Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   24   25   26   27   28   29   30   31   ...   61

Elxan
 
(eloğlu - onda da, indi də) 
Dördüncü və yeddinci görüĢlərdən iqtibaslar.  
Altunbay  (sinirli)  -…  And  olsun  bu  yanar  dağlara,  and  olsun  bu  sönməz  odlara  ki, 
dediklərində  doğruya  bənzər  bir  Ģey  görsəm  bu  GünəĢə  gülümsər  dərgahı  bayquĢlar 
yuvasına, torpaq üstünü (oxu: Azərbaycanı - Ə.E.) məqbərələrə çevirəcəyəm; bu qiyamətin 
dəhĢətləri içində o da məhv olacaqdır, sən də…mən də! Söylə!…
 
Turqut - Ağamız! Mən öyrənə bildiyim hər bir Ģeyi… bütün dəhĢəti ilə söylədim…
 
Altunbay (Elxana) - … YaxĢı, sən söylə, əziz filosof, sözlərin yarımçıq qaldı.
 
Elxan - Mənim sənə deyəcək bir sözüm qalmadı.
 
Altunbay - Yalnız orasını mənə anlat ki, sən kimsən?
 
Elxan - Mən… Mən dünyada səadət yarada biləcək ulu bir qüvvət…
 
Altunbay - Ha-ha-ha! (Çağırır). Turqut! (Turqut girir). Turqut! Sən söylə, bu zavallı kimdir? 
 
Turqut - O, sizin kölənizdir, ağamız. 
 
Altunbay - Hardan və neçəyə alındı?
 
Turqut - Hərrac bazarından, əlli dirhəmə. 
 
Altunbay - EĢidirsənmi? Mən ona nə edə bilərəm?
 
Turqut - Hər bir Ģey, ağam, bağıĢlaya bilərsiniz…
 
Altunbay  -  Neçin  oradan  baĢlayırsan,  alçaq,  yaramaz  (hiddətlə  köksündən  vurur,  Turqut 
yıxılır). Köksündə kölə qəlbi döyünür. 
(BaĢında Xalq Cəbhəsinin fikirlərini gəzdirirsən - 
Ə.E.
). 
Turqut  -Ağa,  öldürə  bilərsiniz,  boğdura  bilərsiniz,  quyuya  atdıra  bilərsiniz,  diri-diri  yerə 
basdıra bilərsiniz. 
 
Altunbay - (Elxana) …Sən bu qanunu haradan düzəltdin?
 
Elxan  -  Bütün  qanunların  heçliyindən!..  Ən  böyük  qanun  Ģəxsin  azad  diləkləridir…  Mənim 
Tanrım baĢqalarına zərər verməz azad diləklərimdir! 
 
Elxan - …BaĢqa yol yoxdur. Mənim yolum sənə qarĢıdır. 
 
Altunbay - Mən də sənə qarĢıyam. (Üzünə bir sillə çırpır və eyni zamanda) Torqut! (bəyə 
iĢarə edir, üç-dörd nəfər içəri girir). Bəyənirsənmi?
 
Elxan  -  Bəli,  o  elə  də  olmalıdır.  Zatən  hər  bir  düha  mühitin  satqınlığından,  hər  bir  dahi 
mühitin yumruqları , zamanın təpikləri altından doğur.
 
(Elxanı döydürür. Bu vaxt Rəbi gəlir).
 


Rəbi - Bu nə sükutdur? Sizdən soruĢuram. Elxan kimdir?
 
Elxan - Mənəm, mən. 
 
Rəbi - Sən hələ bir yol həbsdə olmuĢsanmı?
 
Elxan - Ġki yol. Sonuncuda dar ağacından qaçdım.
 
Rəbi  -  Çox  gözəl,  bu  dəfə  artıq  ölümdən  qaça  bilməzsən.  Dar  ağacı  hazır,  budur,  fitva 
əlimdədir. Altunbay, sən belə yaramazları gizlədirmiĢsən?
 
Altunbay - Mən bilməmiĢəm, ağa. Mən onu hərrac bazarından almıĢam. 
 
Rəbi - YaxĢı, sən də bizimlə gedəcəksən. 
 
Altunbay -  …Mən özüm Əbu Übeydə ərz edərəm. Bəlkə nahar edər, sonra gedərsiniz?!
 
Rəbi - Burax dilləri, haydı!
 
Altunbay - (Elxanın yanından keçərkən yavaĢca) - Sərsəm hərif, məhv olduq!
 
Əziz  oxucu,  bu böyüklükdə səhnəni bura  yazdığıma  görə  məni qınama. 
"Od gəlini"
ni dönə-
dönə oxu! Bugünümüzü yaxĢı duyarsan. Azadlıq dastanları eyni olur, surətlər, zaman baĢqa, 
imperiyalar baĢqa-baĢqa. Altunbay (indiki katib) görün öz xalqına necə qan uddurur, ancaq 
imperiyanın  darğasını  görəndə  necə  zavallıya  çevrilir,  hətta  öz  niĢanlısını  qurban  verməyə 
hazır olur… 
Yarımziyalılar Turqutun günündə deyilmi? Onlar katiblərə yalvarırlar ki, 
Xalq  Cəbhəsini,  onun  nümayəndələrini  bağıĢlaya  bilərsiniz.  Ancaq  üstlərinə 
çığıran  kimi,  ya  da  katib  üz-gözünü  turĢudan  kimi  (halbuki  Altunbay  Turqutu 
yumruqla  vurub  yerə  sərir)  Xalq  Cəbhəsinin  ölümünə  fərman  verirlər. 
Polyaniçko 
Rəbidən, Yazov Əbu Übeyddən daha qəddar deyilmi?… 
Nə  isə,  elə  bir  üsuldan  istifadə  etməyə  çalıĢdım  ki,  sadə  oxucular  da  məsələnin  nə  yerdə 
olduğunu anlaya bilsinlər. 
Bir  az  da  seçkilər  haqqında.  Dediyimiz  kimi,  bu  seçkilər  Azərbaycanda  demokratiyanı 
boğmaq  üçün  ən  yaramaz  üsul  idi.  Həm  də 
istəyirdilər  dünyaya  göstərsinlər  ki, 
Azərbaycan  xalqı  demokratiyaya  hazır  olmadığından  Kommunist  Partiyasının 
diktaturasından əl çəkə bilmir.
 Müvəqqəti də olsa buna nail ola bildilər. Dünyanı bir daha 
aldatdılar.  Ancaq  bir  dönməz  həqiqət  var  ki,  xalqı,  xalqları  aldadanlar  lap  sonda  özləri 
aldanmıĢ olurlar. Ġmperiya - Moskva dünyanı aldada-aldada sonda gördü ki, özünü aldadıb. 
Bu azğınlar 1400 il bundan qabaq 
Qur’anda
 aydın deyilən bu gerçəkliyi baĢa düĢmürlər, çünki 
Ulu Tanrı yalançının gözlərinə elə pərdə çəkir ki, o, günün günorta çağı açıq-aĢkar olanı belə 
görmür. 
Bu gün AXC-dən 30-dan çox millət vəkili seçilmiĢdir. Bunların hər biri on deputatdan güclü və 
bacarıqlıdır. Bir  sıra  millət  vəkilləri də vardır  ki, onlar XC-nin  nümayəndəsi olmasa  da  xalqa 
dərindən bağlıdır. Deməli, bunlarla biz müttəfiqik, eyni bir mövqedən çıxıĢ edəcəyik.  
Partokratiyanın  təmsilçisi  olan  və  deputatlığı  zorla  əlinə  keçirən  bir  sıra  katibləri  mən  yaxĢı 
tanıyıram.  Üç  cümlədə  on  məntiqi  səhv  buraxırlar.  Onlardan  millət  vəkili  çıxmaz.  Çoxu  da 
rayonları  talan  edib  yeyir,  özünü 
dərəbəy-dərəkatib
  sayır.  Öz  quldurluqlarını  buraxıb 


parlamentdə çalıĢmazlar. Nə isə, bir sıra dərəkatib gərək qara gününü indidən qablaĢdırsın və 
Polyaniçkonu köməyə çağırsın, bəlkə o, yeni bir qatıĢıqlıq salıb onların katiblik ömrünü uzatdı. 
Uzun sözün qısası, yeni Ali Sovetin iĢi qalıb Ģeytana. 
Məni  ən  çox  narahat  edən  xalqımızın  siyasi  fəaliyyətinin  hələ  aĢağı  olmasıdır.  Orta  hesabla 
seçiciləri dörd qrupa bölmək olar: 
1.
 
daha fəallar;
 
2.
 
az fəallar;
 
3.
 
saymazlar;
 
4.
 
məiĢətə çox meyli olanlar.
 
Axırıncı iki qrup bizdə daha çox narahatlıq yaradır. Ölkə bir dağıntı içərisindədir, xalqımızın bir 
qismi seçki günü bir saatını bu cür çox mühüm bir iĢə - istədiyi millət vəkilini seçməyə sərf 
etmək istəmir. Görəsən, bu adamlar baĢa düĢmürlər ki, xalqın taleyinin həlledici anıdır? Axı 
sabah gec ola bilər. 
Dördüncü qrup daha bədbəxtdir və xalqa çox böyük zərbə vurur. O, səsini mebel, yumurta, 
toyuq,  siqaret  paylayan,  yaxud  su  çəkdirib  asfalt  saldıran  namizədə  verir.  Bunlar  da  öz 
talelərini,  xalqın  taleyini  1-2  günlük  taxtaya,  siqaretə  satırlar.  Bunlar  Azadlığı  rədd  eləyib 
yumurtaya  səs  verdilər.  Özlərini  də  alçatdılar,  xalqı  da!  Bunu  görən  bir  sıra  gənclərimiz 
özlərini ələ ala bilməyib boğula-boğula "biz ölümə layiq xalqıq" deyirdilər.  
Xalqın bu acı günündə onu bir-iki günlük ət və toyuqla aldadanların bəs vicdanı harada qaldı? 
Belə  adamlardan  millət  vəkilimi  çıxar?  Xalqı  uĢaq  kimi  yumurta  ilə  aldadanlar  sabah  onun 
baĢına nələr gətirməyəcəklər? 
Mətbuatımız.  Azərbaycan  Xalq  hərəkatının  bir  qələbəsi  də  demokratik  mətbuatımızın 
yaranmasıdır. 
"Azadlıq"
  qəzetinin  bir  yaĢı  tamam  olur.  Bu  bir  ildə  o,  iki  dəfə  bağlanıb. 
Komendantlar  və  hərbi  senzorlarla  döyüĢə-döyüĢə  çap  olunur. 
Redaktoru,  yeni  millət 
vəkilimiz,  təkcə  AXC-nin  deyil,  xalqımızın  sevimlisi  Nəcəf  bəy  [Nəcəfov]  öz 
prinsipiallığını davam etdirir.
 Ona millət vəkili kimi böyük uğurlar arzulayıram. "Azadlıq" 
bağlananda 
"Fövqəladə  vəziyyət"
  qəzetini  buraxmaqda  Ağamalı  Sadiq  böyük  qeyrət  və 
zəhmət sərf etdi.  
"Azərbaycan", "Aydınlıq", "Ayna", "Ədalət", "Yeni Müsavat", "Xalq səsi", "Haray"
 (Sumqayıt), 
"Humay", "Vətən səsi", "Vətən" (Gəncə), "Azad söz", "Türk yurdu", "Demokrat"
 (Sabirabad), 
"Yurd"
  (Naxçıvan)  və  baĢqa  qəzetlərimiz  xalqımızın  iradəsini  təmsil  edərək  bizi 
məlumatlandıran, gələcəyə səsləyən orqanlardır. Bəzən bunların bütün nömrələrini oxumağa 
vaxt tapmayanda adam çox təəssüflənir və bunların çoxluğuna sevinir. Açıq-aydın görünür ki, 
çox güclü bir Azərbaycan mətbuatı yaranır.  
Bu  qəzetlərin  hamısından  bir  narazılığım  var  -  o  da  Azərbaycanın  güneyindən 
xəbərsizlikləridir. Arzu edərdik ki, bu boĢluğu tezliklə doldursunlar.
 
Azərbaycan  Xalq  Cəbhəsi  haqqında,  onun  indiki  vəziyyəti   və  gələcək  fəaliyyəti 
haqqında çox sual verilir, müxtəlif söhbətlər eĢidilir. 
Birincisi, ən çox onun Ġdarə Heyətinə qarĢı insafsız hücumlar var. Mənə aydındır ki, bu qərəzli 
hücumlar  elə-belə  deyil,  müəyyən  qüvvələr  bunu  düĢünərək  təĢkil  edirlər.  Yanvardan 
bugünədək  Ġdarə  Heyətində  12  nəfər  qalmıĢdı.  Ġdarə  Heyətinin  fəal  üzvlərindən  Rəhim  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə