Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   20   21   22   23   24   25   26   27   ...   61

ƏĢkan  Ģahları  dövründə  Azərbaycanda  və  onunla  qonĢu  əyalətlərdə  dağınıq  halda  olan 
"Avesta"  bölmələri  toplanmıĢ,  bu  kitab  yenidən  bərpa  edilmiĢdir.  Bu  iĢ  Sasanlıların  ilk 
hakimiyyət illərində də davam etdirilmiĢdir. Sasanlı Ģahı II ġapur (379-cu ildə ölüb) möbidan-
möbid (kahinlər kahini) Azərbüd Ġspənd oğluna tapĢırmıĢdır ki, "Avesta"nı tam təkmilləĢdirib 
yenidən  redaktə  etsin.  Bu  iĢ  baĢa  çatanda  II  ġapur  ZərdüĢt  dinini  rəsmi  dövlət  dini  elan 
etmiĢdir.  Azərbaycan  (Azərbüd)  toplayıb  tərtib  və  redaktə  etdiyi  "Avesta",  dediyimiz  kimi 
onaqədərki  "Avesta"nın  dörddə  biridir  və  bu  zamana  gəlib  çatan  da  onun  təhrif  edilmiĢ 
Ģəklidir. Bu "Avesta" beĢ bölməyə ayrılır: 
1.
 
Yasna
 
2.
 
Vispered
 
3.
 
Vendidad
 
4.
 
YəĢt
 
5.
 
Xorde Avesta/Xurtak Apastak (Xırda-Kiçik Avesta)
 
Yasna
 yetmiĢ iki (72) bölmədən ibarətdir, onun yalnız bir bölməsi 
Qatalar
 adlanır. Dünyada 
tanınmıĢ 
zərdüĢtlükĢünaslar
 və 
avestaĢünaslar
 birgə fikrə - sonuca gələrək bildirirlər ki, yalnız 
bu  Qatalar  və  bir  sıra  Vəndidad  ZərdüĢtün  əsəridir  və  "Avesta"nın  ən  əski  bölmələridir.  Biz 
hörmətli oxucunun buna ayrıca diqqət yetirməsini istəyirik: çünki söyləyəcəyimiz fikrin önəmli 
xətlərindən  biri  budur  və  çox  həssas  bir  çıxıĢ  nöqtəsidir.  Belə  ki,  görkəmli  Azərbaycan 
dahisi  ZərdüĢt  dünyada  ilk  təkallahlıq  din  sistemini  yaradan  bəĢər  dühalarından 
olmuĢdur.  Min-min  yazıqlar  olsun  ki,  fars  əfsanəçi,  Ģahçı,  əfsunçu  zehniyyatı  təktanrılı 
zərdüĢtlük dinini elə bir hala salmıĢdır ki, bu din sonradan ya ikiyaradanlı, ya da çoxallahlı din 
kimi qəbul edilmiĢdir. Bu, Ģovinist və əfsanəçi, nağılçı fars zehniyyat və niyyətinin Azərbaycan 
türk xalqına vurduğu ilk ölümcül yaralardan biridir!  
Türk, ərəb, rus, fransız, fars, dəri pəhləvi dillərinin kamil bilicisi olan Azərbaycan alimi Ġsmayıl 
ġəms  ("Avesta"nın  Qatalarını  incələyərək,  müqayisəli  tarix  -  məntiq  metoduna  və  fəlsəfi 
prinsiplərə  dayanaraq,  çox  haqlı  olaraq, 
zərdüĢtlüyün  təktanrılı  din  olduğunu  əsaslı 
sübut  etmiĢdir
.  Ġsmayıl  xoca  yazır:  "ZərdüĢt  çoxallahlığın  əleyhinə  çıxaraq  Ahuramazdanı 
yeganə Yaradan, Xaliq bilmiĢdir… 
Məhəmməd  peyğəmbərdən  sonra  bəzi  din  xadimləri  ZərdüĢt  dinini  ikiallahlı  kimi  baĢa 
düĢmüĢlər.  Onlar  Ahuramazda  ilə  Əhriməni,  Xeyirlə  ġəri  bir-birinə  qarĢı  qoyaraq,  ayrı-ayrı 
varlıq hesab etmiĢlər… 
ZərdüĢtün  Qatalarda  dediklərini  məntiq  və  fəlsəfə  prinsipləri  ilə  dərindən  təhlil  etdikdə  bu 
nəzəriyyələrin düzgün olmadığı meydana çıxır" (Bax: Avesta, I kitab. Bakı,1995, s.28). 
ZərdüĢtlük  dini  üç  böyük  əsas  üzərində  qurulmuĢdur:  Uğurlu  DüĢüncə,  Uğurlu 
Söz,  Uğurlu ĠĢ.  Bir  sıra  alimlər bu üç  əsası bütün  dinlərin  ana  prinsipi sayırlar.  Biz də bu 
fikirdəyik. Bir məsələni də gözdən qaçırmayaq ki, bunları tarixdə ilk dəfə ZərdüĢt demiĢdir. 
ZərdüĢt  Tanrıya 
Ahura

Mazda
,  ya  da bir  yerdə 
Ahura  Mazda

Mazda  Ahura
  deyə  müraciət 
edir.  Qataların  birində ZərdüĢt  Tanrıya  belə  müraciət  edir: 
"Ey Mazda, mən öz düĢüncəmlə 
(yəni  Uğurlu  DüĢüncə  ilə  -  Ə.E.)  dərk  etdim  ki,  varlığın  ilki  də,  sonu  da  sənsən.  Səni  öz 
gözümlə  gördükdə  baĢa  düĢdüm  ki,  ən  düzgün,  ən  doğru  hakim  sənsən,  dünyadakı  iĢlər 
haqqında ən ədalətli hökm verən sənsən!"
 
Doğrudan  doğruya  soruĢuruq:  bu  müraciət  təktanrılıq  deyilmi?  BaĢqa  bir  yerdə  deyir: 
"Ey 
Mazda, həm hökmdarlıq, həm də qüdrət sənin əlindədir"
. BaĢqa bir yerdə ZərdüĢt deyir: 
"Ey 
Ahura,  bunu  səndən  soruĢuram,  mənə  düzgün  söylə.  Səninlə  dininə  çağırılmıĢ  adamlar 


dindarlıq  baxımından  ona  necə  yanaĢacaqlar?  Ey  Mazda,  bu  iĢ  üçün  Sənin  tərəfindən  ilk 
seçilmiĢ adam mənəm!"
 
Bu Qatadan aydındır ki, ZərdüĢt bu dini öz dini adlandırmamıĢ, onu 
Tanrının dini
 adlandırmıĢ 
və bu dini yönəltmək  üçün 
Tanrı-Ahura Mazda ZərdüĢtü peyğəmbər seçmiĢdir
.  Bəhs 
etdiyimiz  mövzunun  böyük  uzmanları  bu  dini  həm 
mazdeizm
,  həm  də 
zərdüĢtlük
,  ya  da 
ZərdüĢt dini
 adlandırır, bir çox halda biri obirini rədd edir. Bu yuxarıda gətirdiyim misaldan və 
daha  baĢqa  misallardan  aydın  olur  ki,  ZərdüĢt  Tanrıya  (Mazda,  Ahura,  Ahura-Mazda) 
müraciət etmiĢ və bu dini 
Tanrının dini
 kimi qəbul etmiĢdir. Ona görə də bu dinə 
mazdaizm
 
(mazdailik), 
ahuraizm
  (ahuralıq), 
ahuramazdailik
  demək  heç  də  yanlıĢ  deyil  və  bu  dinin 
ZərdüĢtün  adı  ilə  adlanması  doğrudur.  Bu,  bütün  dinlərə  də  aiddir.  Məsələn,  islam  dininə 
peyğəmbərin  adı  ilə  bağlı  "məhəmmədiyyə"  də  deyilir.  Ġbrahim  peyğəmbərin  yaydığı  dinə 
"hənəfiyyə"  deyildiyi  kimi  "ibraniyyə"  də  deyilir  və  bu  kimi  baĢqalarına  da  (məs.,  isavilik, 
musavilik və b.). 
Yuxarıda gətirdiyimiz misallardan aydın olur ki, 
mazdailik (zərdüĢtlük)
 ilk yaranıĢında təktanrılı 
din  olmuĢ,  sonradan  təhrif  edilərək  ikiallahlı  din  donuna  geydirilmiĢdi.  Nəticədə  belə 
alınmıĢdır:  dünyanın  -  yaradılıĢın  (varlığın)  iki  baĢlanğıcı  var:  Xeyir  və  ġər.  Xeyir  Allahı 
Mazdadır - Hörmüzddür, Ģər Allahı Əhrimandır (Əhliman). 
Sorğu  doğa  bilər:  nə  olsun  ki,  parslar  təktanrılı  bir  dini  ikitanrılı  dinə  çevirmiĢlər?  Bundan 
farslar,  türklər,  bəĢəriyyət  nə  itirmiĢdir?  Birmənalı  cavab  verək  ki,  çox-çox  Ģeylər  itirmiĢdir. 
Birincisi
,  bir  daha  qeyd  edək  ki, 
bəĢəriyyət  mifdən  çoxallahlığa,  çoxallahlıqdan 
azallahlığa,  azallahlıqdan  üç  və  ikiallahlığa  və  onlardan  da  təkallahlığa  doğru 
bəĢəriyyət  böyük  əzablı  bir  yol  keçərək  öz  təfəkkürünü,  dünyagörüĢünü 
kamilləĢdirmiĢdir.
  Bundan  geriyə  qayıtmaq  tərəqqi  deyil,  irticadır,  geriləmək  və  bəĢər 
inkiĢafına maneçilikdir və çox-çox heyiflər olsun ki, bu maneçilik min illərdir davam edir. Bu 
dediklərimiz  artıq  dünya  düĢüncə  tarixində,  tarixin  fəlsəfəsində  danılmaz,  heç  cür  inkar 
edilməz bir həqiqətdir.  
Məsələnin 
ikinci
  yönü: 
mif,  din  və  bilim  (elm)
  -  hər  üçü  ayrı-ayrılıqda  dünyagörüĢü, 
dünyabaxĢıdır,  aralarında  iliĢkilərin  olmasına  baxmayaraq,  bir-biri  ilə  müəyyən  ziddiyyət, 
inkar,  rəqabət  və  mübarizədədirlər.  Mifik  təfəkkür 
bilim
  təfəkkürünə  qarĢı  daha  düĢmən 
mövqedə  dayanır,  demək  olar  ki,  əks  qütbü  təĢkil  edir.  Din  düĢüncəsi
  bilimə
  mifik 
düĢüncədən  az  mane  olur.  Bu  açıdan  da 
dindən  mifə
  qayıtmaq 
bilimin
  (elmin)  inkiĢafına, 
bilim
 təfəkkürünün gəliĢməsinə mane olmaq deməkdir. Ġnsan oğlu mifdən dinə, dindən 
bilimə
 
yürümüĢdür.  Dindən  mifə  qayıtmaq 
bilimdən
  inkar  deməkdir, 
bilimə
  gedən  yoldan  geri 
dönmək deməkdir. 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə