Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   25   26   27   28   29   30   31   32   ...   61

Etibar  bəylər  həbsdə  idilər.  BaĢqa  bir  üzvü  -  Arif  bəy  erməni  quldurları  ilə  mübarizədə  ən 
təhlükəli mövqe olan Laçında iĢlərə rəhbərlik etmiĢdir.  
Ġdarə  Heyətinin  baĢqa  üzvləri  Fransa,  Almaniya,  Ġran,  Türkiyə  və  Hollandiyada  səfərlərdə 
olmuĢ,  xalqın  azadlıq  hərəkatını,  respublikanın  gerçək  vəziyyətini,  demokratik  mübarizənin 
əsaslarını  dünya  ictimaiyyətinə  çatdırmıĢ,  xarici  ölkələrin,  Moskva  və  Leninqrad,  Pribaltika, 
Gürcüstan və b. ölkə və Ģəhərlərin demokratik qüvvələri ilə əlaqələr yaratmıĢlar.  
AXC-nin  Ġdarə  Heyəti  və  Məclisi  xalqımıza  qarĢı  bütün  irticaçı  qüvvələrin  fitnə-
fəsadını dəf etmiĢ, XC-ni məhv olmaqdan qurtarmıĢlar.
 Bu cür, dünyada görünməmiĢ 
bir Ģəraitdə AXC imperiya, partokratiya və mafiyalara qarĢı mübarizə apararaq 
otuzdan çox 
üzvünü  Azərbaycan  Ali  Sovetinə,  30-dan  çox  üzvünü  Naxçıvan  Ali  Məclisinə, 
yüzlərcə üzvünü Ģəhər və yerli sovetlərə üzv seçdirə bilmiĢdir. 
 
Azərbaycan Xalq Cəbhəsinin 20-dən çox leqal və qeyri-leqal qəzeti çıxır.
 
Vətənimizin  və  xalqımızın  haqqını  qorumaq  üçün  Xalq  Cəbhəsinin  100-dən  çox 
üzvü  həlak  olmuĢ,  300-dən  çoxu  həbsxanalara  atılmıĢdır
,  onların  çoxu  haqqını 
müdafiə  edə-edə  həbsdən  qurtarmıĢdır.  AXC  bir  ildə  böyük  siyasi  yol  keçmiĢ,  sıralarını 
mətinləĢdirmiĢ,  siyasi  səviyyəsini  xeyli  yüksəltmiĢ, 
dünyada  güclü  demokratik  qüvvə 
kimi tanınmıĢdır. 
 
Azərbaycan  Xalq  hərəkatının  gediĢi  dövründə  respublikada  aĢağıdakı  qüvvələr  fəaliyyət 
göstərirdi: 
1.
 
Moskva və onu müdafiə edən xarici qüvvələr;
 
2.
 
erməni lobbisi;
 
3.
 
respublika dövlət aparatı;
 
4.
 
ziyalılar və yarımziyalılar;
 
5.
 
AXC və baĢqa demokratik qüvvələr.
 
Nəticə. 
Moskvanın  əvvəlki  hegemon  və  qorxunc  mövqeyi  sarsıldı,  onu  müdafiə 
edən xarici qüvvələrin çoxu bitərəfləĢdi. 
 
Erməni lobbisinin ilkin hücumları dəf edildi; onun məğlubiyyəti qaçılmazdır. Respublika dövlət 
aparatı tamam laxlamıĢdır.  
Yarımziyalılar  xalqa  tərəf  gəlməkdədir,  tezliklə  əsl  ziyalı  mövqelərini  tutacaqlar.  Seçkilərdə 
yarımziyalıların tam məğlubiyyəti onlara dərs oldu.  
AXC  və  baĢqa  demokratik  birliklər  öz  qüvvələrini  sahmana  salmaq  və  yeni  yüksəliĢ 
mərhələsinə qədəm qoymaqdadır. 
Belə  bir  Ģəraitdə  AXC  qurultaya  hazırlaĢır.  Qurultayda  Məramnamə  və  Nizamnamədə 
dəyiĢmələr  aparılacaq.  AXC  xalqımızı  düĢdüyü  böhrandan  çıxarmaq,  yurdumuzda  vətəndaĢ 
sülhü  yaratmaq,  siyasi  qüvvələri  birləĢdirmək  üçün  var  gücü  ilə  çalıĢacaqdır.  Bütün 
gücümüzlə  milliliyimizi,  demokratiyanı,  dinimizi  dirçəltmək  uğrunda  vuruĢacağıq.Bütün 
bunları həll etmək üçün ən kəsə yol eĢq və imandır. EĢq və imanın təməli Haqla Xalqı 
bir etməkdir. Haqqı Xalqdan görmək, Xalqı Haqq deyə sevməkdir. Amin! 
21 dekabr 1990-cı il
 


NƏ DEYƏSƏN?! BELƏ QALMAZ! 
  
Əziz oxucu-yurddaĢ, mən bir olayın qısaca tarixini yazıram; bir söz demirəm, nə deyirsən sən 
de!  Ġstəyim  yalnız  budur  ki,  sən  aldanmayasan.  ġəhriyar  demiĢkən,  "hər  içiboĢ  sözlərə 
aldanmasın" oxucum. 
"Azərbaycan"  qəzetinin  6  dekabr  1996-cı  il  tarixində  çıxan  234-cü  sayında
 
Azərbaycan Respublikasının əməkdar hüquqĢünası, prokurorluq orqanlarının fəxri iĢçisi, əmək 
veteranı, fərdi təqaüdçü, III dərəcəli dövlət ədliyyə müĢaviri 
Yəmən Yusifovun
 "Yalan heç 
kimə baĢucalığı gətirmir" adlı məqaləsi çap edilmiĢdi. Müəllif öz titullarına uzun müddət DTK 
(Dövlət  Təhlükəsizlik  Komitəsi)  -  KQB-nin  BaĢ  prokuroru  olduğunu  yazmağı  "unudub"  və 
məqalə baĢdan-ayağa yalanlar üstündə yazılıb.  
Hörmətli  Yəmən  Yusifov,  yalan  nəinki  heç  kimə  baĢucalığı  gətirmir,  yalançı  həm  də  Ulu 
Yaradanın və Yaradılanın (Haqqın və Xalqın) düĢmənidir. 
Əziz  oxucu-yurddaĢ,  mən  o  məqalədəki  uydurma  və  yalanlara  cavab  vermək,  aydınlıq 
gətirmək  fikrində  deyiləm,  buna  vaxtım  da  yoxdur.  Məqalənin  lap  sonundakı  bir  parçanı 
aydınlaĢdırsam qalanları da sənin üçün aydın olacaq. 
Hörmətli prokuror Yəmən bəy mənə yazır: 
"Azərbaycanın  birləĢdirilməsi  üzərində  düĢüncələr"  yazınızda  oğlunuza  xitabən 
yazırsınız:  "Bu  gün  sənin  yaĢ  yarımın  tamam  olur.  Mən  öz  vəsiyyətimi  qurtarıram.  Yadigar 
olaraq sənə öz fotoĢəklimi qoyuram. Mənim vəsiyyətimi yadda saxla:
 
 
YaxĢı türk ol. Kommunizm bizim düĢmənimizdir. Bunu sən bil.
 
 
Yəhudi bütün xalqların gizli düĢmənidir.
 
 
Ruslar, çinlilər, iranlılar, yunanlar bizim köhnə düĢmənlərimizdir.
 
 
Bolqarlar, almanlar, italyanlar bizim yeni düĢmənlərimizdir.
 
 
Yaponlar, əfqanlar, amerikanlar gələcək düĢmənlərimizdir.
 
 
Ermənilər, kürdlər, ləzgilər, çərkəzlər, çeçenlər, qaraçılar daxili düĢmənlərimizdir.
 
Görürsən  bizim  nə  qədər  düĢmənlərimiz  var?  VuruĢmaq  üçün  yaxĢı  hazırlaĢ,  sənə  Allah 
kömək edər".
 
Ġndi mən Sizdən soruĢuram: Oğul atanın bu vəsiyyətinə əməl etsə xoĢbəxt ola bilərmi? Atanın 
oğluna bu cür vəsiyyət etməyə haqqı varmı?".
 
Hörmətli  Yəmən  bəy,  inanın,  Tanrı  haqqı,  mənim  Sizə  rəğbətim  acığımdan  bir  az  artıqdır. 
Acığım isə Sizə və Sizin kimilərə acımağımdan doğur, çünki bizim hamımız imperiyanın qulları 
idik.  Sizlər  (Marksın  dediyi  kimi,  "qulların  aristokrat  təbəqəsi")  qul  olduğunuzu  (bağıĢlayın) 
dərk  etmirdiniz  və  özünüzü  böyük  bir  xalqın  ağaları  sanır,  bununla  da  bir  daha  özünüzü 
xoĢbəxt  sayırdınız.  "Azərbaycan  tarixi"  müəllimim  rəhmətlik  ġəmil  Məmmədbəylinin  ikili 
mənada tez-tez dediyi kimi: "XoĢbəxtlər!". 
Bizlər isə (az bir sayda) qul olduğumuzu anlamıĢdıq və azadlıq istəyirdik. Sizlər zərurəti dərk 
etməmiĢdiniz, biz zərurəti dərk etmiĢdik. 
"Azadlıq zərurətin dərk edilməsidir!"
 (Hegel). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə