Bütöv Azərbaycan Yolunda


yoxdur, fars Ģahlarının tarixi vardır - özü də mifləĢdirilmiĢ, mifik bir tarix, mifik bir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   17   18   19   20   21   22   23   24   ...   61

yoxdur, fars Ģahlarının tarixi vardır - özü də mifləĢdirilmiĢ, mifik bir tarix, mifik bir 
ədəbiyyat! 
Bu böyük, xaotik mif dünyası necə yaranmıĢdır, onun qaynaqları hansılardır? Burada iki əsas 
qaynaq var: 
1.
 
zərdüĢtlük dini; 
2.
 
fars Ģahları haqqında yaradılan nağıllar, rəvayətlər, uydurmalar, bir sözlə böyük dünya 
dinlərinin  yaranmasından  qabaq  dünyaya  hakim  kəsilmiĢ  miflərin  sonradan  fars 
Ģahlarının adına yazılması. 
Bəlli olduğu kimizərdüĢtlüyü dünyanın görkəmli bilginləri üç mərhələyə ayırırlar: 
 
zaratuĢtrianizm 
 
zaratuĢtrisizm 
 
zaroastrianizm. 
Birinci  mərhələ  ZərdüĢtün  yaratdığı  Avestanın  əsasını  -  Qatalarını  təĢkil  edir  (onun  ilkin 
baĢlanğıc  tarixi  bəlli  olmasa  da  aĢağı-yuxarı  miladdan  öncə  beĢinci  yüzilədək  olan  dövrdə 
yarandığı  söylənilir).  Ġkinci  mərhələ  "Kiçik  Avesta"da  ("Xorde-Hırda  Avseta")  öz  ifadəsini 
tapmıĢ, ZərdüĢtün ölümündən sonra yaranmıĢdır və miladdan öncə beĢinci yüzildən sasanlılar 
hakimiyyətinin ortalarınadək olan dövrə düĢür. Üçüncü mərhələ sasanlılar dövrü və ondan bir 
az sonraya aiddir. 
ZərdüĢtlük
 çox maraqlı bir tarix keçmiĢdir. Bildiyimiz kimi bəĢər hələ dinlərə çatmamıĢ on min 
illər  boyunca  miflə  yaĢamıĢ,  insan  yaĢamında  miflər  ön  yer  tutmuĢdur.  Ġnsan  oğlu  zaman-
zaman  mifdən  dinə  doğru  inkiĢaf  yolunu  yürümüĢ,  ancaq  çoxallahlığa  daxil  olmuĢ,  sonra 
oradan da təkallahlığa tapınmıĢdır. 
ZərdüĢtlük ilk təkallahlıq dinlərindən biri, bəlkə də birincisidir.  
Maraqlı  olan  nədir? 
ZərdüĢt  xalqı  mifdən  qurtarıb  təkallahlı  dinə  gətirdiyi  halda, 
ondan sonra bu dini özlərinə silah edən farslar onun ikinci, üçüncü mərhələsində 
bu  dinə  əski  mifləri  yenidən  soxmuĢ,  min  il  əlavələr  edərək  zərdüĢtlüyü  yeni 
əsərlərlə, kitablarla mifləĢdirmiĢ, onu fars Ģovinizminin alətinə çevirmiĢlər. 
 
Ġkinci  maraqlı  cəhət  orasındadır  ki,  farslar  islam  dininin  də  baĢına  bu  oyunu  gətirmiĢ,  onu 
gücləri  çatdığı  qədər  mifləĢdirmiĢlər.  Fars  hökmdarlarının  sözləri  ilə  desək,  "çəyirtkə,  ilan-
qurbağa  yeyən  ərəblər"  (əslində  belədir:  üzün  dönsün  ey  çərxi-fələk,  gör  nələr  yapdın,  nə 
günlərə  qaldın  ki,  çəyirtkə,  ilan-qurbağa  yeyən  ərəblər  Kəyan  taxtına  əl  uzatdılar!)  450  illik 
Sasanlı-fars  imperatorluğunu  bir  həmlədə  darmadağın  edib,  yüzillərlə  formalaĢmıĢ  fars 
Ģovinist yekəxanalığını, təĢəxxüsünü sındırmıĢdılar. Farslar bunu heç cür həzm edə bilmirdilər. 
Ancaq  islamla  ideyaca  silahlanmıĢ  ərəblər  tez  bir  zamanda  böyük  bir  imperatorluq 
yaradandan sonra ərəb Ģovinizmi tüğyan elədi; bundan sonra 1270 il hər hansı dövlət yarada 
bilməyən,  Ģahlıqdan  məhrum  olan  fars  Ģovinizmi  bütün  gücünü  islamda  təxribata  və  fars 
Ģovinizmini tarix və ədəbiyyat vasitəsi ilə ideologiya yaratmağa yönəltdi.  
Fars  Ģovinizmi  islamda  Ģiəliyi  alaraq  onu  bütün  islama  qarĢı  qoydu,  tarixi  Ģəxsiyyətlər  olan 
imamların  tərcümeyi-hallarını,  həyat  və  yaradıcılıqlarını  miflərlə  qarıĢdırdı,  miflərlə 
saxtalaĢdırdı. 
Əlialahiliyi
  (IV  xəlifə,  imam  həzrət  Əlini  Allah  sayanlar), 
ismaililiyi
  farslar 
yaratdılar.  


Farslar miflər yaratdı: "Yerin bir ipi var, o da yer üzünün valisi həzrəti-Əlinin əlindədir; onu nə 
vaxt tərpətsə zəlzələ olur"; "Peyğəmbər meracda olarkən plov yemiĢ, onunla bərabər bir əl 
də o plovdan yeyərək Peyğəmbərə yoldaĢlıq etmiĢdir. Bu, Allahın yanına Peyğəmbərdən öncə 
getmiĢ Əli idi";  "Ġmam  Hüseyn üç  yaĢında ikən  xurma  ağacının  kölgəsində oynayırdı.  Anası 
həzrəti-Fatimə gəlib gördü ki, orada bir əjdaha iki yerə parçalanıb, qorxuya düĢdü, həzrəti-
Peyğəmbərin  yanına  qaçdı.  Peyğəmbər  dedi:  Bilirəm  nəyə  gəlmisən,  heç  təlaĢ  keçirmə,  o 
əjdahanı oğlun Hüseyn iki yerə parçalayıb"; "həzrəti-Hüseyn qılınc çaldı, hər qılınc çalanda 40 
min baĢ sağa, 40 min baĢ sola töküldü"; daha nələr, nələr. Ulu Tanrı, sən özün bağıĢla! 
"Fars Ģovinizmi və Ġslam" mövzusuna bu yazının sonunda bir də qayıdacağıq. 
Öndə dediyimiz kimi, 
farslar mifləri gerçək tarix, gerçək tarixi mif yapmaqda bəlkə 
də  dünyanın  ən  mahir  xalqıdır.
  Gerçək,  həm  də  sosiologiya,  təbiətĢünaslıq  və 
fəlsəfə  ilə  çuğlaĢmıĢ  bir  din  olan 
zərdüĢtlüyü
  min  il  boyu  mifləĢdirərək  islam  və 
xristianlıq qarĢısında məğlub durumuna gətirdilər. Sözsüz ki, mifləĢmiĢ zərdüĢtlük 
gerçək  həyata  daha  çox  yaxın  olan  islamın  qarĢısında  tab  gətirə  bilməzdi  və 
gətirmədi də! 
Farslar öncə öz tarix və ədəbiyyatlarını, bacardıqca dünya tarix və ədəbiyyatını öz xeyirlərinə 
mifləĢdirmiĢlər. 
Mif  təntənə çalan  yerdə  gerçək  bilikdən  danıĢmaq  həqiqətə,  elmə, 
biliyə  istehzadan  baĢqa  bir  Ģey  deyil.
  Dünyanın  böyük  bilik  korifeylərindən  olan  türk 
dahisi  Məhəmməd  Əbu  Reyhan  Biruni  (973-1048)  demiĢdir:  "Fars  dili  Xosrov  ƏnuĢirəvan 
əfsanələri yaratmaqdan baĢqa bir Ģeyə yaramır". Ondoqquzuncu yüzilin görkəmli türk alimi, 
filosof  və  yazısıçı  Mirzə  Fətəli  Axundzadə  (1812-1878)  demiĢdir: 
"Dünyada  farslar  qədər 
əfsanəyə inanan baĢqa bir xalq yoxdur"

Öncə  demiĢdik  ki,  farslar  əfsanələri  -  mifləri  özlərinə  tarix  etmək  üçün,  tarixi  isə  özlərinin 
xeyrinə mifləĢdirmək - əfsanələĢdirmək üçün dəridən-qabıqdan çıxmıĢ, bu yolda türk, Bizans, 
Suriya,  ərəb,  hətta  Britaniya və Rusiya imperatorluqlarının  saraylarının  qapılarında yüzillərlə 
təzim edərək, dondan-dona girərək sürünməklərini sürdürmüĢlər. 
Hikmətlə  yanaĢı,  əfsanə,  nağıl,  yaltaqlıq  və  hiyləgərliklə  dolu  "Kəlilə  və  Dimnə"ni 
Hindistandan oğurlayıb gətirmək üçün bir fars alimi öz ömrünün çoxunu hind saraylarında bir 
casus kimi çürütməyə razı olmuĢ, sonda istədiyinə çatmıĢdır. 
Bizim bu dediklərimizin doğruluğuna azacıq Ģübhə ilə baxanlar buyurub fars xalqının əvəzsiz 
yaradıcılığı  sayılan  və  farslarda  dünyanın  müqəddəs  kitabları  ilə  yan-yana  tutulan 
"ġahnamə"ni bircə dəfə vərəqləsinlər. 
Nə  üçün  "ġahnamə"ni  fars  xalqının  yaradıcılığı  sayırıq?  Deyə  bilərlər  ki,  bu  ki,  Firdovsinin 
əsəridir. Gəlin Firdovsinin öz dediyinə baxaq. O, "kitabın hazırlanması barədə" baĢlığı altında: 
 
         Mənim sözlərimdə tapılmaz yalan,
 
          Nə əfsun, nə əfsanə yazdım, inan!
 
          Ağılla oxu, rəmz tapsan əgər,
 
          DüĢün, rəmz mənaya yol göstərər -
 
yazmasına  baxmayaraq,  görün  həmən  yerdə  kimi  tərif  edir  və  ona  haqq  qazandırır.  Bunu 
ondan qabaq onun sələfləri, fars dastançıları - əfsanə yazanları yapmıĢdır: 
 
         Qədimlərdə vardı böyük bir kitab,
 
          Dəyərliydi, dastanları bihesab.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə