Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   19   20   21   22   23   24   25   26   ...   61

Bu  beytlərdən  aydın  olur  ki,  Firdovsinin  yaĢadığı  dövrdə  bu  yalan  bir  həqiqət  kimi  "dillərdə 
gəzirmiĢ".  Burada  ikinci  bir  mətləbə  baxaq:  Bunu  kim  demiĢ,  kim  yazmıĢ?  -  "qədim  dövr 
tarixini
  izləyən".  Mifin  necə  tarixləĢdirildiyini  görürsünüz  və  Firdovsi  qabaqcadan  əsərinin 
baĢlarında yazırdı ki, "Mənim sözlərimdə tapılmaz yalan, nə əfsun, nə əfsanə, inan!", ancaq 
"ġahnamə"  baĢdan  ayağa  əfsun,  əfsanə  və  yalanlardan,  saxtalıqlardan,  boĢ  tərif  və 
yaltaqlıqdan  ibarətdir.  Sultan  Mahmud  Qəznəvi  tarixdə  məlum, görkəmli Ģəxsiyyət,  istedadlı 
sərkərdə, özü bilikli olduğu kimi, elmə, biliyə, Ģerə, sənətə çox böyük qiymət vermiĢ, elm və 
mədəniyyət  hamisi  kimi  tarixdə  tanınmıĢdır.  Ancaq  tarixi  Ģəxsiyyət  olan  Mahmud  Qəznəvi 
Firdovsinin  "vəsf"  adı  altında  yaltaqlanıb,  saxtalaĢdırdığı  Mahmuddan  çox  fərqlidir.  Firdovsi 
yazır: 
          
Bu, Hindistanın Ģanlı sultanıdır,
 
          
Bu, Rumun qızıl taclı xaqanıdır.
 
          
Ədalətlə vermiĢ cahana bəzək,
 
          
GünəĢdir onun tacı, təxti fələk.
 
Bəlli  olduğu  kimi,  Sultan  Mahmud  Hindistana  17  kərə  hücum  edib,  oranı  hakimiyyəti  altına 
alıb, ancaq o nəinki Ruma (Bizansa), hətta Azərbaycana belə gəlib çatmayıb, daha doğrusu 
hücum etməyib və heç bir zaman da Rum (Bizans) ona hər hansı bir Ģəkildə tabe olmayıb. 
Bizə elə gəlir ki, Firdovsi Rumun (Bizansın) harada yerləĢdiyini də dəqiq bilmirmiĢ, çünki o, 
"ġahnamə"nin baĢqa bir yerində belə yazır: 
          
Salınca nəzər Ģah, Səlm oğluna:
 
          
Halaldır, -dedi, -Rumu-Xavər ona,
 
          
Buyurdu: -Götürsün qoĢun, durmadan
 
          
ġahənĢah kimi ġərqə olsun rəvan.
 
Burada  göstərildiyi  kimi,  Fəridun  Ģah  guya  dünyanın  ĢahənĢahıdır.  O,  dünyanı  üç  oğlu 
arasında üç yerə bölür. Rumu-Xavəri böyük oğlu Səlmə verir, Ġranzəmində ortaya göndərir. 
Onda Səlm Ġrandan çıxanda ġərqə yox, Qərbə getməli idi. 
Sultan Mahmudu "vəsf" edən Ģair yazır: 
          
Çinə, KəĢmirə, Hində bir sal nəzər,
 
          
Bütün padiĢahlar ona baĢ əyər.
 
Firdovsi  yalanın  gözünə  doğrunu  qatıb  zəhərli  yalanı  Ģəkər  kimi  savadsız  və  az  savadlı 
oxucusuna  yedizdirir.  Bu,  doğrudan-doğruya  insanlıq  qarĢısında  cinayətdən  baĢqa  bir  Ģey 
deyildir. Çin imperatorunun XI yüzildə Sultan Mahmuda baĢ əyməsi, Firdovsinin yalanından, 
gopundan  və  yaltaqlığından  doğan  fantaziyası,  əfsanəsidir.  Öz  yaĢadığı  dövrün  tarixini, 
Ģəxsiyyətlərini əfsanələĢdirən bir Ģairin qədim qaranlıq tarixləri necə mifləĢdirəcəyi apaydındır. 
Fars Ģovinizmi həmiĢə Allahı və dinləri xalqla Ģahlar arasında bir alətə, vasitəyə çevirmiĢdir. 
Nə  yazıq  ki,  bu,  islam  dininə  münasibətdə  də  belə  olmuĢdur.  Firdovsi  bunu  bir  hikmət,  bir 
fars atalar sözü kimi qələmə almıĢdır: 
          
O istər görə xalqı allahpərəst,
 
          
Çünki allahpərəstlər olar Ģahpərəst.
 
Deməli xalqa dini, Allahı ona görə öyrədir, təbliğ edirlər ki, xalq bu yolla sonucda "Ģahpərəst" 
olsun.  Dindən  və  Allahdan  amac  budur.  Görəsən,  Ulu  Tanrı  bu  iyrənc  məqsədləri 
bağıĢlayacaqmı? Axı belə olmaz! ġah dinə xidmət etməlidir, din Ģaha yox! 


Bir  daha  yada  salaq  ki,  fars  Ģovinizmi  öz  varlığını  yaĢadıb,  dirçəldib,  hakim  mövqe  tutmaq 
üçün: 
 
dinləri mifləĢdirib; 
 
mifləri tarixləĢdirib; 
 
tarixi mifləĢdirib. 
Bunların  hər  üçü  bəĢəriyyət  üçün  çox  təhlükəlidir;  mifləri  tarixləĢdirmək  isə  bəĢər  üçün 
əvəzedilməz önəmi olan tarix elminə alçaq bir qəsddir. ÇağdaĢ tarixçilər buna qarĢı amansız 
mübarizə  aparmasalar  tarix  elmi  məhv  olar.  Bir  daha  Qumilyovun  sözünü  təkrarlamağa 
məcburam: "Mif baĢlayan yerdə elm qurtarır". 
Bu  yazının  sonunda  biz  fars  Ģovinizminin  mifləri  tarixləĢdirmə  və  tarixləri  mifləĢdirməsi 
haqqında fikirlərimizi "ġahnamə" üzərində araĢdırma ilə açıqlayacağıq. Ġndi bu Ģovinizmin bəzi 
qaynaqları haqda bir sıra fikirlərimizi söyləməyi qaçılmaz sayıram. 
Dövrümüzə  gəlib  çatan  qaynaqların  ilki  din  (zərdüĢtlük)  kitablarıdır  ki,  onların  da  baĢında 
"Avesta"  durur.  Bir  sıra  tarix  qaynaqları  və  tarixi-bədii,  mənzum  romanlar  da  "Avesta"ya 
dayanmıĢdır.  Yüzlərlə  mənbə  (qaynaq)  və  ədəbiyyatla  tanıĢ  olduqdan  sonra  belə  qənaətə, 
sonuca gəlirik ki, 
zərdüĢtlük dininə aid kitablar külliyatı-toplusu sayılan "Avesta"nın 
dörddə  biri  gəlib  zamanımıza  çatmıĢdır,
  onların  (əlyazmaların  - 
red.
)  da  ən  əskisi  bu 
eranın XII yüzilinə aiddir, ən yaxĢısı isə XIII yüzilə. Və belə aydın olur ki, bu kitabların ilkin 
bölmələri eradan qabaq min üç yüzüncü ildən yazılmağa baĢlamıĢ, bu eranın - miladın 8-10-
cu  yüzillərinədək  artırmalar,  əlavələr,  Ģərhlər  və  haĢiyələrlə  daim  çoxaldılmıĢ,  çox  böyük 
dəyiĢmələrə məruz qalmıĢdır. Aydın olur ki, 
"Avesta" 2300 ilə yazılmıĢdır.
 Belə bəlli olur 
ki, "Avesta" yüzillərlə o qədər dəyiĢmələrə uğradılmıĢdır ki, ZərdüĢtün əsl-gerçək 
"Avesta"sından olduqca az bir nəsnə qalmıĢdır. 
"Avesta" birinci böyük təhrifə Əhəmənilər dövründə (parsalı HəxaməniĢilər, m.ö. 
558-330)  uğradılmıĢ,  hakim  sülalənin  nümayəndələrinin  göstəriĢi  ilə  bu  kitaba 
əfsanəvi hökmdarlar və onların da özləri haqqında nağıllar, dastanlar salınmıĢdır.
 
Yeri  gəlmiĢkən  bir  tarix  faktını  burada  vurğulamaq  istəyirik  ki, 
nə  Əhəmənilər 
(HəxaməniĢilər),  nə  də  Sasanlılar  təmiz  pars-fars  sülaləsi  olmayıb.
  Bu,  Əhəməni 
Ģahı  I  Daranın  (m.ö.  522-486)  Bisütun  qayalarında  yazdırdığı  daĢ  kitabədə  çox  aydın  ifadə 
edilmiĢdir. O, tarixdə məĢhur Qaumata üsyanını yatırması haqqında belə yazır: 
"Parsalı və 
Midiyalı olan ailəmizdən (!) bir kimsə tapılmadı ki, Ģahlığı Qaumata muğdan alsın. Bu o 
zamanadək sürdü ki, mən gəlib Ahuramazdadan yardım istədim. Ahuramazda mənə kömək 
göstərdi və Ģahlığı geri aldım".
 
Tarixdən bəlli olduğu kimi, Əhəmənilərin əsl kökü parsalılara və 
Midiya türklərinə
 dayanmaqla 
yanaĢı, onların döyüĢ güclərinin əsas bir hissəsi və saray hərbi dvoryanları 
qaz (qas)
 və 
qut 
(quz)
  türklərindən  ibarət  olmuĢdur.  Bu  cür  parsa-türk  çulğaĢmasını  biz  Sasanlılarda  da 
görürük.  Amma  çox  qəribədir  ki, bu hər iki  sülalə  mülki  və dini sahədə bütün  idarəçiliyi və 
ağalığı  farslara  vermiĢ,  fars  zadəgan  silki  yaratmıĢ,  fars  Ģovinizmini  bəsləyib  ərsəyə 
gətirmiĢdir. 
"Avesta"  Əhəmənilər  dövründə  yeni  bir  külliyyat  halına  salınır,  iki  nüsxəsi 
hazırlanır:  bir  nüsxəsi  Parsanın  mərkəzində  sonralar  "Təxti-CəmĢid"  adlanan 
Ģəhərdə,  Ģahların  kitabxanasında  saxlanılırdı.  Bu  nüsxəni  Ġsgəndər  oranı  iĢğal 
edəndə yandırmıĢ, ġarikanda saxlanan obiri nüsxəni Yunanıstana aparmıĢdır.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə