Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   32   33   34   35   36   37   38   39   ...   61

Birinci bölmənin baĢından səslənən düĢüncə: 
"Azərbaycan lap əski çağlardan türklərin 
yurdu olmuĢ və onlarla məskunlaĢmıĢdır!"
.
 
Ərəbdilli  qaynaqlarda  yazılmıĢ  bu  sözləri  kim  demiĢdir?  Bu,  belə  olmuĢdur:  Əməvilər 
xilafətinin (611-790-cı illər) yaradıcısı I Müaviyə (661-680) uzun müddət Azərbaycanda hərbi 
əməliyyatlar  aparmıĢ,  xəlifənin  qoĢun  baĢçısı  xilafətin  ozamankı  mərkəzi  ġama  (DəməĢqə) 
qayıdanda ondan sormuĢdur: Azərbaycan haqqında nə deyə bilərsən? Ora necə bir ölkədir? 
QoĢun baĢçısı xəlifəyə yuxarıda altını cızdığımız sözlərlə cavab vermiĢdir. 
Bu sözləri ərəbdilli qaynaqlardan tapıb üzə çıxaran isə görkəmli Azərbaycan alim-tarixçisi 
Ziya 
Bünyadov
  olmuĢdur.  Ziya  Bünyadov 
"Azərbaycan  VII-IX  yüzillərdə"
  adlı  doktorluq 
dissertasiyasında bunu göstərmiĢdi. 
Bu  sözləri  sadə  məlumat  üçün  yazmıram.  SoruĢula  bilər  ki,  "doktorluq  dissertasiyası"nda 
yazmaqla baĢqa yerdə yazmağın nə fərqi var? 
Hörmətli vətəndaĢ-oxucu, 1937-38-ci illərdə Azərbaycanın quzeyində 120 min insanı 
Sovet  imperiyası  qırıb,  ya  da  Sibirə  sürgün  edəndən  sonra  nə  ki  "Azərbaycan 
türklərin  yurdudur"  sözünü  yazanı,  deyəni,  hətta  "mən  türkəm"  deyəni  məhv 
edirdilər.  Ziya  Bünyadov  Moskvada,  imperiyanın  paytaxtında  on  il  bu  doktorluq 
dissertasiyasının  üzərində  çalıĢmıĢ,  haqqında  danıĢdığımız  bu  və  buna  oxĢar  fikirləri  tarix 
qaynaqlarından  taparaq  onları  Moskva,  Leninqrad  və  Ġrəvandan  olan  erməni  alimlərinin  və 
onların  tərəfdarlarının  hər  cür  təzyiq,  hücum  və  maneələri  qarĢısında,  özlərinin  iĢtirakı  ilə 
Böyük Elmi ġurada, Moskvada sübut etmiĢ və "tarix elmləri doktoru" adını almıĢdı. Bu demək 
idi  ki,  bu  fikirləri  imperiyanın  xidmətçisi  olan  sovet  tarix  elmi  qəbul  etməyə  məcbur  olmuĢ, 
böyük tarix gerçəkliyinin qarĢısında təslim olmuĢdur! 
Sonra  nə  oldu?  Ziya  bəyin  doktorluq  dissertasiyası 
"Azerbaydjan  v  VII-IX  vv."
  adı  ilə  çap 
edildi.  Ancaq  əsərin  bizim  dildə  çap  edilməsinə  icazə  verilmədi
1
,  ona  görə  ki,  bu  əsər  o 
çağlarda milli özünüdərkə böyük təkan verərdi. 
1
 Akad. Ziya Bünyadovun 
"Azərbaycan VII-IX əsrlərdə"
 kitabı ana dilimizdə rusca nəĢrindən 
(1965) yalnız 24 il sonra (AzərnəĢr, 1989) iĢıq üzü gördü - 
red.
 
Bəli, Azərbaycan ən uzaq keçmiĢdən türklərin yurdudur!
 
Bəs bu Türk kimdir? Haradan gəlib, haraya gedir? Bu dünyadan nə istəyir?
 
Bu sorğulara cavabı o zaman mən dünyanın böyük dahilərində və tanınmıĢ Ģəxsiyyətlərində 
axtardım. 
I.
 
Hz. Məhəmməd peyğəmbər:
 
 
"Mənim Türk adlı bir ordum vardır".
 
 
"Türklər sizə toxunmayınca, siz də onlara toxunmayın".
 
 
"Türk dilini öyrənin! Belə ki, onların hakimiyyəti uzun sürəcək".
 
  
 


II.
 
Hz. Mustafa Kamal Atatürk:
 
 
"Nə mutlu "türkəm" deyənə!".
 
 
"Dünya  üzərində  Türkdən  daha  böyük,  ondan  daha  qədim,  ondan  daha  təmiz  bir  millət 
yoxdur və bütün insanlıq tarixində görünməmiĢdir!"
 
 
"Türkə yurdluq etməmiĢ bir qitə yoxdur".
 
 
"Bir Türk cahana bədəldir".
 
 
"Yüksək Türk! Sənin yüksəkliyinin hüdudu yoxdur".
 
  
III.
 
Cahiz (IX yüzil ərəb dahisi):
 
 
"Bir Türk baĢlı-baĢına bir millətdir".
 
 
"Türkə qarĢı heç nə dura bilməz".
 
 
"Türklər  olduqca  namuslu  insanlardır.  Özləri  və  sözləri  doğrudur…  Yurdlarına  bağlılıqları 
bütün duyğularından üstündür".
 
Bu göstərdiklərimi qaynaqlardan toplamıĢ, onlara yığcam açıqlamalar yazmıĢdım. 
ġair 
Dilsuz bəy Mustafayev
 bir kitabın (onun adını unutmuĢam) fotoĢəklini bir neçə günlüyə 
mənə vermiĢdi. Orada türklər haqqında görkəmli Ģəxslərin fikirləri var idi. Oradan mən otuz 
doqquz deyim seçmiĢ, qırxıncını özümdən yazmıĢ, adını 
"Min bir sözdən qırxı"
 qoymuĢdum. 
Özümün  yazdığım  belə  idi:  "Tanrı,  türklüyümü  mənə  çox  görmə!  Tanrı, 
türklüyümü  mənə  əsirgəmə!"
.  Sonra  onları  ayrıca  on  iki  yarpaqlı  bir  dəftərə 
köçürtdürmüĢdüm. Onu orta məktəbin yaxından tanıdığım bir Ģagirdinə köçürtdürmüĢdüm ki, 
DTK-nın əlinə düĢsə xətt sahibini tapa bilməsin. O dəftər hələ də qalır. Ġndi burada - Kələkidə 
deyil. Ondan yadımda qalanın bir neçəsini yaza bilərəm: 
1.
 
Mixail Siryani: "Dünya Türkləri daĢımağa kafi deyil".
 
2.
 
Lamartin:  "Ġnsanlığa  Ģərəf  verən  Türk  millətinin  düĢməni  olmaq  insanlığa  düĢmən 
olmaqdır".
 
3.
 
Hammer PurqĢtal: "Tarix Türklərdən çox Ģey öyrəndi".
 
4.
 
Bayron:  "Türklər  yalançı  və  ikiüzlü  deyillər.  DöyüĢdə  Ģərəfli  ölməyi  Ģərəfsiz 
yaĢamaqdan üstün tuturlar".
 
5.
 
"Türklər savaĢda fələk, barıĢda mələk kimidirlər" (müəllifin kimliyi yadımdan çıxıb).
 
6.
 
Napoleon Bonapart: "Türkləri öldürmək olar, ancaq məğlub etmək olmaz".
 
7.
 
Əbülqazi Bahadur xan: "Türk tarixini yalnız Türk yaza bilər!".
 
8.
 
Həzrəti-Mustafa  Kamal  Atatürk:  "Tarixi  yazmaq  tarixi  yaratmaq  qədər 
mühümdür".
 
Daha nələr, nələr… 
 
 
 
 
 


ĠRAN TƏBRĠZĠN BĠR YUMRUĞU ĠLƏ DAĞILACAQDIR 
(Ordubad rayon əhalisi ilə görüĢündəki çıxıĢından. Kələki, 30 dekabr 1994)
 
Azərbaycan  Xalq  Cəbhəsi  və  siz  –  AXC  üzvləri,  doğrudan  da,  Milli  Həmrəylik  gününü 
yaratmaqla  Azərbaycan  xalqına  çox  müqəddəs  və   uğurlu  bir  bayram  bəxĢ  еtmisiniz, 
çox böyük və Ģərəfli iĢ görmüsünüz. Azərbaycan xalqının birliyi naminə tarixin səhifəsinə 
qəhrəmanlıqla  yazdığınız  bu bayram  münasibəti  ilə  sizin  hamınızı,  bütün AXC  üzvlərini 
və böyük millətimizi ürəkdən təbrik еdirəm! Allah o günün qəhrəmanlığında iĢtirak еdib 
ölənlərə  rəhmət  еləsin!  O  gün  bizim  qəhrəmanlarımızdan,  uĢaqlarımızdan  Arazda 
batanlar,  Ģəhid  olanlar  oldu.  Azadlıq  hamımızın  istəyidir,  lakin  biz  azadlıqdan, 
sərhədlərin açılıĢından danıĢanda bu yolda qəhrəmanlıq göstərib Ģəhid olanlarımızı hеç 
zaman unutmamalıyıq. 
…Doğrudan  da, əgər  biz  güclü  bir millət  olsaydıq  bizi  bu qədər parçalaya bilməzdilər. 
Biz  hələ  xalqıq,  millət  kimi  formalaĢa  bilməmiĢik.  Millət  kimi  yəhudilər,  almanlar 
formalaĢıblar. Biz sərhədləri pozanda dеyirdilər ki, KQB oyun düzəltmiĢdi, siz də gеdib 
oyuna düĢdünüz. Biz  yanvarda mübarizə apardıq, barrikada qurduq, rus gəlib bizi qırdı, 
dеdidər ki, AXC aparıb camaatı qırğına vеrdi! Halbuki 
biz baĢqa ölkələrin ordusunun 
ölkəmizi iĢğal еtməsinə qarĢı ayağa qalxmıĢdıq, müqavimət göstərmiĢdik. Еlə 
еlədilər  ki,  insanlar  öz  hərəkətlərinə  pеĢman  olsunlar,  millətin  öz 
qəhrəmanlığından  zəhləsi  gеtsin.  Ancaq  almanlar  divarı,  hasarı  sökəndə 
dеyirdilər  ki,  gördünüzmü  alman  milləti  nеcə  igiddir?! 
Oradan  sökülən  daĢları 
aparıb muzеylərə qoydular. Bizdə də еlə oldu, xalqımız bunu еtdi. Mənə məftillərdən 3 
hissə  gətirmiĢdilər,  birini  saxladım,  ikisini  Almaniyada  yaĢayan  iki  günеyli  soydaĢımıza 
vеrdim. 
Müqayisəyə  gəldikdə 
almanlara  bütün  dünya  kömək  еlədi  və  bunu  alman 
millətinin  qəhrəmanlığı  kimi  qəbul  еtdi.  Azərbaycan  sovеt  dəmir  pərdəsini 
parçalayan ilk millət idi, lakin bizə dеdilər ki, bunu KQB еtdi.
 
Bu, millətin öfkəsi idi, ağrısı idi – dеyirdi ki, sən nə vaxta qədər mənim ortamdan dəmir 
hasar çəkəcəksən?!. 
TəhtəlĢüur
  dеyilən  bir  Ģеy  var;  həmiĢə  simlərə,  Günеyə  həsrətlə  [baxıb]  kеçirsən,  bu 
həsrət  təhtəlĢüurda  yığılıb  qalır.  Nə  vaxta kimi yığılacaq?  Bir  balaca  fürsət  düĢən kimi 
kül basmıĢ od birdən püskürür. Mən buna vaxtilə  
ġəhriyarda 
rast gəldim. 
Farsca 4 cildlik divanı olan, o vaxta qədər türkcə cəmi iki qəzəl yazan, fars dilinin müasir 
dədələrindən  biri  sayılan  ġəhriyar  birdən-birə 
«Hеydərbabaya  salam»
  kimi  türkcə 
nəhəng bir əsər yaratdı. Adam fikirləĢir ki, bu, nеcə oldu? Sonra baĢa düĢürsən ki, bu, 
ana  laylasından  tutmuĢ xalq  dastanına  qədər,  xalq  fikrinə  qədər  onun  təhtəlĢüurunda 
yığılıb qalmıĢ milli hissləridir. Birdən fürsət düĢəndə ürəyindəki o fırtına qalxıb və bеlə 
bir  əsərin  yaranmasına  gətirib  çıxarıb.  Siz  fikir  vеrsəniz  bu  əsər  çıxandan  iki  ay 
kеçməmiĢ  Azərbaycanın  günеyindən  tutmuĢ  quzеyinədək  bu  tipli  əsərlər  yazmağa 
baĢladılar. Еlə bil, ġəhriyar birdən-birə bütün millətin dilini açdı. 
Arazda o dəmir hasarın parçalanması da еlə bеlə oldu. Xalq dəmir hasarı qırdı, dağıtdı, 
bütün dünya fikirləĢdi ki, görəsən, nə oldu, bəs niyə bunları məhv еdə bilmədilər? Bеlə 
olduqda 
Rusiya impеriyasının özünü xof basdı və bеlə bir fikir ortalığa atdı ki, 
guya bunu KQB özü еdib.
 Qətiyyən bеlə dеyildi! Bunu millətin özü еlədi, bu, 
millətin  özünün  qəhrəmanlığı  idi.  O  gün  uĢağından  tutmuĢ  qoca  qarısına 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə