Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   29   30   31   32   33   34   35   36   ...   61

Sordunuz: 
-  Nə  demək  istəyirsən?  Demək  istəyirsən  ki,  indi  dövlət,  insanlar  kimsəsizdir?  Sahibsizdir? 
Dövlət yoxdur? Haqq-ədalət yoxdur?  
Və nələr, nələr… 
Dalınca  mən  iki  məsələni  vurğuladım.  Birincisi, 
Hüseyn  Cavid
  haqqında  yanlıĢ  fikirləri. 
Hamısını yox, ancaq bir-ikisini sadalayacağam. 
Deyirlər ki,  H.Cavid  zamanın  tələbini baĢa  düĢməyib,  yaradıcılığı  ziddiyyətli  olub,  özü-özünə 
zidd  gedib,  xırda  burjua  təmayülündən  xilas  ola  bilməyib,  romantikaya  qapılıb…Mən 
məhkəmədə dedim ki, bunlara görə elə yazmıĢam. Ġndi de elə düĢünürəm ki, H.Cavidi baĢa 
düĢməyiblər,  ona  əbləhcəsinə  lağ  eləyirlər.  Buna  etiraz  olmadı,  çünki   dedim  ki,  bu  mənim 
Ģəxsi fikrimdir. 
Ġkincisi, dedim ki, mənim son misrada dediyimi yanlıĢ yozursunuz. Bu, poeziyadır. "Kimsəsiz 
aləmdə mən nə kimsəyəm"i mən yazmamıĢam. ġifahi xalq ədəbiyyatından gəlir. Məsələn: 
 
         Hər kimsənin var kimsəsi,
 
          Mən kimsənin yox kimsəsi.
 
          Ey kimsəsizlər kimsəsi,
 
          Mən kimsənin ol kimsəsi!!
 
Bu Sizin üçün deyildi, cənab ozamankı DTK-nın BaĢ prokuroru və indiki və keçmiĢ əməkdar 
hüquqĢünas,  eyni zamanda, məhkəmə  heyəti;  bu, çox-çox  üzr  istəyirəm,  məhkəmə  zalında 
oturan qananlar - aydınlar, müəllim yoldaĢlarım və tələbələrim üçün idi. Yadınızdadırmı mən 
bu  bəndi  deyərkən  arxadan  bir  hıçqırıq  eĢitdim,  döndüm  baxdım,  gördüm,  o,  mənim 
tələbələrimdən  biridir…  Bəli,  bununla  bildirirdim  ki,  Tanrıdan  baĢqa  bir  kimsədən  bir  nəsnə 
ummuram, gözləmirəm. Bu bəndin üstündə də mübahisə oldu. "Necə yəni? Bizdə hər kəsin 
bir  arxası  var,  səninki  ancaq  Tanrıdır,  Sovet  cəmiyyətində  arxası  olmayan  yaĢaya  bilməz, 
dövlət insanlara, vətəndaĢlara arxa deyil?" Daha nələr, nələr…  
Ancaq ictimai ittihamçı - Ģair, fəlsəfə  elmləri doktoru 
Aslan Aslanov
 sizləri "inandırdı" ki, bu 
bənd  doğrudan  da,  Ģifahi  xalq  ədəbiyyatından  nümunədir.  Ondan  sonra  baĢqa  sorğu-suala 
keçildi!.. 
* * * 
Nə  isə,  qayıdaq  mətləbə. 
Proqram
  yalnız  bir  nüsxədə  idi;  onu  da 
Malik  bəy
  öz  xətti  ilə 
ağardıb qaralamanı isə yandırmıĢdı və o bircə nüsxəni də özündə saxlayırdı. 
1963-cü  ilin  yanvarında  mən  Misrə  tərcüməçi  iĢləməyə  getdim.
  Orada  bir  sıra 
antisovet ədəbiyyatla tanıĢ oldum. 
Müsavata
 aid elə bir maraqlı ədəbiyyat tapmadım. Cəmi iki 
Azərbaycan  türkü  ilə  tanıĢ  ola  bildim.  Onlardan  birisi  - 
Həsən  bəy
  Misir  Mərkəzi  Poçtunun 
müdiri  iĢləyirdi.  Dilimizdə  çətinliklə  danıĢırdı.  Dedi  ki,  mənim  atam  1920-ci  ildə  ruslar 
Azərbaycanı iĢğal edəndə Bakıdan çıxıb, əvvəl Türkiyəyə, oradan da Misrə gəlib. Biz Misirdə 
doğulmuĢuq.  Atam  bizə  özü  dilimizi  öyrədirdi.  Böyük  qardaĢım  dilimizi  yaxĢı  bilirdi,  indi 
Avropadadır. Atam bu yaxınlarda vəfat edib.  


Həsən  bəy  dedi  ki,  atam  bizə  Azərbaycandan  çox  danıĢardı.  Burada  -  Qahirədə  bir  neçə 
azərbaycanlı ailə var idi. Nasirin inqilabından sonra onun türklərə qarĢı pis münasibətindən və 
Rusiyaya yaxınlaĢmasından ehtiyat edib baĢqa ölkələrə çıxıb getdilər. Bəlkə mən də getdim. 
Doğrudan  da,  beĢ-altı  ay  sonra  o  da  ailəsi  ilə  Avropaya  getdi.  Məhəmmədəmin  Rəsulzadə, 
Nəriman Nərimanov və TopçubaĢovun adlarını atasından tez-tez eĢitdiyini dedi, ancaq elə bir 
maraqlı məlumat bilmədiyini söylədi. 
Obirisi  azərbaycanlı  uĢaq  vaxtı  Azərbaycandan  milli  hökumət  yıxılandan  sonra  atası  ilə 
çıxdığını söylədi. Misrə gələndən bir neçə il sonra atası vəfat etmiĢ, o, yetim qalmıĢ, oxuya 
bilməmiĢdi. Qahirədə bir qonaq evində xidmətçi iĢləyirdi. Azərbaycan haqqında, demək olar 
ki, məlumatı çox cüzi idi. Dilimizdə bir neçə söz bilirdi, ərəbcə danıĢırdı. 
Bunları  yazmaqda  onu  bildirmək  istəyirəm  ki,  müsavatçılar  haqda,  Müsavatın  proqram  və 
ədəbiyyatı haqda heç bir məlumat toplaya bilmədim. 
Bir il on ay orada iĢləyəndən sonra Bakıya döndüm.
  Malik bəydə olan  proqramın  bir 
surətini  mənim  təkidimlə  Malik  bəy  köçürdü.  Belə  deyək,  "ilkin"  nüsxəni  gizlətdik.  Ortada 
bircə nüsxə qaldı. Qərar qəbul etdik ki, onu çoxaltmaq olmaz, ondan qeydlər götürmək, onu 
baĢqa adama vermək, daha doğrusu, gözdən qoymaq olmaz, yalnız bu beĢ nəfərdən biri onu 
götürə bilər, özünün tam inandığı adama bir və bir neçə dönə oxuya bilər. Belə də edirdik. 
Mən  həmən  proqramla  az-çox  dərəcədə 
Aydın  Qasımov
  (indi  filologiya  elmləri  namizədi, 
dosent), 
Aydın  Abbasov
  (indi  fəlsəfə  elmləri  namizədi,  dosent), 
Vaqif  Cəbrayılzadə
  (Ģair), 
Fəzail  Ağamalıyev
  (indi  tarix  elmləri  namizədi,  dosent,  "Ana  Vətən"  partiyasının  sədri), 
Mirheydər  Mirzəyev
  (indi  tarix  elmləri  namizədi,  dosent), 
Dilsuz  Mustafayev
  (Ģair), 
Mehdi 
Məmmədov
 (indi tarix elmləri namizədi, dosent), 
Akif bəy
 (soyadı yadımdan çıxıb, rəhmətlik 
Xudu Məmmədovun yaxın qohumu, sonralar AXC Ağdam rayon Ģöbəsinin rəhbərlərindən biri) 
və onlarca baĢqa fəal vətənpərvəri, elsevəri tanıĢ etmiĢdim. 
Yeri gəlmiĢkən, d
ediyim həmin proqramla az-çox tanıĢ olan bəylərdən xahiĢ edirəm 
ki,  onunla  bağlı  yaddaĢlarında  nə  qalıbsa  onları  yazıb  ya  qəzetlərdə  çap 
etdirsinlər, ya da mənə çatdırsınlar.
 
Sevimli yurddaĢ-oxucu, əgər səni maraqlandırarsa mən gələcəkdə bu olayların hamısını sənə 
açıqlayaram.  Ġndi  vaxtını  almamaq  üçün  qısa,  çox  qısa  yazıram.  Malik  bəylə  Alim  bəy 
Akademiyanın  ġərqĢünaslıq  və  Fəlsəfə  Ġnstitutunda,  Abbas  bəy  dəqiq  elmlərə  aid 
institutlarda,  mən  və  Rafiq  bəy  Universitetdə  yurdsevərləri,  elsevərləri  axtarırdıq. 
1965-ci 
ildən  1975-ci  ilədək  aĢağı-yuxarı  200-dən  çox  həmfikir  elsevəri  proqram 
ətrafında,  daha  doğrusu,  bu  proqramda  qoyulan  məslək  yolunda  toplaya 
bilmiĢdik. 
 
1970-75-ci illərdə, necə deyərlər, "yuxarılara" əl atdıq. Malik bəy 
Ziya Bünyadovla
, Alim bəy 
Tofiq  Köçərli
  ilə,  mən 
Xudu  Məmmədov
  və 
Bəxtiyar  Vahabzadə
  ilə,  mən  və  Rafiq  bəy 
Süleyman  Əliyarovla
,  Abbas  bəy 
Həsən  Abdullayevlə
 
çox  ehtiyatla
  əlaqə  saxlamalı,  onlara 
yanaĢmalı,  təĢkilat  haqda  heç  bir  söz  demədən  bu  yurdsevər,  elsevər  insanlarla  onların 
hörmətini uca tutmaqla, bir növ böyük-kiçik münasibətində yaxın olmalıydıq. 
Qəribə  bir  təzad  yarandı.  Ziya  Bünyadov  mənim  elmi  rəhbərim  olmasına  baxmayraq  bu 
məsələdə  Malik  bəyi  yaxından  qəbul  edirdi,  Süleyman  bəy  Əliyarov  məni  çox  istəməsinə 
baxmayaraq  daha  çox  Rafiq  bəyə  qulaq  asırdı,  əgər  belə  demək  pis  səslənməzsə,  mənim 
aĢığım daha çox Xudu bəylə tuturdu. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə