Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   27   28   29   30   31   32   33   34   ...   61

mənə Bakıda bir otaq verdi, kirayələrdə yaĢamaqdan bezmiĢdim", onlar da gülürdülər) otur, 
düĢün. Cinayətlərini və səhvlərini özün boynuna al, yaz, gətir. 
Mən də hələ DTK-nın nəyi bilib-nəyi bilmədiyini öyrənmək üçün onların suallarını gözləyirdim, 
üç gündən bir, bir Ģey toxuyub onlara verirdim. Oxuyub cırırdılar və deyirdilər ki, bizə nağıl 
yazma, cinayətlərindən yaz. 
Mən  Sovet  ordusu  Çexoslovakiyaya  girəndə  çex  vətənpərvərlərinin  bir  müraciətini 
oxumuĢdum. Orada deyilirdi ki, istintaq orqanlarına siz özünüz ifadə verməyin, qoyun onlar 
sual versinlər, onda onların nəyi bilib, nəyi bilmədiyi aydın olar. Siz çalıĢın susun, qoyun onlar 
özləri axtarsınlar! 
Mən  də  ya  susur,  ya  da  bir  az  nağıla  oxĢar  yazırdım.  Sonda  dedim  ki,  axı  siz  nəyi  cinayət 
sayırsınız, mən nə eləmiĢəm ki? Onlar baĢladılar mənə deməyə ki, bax, bunlardan, bunlardan 
yaz. Özlərində, mizlərinin siyirməsində nə isə yazılı kağızlar var idi, oradan oxuyub deyirdilər. 
Bir  aydan  çox  bir-birimizi  belə  didiĢdirdik.  Mən  onların  məlumat  dairəsini  öyrəndim  və 
baĢladım həmin dairənin içində fırlanmağa və fırlatmağa. 
Nə isə, bu məsələlər çox uzun bir tarixdir, mən də xatirələr yazmağa nə hazırlaĢıram, nə də 
həvəsim var. Ancaq vaxtı ötdüyündən, indi 
üç məsələni
 olduğu kimi göstərmək olar. Oxucu-
yurddaĢ soruĢa bilər ki, bu səbrə nə ehtiyac var imiĢ?  
Əziz  oxucu-yurddaĢ,  dünyada  ayrıca  olaraq  da  sovet  cəmiyyətində  elə  adamlar  yetiĢib  ki, 
onlar nə qədər az və yanlıĢ bilsələr bir o qədər yaxĢıdır - o zaman onlar az zərər verərlər, tez 
ifĢa  olunarlar.  Bax,  Yəmən  Yusifovun  yazısından  əlli  gün  keçəndən  sonra  deputat 
Asya 
xanım  Manafova
 
"Naxçıvan"
  qəzetində  (25  yanvar  1997-ci  il) 
"Deputatın  tribunası"
 
bölməsində  deyir: 
"Sizin  diqqətinizi  bir  fakta  (fakta  ha  -  Ə.E.)  cəlb  etmək  istərdim. 
Azərbaycanın  eks-prezidenti  Əbülfəz  Elçibəy  oğluna  vəsiyyətində  türk  xalqı  müstəsna
1
 
olmaqla qalan bütün xalqların bizə (?) düĢmən olduğunu qeyd edir:
 
- YaxĢı türk ol! Kommunizm bizim düĢmənimizdir. Bunu sən bil…".
 
Yenə də həmin məktubun bütöv mətni… 
1
 "Ġstisna" olmalıdır - 
red.
 
Ləzgi xalqının bu iki görkəmli nümayəndəsini (Yəmən müəllimlə Asya xanımı)
  baĢa  düĢmək 
olar,  çünki  məktubun  müəllifi  ləzgi  xalqını  da  türkün  "daxili  düĢmənləri"  sırasına  yazmıĢdır. 
Ancaq bunun mənə heç bir aidiyyatı yoxdur. 
Əziz oxucu-yurddaĢ, məsələ belə olmuĢdur.  
1975-ci ilin yanvar ayının 13-14-də mən Tiflisə - arxadaĢım 
Vasim Məmmədəliyevin
 doktorluq 
dissertasiyasının  müdafiəsinə  getmiĢdim  (DTK-nın  dörd  agentinin  məni necə  izləməsi baĢqa 
məsələdir).  15-i  səhər  tezdən  Tiflis-Bakı  qatarından  düĢüb  Bakıda  qaldığım  mənzilə  gəldim. 
Dayıoğlu 
Seyfəddin
 dedi ki, KQB-dən dünən gəlib otağı axtardılar, yazılarından, sənəd-sünəd 
götürüb qonĢuları çağırdılar, akt yazıb getdilər. 
Ehtiyatım  bir  az  artdı.  DüĢündüm  ki,  otağa  dinləmə  cihazı  ya  qoya,  ya  da  tuĢlaya  bilərlər. 
Otağın  eyvanından  qarĢıda,  küçədə  avtomobil  dayanmıĢdı.  Mən  onların  güdükçü  olduğunu 
çoxdan  sezmiĢdim.  Hətta  bir  dəfə  onlara  yaxınlaĢıb  "məni  Universitetə  apararsınız?" 
demiĢdim.  Bir  dəfə  isə  (məni  KQB-yə  çağıranda)  yenə  də  maĢına  yaxınlaĢdım  və  dedim: 


"Məni dəniz qırağına
1
 apararsınız?". Bu dəfə tək idi. Dedi: "ƏyləĢin". Oturub DTK-ya getdim. 
Üç  manat  verdim.  Dedi:  "Qonaq  ol".  Mən  üç  manatı  oturacağa  qoyub  getdim.  Hər  ikimiz 
gülümsədik. Hər ikimizin iĢi düzəlmiĢdi… 
1
  Dəniz  sahilinə  yaxın  Neftçilər  prospektində  yerləĢdiyinə  görə  DTK-ya  el  arasında  "Dəniz 
qırağı" deyilirdi - 
red.
 
Onu  da  deyim  ki,  adamlar  da,  arabalar  da  tez-tez  dəyiĢdirilirdi.  Çox  qəribədir,  insan  uzun 
müddət izləndikdə bu yöndə duyğusu da çox inkiĢaf edir, izləyənlə izlənən arasında bir qiyabi 
əlaqə yaranır. Bunlar bir-birini itirəndə hər ikisi rahatsız olur. Nə isə, tələbəlikdən izləndiyimə 
görə, bir növ, alıĢmıĢdım, izlənməyəndə özümdən asılı olmayaraq narahat olurdum. Bu xətt 
mənim həyatımın ağrılı-acılı, acılı-sevincli romantikasıdır… 
Qələmi götürüb bir kağıza yazdım: "Yorğan-döĢəyin, yükün altındakı çamadana baxdılar?" 
Seyfəddin yazdı ki, "yox". 
Bilirdim ki, tutulacağam, amma burada bərk sevindim. Bu anda qardaĢım 
Almurad
 gəldi. Dedi 
ki,  kənddə  (Kələkidə)  evimizi  axtardılar,  sorğu-sual  etdilər,  heç  bir  Ģey  tapmadılar.  Kənddə 
məktəbin  müəllimlərindən  izahatlar  alıblar,  bilmirəm  onlar  nə  yazıb.  Kəndə  gələn  pis  adam 
deyildi, mədəni davranırdı, xoĢ danıĢırdı. 
Mən yenə kağıza yazıb Seyfəddinə tutdum: "Almuradı da götür, eyvana çıxın, elə-belə söhbət 
edin, göz altdan bax gör, binanın yaxınlığında firlanın yoxdur ki?". 
Onlar  eyvana  çıxdılar.  Mən  tez-tələsik  yorğan-döĢək  yükünün  altından  sınıq,  iplə  sarılmıĢ 
köhnə,  nimdaĢ  çamadan-qutunu  çıxartdım.  Hamamda  -  vanna  otağında  böyük  bir  divar 
sobası  vardı,  qazla  iĢləyirdi. 
Bütün  gizli  saydığım  ədəbiyyatı  və  öz  əlyazmalarımı 
yandırdım, külünü süpürüb bir vedrəyə yığdım,
 Seyfəddini çağırıb yenə kağıza yazdım: 
"Bunu aparıb həyətdəki zibil qablarına tök, bax gör, həyətdə qonĢulardan baĢqa yad adamlar 
yoxdur ki?" 
Seyfəddin gəldi, dedi ki, həyətdə heç kim yoxdur. 
Yenə  Seyfəddinə  yazdım:  "Ġndilərdə  zəng  edəcəklər.  De  ki,  gəldi.  Deyir  ki,  özüm  ora 
gələcəyəm". 
Hamama  girib  yuyundum,  üzümü  qırxdım,  paltarımı  ütülədim,  geyindim,  qalstukumu 
bağlayanda (yekə çıxmasın) Azərbaycan Demokratik Respublikasının BaĢ prokuroru rəhmətlik 
Firudun  Ġbrahimi
  yadıma  düĢdü.  Edamqabağı  səliqə-sahmanla  geyinibmiĢ;  qalstukunu 
bağlayarkən ona demiĢlər ki, bunu niyə bağlayırsan, onsuz da, bir azdan səni asacaqlar? O 
demiĢdi ki, hər halda, düĢmən bizi sınıq görməməlidir. 
Mənə  nə  olmuĢdu  ki?!  Ölümə  getmirdim,  çox  olsa  beĢ,  yeddi,  lap  yuxarısı  on  il  həbs 
edəcəkdilər, çünki Moskva, Ukrayna və Gürcüstan dissidentləri ya üç, ya beĢ, ya yeddi, ya da 
on il həbs cəzası almıĢdılar, mənim də bunlardan və onların iĢindən məlumatım yetərincəydi. 
Onlardan  biri  ilə  bir  neçə  dəfə  görüĢmüĢdüm  -  Leninqradda  aspirant  ezamiyyətində 
(stajirovka)  olanda.  O,  Leninqrad  universitetində  assistent  iĢləyirdi.  Milliyyəti  yəhudi, 
qondarma  adı 
Seryoja
  idi.  Mən  Leninqraddan  Bakıya  qayıdandan  6-7  ay  sonra  eĢitdim  ki, 
onların  qrupu  həbs  edilib,  Seryojaya  yeddi  il  həbs  kəsiblər,  obirilərinə  isə  3-5  il.  Onların 
məhkəməsi haqqında mənə Azərbaycanın tanınmıĢ, görkəmli alim-hüquqĢünası, SSRĠ Elmlər 
Akademiyasının  müxbir üzvü,  çox  hörmət  bəslədiyim 
Cahangir bəy Kərimov
  Bakıya gələndə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə