacaqdır.Bu müqəddəs mübarizədə Tanrı bizlərə yar olsun!. Hörmətlə: 
Əbülfəz ЕLÇĠBƏY
 
Kələki, 24 aprеl 1996
 
 


AZƏRBAYCANIN GÜNEYĠNDƏ BAġ VERMĠġ TƏBĠĠ FƏLAKƏTLƏ BAĞLI 
MÜRACĠƏT 
Vətənimizin günеy hissəsində – Ərdəbil və MеĢgin Ģəhərləri ətrafında baĢ vеrmiĢ zəlzələ 
nəticəsində  yüzlərcə  soydaĢımızın  həlak  olması,  minlərlə  Azərbaycan  türkünün 
yaralanması və еvsiz-еĢiksiz qalması xəbərini еĢidib dərindən kədərləndim. 
Ölkəmizin  günеy  hissəsində  yaĢayan  soydaĢlarımızın  düĢdüyü bu  ağır  vəziyyətdə  mən 
bütün  dünya  ictimaiyyətinə,  dünyanın  bütün  insanpərvər  qurumlarına,  Azərbaycanın 
günеyində, quzеyində və Azərbaycan hüdudları xaricində fəaliyyət göstərən təĢkilatlara, 
qurumlara,  cəmiyyətlərə  və  bütün  Azərbaycan  türklərinə  müraciət  еdərək  onları 
zərərçəkən  həmvətənlərimizə  hərtərəfli  yardıma  çağırıram.  Ġnanıram  ki,  tarixin  ağır 
sınaqlarından  dəfələrlə  uğurla  çıxmıĢ  xalqımız  təbiətin  bu  ağır  sınağından  da 
özünəməxsus dözüm və dəyanətlə çıxmağı bacaracaqdır. 
BaĢ  vеrmiĢ  bu  təbii  fəlakət  və  onun  ağır  nəticələri  ilə  bağlı  üzüntümü  bir  daha  ifadə 
еdərək Böyük Millətimizə və həlak olanların ailələrinə baĢsağlığı vеrir, Ulu Tanrıdan səbr 
diləyirəm! 
Hörmətlə: 
Əbülfəz ЕLÇĠBƏY
 
Kələki, 4 fеvral 1997
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


AVROPA BĠRLĠYĠ ÖLKƏLƏRĠNƏ VƏ MÜTƏRƏQQĠ DÜNYA 
DÖVLƏTLƏRĠNƏ MÜRACĠƏT 
Bеrlin məhkəməsinin Mikonos hadisəsi ilə bağlı hökmünü dərin razılıq hissi ilə qarĢıladıq. 
Dünyanın,  özəlliklə  Avropanın  bir  çox  ölkələrində  illərdən  bəri  dövlət  səviyyəsində 
tеrrorçuluq fəaliyyəti sürdürən Ġrana qarĢı indiyədək ciddi tədbirlərin görülməməsi onun 
əl-qolunu  açmıĢ,  tеrror  aktlarını  daha  da  gеniĢ  miqyasda  həyata  kеçirməsinə  imkan 
yaratmıĢdır.  GеcikmiĢ  də  olsa  Bеrlin  məhkəməsinin  bu  doğru  hökmü  Ġranın  dövlət 
tеrrorizminə «dur» dеyən ilk addımlardan biri kimi təqdirəlayiqdir. 
Ölkə  daxilində  və  xaricində  tеrrorizmi  dövlət  siyasətinə  çеvirmiĢ  Ġran  Ġslam 
Cümhuriyyəti  özünün  fundamеntalist  xislətindən  irəli  gələrək  yarandığı  gündən  bəri 
dеmokratiyanın boğulması və insan haqlarının pozulması faktlarına görə dünyada örnək 
təĢkil еtmiĢ və bu sahədə ən iyrənc üsullara əl atmaqdan bеlə çəkinməmiĢdir. 
Bu gün xalqlar həbsxanasına dönmüĢ Ġran öz vətəndaĢları olan Azərbaycan türklərinin, 
türkmənlərin,  kürdlərin,  ərəblərin,  bəlucların  və  baĢqa  xalqların  milli  haqlarını 
qəddarlıqla tapdalamaqda, nəinki onların öz milli müqəddəratını təyinеtmə hüquqlarını, 
hətta ən kiçicik haqlarını bеlə kobudcasına və ən vəhĢi üsullarla pozmaqdadır. Mikonos 
hadisəsi  bunun  tipik  örnəklərindən  yalnız  biridir  və  əgər  bеlə  bir  fakt  Avropanın 
mərkəzində baĢ vеrirsə Ġran daxilində daha nələrin baĢ vеrdiyini təsəvvür еtmək bir o 
qədər də çətin dеyildir. 
Bеrlin məhkəməsi öz haqlı hökmü ilə bəlli bir gеrçəkliyi ortaya qoyaraq Ġran dövlətinin 
əsl  simasını  açdı.  Bu,  Avropanın  Ġranı  daha  dəqiq  tanımağa  baĢlaması  dеməkdir. 
Məhkəmənin  hökmündən  sеvinir  və  inanırıq  ki,  bundan  sonra  mütərəqqi  dünya 
dövlətləri və özəlliklə Avropa Birliyi ölkələri Azərbaycanın günеyində yaĢayan, hər hansı 
bir  milli  hüquqdan  məhrum  olunan  30  milyonluq  Azərbaycan  türkünün  haqlı 
mübarizəsini  daha  yaxĢı  baĢa  düĢəcək  və  dəstəkləyəcəkdir.  Həmçinin  ümid  еdirik  ki, 
tеrrorçuluqda  yaxın  müttəfiqi  və  dostu  Ġrandan  hеç  də  gеri  qalmayan  Еrmənistanın 
Azərbaycan  Rеspublikası  daxilində  apardığı  tеrrorçuluq  fəaliyyətləri  də  düzgün 
qiymətləndiriləcək və pislənəcəkdir. 
Biz  Avropa  Birliyi  ölkələrinə  və  mütərəqqi  dünya  dövlətlərinə  müraciət  еdərək  onları 
Bеrlin  (Mikonos)  məhkəməsinin  haqlı  hökmünü  dəstəkləməyə  və  Ġranın  dövlət 
tеrrorizmini durdurmağa yönəlik daha ciddi addımlar atmağa çağırırıq. 
  
Əbülfəz ЕLÇĠBƏY
 
Kələki, 19 aprеl 1997
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə