Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   22   23   24   25   26   27   28   29   ...   61

qardaĢ"  dediyi  bizə  indi  düĢmən  kimi  baxır,  bizi  tankların  altında  əzir.  Almanlar  sovet 
əsgərlərinin  niĢanlarını,  kəmərlərini,  çəkmələrini,  paltarlarını  (lənət  Ģeytana,  daha  nə  qaldı 
ki!),  hə, 
papaqlarını
  (rəhmət  sənə,  Mirzə  Cəlil!)  hərrac  bazarına  qoydurur.  Biz  isə  təkcə 
sağlam oğullarımızı deyil, hətta xəstə gənclərimizi əsgərlik adına ölümə göndəririk! 
Yəqin aydın oldu. 
Məsələnin ana xəttindən bir az qırağa çıxdığımıza görə oxucular suçumuzdan keçsin…  
Moskvanın bütün ümumi siyasəti ilə yanaĢı, o, hər bir respublikaya, hər bir xalqa qarĢı xüsusi 
siyasət  yürüdür.  Ona  görə  də 
"nə  üçün  Litvanın,  Ermənistanın,  Gürcüstanın  və  b.  dövlət 
rəhbərləri baĢqa cür hərəkət edir, Azərbaycanınkı baĢqa cür?"
 sualı sadəlövhlükdən baĢqa bir 
Ģey  deyildir.  Birdəfəlik  bilməliyik  ki,  Moskvanın  Azərbaycana  aid  siyasəti  hər  hansı  bir 
respublikaya  olan  siyasəti  ilə  tutuĢdurulmamalı,  həmiĢə  ayrıca  götürülüb  onun  üzdə  olan 
deyil, dərində, gizli qalan kökləri, bağları üzə çıxarılmalıdır.  
Azərbaycan  ən  varlı,  hərtərəfli  zəngin  bir  ölkədir.  Var-dövlət  müstəqil  xalqlar  üçün 
səadətdirsə  müstəmləkə  üçün  bədbəxtlikdir.  Azərbaycan  Rusiya  imperiyası  üçün  ġərqin 
qapısıdır.  Azərbaycanın  birləĢib  müstəqil  olması  Güney  Qafqazda  imperiyanın  bütün 
dayaqlarının dağılması deməkdir.  
Pyotrdan  dünənə  kimi  Hind  okeanında  isti  sulara  can  atan  və  bu  siyasəti  bütün  dövrlərdə 
ardıcıl  yürüdən  imperiya  üçün  Xəzər  hövzəsini  iĢğal  etmək  ilkin  Ģərt  olmuĢdur.  Xəzərin  iki 
açarı -  HəĢtərxan  və Bakı imperiyanın  daimi zərbə hədəfi olmuĢdur.  Azərbaycan  yüz  illərdir 
imperiyalar  tərəfindən  müdafiə  olunan  və  onların  ġərqdə  casusu  rolunu  oynayan  erməni 
lobbisinin  gəlir  mənbəyidir.  "Azərbaycan  Ġranın  taxıl  anbarıdır",  "Əgər  Azərbaycan  müstəqil 
olarsa Ġran ondan asılı vəziyyətə düĢər" deyən Ġran ideoloqları məsələyə çox düzgün qüymət 
vermiĢlər. 
Çox  ötəri  və  ümumi  dediyimiz  bu  sözlər  Azərbaycanda  imperiya  siyasətinin  bəzi  xətlərini 
görmək  üçündür.  Əslində  isə  gərək  Azərbaycanın  yeraltı  və  yerüstü,  maddi  və  mənəvi 
sərvətləri ilə sadəcə tanıĢ olmaq üçün cildlərlə kitablar yazılandan, dünya siyasətində, Sovet 
imperiyası,  Ġran  və  Ermənistan  siyasətində  Azərbaycanın  yeri  bütöv-bütövünə  araĢdırılıb 
açıqlanandan sonra biz özümüzü baĢa düĢə bilərik.  
Bəlli olduğu  kimi,  60-80-ci illərdə  imperiyanın  dövlət  aparatı  çürümə  dövrü  keçirirdi.  Mənim 
yadımdadır  -  hələ  60-cı  illərdə  bir  Avropa  alimi  yazmıĢdı  ki,  Sovet  dövləti  dağılmağının 
rüĢvətxorluq  mərhələsini  keçir.  Bu  məsələni  təhlil  edərkən  mən  ilk  öncə  inanmadım.  Məni 
Engelsin
 bir məktubu çaĢdırdı. O, Rusiyada dövlətin köklərinin zəif olduğunu göstərərək orada 
sosializm qurmağın  daha  asan  olduğunu yazan  bir rus ziyalısına  belə  cavab  vermiĢdi  ki,  siz 
düz  demirsiniz;  Rusiyada  kiçik  və  iri  məmurlardan  ibarət  böyük  bir  təbəqə  vardır,  bunlar 
dövlətdən  çox  az  maaĢ aldıqları  üçün  xalqı  soyur,  rüĢvətlə  dolanırlar,  buna  görə  də  Rusiya 
dövlətini  müdafiə  etməkdə  həddən  artıq  maraqlıdırlar,  çünki  bu  dövlət  olmasa  onlar  rüĢvət 
ala bilməzlər, buna görə də dövlət aparatının kökü lap aĢağılara qədər iĢləyir.  
Bir  qədər  də  götür-qoy  etdikdən  sonra  aydın  oldu  ki,  Engels  səhv  edib  -  istər 
Kerenskinin

istərsə də 
Leninin
 çevriliĢləri zamanı həmin məmurlar çox böyük rol oynadılar. Eyni zamanda, 
tarixdən  mənə  aydın  oldu  ki,  bir çox  dövlətlərin  əsasını rüĢvətxorluq  sarsıdıb.  Məsələ  aydın 
idi.  
Sonra  70-ci  illərin  əvvəllərində  bir  ispan  cəmiyyətĢünasının  belə  bir  fikrinə  rast  cəldim  ki, 
Sovet  Ġttifaqında  "sosializm"  deyilən  quruluĢ  düz  deyil,  o  tez-gec  dağılacaq,  çünki  bu  cür 


quruluĢ ümumiyyətlə insanın, xüsusilə fərdin 
təbiətinə
 ziddir. Bu fikir bir çox əsərlərdə baĢqa-
baĢqa Ģəkildə ifadə edilirdi. Bununla razılaĢmamaq olmazdı. Çox keçmədi ki, 
Saxarov
 SSRĠ-də 
insan  haqları  uğrunda  mübarizəyə  baĢladı.  Kütləvi  kölə  psixologiyasından  qurtulan  fərdlərin 
sayı gündən-günə çoxaldı. Onun dalınca cəmiyyətlər və xalqlar 
Azadlıq
 eĢqinə düĢdülər. 
1987-ci ildə Azərbaycanda yeni bir oyanıĢ baĢlamıĢdı. Ġmperiya bunun qarĢısını almaq üçün 
Qarabağ məsələsini ortaya atdı. Ancaq yuxarıda göstərdiyimiz kimi, bu imperiya 30 ilə yaxın 
idi  ki,  rüĢvətxorluğun  dağıdıcı,  içəridənyeyici  təsiri  nəticəsində  iflic  olmuĢdu.  Dövlət 
aparatlarının heç biri dəqiq iĢləmirdi. Ona görə Mərkəzin Azərbaycan və onun xalqı haqqında 
fikri yanlıĢ idi. 
Qarbaçov
, onun ətrafındakılar və xüsusən də yan-yörəsində peyk kimi hərlənən 
erməni  lobbisi  belə  düĢünürdü  ki,  Azərbaycan  xalqının  elə  bir  güclü  siyasi  təĢkilatı  yoxdur, 
respublikanın  baĢçıları  isə  Moskvanın  yesirləridir,  deməli,  Qarabağı  ermənilərə  vermək  olar. 
Bununla  həm  Azərbaycanı  tam  iflic  etmək,  həm  də  dünya  ermənilərindən  və  onları  himayə 
edən böyük dövlətlərdən imperiyaya yaxĢı arxa düzəltmək olar.  
Bir  neçə  ayın  içərisində  7  milyonluq  bir  xalq  "Qa-ra-bağ!!"  deyib  ayağa  qalxdı.  Təkcə 
Moskvanın  deyil,  bütün  dünyanın  təsəvvürü  alt-üst  oldu.  Bir  "Azərbaycan"  fenomeni  zühur 
etdi. Tariximizdə ilk dəfə olaraq dünyanın hər yerindən qəzet, radio-televiziya iĢçiləri, mübariz 
demokratlar,  konsullar,  səfirlər  və  b.  Azərbaycana  axıĢdı.  Baltikyanı  respublikalarda  azadlıq 
hərəkatlarının  yeni  dalğaları  qalxdı,  Moldova  və  Gürcüstanda  xalq  hərəkatlarına  ilkin  təkan 
verildi. 
1988-ci il noyabr ayının 25-27-sində Bakının Azadlıq meydanında Nemət Pənahov deyəndə ki 
bizim  bu  xalq  hərəkatımızla  bütün  SSRĠ-ni  azadlıq  hərəkatı  bürüyəcək,  buna  çox  adam 
ĢiĢirtmə,  böyütmə  kimi  qiymət  verirdi.  Doğrudan  da,  çox  çəkmədi  ki,  SSRĠ-ni  hərəkatlar 
bürüdü. Moskva özünü itirdi. 
89-cu  ilin  son  aylarında  Azərbaycanda  xalq  hərəkatının 
ikinci  yüksəliĢi  baĢlandı.
  Moskva  qorxuya  düĢdü.  Deməli,  bu 
dəfə  hərəkat  vaxtından  qabaq  boğulmasa  SSRĠ  darmadağın 
olacaq! 
Qorbaçov
  Maltada 
BuĢla
  gizli  görüĢlərində  bu  məsələnin 
üstündə bərk dayandı. BuĢun dövlət katibi 
Ceyms Beyker
 belə bir 
bəyanat verdi ki, 
əgər Moskva Zaqafqaziyadakı millətçi hərəkatları 
yatırmaq  üçün  güc  tətbiq  etsə,  Amerika  buna  etiraz  etməyəcək.
 
Məsələ bizim üçün tamamilə aydın idi, çünki buna qədər Qarbaçov 
Moskvada  açıq  elan  etmiĢdi  ki,  o,  gürcü  kimi  mədəni  bir  millətin 
qadağan saatında, hərbi vəziyyətdə yaĢamasını rəva bilməz! 
Yerevan  və  Xankəndində  ermənilər  il  boyu  tətil  və  nümayiĢ  edir, 
azərbaycanlıları  qırır,  evlərini  yandırır,  yurdundan-yuvasından 
didərgin  salırdı.  Moskva  susurdu.  Ermənilərin  kütləvi  yaĢadığı 
yerdə bir nəfər də azərbaycanlı qalmamıĢdı. Deməli, gizli görüĢdə 
söhbət yalnız Azərbaycandan getmiĢ, bu bəyanatda "Azərbaycan" sözü "Zaqafqaziya" sözü ilə 
pərdələnmiĢdi.  
89-cu ilin dekabr ayında Azərbaycan bütün dünyada bir daha amansızcasına təkləndi. Həmin 
ayın  sonlarında  Azadlıq  meydanında  AXC  Ağsaqqallar  Ģurasının  ən  fəal  üzvlərindən  biri, 
hörmətli Vaqif Səmədoğlu xalqımızın necə təkləndiyindən danıĢarkən xalq bu dünyada qərib 
olduğunu bir daha dərindən duydu, meydanda minlərlə, on minlərlə insan dəsmalını çıxarıb 
göz yaĢını sildi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə