Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   31   32   33   34   35   36   37   38   ...   61

atalar  sözlərinə,  el  danıĢığına,  türk  dilinin  dərinliyini,  incəliklərini,  gücünü  duyub,  qavrayıb 
yazılarına gətirən yazıçılarımıza üz tutmaq, onlardan öyrənmək, yararlanmaq qaçılmazdır. 
"Azərbaycanın  birləĢdirilməsi  üzərində  düĢüncələr"
  yazım  da  bu  dediyim  baxımdan  çağdaĢ 
dilimizdən  azca  da olsa baĢqa  cür səslənirdi.  Bu  yazımın  giriĢindən  dörd  yarpaq qaralaması 
axtarıĢ  anında  DTK  iĢçilərinin  əlinə  keçmiĢ,  araĢdırma  bitiklərinin  (istintaq  materiallarının) 
içinə alınmıĢ, indi də oradadır. Az da olsa dediklərimə bir tutalqadır. 
Bu, sözügedən yazının giriĢinin beĢdə biridir. Onu olduğu kimi yadımda saxlamamıĢam, ancaq 
önəmli  yerləri  bu  deyəcəklərim  idi: 
Dünya  çox  iti  bir  yeriĢlə  irəliyə  doğru  yürüyür.  Onun 
arxasınca  tövĢüyə-tövĢüyə,  təngənəfəs  yürümək  yurdumuzun  biz  tək  oğul  və  qızlarına 
yaramaz… Hər bir insanın ən böyük Ģərəfi bəĢəriyyətə, insan oğluna xidmətdədir. Ancaq azad 
olmayan  bir  kəs  nə  ki  bəĢəriyyətə,  hətta  özünə  belə  xidmət  edə  bilməz…  Biz  ilk  öncə 
özümüzü, xalqımızı azad etməliyik. Xalqımız azad olanda böyük dahilər yetiĢdirəcək, onlar da 
bəĢəriyyətə xidmət edəcəklər… Biz milli münasibətləri Ġsveçrə yolu ilə həll edəcəyik… Bunun 
üçün də Azərbaycanın birləĢdirilməsi gərəkdir...
 
Yadımda  deyil  -  ya  hakimin,  ya  prokurorun  sorğusu:  Nə  üçün  Ġsveçrəni  nümunə 
göstərmisiniz? 
- Onun üçün ki, milli münasibətlərin həllində Ġsveçrə bir örnəkdir. 
- Niyə Sovet Ġttifaqı yox? 
- Lenin də bir əsərində Ġsveçrəni göstərib. 
-  Lenin  o  əsərini  yazanda  milli  münasibətləri  ən  yaxĢı  həll  edən  Sovet  nümunəsi  yox  idi, 
ancaq indi var. 
- Birincisi, indi Sovet Ġttifaqının rəhbərləri də deyirlər ki, bizdə milli münasibətlər axıradək həll 
olunmayıb. Ġkincisi, Ġsveçrə nümunəsi dünyada daha geniĢ tanınıb və qəbul edilib. Üçüncüsü, 
mən Sovet nümunəsini örnək göstərsəydim buna Azərbaycanın güneyində və baĢqa ölkələrdə 
inanmayacaq, "Sovet təbliğatıdır" deyəcəkdilər. 
-  Bu  yazınızda  göstərirsiniz  ki,  öncə  Azərbaycan  birləĢməli,  sonra  da  türk  dövlətlərini  öz 
ətrafında  birləĢdirməli,  Turan  yaranmalıdır.  Axı  Türkiyə  deməz  ki,  mən  böyüklükdə  dövləti 
hansı haqla Azərbaycana birləĢdirirsiniz? 
- Nə olsun deyər? Axı bu, zorla olmayacaq, könüllü olacaq. Turan birliyi könüllü olacaq, özü 
də kimsəyə qarĢı olmayacaq, əksinə, bütün dövlət və xalqlarla dost olacaq. 
- Xam xəyallardır! 
- Xam xəyallardırsa daha niyə mühakimə edir, bu fikirlərimə görə təqsirləndirirsiniz? 
-  Ona  görə  ki,  fikirlənizlə  gənclərimizi  azdırır,  onların  Sovet  ideologiyasına  inamını  sarsıdır, 
doğru yoldan uzaqlaĢdırırsınız. Biz buna yol verə bilmərik! 
Bəli, cənab keçmiĢ DTK-nın keçmiĢ BaĢ prokuroru, Sizin mənim məhkəməmdə ittihamlarınızın 
əsas istiqamətlərindən biri də mənim 28.01.1975-ci il tarixli ifadəmdə yazdığım "mən təbliğ 
etmiĢəm  ki, 
a)  Azərbaycan  müstəqil  deyildir,  onu  Rusiyanın  tərkibindən  ayırıb,  b)  vahid 


dövlət yaratmaq lazımdır.
 Azərbaycanda müstəqil dövlət yaradılandan sonra türkdilli xalqları 
birləĢdirib 
vahid Turan dövləti
 yaratmaq gərəkir" fikrinə, ideyasına qarĢı yönəldilmiĢdi. 
Məhkəmə  1975-ci  ilin  birinci  yarısında  olmuĢdu.
  Ġndi  Azərbaycan  mən  arzu  etdiyim, 
istədiyim  kimi  Rusiyanın  tərkibindən  ayrılıb. 
Bütöv  (vahid)  dövlət
  yaradılmasına  doğru  xalq 
hərəkatı baĢ verməkdədir. 
Cənab keçmiĢ DTK-nın keçmiĢ BaĢ prokuroru, doğrudanmı Siz və Sizin məsləkdaĢlarınız dərk 
etmirsiniz,  üzr  istəyirəm,  qanmırsınız  ki,  uduzmusunuz?!  Doğrudanmı  qanmırsınız  ki,  biz 
deyən  olur?  Doğrudanmı  görmürsünüz  ki,  rus  imperiyası  dağılır  və  növbə  Tehran  rejiminə 
gəlir?!  Axı  bunu  çox-çox  sadə xalq  görürsə  necə  olur  ki,  sizlər,  Sizin  kimilər  kor  öküz  kimi, 
tutduğunuzu buraxmır, buynuzlarınızı ovulmaz qayalara çarpırsınız?! 
Cənab keçmiĢ prokuror, mənim bu yazım nə Sizə, nə də Sizin kimi türkə qarĢı olan, rus və 
fars  Ģovinizminə  kölə  xidməti  yapan  insanlara  deyil,  sizlər  buna  dəyməzsiniz.  Mən 
yurdumuzun,  elimizin,  Böyük  Türk  elinin  gerçək  erkəklərinə  və  xanımlarına  üz  tutub  ya 
deyirəm, ya yazıram. 
Sevimli  bəylər,  sevgili  xanımlar,  gerçəkdən-gerçəyə  mənim  arzum,  istəyim  daha  çox 
vurulduğum  AZƏRBAYCAN  BÜTÖVLÜYÜ  olmuĢdur. 
Bu  böyük  istəyim  bu  gün  də 
qalmaqdadır.  Daha  doğrusu,  bu  istək  bu  gün  özünün  Savalan  zirvəsindədir.
 
Çoxlarına  belə  gələ  bilər  ki,  bu,  istək  deyil,  fantastikadır. 
Bəli,  qoy  belə  olsun,  mən 
fantastik və fanatikəm. Sonra?! Ancaq kim nə deyirsə-desin, mən gerçəkçiyəm. 
 
Bəli,  mən  1960-70-ci  illərdə  Azərbaycanın  bütövlüyü  haqqında  düĢünmüĢəm  və  onu  təbliğ 
etmiĢəm. Necə və nəyi düĢünürdüm? 
Yazdığım əsərin, ya da əsərciyin içi, insanlar anlasın deyə 
mahiyyəti
 və 
məğzi
 deyək, nə idi? 
Birincisi, bu əsər, ya da əsərcik giriĢ və üç bölmədən ibarət idi. 
Bölmələr: 
1.
 
Azərbaycanın keçmiĢinə (tarixinə) yığcam baxıĢ; 
2.
 
biz materialist (maddiçi) deyilik. Azərbaycanın dil, tarix, mədəniyyət, el və yurd birliyi
3.
 
Azərbaycan necə birləĢə və birləĢdirilə bilər? 
Burada  yüz  yarpaqdan  artıq  bir  yazının  tutumunu  göstərməyə  mənim  gücüm  çatmaz.  Ona 
görə  də  ana  cizgilərindən  (çağdaĢ  anlamda 
tezislər
  deyirik)  danıĢacağam,  deyək  ki, 
yazacağam. 
Birinci  bölmənin  iç  səsi  və  boyası  (iĢığı)  nə  idi?  (Yadından  çıxarma,  türk  səs  deyəndə 
mahiyyət
  və 
məzmunu

boya  (iĢıq)
  deyəndə 
formanı
  göz  önündə,  ya  da  düĢüncəsində 
canlandırmıĢdır.  An-an  bu,  yerini  dəyiĢmiĢdir,  daha  doğrusu,  iĢıq  iç  (mahiyyət),  səs 
görk 
(forma)
 kimi anlanmıĢdır). 
Dünyanı  yaradan  Ulu  Tanrı 
iĢıqdırsa
  (idealizmlə  materializmin  birliyi)  onda  onun  görünən 
görkəmi səsdir; yox, əgər Ulu Tanrı səs və sözdürsə boyu onun üzdə görünən görüntüsüdür. 
Türk 
ideya
  ilə 
materiyanın
  (
ruh
  ilə 
varlığın
)  böyüklüyünü,  birgəliyini  axtarmıĢ,  bu  gerçəyi 
tapmağa çalıĢmıĢdır. 
Bu, türkün dirilik, yaĢamaq və yaĢatmaq ölçüsüdür!
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə