Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin



Yüklə 191,69 Kb.

tarix21.04.2018
ölçüsü191,69 Kb.


  

BAKI-2016




Bu kitab Azərbaycan Respublikası 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 

DK-435/M nömrəli

razılıq məktubuna əsasən nəşr edilmişdir.

Kitabın adı:                    Həyatın Qayəsi

Müəllif:                           Ömər Mənsuroğlu

Dizayn:                           Hətəmov Tural

İpək Yolu Nəşriyyatı:

ISBN:978-9952-8297-2-3

Bakı - 2016

Bakı şəhəri Səbail rayonu 

Cəfərov qardaşları, 16

Tel: (+994 12) 492 32 23

Faks: (+994 12) 492 21 67

Web sayt: ipekyolunesriyyati.az

Elektron poçt: ipekyolunesriyyati@gmail.com

İPƏKYOLU NƏŞRİYYATI



Ömər Mənsuroğlu

Həyatın Qayəsi



www.gencmuslim.net



MÜNDƏRİCİAT

Ön söz...........................................................................7

Həyatın qayəsi..........................................................9

Quran Allahın kəlamıdır......................................14

Allah bizi niyə yaradıb?......................................20

Allahı tanımaq........................................................21

Ölüm gərçəyi...........................................................28

Ölümdən sonrakı həyat - Axirət.....................31

Cənnət və Cəhənnəm..........................................37

İman nədir?..............................................................41

Saleh əməllər..........................................................43

İnsanlıq tarixindən həqiqi                                                                                            

iman örnəkləri......................................................45

Hz. Əlinin bir xütbəsindən                                                                                               

qısa nəsihətlər.......................................................49

Nəticə.........................................................................51

İstifadə edilən Ədəbiyyat..................................55



Ey iman edənlər, iman edin…


7

Ön söz

U

niversitetdə oxuyarkən, fəlsəfə p ro ­



fe s soru  bir  müəllim  mühazirələri  ­

nin  bi rin   də  insan  haqqında  danış­

ma ğa  başladı.  Ömrü,  in sanı  araşdırmaqla 

keç mişdi.  İnsanı  və  həyatı  anlamaq  üçün 

yüzlərlə kitab oxu muş, kitablar və məqalə­

lər  qələmə  almışdı.  Mühazirəni  bi tir dikdə 

ona  bir  sual  verdim.  Siz  Quran  oxumu­

sunuzmu?  Cavabı  xeyir,  oldu!  Üzül düm. 

Həya tı,  insanı  araşdırmaqla  keçmiş  bir 

professor,  yüzlərlə  kitab  oxusa  da,  Quran 

oxumamışdı və bunun təbii nəticəsi olaraq 

cavabsız sualları qalmışdı. Qəribədir, insan 

bu həyatda yaşadığı müddətcə hər şeyi dü­



8

şünsə  də,  niyə  yaradıldığını  düşünmür. 

Düşünsə də suallarının cavabını doğ ru yer­

də axtarmır. 




9

Həyatın qayəsi

D

ünyanın  yaradılmadan əvvəlki  ha­



lını dü şünək. Sən yox idin... Dün­

ya da yox idi. Sonra Yaradan dün­

yanı  və  içində  də  in sanları  yaratdı.  İllər 

sonra sən də gəldin dünyaya. Ətrafına ba­

xanda  heyrət  içərisində  qalırsan.  Çünki, 

bütün  ehtiyaclarının  ha mısı  yaradılmışdır. 

Orqanizmin  vitaminlərə  eh ti yacı  var,  vi­

ta minlərə  görə  qidalar  ya radılıb.  Yuxuya 

ehtiyac  var,  yuxu  yaradılıb.  Danışmağa 

ehtiyac var, dil yaradılıb. Yeməyi çeynəmə­

yə  ehtiyac  var,  dişlər  yara dılıb.  Yeməyi 

həzm  edəcək  mədə  yaradılıb.  Qoxunu  al­




10

mağa  ehtiyac  var,  burun  yaradılıb.  Bütün 

bunları  görmək  üçün  bir  orqana  eh tiyacı­

mız  var,  iki  göz  yaradılıb.  Xülasə,  bunlar 

saymaqla  bitməz.  Qısacası,  insanın  nəyə 

ehtiyacı varsa hamısı yaradılıb...

Bir  sual  çıxır  ortaya,  bütün  bunlar  niyə 

yaradılıb?... Gözün qırpılmağı belə səbəb siz 

olma dığı  halda,  kainat  səbəbsiz  yaradılar­

mı?  Əlbəttə  yaradılmaz.  Bəs  nə  üçün 

yaradılıb? Kainat, in san üçün yaradılıb. Bəs 

insan niyə yaradılıb?

Biz  bu  dünyaya  niyə  gəlmişik?  Bizi  ya­

radan bir qüdrət var. Bir qələmin belə öz­

özünə əmələ gələcəyini iddia etmək, iddia 

edənin  ağılsızlığına  dəlalət  edir.  Bəs  bu 

möhtəşəm kainatın, göylərin, yerlərin, dağ ­

ların,  təbiətin  və  insanın  öz­özünə  ya ran­

dığına  inanmaq,  bunu  iddia  edənin  ağıl­

sızlığına dəlalət etmirmi?! Yaradılmış varsa 

deməli  bir  yaradan  var.  Və  yaradan  olan 



11

Allah, bütün bu kainatı, insanı boşu­boşuna 

yaratmamışdır.  Allahu  Təala,  Qurani  Kə­

rim də, Ali­İmran surəsində belə bu yu rur:



«Həqiqətən,  göylərin  və  yerin  yaradıl­

masın da,  gecə  ilə  gündüzün  bir­birini 

əvəz  etmə sində  (bir­birinin  ardınca  gə­

lib­getməsində)  ağıl  sahibləri  üçün 

(Allahın  varlığını,  qüd rətini,  kamalını 

və  əzəmətini  sübut  edən  açıq)  dəlillər 

vardır.».

1

  Onun  ardınca  gələn  ayədə  isə  Allah­ 



Təala ağıl sahiblərinin bu həqiqətləri düşün­

dükdən sonra nə deyəcəyini bizə xəbər ve ­

rir:

«O  kəslər  ki,  ayaq  üstə  olanda  da,  otu­

randa  da,  uzananda  da  Allahı  xatırlar, 

göylərin  və  yerin  yaradılması  haqqında 

düşünər  (və  deyərlər):  «Ey  Rəbbimiz! 

Sən bunları boş yerə yaratmamısan! Sən 

1

  Ali İmran, 3/190.




12

pak  və  müqəd dəssən!  Bizi  cəhənnəm 

əzabından qoru!».

2

Bəli! Allah, bütün bunları boş yerə ya­



ratmamışdır. Allah, bizi də bir insan olaraq 

sadəcə yemək, içmək və şəhvani hislərimizi 

təmin  etmək  üçün  yaratmayıb.  Çünkü  bi­

zə,  heyvandan  fərqli  olaraq  ağıl  neməti 

verib.  Bu  səbəbdən  Allah,  öz  kitabında 

ağlını  istifadə  etməyib  həyatını  sadəcə 

yemək, içmək və şəhvətdən ibarət görənləri 

heyvanlara bənzədir. Hətta hey vanın şüur­

suzca  etdiyi  hərəkətləri,  şüurlu  şəkildə 

etdiyi üçün heyvandan daha aşağı olduğunu 

bildirir:

«(Ya Rəsulum!) Nəfsini özünə ilah edəni 

gör dünmü?  Onun  vəkili    sənmi  olacaq­

san? Yoxsa elə güman edirsən ki, onların 

ək səriyyəti (sən deyən sözü) eşidəcək və 

ya  (ağıllı­başlı)  fikirləşəcək?  Onlar  hey­

2

 Ali İmran, 3/191.




13

van  kimidirlər,  bəl kə,  ondan  daha  çox 

zəlalət yolundadırlar. (Heyvan heyvanlı­

ğı ilə öz mənfəətini bilib ona zərər gətirən 

bir işi görməz. Bunlar isə nə xeyirlərini, 

nə də zərərlərini anlayarlar)».

3

Düşünmək  insanı  heyvandan  fərqlən­



dirən  əsas  xüsusiyyətlərdən  biridir.  Allah 

bizi yaradıb. Bunu dərk etdikdən sonra belə 

bir  sual  çıxır.  Bəs  niyə  yaradıb?  Biz  niyə 

yaşayırıq  və  niyə  ölürük?  Ölməklə  həyat 

sona  çatır,  yoxsa  həqiqi  həyat  başlayır? 

Bütün  bu  sualların  cavabını  biz,  Allahın 

kitabı Quranda tapa bilərik.

3

  Furqan, 25/43­44.




14

Quran Allahın kəlamıdır

Biz anladıq ki, bizi bir yaradan var.  Bəs 

yaradan bizdən nə istəyir? Biz bu dünyadan 

hara  gedəcəyik  və  bu  dünyada  həyatımızı 

necə  yaşamalıyıq?. Heyvanlar kimi qayda­

qanunsuz yaşayacağıq? Təbii ki, xeyr! Sən 

insan  olaraq  yaradılmısan.  Səni  yaradan 

sənə  səni  niyə  ya ratdığını  bildirməlidir. 

Uca  Allah  bunu  gön dərdiyi  kitablar  və 

peyğəmbərlər vasitəsiy lə etmiş dir. 

Allah insanı yaratmış və ona doğru yolu 

gös tərmək  üçün  peyğəmbərlər  və  kitablar 

gön dərmişdir. Son Peyğəmbər Həzrəti Mu­

ham məd  səllallahu  aleyhi  və  səlləm,  son 

kitab  isə  ona  endirilən  Qurani­Kərimdir. 

Bəs  Quranın  Allahın  kəlamı  olduğunu 

necə  isbat  edə  bilərik?  Bunu  elə  Quranın 

özü əsrarəngiz bəlağəti və əsrlər əvvəl bir 

çox  elmi  möcüzələrdən  xəbər  verməsi  və 



15

bənzəri  xüsuslarla  isbat  edir.  Bu  ayrı  bir 

kitabın mövzusu olduğundan üzərində çox 

durmayacağıq. Ancaq  bir  nümunə  vermək 

yerinə düşər: Quranda uşağın ana bətnində 

inkişaf mərhələlərindən bəhs olunur. Allah­

Təala «Muminun» surəsində belə buyurur:

«Sonra onu (Adəm övladını) nütfə halın­

da  möhkəm  bir  yerdə  (ana  bətnində) 

yerləş dirdik.  Sonra  nütfəni  laxtalanmış 

qana  çe vir dik,  sonra  laxtalanmış  qanı 

bir parça ət etdik, sonra o bir parça əti 

sümüklərə  dön dərdik,  sonra  sümükləri 

ətlə örtdük və daha sonra onu bambaşqa 

(yeni)  bir  məxluqat  ola raq  yaratdıq. 

Yaradanların  ən  gözəli  olan  Allah  nə 

qədər (uca, nə qədər) uludur!».

4

Buna bənzər ayələr çoxdur.



5

 Bu ayə   lər də 

uşağın  ana  bətnində  inkişaf  mər hə lələrinə 

4

   Muminun, 23/13­14.



5

 . Həcc, 22/5; Ğafir, 40/67; Ələq, 96/2; Nəhl, 16/4 və s.




16

diqqət  çəkilir.  Qari  Miller  «  Misilsiz  mö­



cüzə  Qu ran  »  kitabında,  Qurandakı  uşa­

ğın  embriolo ji  inkişafı  haqqındakı  ayələr 

barədə bunları yazır:

«İllər  öncə  Səudiyyə  Ərəbistanının  p a­

y taxtı  Riyadda  toplaşan  müsəlman  alim­

lər  Qurandakı  embriologiya  haqqındakı 

ayə lər  haqqında  elm  adamlarına  müraciət 

etmək  qərarına  gəldilər.  Bunun  üçün  To­

ron  to  Universitetindəki  qeyri­müsəlman 

embriolo giya  professoru  Keyt  Muru  seç­

dilər.  Keyt  Mur  bu  sahədə  bir  çox  əsər lər 

qələmə alan və dünyada tanınmış alim idi. 

Onu  Riyada  dəvət  edən  müsəlman  alim­

lər  ona:  «Quranın  sənin  sahənlə  əlaqəli 

söylədikləri  bunlardır.  Bizə  bu  barədə  nə 

deyə  bilərsən?  ­  dedilər.  «Ayələr  tərcümə 

olundu.  Tədqiqatını  qurtardıqdan  sonr a 

Mur,  Quranda  yazılanları  oxuyub  hey rətə 

gəldi və yazdığı dərs kitabındakı bəzi yerləri 

dəyişdirmək  məcburiyyətində  qaldı.  O, 




17

Qurandakı  elmi  kəşflərə  əsaslanaraq  «Biz 

doğulmadan  əvvəl»  (Before  We  are  born) 

adlı kitabının ikinci çapında, embriologiya 

haqqındakı  fəslə  bəzi  əlavələr  elədi.  Mur 

bir verilişdə çıxış edərkən isə belə deyirdi: 

«İnsan  embriologiyası  haqqında    Quranın 

bəhs  etdiyi  xüsuslar  30  il  əvvələ  qədər 

bilinmirdi». 

Murun kliniki embriologiya haqqın dakı 

kitabı böyük səs­küyə səbəb oldu. Bir qə zet 

müxbiri Mura: «Qurandakı embrion təsvi­

rini  ərəblərin  ta  o  dövrdən  bildiyini  deyə 

bilərik mi? Onlar bu məsələ haqqında bəzi 

ibtidai  mə lumat lar  əldə  etmiş,  insanları 

yararaq  bə zi  araşdırmalar  aparmış  ola 

bilərmi?»  ­  de yə  soruşduqda  Professor 

Mur ona gözdən qa çırdığı çox mühüm bir 

nöqtəni xatırlatdı. Belə ki, göstərilən bütün 

embrion  slaydları  mikroskop  vasitəsiylə 

çəkilən  şəkillər  əsasında  hazırlanmışdı. 

Mur daha sonra qeyd etdi ki, 14 əsr əvvəl 




18

on lar  bu  mövzuda  tədqiqat  aparsalar  belə 

embrionu  görə  bilməzdilər».  Mikroskop 

isə  2  əsr  əvvəl  icad  edilib.  Deyək  ki,  14 

əsr əvvəl kimsə mikroskopu icad etmiş və 

embrionu  kəşf  etmişdir.  Daha  sonra  bunu 

Muhammədə öyrətmiş və onu bu kəşfi ki­

ta bına qoymaq üçün razı salmışdır. Və bun­

dan  sonra  kəşfin  sahibi  mikroskopu  yox 

etmiş və bu kəşfini əbədi sirr kimi özündə 

saxlamışdır. Buna inanmaq mümkündürmü? 

Belə bir şeyi söyləmək çox gülünc olar. «Bu 

məsələnin  Quranda  yazıldığını  necə  izah 

edə bilərsiniz» sualına isə Mur belə cavab 

vermişdir: «Bu Quran Allah tərəfindən en­

dirilən vəhydir».

6

Quranın  bu  gün  elm  tərəfindən  təsdiq­



lənmiş  yüzlərlə  möcüzəsi  var.  Biz  sa dəcə 

birini  qeyd  etdik.  Bundan  başqa  dağlar, 

bal  arısı,  dəmirin  kosmik  mənşəli  olması, 

dənizlərin su yunun bir­birinə qarışmaması, 

6

. Gari Miller, «Misilsiz möcüzə Quran»




19

barmaq izlərinin müxtəlifliyi və s. bir çox 

sahədə buna bənzər yüzlərlə möcüzəsi var. 

İstəyən bu mövzuda yazılmış müstəqil ki­

tab lara,  sənədli  filmlərə  baxa  bilər.  Bütün 

bu  elmi  möcüzələr  də  təsdiq  edir  ki,  Qu­

ran Allahın  kitabıdır.  Son  dövrlər  elm  tə­

rəfindən  təsdiqini  tapmış  bu  faktların  VII 

əsrdə  Ərəbistan  səhralarında,  bədəvilərin 

yaşadığı  bir  cəmiyyətdə,  ümmi  (yazıb­

oxumaq  bilməyən)  bir  insan  tərəfindən 

bilinməsi  müm kün  deyil.  Deməli,  Quran 

Allahın  kəla mıdır  və  biz  suallarımızın  ca­

vabını yalnız Qu ran da tapa bilərik.




20

Allah bizi niyə yaradıb?

Allah­Təala Qurani Kərimdə Mülk su rə­

sində belə buyurur:

«Hansınızın əməlcə daha gözəl oldu ğunu 

sınamaq  (bəlli  etmək)  üçün  ölümü  və 

həyatı yaradan Odur. O, yenilməz qüvvət 

sa hi bidir, (çox) bağışlayandır».

7

Allah  bizi  öz  əmr  və  qadağalarına  nə 



qə dər  riayət  edib  etməyəcəyimizi  imtahan 

elə mək üçün yaradıb. Başqa bir ayədə isə 

Allah­Təala belə buyurur:

«Mən  cinləri  və  insanları  yalnız  Mənə 

ibadət etmək üçün yaratdım!».

8

7



. Mülk, 67/2.

8

. Zəriyət, 51/56.




21

Yaradanı tanımaq və ona ibadət etmək 

və yalnız ona bəndə olmaq. Çünki Allaha 

qul  olan,  bütün  köləliklərdən  qur tular, 

ona  qul  olmayan  isə  hər  şeyin  köləsi 

olar.  İslamı  təbliğ  etmək  üçün  gedən  sə­

habələrə  «bizdən  nə  istəyirsiniz,  bura  nə 

üçün gəlmisiniz? ­ deyə soruşanlara; «Biz 

sizi qula qul olmaqdan qurtarıb, Allaha qul 

olmağa çağırırıq» ­ deyərdilər.



Allahı tanımaq

Bu aləm, maddədən yaradılmışdır. Yəni 

əvvəlcə  yox  ikən  sonradan  meydana  gəl­

mişdir.  Bunu  bütün  alimlər  qəbul  edir. 

Əvvəlcə  yox  ikən  sonradan  yaradılan 

hər  şey  ­məntiqi  olaraq­  bir  yaradıcının 

varlığına möhtacdır. Bu aləm də sonradan 

yaradıldığına görə, bir yaradana möhtacdır. 

Bu yaradan da Allah­Təaladır. Hər hansı bir 

şeyi, misal üçün, bir masanı düşünək; masa 

əlbətdə öz­özünə masa şəklinə düşməmişdir. 



22

Əvvəlcə  balaca  bir  ağac  idi,  sonra  ağac 

böyüdü. Böyüyərkən ağacın,  gü nəşə, suya, 

qidaya  ehtiyacı  olduğunu    bi lirik.  Daha 

sonra bir insan tərəfindən kəsildi. Mişarda 

kəsildi.  Mismarları  vurularaq  bir  masa 

halına gətirildi. İndi, ən sadə bir masa öz özü­

nə düzəldilmədiyi halda üzərində növbə n öv 

canlılar olan kainat öz­özünə yaranarmı?   

Kainatı  düşünək.  Günəş    sistemi  səmada 

12 milyard km məsafəni əhatə edir. Günəş 

özü  kürə  şəklində  olub,  dünyaya  uzaqlığı 

isə  150  milyon  kilometrdir.  Günəş  də 

eyni  dünya kimi öz oxu ətrafında fırlanır. 

Günəşin mərkəzindəki istilik təxmini olaraq 

20 milyon C

0

­ yə çatır. Bəs günəşin enerji 



qaynağı nədir? Günəşin  özündəki enerjini 

tə min etmək   üçün 1 stansiyanın  saniyədə 

bir neçə milyard ton kömür yandırması la­

zımdır.  Amma  belə  bir  stansiya  mövcud 

deyil. Günəş yaranandan bəri enerji itkisinə 

məruz  qalma sı na  rəğmən  bu  günə  qədər 

sönməmişdir.  Deməli,  bunu  söndürməyən 



23

bir  qüvvə  var.  Elmin  be lə  izahdan  aciz 

qaldığı  belə  xariquladə  bir  ha disəni    bir 

təsadüfə  yaxud  iradəsiz  bir  təbiətə  bağ­

lamaq  mümkündürmü?  Üzərimizdəki  bö ­

yük  bir  lampa  kimi  olan  günəşin  varlığı, 

Allahın varlığına, sonsuz qüdrətinə qəti bir 

dəlil deyilmi?   Dünyanın günəş ətrafında 

hə rəkəti biraz yavaşlasa, Günəşə yaxınlaşar 

və  yanardıq.  Sürətlənsə  uzaqlaşar  ve  do­

nardıq.  Dünyanın  Günəşə  olan  uzaqlığı, 

mövcud  canlı ların  yaşama  səbəblərindən 

sadəcə biridir. Digər planetlərdə dünyadakı 

həyata  bənzər  bir  həyatın  olmamasının 

səbəbi  budur.  Eyni  şərtlər  eyni  nəticəyə 

səbəb olduğundan , dün ya daki şərtlər digər 

planetlərdə  olmadığı  üçün,  dünyadakına 

bənzər bir həyat oralarda yoxdur. Dünyanın 

Günəşə  olan  uzaqlığını  kim  təyin  edib? 

Dünyaya  kim  bu  şəkli  verib?  Sonra 

dünyanın həm öz ətrafında, həm də Günəşin 

ətrafında dönməsini davam etdirən kimdir? 

Bu hərəkəti davam etdirən kimdir? Kainata 



24

ibrətlə  baxsaq  bu  cür  saysız  hesabsız  mö­

cüzələrlə  qarşılaşarıq.  Bütün  bunlar  ağıl 

sahibləri üçün dəlildir ki, dünya öz özünə 

var olmayıb, onu yoxdan var edən bir yara­

dıcı var. O da Allahdır.

İnsan  bədənini  düşünək.  Dünyada  təx­

minən  7  milyard  insan  var,  bu  7  mil yard  

insanın  barmaq  izləri  bir­birinə  bənzə­

məməkdədir. İn sanlıq neçə milyard artsa da 

yenə  də  bir­birinə  bənzəməyəcəkdir.  İndi 

dü şün!  Necə  olur  ki,  milyardlarla  insanın 

bar maq  izləri  birbirinə  bən zəmir?  Əgər 

sadəcə  təsadüfdür  desən  gülünc  vəziyyətə 

düşmüş  olarsan.  Bunun  təsa düf  olduğunu 

demək, ağılsızlıq deyilmi?  Biraz ağlı olan 

insan, «Bunu ancaq Allah edər» de yər.   

 

Daha  əvvəldə  də  qeyd  etdiyimiz  kimi, 



ma dam  bir  yaradılan  var,  deməli  onu  bir 

yara dan  var.  O  yaradan  da  Allahdır.  Ya ­




25

radanı  tanımaq  üçün  yaratdıqlarını  dü­

şü nmək  lazımdır.  Kaina ta  ibrət  nəzəriylə 

baxan insan, möhtəşəm bir sənət əsəri görür. 

Ancaq əfsuslar olsun ki, bəzi insanlar sənət 

əsərini gördüyü halda sənətkarın olduğunu 

inkar edirlər. İnsan bədənindəki da

 

mar ların 



uzunluğu yer kürəsini 2,5 dəfə dövr etməyə 

yetir. Deməli, bu mükəmməl sistemi insan 

vücuduna  yerləşdirən  misilsiz  bir  qüd­

rət  var.  Bir  damla  spermanın  içərisindəki 

mil yonlarla  spermatozoiddən  mayalanan 

sadəcə bir hüceyrədən insana həyat verən, 

onu ən gözəl bir surəttə yaradan qüdrət var. 

Üzərimizdə di rəksiz dayanan səma, dağlar, 

ağaclar, güllər, hər biri yaradanın varlığına 

dəlalət  edir.  Əgər  kimsə, Allahın  varlığını 

qəbul etdiyi halda niyə gözlə görülmədiyi­

nin hikmətini öyrənmək istəyirsə ona belə 

cavab  verərik.  Birincisi,  bir  şe yin  gözlə 

görünməməsi  onun  var  olmadığını  gös­

tərmir.  Çünki  gözlərimizlə  görmədiyimiz 

ancaq  hər  kəsin  varlığını  qəbul  etdiyi  bir 




26

çox  şey  var.  Bunun  hikmətinə  gəldikdə 

isə,  Allah insanı imtahan etmək üçün ya­

ratmışdır.  İn sanın  yaradılış  qayəsi  Allaha 

ibadət  etməklə,  imtahan  üçün  göndərilmiş 

olmasıdır. Əgər, Allah gözlə görünsəydi,  o 

zaman imtahanın mə na sı qalmazdı. Beləcə 

də  Allahın  əmrlərini  ye rinə  yetirənlərlə, 

yetirməyənlər  bilinməzdi.  Və  Allah­Təala 

Qurani­Kərimdə,  müsəlmanlar  haqqında: 

«Görmədikləri halda Allaha ina narlar” bu­

yurur.  Əsas  olan  görmədən  inan maq dır. 

Gör dükdən sonra hər kəs inanar... O zaman 

inanmağın bir dəyəri olmazdı. Bir yara dan 

olaraq Allahın varlığı inancı bir insanın qəl­

bi nə  yerləşdikdən  sonra  bayaq  verdiyimiz 

misal lar  işiğında  kainatı  düşünək.  Biz 

kainata  ibrətlə  baxsaq  kainatda  möhtəşəm 

nizam olduğunu görərik. 

Kainatda  möhtəşəm  bir  nizam  var.  Bir 

işdə bir neçə idarəçinin olması həmin işin 

nizamını  pozar.  Kainatın  idarəçisi  olan 




27

Allah  təkdir.  Bu  Tövhid  inancıdır.  Allah 

yaradan,  ruzi  verən,  hökm  edən,  sonsuz 

elm,  güc,  qüdrət  sahibidir.  Bütün  gözəl 

isimlər  ona  aiddir  və Allah  bütün  nöqsan 

sifətlərdən münəzzəhdir.



«O,  (hər  şeyi)  yaradan,  yoxdan  var 

edən, (hər şeyə) surət verən Allahdır. Ən 

gözəl  ad lar  (əsmayi­hüsna)  ancaq  Ona 

məxsusdur.  Göy lərdə  və  yerdə  nə  varsa 

(hamısı)  Onu  təqdis  edib  şəninə  təriflər 

deyər. O, yenilməz qüvvət sa hibi, hikmət 

sahibidir!».

9

«Bu  sizin  Rəbbiniz,  hər  şeyin  xa li ­



qi  olan  Allahdır.  Ondan  başqa  heç  bir 

ilah yoxdur! Siz necə (aldanılıb haq dan) 

döndərilirsiniz?  (Ondan  necə  dönürsü­

nüz?)».

10

9



. Həşr, 59/24.

10

. Ğafir, 40/62.




28

Ölüm gərçəyi

 

«Hər bir kəs (hər bir canlı) ölümü 

da da caqdır».

11

İnsan  həyatda  yaşadığı  müddətcə  çox 



şey  haqqında  düşünür.  Ev,  iş,  ailə,  ətraf 

və s. Təbii ki, bunlar öz yerinə görə ciddi 

məsə lələrdir. Amma, inanan inanmayan hər 

kəsin qə bul etdiyi bir həqiqət var ki, insan 

onu  dü şün mək  istəmir  və  ya  düşünməkdə 

çətinlik  çəkir.  Bu  ölüm  həqiqətidir.  Ağız 

dadını  qaçı ran,  bütün  ləzzətləri  yox  edən 

ölüm. Dünyada nə qədər çalışsan da, nə qə­

dər zəngin olsan da, nə qədər ailən və ətrafın 

böyük  olsa  da,  dün ya  ayaqlarının  altına 

gəlsə də öləcəksən. Sa hib olduqların maddi 

şeylərin hamısı əlindən çıxa caq, cansız bə­

11

. Ənbiya, 21/35.




29

dənin torpağa tapşırılacaq. Bir müddət son­

ra unudulacaqsan. Sonra  unudulduğun be lə 

unudulacaq. Allah­Təala Qaf surəsində belə 

buyurur:

«Ölüm  (ölüm  bihuşluğu),  həqiqətən,  gə­

ləcəkdir. (Ey insan!) Bu sənin qorxub qaç­

dığın (cürbə cür vasitələrlə canını qurtarmaq 

istədiyin) şey dir!».

12

Heç ölməyəcəkmiş kimi yaşadığın, dörd əl­



lə sarıldığın dünyadan ayrılacaqsan. Bütün 

sev diklərin də öləcək, səndən əvvəl və ya 

son ra, amma mütləq öləcəklər. Hər insanın 

öz həyatı haqda bitmək tükənmək bilməyən 

plan ları  vardır:  Universiteti  bitirmək,  iş 

sahibi  olmaq,  evlənmək,  kimi.   Amma  bu 

planların gərçəkləşəcəyi dəqiq deyil. Buna 

qarşılıq  olaraq  ölüm  isə  dəqiq  gərçəkləşə­

cək.  Qəribədir  ki,  insan,    olacağı  dəqiq 

olmayan planlar haqda illərlə düşünər am­

12

. Qaf, 50/19.




30

ma baş verəcəyi dəqiq olan ölüm haqqında 

heç bir şey düşünməz.

Allah­Təala Cümə surəsində belə buyu­

rur:

«(Ya  Peyğəmbər!)  De:  “(Qorxub) 

qaçdığınız  ölüm  sizi  mütləq  yaxa­

layacaqdır.  Sonra  siz  gizlini  də,  aşka rı 

da  bilənin  (Allahın)  hüzuruna  qayta­

rılacaqsınız.  O  da  sizə  (dünyada)  nələr 

etdiyinizi (bir­bir) xəbər verəcəkdir!».

13

Ölüm  hər  yaşda  gələ  bilər.  Heç  kimin  nə 



vaxt  öləcəyi  haqqında  zəmanəti  yoxdur. 

Xəstəliklər,  meydana  gələn  fəlakətlər  hər 

gün  ölümə  nə  qə dər  yaxın  olduğumuzu 

gös tərmirmi? İnsana  nə sihət  olaraq  ölümü 

düşünmək yetər. Həqiqətən hər gün həyat­

dan  bir  gün  daha  uzaqlaşır,  qəbirə  bir 

addım  daha  yaxınlaşırıq.  Fərqində  ol­

saq da olmasaq da hər gün müxtəlif ölüm 

13. Cumuə, 62/8.



31

təhlükələri  ilə  qarşı­qarşıya  qalırıq. Allah­

Təala Vaqiə surəsində belə buyurur:

(Can) boğaza yetişdiyi (ölüm gəlib çatdığı) 

za man  siz  (ona)  baxıb  durursunuz 

(əlinizdən  heç  bir  şey  gəlmir).  Biz  ona 

sizdən  daha  ya xınıq,  amma  siz  (bunu) 

görmürsünüz!.

14

Ölümü  düşünmək  insana  nəsihət  ola­



raq yetər. Bəs ölümlə hər şey bitərmi yoxsa 

həqi qi həyatmı başlayar?



Ölümdən sonrakı həyat ­ Axirət

Bizi  yaradan  Allah  olduğu  kimi,  öl­

dürən  də  Allahdır.  Amma  təbii  ki,  Allah 

bi zi  əbəs  yerə  yaratmayıb.  Necə  ki Allah, 

gözü müzün önündə hər qış təbiəti öldürür, 

yaz gələndə yenidən dirildir,  eynən bunun 

14. Vaqiə, 56/83-85.



32

kimi,  ağaclardan,  güllərdən  daha  dəyərli 

varlıq  olaraq  yaratdığı  insanı  da  öldükdən 

sonra  yenidən  dirildəcək.  Qəribədir  ki, 

insan,  təbiətin  ölüb  dirildiyini,  torpağa 

düşən xırda bir meyvə toxumundan, bö yük, 

köklü,  qollu­budaqlı  bir  ağacın  yaradıldı­

ğını gördüyü halda insanın öl dükdən sonra 

dirildiləcəyinə  inanmaq  istəmir.  Axirəti 

in  kar  edir. Axirəti  inkar  etmək  isə  əs lində 

dünyanı  inkar  etmək  deməkdir.  Biz  yara ­

dan  olan  Allahın  ədalətli  olduğunu  qəti 

ola   raq  bilirik.  Ancaq  bu  dünyada  çox  vaxt 

əd a  lətin  təcəlli  etmədiyinin  zalımın  za lım 

ki mi,  məzlumun  da  məzlum  kimi  öldüyü­

nün şa  hidi oluruq. Demək ki, ilahi ədalətin 

təcəlli edə cəyi bir məhkəməyə ehtiyac var. 

Bu isə o deməkdir ki, Allah öldükdən sonra 

bizi  diril dib,  yaşadığımız  həyatın  hesabını 

soruşacaq.  Allah­Təala  Quranda  axirət 

həqi qətini bizə dəfələrlə bildirmişdir. Allah­

Təala Vaqiə surəsində belə buyurur:




33

«Bəs  (bətnlərə)  axıtdığınız  nütfəyə  nə 

deyir siniz?  Ondan  (insan)  yaradan  siz­

siniz, yoxsa Biz?!».

15

«And olsun ki, siz ilk yaradılış (dünyaya 



ne cə  gəl diyinizi)  bilirsiniz.  Elə  isə  (sizi 

yenidən di rilt məyə qadir olduğumuz ba­

rədə) heç dü şü nmürsünüz?!».

16

Allah­Təala  bu  ayələrdə  insanın  ya­



radılışına diqqət çəkir və düşünməyə dəvət 

edir.  Səni  bir  damla  sperma  içərisindəki 

mil  yonlarla hüceyrədən mayalanan sadəcə 

bir hü ceyrədən yaradan Allah, öldürdük dən 

sonra tək rar diriltməyə qadir deyilmi?!

  Ölümdən  sonra  baş  verəcək  hadisələr 

Qu randa qısaca belə bildirilir. Allah qiyaməti 

qo pardacaq,  bütün  insanlar  öləcək,  dünya 

dağı dılacaq, ikinci dəfə sura üfürüldükdən 

15

. Vaqiə, 56/58­59.



16

. Vaqiə, 56/62.




34

sonra,  insanlar  yenidən  dirildiləcək, haqq­

hesab  baş layacaq  və  insanlar  bu  hesaba 

görə əbədi ola raq cənnətə və ya cəhənnəmə 

gedəcək. Bu hə qi qətləri tam anlamaq üçün 

Quranda yer alan qiyamət və axirətlə əlaqəli 

hissələri  oxumaq  la zımdır.  Allahu  Təala 

Qiyamət surəsində bu yurur:



«Məgər  insan  elə  güman  edir  ki,  (qiya­

mət  günü)  onun  sümüklərini  bir  yerə 

yı ğa  bil məyəcəyik?!  Bəli,  Biz  onun  bar­

maqlarını  da  (barmaq  sümüklərini  də, 

barmaqlarının  uc larını  da)  düzəltməyə 

qadirik!  Lakin  insan  (bundan  sonra 

da)  önündəkini  (qiyaməti)  danmaq  (pis 

işlər  görmək)  istəyər.  Və  (isteh za  ilə): 

“Qiyamət  günü  nə  vaxt  olacaqdır?”  – 

deyə soruşar. Göz (heyrətdən) bərələcəyi; 

Ay  tutulacağı;  Günəşlə  ay  birləşəcəyi 

(hər ikisi nin qərbdən çıxacağı, nurunun 

gedəcəyi)  za man  ­  Məhz  o  gün  insan: 

“Qaçıb can qurtar mağa yer haradadır?” 


35

–  deyəcəkdir.  Xeyr,  (o  gün)  heç  bir 

sığınacaq  olmayacaqdır!  O  gün  (ey 

insan!)  duracaq  (pənah  aparılacaq)  yer 

ancaq Rəbbinin hüzurudur! O gün in sa­

na öncə etdiyi və sonraya qoyduğu nə var ­

sa (sağlığında dünyada gördüyü işlər və 

öləndən sonra qoyub getdiyi yaxşı, pis nə 

varsa, hamısı) xəbər ve riləcəkdir! Xeyr, 

xeyr! Siz tez keçib ge dəni (fani dünyanı) 

sevirsiniz.  Axirəti  isə  tərk  edirsiniz.  O 

gün  neçə­neçə  üz l ər  sevinib  güləcək, 

Rəb lərinə  baxacaqdır,  O  gün  neçə­neçə 

üz lər  tutulub  qaralacaq,  (Sahiblərinin) 

bel  sümüklərinin  (dəhşətli  bir  əzabla) 

qırılacağını  anlayacaqdır!  Xeyr,  (can) 

boğaza  (körpücük  sümüklərinə)  gəlib 

yetişəcəyi, “(Onu bu bəladan) kim xilas 

edə  bilər?”  –  deyiləcəyi,  (Can  üstə  olan 

kimsə)  ayrılıq  də minin  gəlib  çatdığını 

anlayacağı, Və (ölüm qorxusundan) qıçı­

qıçına dolaşacağı zaman, Aparılacağı yer 

Rəbbinin  hüzuru  olacaqdır  (ey  insan)! 


36

Beləliklə, o (kafir Əbu Cəhl) nə (Quranı) 

təsdiq  etdi,  nə  də  namaz  qıldı.  Am ma 

(Allah kəlamını) yalan saydı, (ondan) üz 

döndərdi.  Sonra  da  özünü  darta­darta 

ailə sinin yanına getdi. Vay sənin halına, 

vay!  Ye nə  də  vay  sənin  halına,  vay! 

Məgər insan elə güman edir ki, o, başlı­

başına  (cəzasız)  buraxılacaq?!  Məgər 

o  tökülən  bir  qətrə  nüt fə  deyildimi?! 

Sonra  laxtalanmış  qan  oldu  və  (Allah) 

onu  yaradıb  surət  verdi  (in san  şəklinə 

saldı). Sonra da ondan biri kişi, biri qa­

dın olmaqla iki cift (həmtay) yaratdı. Elə 

isə O Allah ölüləri diriltməyə qadir deyil­

dirmi?!».

17

Allah­Təala  Rum  surəsində  belə  buyu­



rur:

  «(Ya  Rəsulum!)  Sən  Allahın  rəh­

mətinin  (yağışının)  əsər­əlamətinə  bax 

17

. Qiyamə, 75/3­40.




37

ki, torpağı öldükdən sonra necə dirildir. 

Doğ rudan  da,  O,  ölüləri  dirildəndir.  O 

(Allah) hər şeyə qadirdir!».

18

Cənnət və Cəhənnəm

 Allah­Təala Quranda cənnət və cəhən­

nəmi  bizə  vəsfləriylə  xəbər  verir.  Allah­

Təala Ənkəbut surəsində belə bu yurur:

«İman  gətirib  yaxşı  işlər  görənləri 

(ağac ları) 

altından 

çaylar 

axan 

cənnət  guşə lərində  (Cənnətin  yüksək 

məqamlarında)  sa kin  edəcəyik.  Onlar 

orada  əbədi  qalacaqlar.  (Yax şı  əməllər) 

edənlərin mükafatı necə də gö zəldir!».

19

Digər bir ayədə isə Rəbbimiz belə buyu­

rur:

«Kafir  olaraq  ayələrimizi  yalanlayanlar 

18

. Rum, 30/50.



19

. Ənkəbut, 29/58.




38

isə cəhənnəmlikdirlər, onlar ora da (atəş 

içində) əbədi qalacaqlar».

20

Allah­Təala  Qurani­Kərimdə  cənnət 



və  cəhənnəm  əhlinin  xüsusiyyətlərini bizə 

bil di rir.  Məaric  surəsində  Rəbbimiz  belə 

buyurur:

«Onlar  bir­birinə  göstəriləcəklər 

(la  kin  bir­birini  tanısalar  da,  özlərini 

ta nı  ma mazlığa 

vurub 

bir­birindən 

qa çacaqlar). O günün əzabından qurtar­

maq üçün günah kar istərdi ki, fəda etsin 

(fidyə  versin)  öz  oğul larını;  Övrətini  və 

qardaşını; (Çətin gün lərdə) ona sığınacaq 

verən  əşirətini  (qohum­əqrəbasını);  Və 

yer üzündə olan ların hamısını – təki özü­

nü  (Allahın  əzabın dan)  qurtarsın!  Xeyr 

(bu  mümkün  deyildir).  Həqiqətən,  o 

(Cəhənnəm) alovlu atəşdir. (Elə bir atəş 

ki) başın dərisini sıyırıb çı xardır (dərini 

20

. Bəqərə, 2/39.




39

sümükdən ayırır). Çağırır (o Cəhənnəm 

itaətdən) çıxanı, (imandan) üz döndərəni 

Və (mal­dövlət) yığıb saxlayanı! (Allahın 

payını  verməyəni;  acizə,  yoxsula  əl 

tutmayanı!)  Həqiqətən,  insan  (sərvətə) 

çox həris (tamahkar və kəmhövsələ) ya­

radılmışdır!  Ona  bir  pislik  üz  verdikdə 

fər yad  qoparar.  Ona  bir  xeyir  nəsib 

olduqda  isə  xə sis  olar.  Namaz  qılanlar 

istisnadır!  O  kəs  lər  ki,  daim  namaz 

qılarlar; O kəslər ki, onların mallarında 

müəyyən bir haqq (pay) vardır  Dilənən 

və  (hər  şeydən)  məhrum  olan  (lakin 

abrına  qısılıb  dilənməyən)  kimsə  üçün; 

O  kəslər  ki,  haqq­hesab  gününü  təsdiq 

edərlər; O kəslər ki, Rəbbinin əzabından 

qorxub  tir­tir  əsərlər;  Çünki  onların 

Rəbbinin  əza bından  (bu  əzabın  kiməsə 

toxunub­toxun mayacağından)  arxayın 

olmaq olmaz; O kəslər ki, ayıb yerlərini 

qoruyub  saxlayarlar  (zi na  etməzlər); 

Övrətləri  və  cariyələri  is tis na  olmaqla. 


40

(Onlarla  yaxınlıq  etməyə  görə)  əsla 

qınanmazlar; Bundan artığını is təyənlər 

isə həddi aşanlardır; O kəslər ki, əmanətə 

xəyanət  etməz,  verdikləri  sö zü  yerinə 

yetirərlər;  O  kəslər  ki,  düzgün  şə ha dət 

verərlər və o kəslər ki, namazlarını (la­

yiqincə)  hifz  edərlər  ­  Məhz  onlar  cən­

nətlərdə ehtiram olunacaq (əzizlənəcək) 

kim sələrdir!».

21

 

Allah­Təala  Müddəssir  surəsində,  cənnət 

əh linin  cəhənnəm  əhlindən,  cəhənnəmə 

girmə  səbəblərini  soruşacaqlarını  və  cə­

hənnəm  əhli nin  bu  cür  cavab  verəcəyini 

bizə xəbər verir:

«Onlar  cənnətlərdədirlər;  bir­birindən 

so ru şacaqlar;  Günahkarlar  barəsində 

(və son ra həmin günahkarlara müraciət 

edib  be lə  deyəcəklər):  “Sizi  Səqərə 

(Cəhənnəmə)  sa lan  nədir?”  Onlar 

21

. Məaric, 70/11­35.




41

deyəcəklər:  “Biz  na maz  qılanlardan 

deyildik;  Yoxsulu  da  yedirt məzdik; 

Batilə  dalanlarla  birlikdə  biz  də  dalar­

dıq;  Haqq­hesab  gününü  yalan  sa­

yardıq.  Ölüm  bizi  haqlayana  qədər  (bu 

vəziyyətdə qaldıq)».

22

Axirətdə  qurtulanlardan  yəni  cənnət 



əhlin dən olmaq iman etmək və saleh əməllər 

işləməklə mümkündür.



İman nədir?

İman  haqqında  qısaca  bunları  demək 

olar: İman, Allaha, Mələklərinə, Kitablarına, 

Peyğəmbərlərinə, Axirət gününə və Qədərə 

yəni  xeyir  və  şərrin  Allahdan  olduğuna 

inanmaqdır. İman həmçinin Allah tərəfindən 

Hz.  Muhammədə  səllallahu  aley hi  və 

səlləm  endirilən  hər  şeyi  təsdiq  et məkdir. 

22. Muddəssir,

 74/40-47.



42

Bu əsasları qəbul edib, Allahın varlığını və 

birliyini  və  Hz.  Muhammədin  səllallahu 

aleyhi  və  səlləm  onun  rəsulu  olduğuna 

inanan  və  qəlbi  ilə  bunu  təsdiq  edib,  dili 

ilə iqrar edən islama girmiş sayılır . Başqa 

ifadə  ilə  iman  məhdud  qabiliyyətlərlə 

yaradılan insanın əzəli və əbədi bir varlığa 

inanmasıdır.  İman  yalnız  Allaha  qul 

olmaqdır.  Tək  ilaha  qulluq,  insanı  digər 

varlıqlara  kölə  olmaqdan  qurtarır,  insanı 

ucaldır.  İman  insanı  qaranlıqlardan  nura 

çıxarır:


«Allah (Ona) iman gətirənlərin dos tu­

dur, onları zülmətdən çıxarıb işığa tərəf 

yönəldər».

23

İman həyatı Allahın istədiyi istiqamətdə 



ya şamaqdır.  Allah­Təala  Ənam  surəsində 

be lə bu yurur:



«De: «Mənim namazım da, ibadətim də, 

23. Bəqərə, 2/257.




43

hə  yatım və ölümüm də aləmlərin Rəbbi 

Allah üçündür!».

24

İman, insanı dünya həyatının fa ni  liyinə 



aldanmağa qoymur, axirətin əbə diliyinə yö­

nəldir. Yəni iman edən insan dün yanın fani 

ol duğunu  bilir  və  dünyanın  ke çiciliyinə 

aldan mır,  dünyada  ağac  altında  dincəlib 

yoluna davam edən bir yolçu kimi «Allahım 

həqiqi  həyat  axirət  həyatıdır»  de yərək 

yaşayar. Bü tün yaxşılıqlar iman dan, bütün 

pisliklər də iman sızlıqdan qay naqlanır.



Saleh əməllər

İman  bir  iddiadır.  İddianın  isə  is ba ta 

ehtiyacı var. İmanın isbatı isə saleh əməl­

lərlədir.  Saleh  əməllər  imanın  təbii  nə­

ticəsidir.  Başqa  sözlə,  Allahın  əmr  və 

qadağalarına  riayət  etməkdir.  Saleh  əməl­

lərin başında İslamın 5 şərti gəlir ki, bunlar 

«Kəlmeyi­Şəhadət gətirmək, gündə 5 vaxt 

24

. Ənam, 6/162.




44

namaz qılmaq, Ramazanda 1 ay oruc tutmaq, 

imkanı  olanların  zəkat  verməsi  və  Həcc 

ziyarətini yerinə yetirməsidir». İbadətlərin 

ən  böyüyü  namazdır.  Müsəl man,  günün 

mü xtəlif vaxtlarında, dünyaya daldı ğı anda, 

namaz  vaxtı  ilə  Allah  onu  namaza,  qa­

ranlıqlardan nura çağırır. Və mömin na maza 

durduğu  zaman,  axirət  düşüncəsi  beyninə 

hakim  olur.  Beləcə  mömin  ən  azı  gündə 

5  dəfə  dünyanın  keçiciliyndən  axirətin 

əbədiliyinə yönəlir. Namazın gün ərzində 5 

vaxt olma hik mətlərindən birisi budur. 

Bunun  xaricində  də  digər  fərzlər 

və  bütün  xeyir  əməllərə  davam  etmək. 

Həmçinin Allahın  haram  buyurduğu  zina, 

içki, faiz, iftira, oğurluq  kimi günahlardan 

da uzaq durmaq lazımdır. Əvvəldə də qeyd 

etdiyimiz  kimi  iman  edib,  saleh  əməllər 

işləyənlər  və  bu  hal  üzrə  ölənlər  əbədi 

cənnət  əhlidir.  İnkar  edənlər  isə  əbədi 

cəhənnəm əhlidir.




45

İnsanlıq tarixindən həqiqi iman örnəkləri

İmanın dəyərini anlamaq üçün in sanlıq 

tarixindən  həqiqi  iman  örnəklərini  bilmək 

la zımdır.  Qısaca  bir  neçə  nümunə  verək. 

Zalımlarından biri olan Fironun xanımı Asi­

. Böyük bir sarayda ikinci şəxs sayılırdı. 

Qaş larını oynatması belə əmr etməsi üçün 

yetər li idi.  Hz. Musanın əleyhissəlam də­

vətini  qə bul  etdi,  Allah,  qəlbinə  iman 

yerləşdirdi.  Əri  fi ron  xanımının  iman 

etdiyini  anlayınca,  onu  işgəncəylə, 

öldürməklə  təhdid  etdi.  O,  dinin dən  dön­

mədi. Firon daha da hiddətləndi. Onu yerə 

yatırıb, əllərindən və ayaqlarından torpağa 

mismarlatdı. Asiyə qorxmadı. İllərlə krali ça 

olaraq  yaşadığı  sarayın  həyətində  işkən cə 

ilə öldürülərkən, etdiyi dua Qurani­Kəri min 

ayəsi oldu:

«Allah  iman  gətirənlərə  isə  Fironun 



46

zöv cəsini  (Asiyə  bint  Məzahimi)  misal 

çəkdi. O zaman o: «Ey Rəbbim! Mənim 

üçün  Öz  dərgahında  –  Cənnətdə  bir  ev 

tik.  Məni  Fi rondan  və  onun  əməlindən 

qurtar. Məni za lım qövmdən xilas et!» – 

demişdi».

25

Məşhur təfsir alimi İbn Kəsir bu ayənin 



təf sirində,  bu  ayətlə  bağlı  sahabədən  və 

tabiindən gələn rəvayətləri zikr edərkən de­

yir ki: “ Firon Asiyəyə işgəncə edir,  O isə 

səbr  edirdi. Asiyə  cənnətdəki  evini  gördü. 

Görüncə güldü. Bunun üzərinə Firon dedi 

ki:  “Bunun  dəliliyini  görürsünüzmü,  Biz 

ona işgəncə edirik, o isə gülür.” Allah onun 

ruhunu  cənnətə  qoymaq  üzərə  aldı. Allah 

ondan razı olsun.”

Rasulullahın səllallahu aleyhi və səlləm 

sahabələrindən  Amir  ibn  Fuheyra.  Biri­

Maunə faciəsi zaman şəhid edilmişdir. Onu 

25

. Təhrim, 66/11.




47

öldürən müşrik sonralar deyir ki: «Mən onu 

öldürmək  üçün  arxadan  yaxınlaşıb  nizəmi 

kürəyinə  sapladım.  O  isə  bu  hal daykən:  ­ 

«Vallahi  qazan dım!»  deyirdi.  Öz­özümə: 

«Nəyi  qazandın  ki?!  Mən  onu  öldürmüş 

deyiləmmi?!» ­ dedim. Şahid olduğum bu 

hadisə  müsəlman  olmağıma  səbəb  oldu». 

Sahabənin  son  nəfəsdəki  iman  həyəcanı, 

Allah  üçün  canını  verməyin  sevinci,  onu 

öldürəni  düşündürdü  və  iman  et məyinə 

səbəb oldu.

26

Rasulullahın səllallahu aleyhi və səlləm 



saha bələrindən  Sad  ibn  Rəbi.  Uhud  dö­

yüşündə  şə hid  edilmişdir.  Ölmədən  öncə 

yanındakı sa habəyə bu sözləri dedi: “ Val­

lahi gözləriniz qımıldadığı müddətcə, Pey­

ğəmbəri ­ sallAllahu aleyhi vəsəlləm­ düş­

mənlərindən qorumayıb başına bir müsibət 

gəlməsinə səbəb olsanız, Allah qatında heç 

bir üzürnüz olmaz. Allahın Rə suluna de ki, 

26

. İbn Hişam, Siratun­Nəbəviyyə.




48

Mən cənnətin qoxusunu hiss edirəm».

27

Fironun  sehrbazları.  Fironun  kö­

mək  çiləri  idilər.  Firon  onları,  Musaya 



əleyhissəlam  qarşı  istifadə    etdi.  Böyük 

bir  meydanda  Allahın  Peyğəmbəri  ilə 

qarşılaşdılar.  İstədikləri kimi olmadı, Pey­

ğəmbərin  möcüzəsi  qarşısın da  məğlub  ol­

dular. Sehrbazlar həqiqəti gördülər və: «Biz 

Musanın  Rəbbinə  iman  etdik»  dedilər. 

Firon «Sizi bir ağaca asıb doğrayaram» deyə 

təhdid etdi, fikir vermədilər. Firon dediyi ni 

elədi, lakin onlar imandan dönmədilər. Sə­

hər sehrbaz idilər. Günorta isə şəhid olaraq 

Allaha  qovuşdular.  Çünkü  haqqı  görən 

kimi iman etdilər. Allah onların bu hallarını 

Quranda  Əraf  surəsində  bizə    belə  xəbər 

verir: 

«Onlar (hamı birlikdə) səcdəyə qapanıb 

de dilər: “Biz iman gətirdik aləmlərin Rəb­

27. İbn Hişam, Siratun­Nəbəviyyə.




49

binə  ­  Musanın  və  Harunun  Rəbbinə!” 

Fi ron  (onlara)  dedi:  Əl­ayağınızı  çar­

paz  kəs dirəcək,  sonra  isə  hamınızı  çar­

mıxa  çək dirəcəyəm!”  (Sehrbazlar)  belə 

cavab  ver dilər:  “Şübhə  yoxdur  ki,  biz 

Rəbbimizin  hüzuruna  dönəcəyik!  (Bizi 

ölümlə qorxuda bilməzsən!) Sənin bizdən 

intiqam  almağın  isə  ancaq  Rəbbimizin 

möcüzələri gələn kimi bizim onlara iman 

gətirməyimizə görədir. Ey Rəbbimiz! Bi­

zə (bolluca) səbr əta et və bizi müsəlman 

olaraq öldür!».

28

Hz. Əlinin bir xütbəsindən qısa nəsihətlər

Hz.  Əli  radiyallahu  anh  Rasulullahın 

səllallahu aleyhi və səlləm ən seçkin saha­

bələrindən biridir. Xilafəti illərində bir gün 

minbərə çıxıb xütbə oxuyarkən bunları söy­

lədi:


28

. Əraf, 7/120­126.




50

«Ey  Allahın  qulları,  ölümdən  qur tu­

luş  yoxdur.  Əgər  ona  qarşı  dursanız  sizi 

yaxalayar, ondan qaçsanız belə arxanızdan 

gəlib sizi tutar. Qurtuluşa baxın, arxanızda 

sizi  udmaq  istəyən  məzar  var.  Məzarın 

sizi  sıxmasından  qorxub  tədbirinizi  alın. 

Onun  qaranlığına  qarşı  qorunun.  Diqqət 

edin,  məzar,  ya  cəhənnəm  çuxurlarından 

bir  çuxur,  ya  da  cənnət  bağçalarından  bir 

bağçadır.  Diqqət  edin,  məzar  hər  gün  üç 

dəfə belə deyər: «Mən qaranlıq yurduyam, 

mən  yalnızlıq  yurduyam».  Diqqət  edin, 

bunun gerisində elə bir gün (qiyamət günü) 

var ki, o gündə uşaqlar yaşlanacaq, yaşlılar 

isə sərxoş olacaqlar. «Onu görəcəyi niz gün 



hər bir əmzikli qadın əmizdirdiyi uşa ğını 

unudar, hər bir hamilə qadın bari­həmlini 

(vaxtından  əvvəl)  yerə  qoyar  (uşaq 

salar). İnsanları sərxoş görərsən, halbu­

ki  on lar  sərxoş  deyillər.  Ancaq  Allahın 

əzabı  çox  şiddətlidir!».

29

  Diqqət  edin! 

29

. Həcc, 22/2.




51

Bunun da o tərəfində daha şiddətli bir yer 

var  (cəhənnəm),  oranın  istiliyi  dəhşətlidir. 

Dərinliyi çox, suyu irindir, gözətçisinin adı 

Malikdir ki, onda mərhəmət yoxdur».

Hz. Əli sözlərinin bu yerində ağladı, ya­

nındakı  müslümanlar  da  ağladılar.  Son ra 

sözü nə belə davam elədi: 

«Diqqət edin, ondan o tərəfdə də cənnət 

var  ki,  genişliyi  göylərlə  yer  ge nişliyi 

qədərdir.  O,  təqva  sahibi  kimsələr  üçün 

hazırlanmışdır.  Allah  bizi  və  sizi  təqva 

sahibi  kimsələrdən  eyləsin.  Bizi  və  sizi  o 

günün əzabdan qorusun».

30

Nəticə

İslam  alimlərindən  biri  deyir  ki:  «Bir 

qəsəbədə  hamının  yalançı  kimi  tanıdığı 

birisi yaşasa, bir yerə çıxıb insanlara: «Ey 

insanlar  bu  dağın  arxasından  böyük  bir 

30

. İbn Kəsir, əl­Bidayə vən­Nihayə.




52

düşmən  qoşunu  qəsəbəyə  hücum  etmək 

üçün  gəlir»  desə,  ya lançı  olduğu  üçün 

heç  kəs  ona  inanmasa  da,  ye nə  də  hamı 

tədbirini alar. Ancaq qəribədir ki, Allah öz 

kitabında,  iman  etməyən  insanlara  əbədi 

əzab vəd edir, doğru sözlü Allahın Rəsu lu 

səllallahu  aleyhi  və  səlləm  bunu  insanlara 

çatdırır, amma insanlar  bu əzabı düşünüb 

təd bir  almır,  ölümü,  qiyaməti,  axirəti, 

cənnəti  və  cəhənnəmi  düşünüb  həyatını 

nizama salmır. Əf suslar olsun ki, ətrafımıza 

baxanda  insanların  ək səriyyətinin  bu 

qəflətdə olduğunu, haqdan uzaq yaşadığını 

görürük.  Allah­Təala  Qurani­Kərimdə  bu 

həqiqətə bu cür işarə edir:



«Əgər yer üzündə olanların çoxuna itaət 

et sən,  onlar  səni  Allahın  yolundan  az­

dırarlar.  Onlar  ancaq  zənnə  uyar  və 

ancaq yalan da nı şarlar!».

31

31

.  Ənam, 6/116.




53

Qurtuluş  yalnız  imanda  və  islamda dır. 

İmanımızın hansı səviyyədə olduğuna nəzər 

salaq. Hz. Əliyə aid edilən bir söz var: «Mən 

Allahı,  cənnəti,  cəhənnəmi,  mələkləri, 

cinləri yəni qeyb olaraq iman etdiyimiz nə 

varsa hamısını gözlərimlə görsəm, imanım 

zərrə  artmaz.  Yəni  gözümlə  görmüş  kimi 

inanıram. Bax bu həqiqi imandır. Ölmədən 

öncə saleh əməllərin, xeyirli işlərin sayını 

artırmaq lazım dır. Allah­Təala  «Muminun» 

surəsində belə bu yurur:



«Nəhayət, (müşriklərdən) birinin ölümü 

gə lib  çatdığı  zaman  o  belə  deyər:  “Ey 

Rəbbim!  Mə ni  geri  (dünyaya)  qaytar! 

Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm 

müqabilində yax şı bir iş görüm! (Yaxud, 

bu  günə  qədər  tərk  etdiyim  imana 

qayıdıb  saleh  bir  əməl  edim!)  Xeyr,  bu 

onun dediyi boş (faydasız) bir sözdür».

32

32



. Muminun, 23/99­100.


54

Bu  ayələrdə  Rəbbimiz,  bir  inkarçının 

ölüm anında dünyaya təkrar dönmək üçün 

yal varacağını bildirir. Amma dönüş yoxdur.  

Ölmədən əvvəl iman edib saleh əməllər işlə­

mək lazımdır. Qurtuluş yolu yalnız budur. 

Bütün  bu  hə qiqətləri  daha  yaxşı  anlamaq 

üçün  Quranı,  Kainatı  oxumaq,  düşünmək 

və təfəkkür et mək lazımdır.

İman  etdiyini  iddia  etdiyi  halda,  həqiqi 

imanı  anlamayan,  həyatını  və  ölümünü 

düşünməyən, ömrünü Allahın istədiyi istiqa­

mətdə  yaşamayan  insanlara,  Rəbbimizin 

Nisa surəsi 136­cı ayəsindəki bir əmrini bir 

daha xatırladaq: 

 

«Ey iman edənlər, iman edin.....»



55

İstifadə edilən Ədəbiyyat

Qurani­Kərim məalı  ­ Z. Bünyadov və 

V. Məmmədəliyev (İpəkyolu Nəşriyyatı)

«Gencliyin imanını sorularla çaldılar» ­ 

Emine Şenlikoğlu (Mektub Yayınları) 

«Təfəkkür»  ­  Osman  Nuri  Topbaş  

(İpəkyolu Nəşiriyyatı)

Misilsiz  Möcüzə  Quran  –  Gary  Miller 

(İpək Yolu nəşriyyatı)

Muhamməd  Mustafa  –  Osman  Nuri 

Topbaş (İpək Yolu nəşriyyatı)

Son Nəfəs – Osman Nuri Topbaş (İpək 

Yolu nəşriyyatı)

İşi Vaktinden Çok Olanlar 3, 4 cildlər – 

Nureddin Yıldız (Tahlil yayınları)

Əl­Bidayə  vən­Nihayə  Ebulfida  İbni 

Kesir Ed­Demaşki (elektron versiya )



56

«Muhtasar İbni Kesir Tefsiri Tercumesi» 



Muhammed Ali Es­Sabuni (Yasin Yayın Evi)

 


57


58


59


60


61


62



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə