Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   21   22   23   24   25   26   27   28   ...   61

ƏN KƏSƏ YOL 
 Bir  zamanlar  quzeydə  Dərbənddən  güneydə  Həmədan  əyalətinə,  doğuda  Xəzərdən  batıda 
Göyçə  gölünün  batı  əyalətlərinədək  olan  torpaqlarda  yerləĢmiĢ  qüdrətli  Böyük  Azərbaycan 
XIX  yüzilin  birinci  rübündə  Rusiya  imperiyasının  2  dəfə,  üst-üstə  götürdükdə  11  il  davam 
edən qanlı müharibələri nəticəsində əvvəl 2 hissəyə, sonralar bir neçə hissəyə parçalandı. Elə 
bununla  da  Böyük  Azərbaycanın  187  il  davam  edən  faciəsi  baĢlandı.  Azərbaycan  torpaqları 
hərrac bazarına qoyuldu. Kim istədi satdı, kim istədi aldı, kim istədi bağıĢladı. Bütün bu dövr 
ərzində Azərbaycan xalqı amansız qırğınlara məruz qaldı. Torpaqlarımız vaxtı ilə Türkiyə, Ġran, 
Ərəbistan,  Hindistan  və  Balkan  bazarlarında  girlənən  erməni  fırıldaqçılarına  satıldı,  hədiyyə 
verildi.  
Ġranın,  Rusiyanın  kölə  və  yarımköləsinə  çevrilmiĢ  xalqımız  bütün  bu  tarix  boyu  çabaladı, 
çalıĢdı, irəliləmək üçün deyil, yalnız və yalnız öz varlığını qoruyub saxlamaq uğrunda vuruĢdu. 
Bu  ölkədən  o  ölkəyə,  o  ölkədən  bu  ölkəyə  qaçqın  getdi,  yurdda  vuruĢanlar  dağlara  qaçaq 
düĢdü, 100 il boyu Azərbaycanı qaçaq hərəkatı bürüdü. Yabançı generallar, sərdarlar baĢlarını 
Azərbaycanda qoydular. 
Səttar xan, Qaçaq Nəbi, ġeyx Məhəmməd Xiyabani, Məhəmmədəmin 
Rəsulzadə
  kimi yüzlərcə  Azərbaycan  mücahidi  xalqın  azadlığı uğrunda çarpıĢdı.  Bəli,  müasir 
dövrün  görkəmli  filosof  tarixçisi,  tatar 
Qumilyov
  demiĢkən,  əgər  hər  hansı  bir  etnos  (xalq) 
bilə-bilə zaman-zaman öz arasından insanlar ayırıb öz varlığı üçün qurban verirsə, deməli, o 
etnosa  ölüm  yoxdur!  Mübarizə  xoĢbəxt  azadlıq  uğrunda  deyil,  yaranan,  tarixdə  özünü 
təsdiqlədən və dünyaya təqdim edən bir xalqın yaĢayıb-yaĢamaması uğrunda mübarizəsi idi.  
1918-1920-ci illərdə Azərbaycan xalqı ölüm təhlükəsini aradan qaldırıb özünü tarixdə bir daha 
təsdiqlətdi. Güneydə 
Xiyabani
 hərəkatı, Quzeydə 
Azərbaycan Xalq Cümhuriyyəti
 Azərbaycanı 
Yeni  dünyaya  tanıtdı.  Hamımızın  bildiyi  kimi,  bu  dövr  çox  çəkmədi…  Rusiyada  çarlıq 
imperiyasının yeni varisi - qırmızı Sovet imperiyası yarandı. Ġlk illərində bu imperiya hələ zəif 
olduğundan,  Azərbaycanın  quzeyindəki demokratik  dövləti  yıxdı,  ancaq  özünün  də hələ  zəif 
olmasından  dolayı,  həmin  demokratik  dövlətin  yerində  hər  hansı  bir  dövlət  qurumunu 
saxlamağa məcbur idi. Sonra bu dövlət qurumu 
Azərbaycan Sovet Sosialist Respublikası
 oldu.  
20-ci  ildən  sonra  Azərbaycanın  güneyində  Xiyabani  hərəkatını  boğdular.  Ġranda  Azərbaycan 
sülaləsi  olan  Qacarlar  devrildi,  yerinə  fars-Pəhləvi  sülaləsi  hakimiyyətə  gəldi.  Azərbaycan 
xalqının (o taylı-bu taylı) yeni faciə dövrü baĢlandı. Qətllər, talanlar, qırğınlar ara vermədi… 
Azərbaycanın quzeyindəki Sovet respublikası Azərbaycan xalqını əzmək alətinə çevrildi.  
Belə bir fikir var və bu fikri son vaxtlar daha tez-tez eĢitmək olur; bu təqribən belə səslənir: 
hər  bir  xalqın  dövləti  özünə  layiqdir.  Bunu  belə  Ģərh  edirlər  ki,  guya  bizim  də  dövlətimiz 
özümüzə-xalqımıza uyğundur. Bu, tamamilə yanlıĢ düĢüncədir. Bu fikir özünü əslində harada 
doğruldur? Bizim öyrəndiyimiz anlayıĢlarla desək, xalq - bazis özünün üstqurumlarından birini 
- dövlət qurumunu yaratmalıdır. Əgər bu qurumu yaradırsa, sözsüz ki, bazisin tələbi və istəyi 
əsasında yaranır və bu quruma həmin xalq, yaxud bu xalqa həmin qurum layiq olur, hər ikisi 
bir-birini  təmsil  edir.  Bu  fikirlə  razılaĢmamaq  olmaz.  Deməli,  söz  azad  xalqdan  gedir,  öz 
üstqurumunu yaratmaqda müstəqil olan bazisdən gedir. Əgər hər hansı bir xalq qanlı terror 
və  iĢğal  nəticəsində  özündən  qat-qat  güclü  olan  hər  hansı  bir  imperiyanın  köləsinə, 
müstəmləkəsinə çevrilirsə, bu vaxt imperiya da onu istədiyi kimi əzmək, istismar etmək üçün 
oyuncaq dövlət qurumu yaradırsa, deməli, bu qurum xalqın arzusu əsasında yaranmır və onu 
təmsil etməyə layiq deyil! 
Hətta  böyük  dövlətlərin  əzdiyi  xalqlar  üzərində  qurulan  dövlət  qurumları  da  müxtəlif  olur. 
Ġkinci dünya müharibəsində Amerika, Ġngiltərə, Sovet Ġttifaqı Avropanın ən güclü xalqlarından 
biri olan almanları darmadağın etdilər. Almaniyanın böyük bir hissəsində Amerika, Ġngiltərə və 


Fransanın iradəsi ilə federal alman dövləti yaradıldı, baĢqa bir hissəsində isə SSRĠ-nin iradəsi 
ilə  Almaniya  Demokratik  Respublikası.  Sual  olunur:  alman  xalqı  hansı  dövlətə,  yaxud  hansı 
dövlət qurumu alman xalqına layiq idi? Heç biri! Ancaq ġərqə baxmıĢ Qərbdə qurulan dövlət 
alman xalqı üçün az-çox əlveriĢli idi. 
Əsl alman dövləti indi yaranmaqdadır. 
 
Bütün Azərbaycanda bu gün xalqımızı ona layiq təmsil edəcək dövlət qurumu yoxdur. Təkrar 
edirik: yalnız və yalnız AZAD (!) xalqın yaratdığı dövlət onun özünə layiq olur!! 
Biz  burada  Moskvanın  70  ildə  Azərbaycanda  apardığı  siyasəti  təhlil  etməyəcəyik.  Bəs 
Moskvanın  bugünkü  siyasəti  necədir?  Bugün  Moskva  ona  tabe  ölkələri  və  xalqları  daha 
əvvəlki  tək  "idarə  edə"  -  əzə  bilmir.  Rusiya  özü  fəlakət  qarĢısında,  daha  döğrusu,  fəlakət 
içindədir, ona görə də o, ilk öncə Avropadan əlini çəkmək məcburiyyətində qaldı. Ġndi əsas 
vəzifə imperiyanı dağılmaqdan qurtarmaq, onu nə isə aldadıcı, bir qədər də cəzbedici Ģəklə 
salmaqdan  ibarətdir.  Onun  üçün  də 
demokratiya,  aĢkarlıq
  və 
yenidənqurma
  adı  altında 
"yuxarıdan  inqilab"  (bu  da  aldatmaq  üçündür:  yuxarıdan  inqilab  olmur,  deməli,  yuxarının 
fitvası  ilə  aĢağıdan  inqilab)  edilir.  Bunun  üçün  ayrıca  proqramla  iĢ  görülür.  Hansı  xalq  bu 
proqramdan  kənara  çıxıb  öz  iradəsi  ilə 
hərəkət
  edirsə,  onu  gülləyağıĢı  gözləyir,  ya  da  ki, 
qırğın və talan törədici millətlərarası ədavət.  
Bir  vaxt  Ġran  Ģahı  yuxarıdan  islahatlar  apararaq  adını  "ağ  inqilab"  qoydu,  onun  ən  böyük 
zərbəsi  Azərbaycan  xalqına  dəydi.  Ġndi 
Qorbaçov
  yuxarıdan  islahatlar  aparıb  adını  "inqilab" 
qoyur,  ən böyuk  zərbəsi  Azərbaycan  xalqına  vurulur.  Bir  vaxt  Azərbaycanın  güneyinə  gələn 
Məhəmmədrza  Pəhləvi
  "Azərbaycan  iri  addımlarla  irəliləyir"  demiĢdi,  ustündən  neçə  il 
keçməmiĢ  Azərbaycanın  quzeyinə  gələn 
Leonid  Ġliç  Brejnev
  "Azərbaycan  iri  addımlarla 
irəliləyir" dedi. Görəsən, necə olur ki, müsəlman monarxlarla kommunist monarxlar bir-birinin 
ağzına  tüpürmüĢ  kimi  olurlar?!  Monarx  hər  yerdə  monarxdır  -   dinindən,  əqidəsindən  asılı 
olmayaraq. Vay o gündən ki, hər iki imperiya monarxının "Azərbaycan" adlı bir müstəmləkəsi 
ola, yarısı birinin, yarısı obirinin! 
Moskva  azadlığa  boylu  olmuĢ  ölkələri  "islahat"  dərmanı  ilə  ölü  doğmağa  məcbur  edir;  əgər 
"mədəni" yol baĢ tutmasa dəyirmanında öz istədiyi kimi üyüdür. Ya dərman, ya dəyirman?! 
Üç  ilə  yaxındır ki,  Azərbaycan  ayaq  üstədir. Zülmün  -  imperiyanın  topu, təyyarəsi,  tankı  və 
gülləsi  varsa  haqqın  -  xalqın  da  dönməz  üzü  vardır.  Ġmperiya  od,  güllə  püskürdü,  Göyçə, 
Zəngəzur bir daha yenidən dağıldı, Qarabağa yağı əlləri uzandı, Sumqayıt, Gəncə, Bakı… hər 
yer qana çalxandı. Xalq yurdunu qorudu, Azərbaycanı iki yerə bölən dəmir pərdəni dağıtdı… 
Bu gün Azərbaycanın quzeyində iki qüvvə - imperiya və xalq üz-üzə durmuĢdur. 
Ġmperiya  bu  qeyri-bərabər  güclərin  mübarizəsində  erməni  diasporundan  və 
Avropanın, Amerikanın bizə ögey münasibətindən istifadə edir.
 
Bu  qüvvələrlə  üz-üzə  təkcə  dayanmıĢ  xalqımızı  demokratik  qüvvələrimiz  təmsil  edir.  Bu 
qüvvələrə  dünyadakı  bir  sıra  baĢqa  demokratik  qüvvələr  rəğbət  bəsləyir.  Yurdumuzun 
güneyində böyük mənəvi dayağımız vardır. Nə yazıq ki, bir yerdə mübarizəyə qoĢulmamıĢıq. 
Axı biz hələ millət olmamıĢıq, xalq yolundan millət yoluna təzə-təzə addım atırıq.  
QEYD:  Tez-tez  soruĢurlar  ki, 
xalq
  nədir, 
millət
  nədir?  Elmlə  izah  etmək  çox  uzun-uzadı 
alınacaq.  Sualı  baĢqa  cür  qoyun:  xalq  kimdir,  millət  kimdir?  Onda  "nədir?"  sualına  cavab 
taparıq. Xalq bizik, millət almanlar! Niyə? Almanlar sərhədlərini pulla alırlar, var-dövlətləri də 
özlərinindir.  Biz  sərhədlərimizi  qanla  alırıq,  var-dövlətimiz  də  özgənindir.  Almanlar  özləri 
toxdur, ac Rusiyaya ət, süd, un verirlər. Biz özümüz acıq, ac Rusiyadan ət, süd, un gözləyirik. 
Moskva  70  il  düĢmən  kəsildiyi  almana  indi  "dost",  "qardaĢ"  deyir,  ona  əl  açır,  70  il  "kiçik 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə