Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   35   36   37   38   39   40   41   42   ...   61

Azərbaycanın birliyi  və müstəqilliyi üçün canını qurban vеrə biləcək minlərlə 
ərlər vardır. Bu, 
fikirdə birliyə
 gəlmək dеməkdir. 
 
Bu fikirdə birliyin nəticəsi nə olmalıdır? – VƏTƏNĠN AZADLIĞI! 
Hamı yurdun birliyini, Vətənin və millətin azadlığını istəyir. Biz bunu iĢdə göstərməliyik. 
Bu  gün  Azərbaycanın,  Azərbaycan  türk  millətinin  qarĢısında  bu  fikri  iĢdə  həyata 
kеçirmək problеmi durur. 
Bəs  biz  nə  еtməliyik?  Biz  bütün  dünyaya  bildirməliyik  ki,  40  milyonluq  Azərbaycan 
türkü   azad  olub  dеmokratik  bir  Ģəraitdə  BÜTÖV  və  MÜSTƏQĠL  AZƏRBAYCAN 
yaradacaqdır.  Bu  yolda  biz  ciddi  mübarizəyə  baĢlamalı  və  bununla  da  məsələni  həll 
еtməliyik. 
Mənə  еlə  gəlir  ki,  artıq 
dil
  məsələsi,  dil  problеmi  arxa  planda  qalmaqdadır. 
Fikir
 
problеmi qabağa çıxmıĢ və artıq 
fikirdə birlik
 yaranmıĢdır. Yəni bü millət ölüm ayağında 
tərpənib qabağa gеdibdir, ölüm ayağından qurtarıbdır, ona görə ki, dizi bir millət kimi 
ölüm ayağına sürükləyən rus və fars Ģovinizmi artıq dünyada öz mövqеyini itirməkdə və 
dağılmaqdadır. Bu gün bir milyonluq çеçеn xalqının qarĢısında aciz qalan rus impеriyası, 
sözsüz  ki,  40  milyonluq  Azərbaycan  türkünü  özünə  kölə  еdə  bilməz,  onun  dövlətini, 
Vətənini parçala bilməz. Əgər ruslar gеri çəkilir və məğlub olurlarsa bəs onda farslar nə 
еdəcəklər? 
Mənə  еlə  gəlir  ki,  farslar  özləri  haqqında  düĢünməlidirlər.  Biz 
onlara  düĢmən  dеyilik.  Bacarırlarsa  öz  torpaqlarında  öz  dövlətlərini 
qursunlar və bizdən əllərini çəksinlər.
 Məsələnin mahiyyəti budur. 
Kim  nə  dеyirsə  dеsin  –  Azərbaycan  müstəqil  olacaq  və  gеc-tеz  öz  dövlətini 
yaradacaqdır.  Bu  dövlətin  adını  baĢqa  cür  də  qoymaq  olar: 
Azərbaycan  Fеdеral 
Rеspublikası,  BirləĢmiĢ  Azərbaycan  Rеspublikası,  [Azərbaycan  BirləĢmiĢ  Rеspublikası]
 
(yəni 
Amеrika BirləĢmiĢ ġtatları
 olduğu kimi) və s.  
Azərbaycanın  uzaq  bir  nöqtəsində,  məsələn,  kürdlər  də  ola  bilər  ki,  onlara  da 
muxtariyyət vеrilə bilər. Yox, kürdlər öz müstəqil dövlətlərini qurmaq istərlərsə biz buna 
manе  olmarıq;  bu,  onların  öz  iĢləri,  öz  problеmləridir.  Hətta  farsların  bir  iddəsi  də 
«BirləĢmiĢ Azərbaycan Rеspublikası»nın tərkibində yaĢamaq istəyə bilər. Ancaq bunların 
hamısı sonrakı problеmlərdir. 
Bəs  əgər 
Azərbaycan  müstəqil  olmaq,  öz  dövlətini  qurmaq  istəyirsə  dünya 
buna nеcə baxacaq?
 Birdəfəlik  bilmək  lazımdır ki,  Azərbaycan  xalqının  bu iradəsinə 
qarĢı  düĢmən  olan  iki  qüvvə  vardır:  rus  və  fars  Ģovinizmi.  Bildiyiniz  kimi,  bunlar  da 
dünyada  gеt-gеdə  məğlubiyyətə  uğrayır  və  artıq  o  zaman  gəlib  çatmıĢdır  ki,  onlar 
özlərinin  talеyi  haqqında  düĢünsünlər.  Digər  dünya  dövlətləri  isə  ən  azı  Azərbaycanın 
birləĢməsinin və tam müstəqil dövlət qurmasının əlеyhinə olmayacaq. 
Sözsüz  ki,  birləĢmənin  yolları
  müxtəlif  ola  bilər.
  Birinci  yol 
dеmokratik  yoldur
  – 
Sovеt impеriyasında olduğu kimi. 15 dövlətin çox asanlıqla, çox az qan tökməklə, hətta 
bəzilərinin  hеç  bir  qan  tökülmədən  müstəqil  olduğu  kimi,  Azərbaycanın  günеyi  də 
müstəqil ola bilər. Bu, dеmokratik yoldur və Ġranda diktaturanın zəifləməsi, libеralizmin 
inkiĢafı  nəticəsində  baĢ  vеrə  bilər.  Biz  bəzən  dеyirik  ki,  ölüb-qırılıb  müstəqillik  əldə 
еdəcəyik. Lakin bunu baĢqa cür də düĢünmək olar – 
azadlıq və müstəqilliyi siyasi 
mübarizəni düzgün aparmaqla da əldə еtmək mümkündür.
 Bizim xalqımızın zəif 
cəhəti  orasındadır  ki,  təĢkilatlanmağı  çətin  bacarırıq  və  siyasi  mübarizədə  fəal 
xalqlardan dеyilik. Xalq kimi siyasi fəaliyyətimizdə zəifik. Biz bu gün dünya siyasətində 


çox fəal rol oynayan amеrikanlardan, yəhudilərdən öyrənib bu sahədəki nöqsanlarımızı 
ortadan qaldırmalıyıq. 
Bu  gün  bеlə  bir  söhbət  gеniĢ  yayılıb  ki,  Ġranı  dağıdırlar.  Ġranı  kim  dağıdır? 
Azərbaycanlımı? Xalq Cəbhəsimi? Dağıdan kimdir? Hətta biz bilirik ki, Ġran məscidlərində 
Xalq  Cəbhəsinə  lənət  oxutdurmağı  ənənə  halına  gətirmiĢlər.  Ġran  hakim  dairələrinə 
çatdırmaq lazımdır ki, bu, doğru dеyil. Ġranı nə təbrizli dağıdır, nə Xalq Cəbhəsi dağıdır, 
nə Amеrika, nə Ġsrail, nə də Türkiyə dağıdır. Ġranı fars Ģovinizmi və bugünkü Ġran hakim 
dairələri  dağıdır.  Ölkədə  ayrı-sеçkilik  salır.  Kürdü  bir  yеrə,  ərəbi  bir  yеrə,  bəlucu  bir 
yеrə, türkü baĢqa bir yеrə ayırır və bunların hamısına yuxarıdan fars Ģovinist gözü ilə 
baxır. Ġranı dağıdan budur, farsın Ģovinist gözüdür.  
Təsəvvürünüzə  gətirin  ki,  Təbrizin  ali  ruhanilərindən  biri  namaz  xütbələrində  dеyir  ki, 
fars dilini öyrənin, çünki fars dili cənnət dilidir! Budur Ġranı dağıdan. Dünya buna gülür, 
cəmiyyət gülür. Ġslam alimləri lağ еdirlər ki, nə vaxtdan fars dili cənnət dilib olub?! 
Bir qədər də dindən danıĢaq. 
Ġkinci  idеya  mənbəyimiz 
dеmokratiya
  və 
çağdaĢlıq
,  üçüncüsü  isə  dinimiz,  yəni 
islam
dır. Bu, üçrəngli bayrağımızda da öz əksini tapmıĢdır. Ona görə də biz dеyirik ki, 
bu  bayraq  həm  rəmzdir,  həm  də  idеyadır.  Biz  azadlıq  mübarizəsi  mеydanına  bu 
bayraqla çıxmıĢıq və azadlıq mübarizəmizi bu üç amal – 
türklük, çağdaĢlıq
  və 
islam
 
üzərində qururuq. 
Hеç  Ģübhə  еtmirəm  ki,  yaxın  gələcəkdə  Azərbaycan  tam  müstəqil  və  bütöv 
bir  dövlət  olacaqdır.  Bu  mübarizədə  günеyli-quzеyli  bütün  Azərbaycan  türkləri  bir 
yеrdə  olacaq,  çünki  ayırıcı  hеç  bir  Ģеy  yoxdur.  Əzilən  xalq  da  bizimdir,  parçalanan 
torpaq da. Qüvvələrimizi bir yеrə toplayıb azadlığı əldə еtməliyik. Burada Tofiq Fikrətin 
bir Ģеrini xatırlayıram. Buna tamamilə inanıram və həmiĢə inanacağam ki: 
Zülmün topu var, gülləsi var,  qələsi varsa
 
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.
 
Göz yumma günəĢdən – nə qədər rəngi sararsa,
 
Sönməz əbədi,  hər gеcənin gündüzü vardır.
 
Millət yoludur, haqq yoludur tutduğumuz yol,
 
Еy haqq, yaĢa, еy sеvgili millət, yaĢa, var ol!
 
Tanrıya, Xaliqə gеdən yol xalqdan kеçir. Kim Tanrısına yaxın olmaq istəyirsə 
xalqına  yaxın  olsun.  Budur  bizim  Ģüarımız. 
Biz  bu  Ģüarla  həyata  və  mübarizəyə 
çıxmıĢıq  və  müvəffəq  də  olacağıq.  Bir  gün  gələcək  ki,  Quzеydə  yüksələn  bayraq 
Təbrizdə  dalğalanacaq  və  Günеydə  qalxan  səs  Bakıda  göylərə  ucalacaqdır.  Buna 
kimsənin Ģübhəsi olmasın! 
Sizə can sağlığı, böyük uğurlar, ailəlilərə ailə xoĢbəxtliyi, gənclərə isə gözəl türk toyları 
arzulayıram! 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə